Mühazirə Fəlsəfədə varlıq problemi p L a n: "Varlıq"


Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri, Eleya məktəbinin nümayəndəsi – Parmenid işlətmişdir



Yüklə 19,66 Kb.
səhifə3/4
tarix02.06.2023
ölçüsü19,66 Kb.
#115107
növüMühazirə
1   2   3   4
MUHAZIRE 2

Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri, Eleya məktəbinin nümayəndəsi – Parmenid işlətmişdir. Parmenid zərurəti əbədi, məhv edilməyən İlahi, həqiqət, tale, Kosmos adlandırırdı. Ona görə dünyada heç nə qəfildən, təsadüfən dəyişə bilməz. O, göstərirdi ki, yalnız varlıq vardır, qeyri-varlıq isə ümumiyyətlə yoxdur. Onun varlıq haqqında əsəri var idi. Göstərirdi ki, "Varlıq" hərəkət etmir. Parmenidə görə varlıq yaranmır və məhv olmur, o əbədi mövcuddur. O dəyişməzdir, mükəmməldir. Parmenid varlığa konkret əşya və hadisə kimi deyil, ümumi mövcudat kimi yanaşırdı. Onun fikrincə varlıq insana yalnız zəka vasitəsilə bəlli olur. Hiss üzvləri onu dərk edə bilməz. Efesli Heraklitə görə isə dünya heç bir Allah və ya insan tərəfindən yaradılmamışdır, o, daim mövcud olan canlı oddur. Bu od həmişə hərəkətdədir, vaxtaşırı alovlanır və sönür. Demokritin atomist təlimi isə hesab edirdi ki, varlıq (dünya) bölünməz kiçicik hissəciklərdən - atomlardan və boşluqdan ibarətdir. Antik fəlsəfədə Platonun sistemi varlığı özünəməxsus tərzdə izah edirdi. Bu təlimə görə əbədi və dəyişməz ideyalar aləmi varlığın əsasını təşkil edir. Bizi əhatə edən konkret əşya və predmetlər müvəqqəti xarakter daşıyır və əbədi ideyalar tərəfindən müəyyən olunur. Aristotelə görə varlıq canlı substansiyadır (substansiya - hər hansı mövcudatın əsasında duran deməkdir). Onun aşağıdakı prinsipləri vardır; varlıq maddi və müstəqildir, müəyyən struktura (yəni aktiv formaya) malikdir, onun mənşəyi (səbəbi) vardır və müəyyən məqsədə xidmət edir. Varlığın bu tərəfləri bir-birindən ayrılmazdır. Onlardan hər hansı biri olmazsa, onda substansiya mövcudatın əsası olmaq funksiyasını yerinə yetirə bilmir.
Orta əsrlərin və yeni dövrün mütəfəkkirləri varlığı bir qayda olaraq ya Allahın yaratdığı mövcudat kimi, ya da dünya binasının əlamətləri kimi təsəvvür edirdilər. Orta əsrlərdə hökmranlıq edən dini dünyagörüşə görə varlığı Allah yaradır. Yer və səma, bitki və heyvanat aləmi, insan cəmiyyəti - hər şey onun istəyi və iradəsi ilə əmələ gətirilmişdir. Dini fəlsəfə Allahın varlığının "həqiqi varlıq", onun yaratdığı mövcudatların varlığını isə "qeyri-həqiqi", "törəmə" varlıq hesab edirdi. Orta əsrlər fəlsəfəsində Allahın varlığını sübut etmək cəhdləri başlıca yer tuturdu. Buna görə də əsas söhbət ümumi varlıq anlayışından daha çox Mütləq Varlıqdan (Allahdan) gedirdi.
Lakin varlıq problemi məhz XX əsrdə mütəfəkkirlərin əsl diqqət mərkəzinə çevrilmişdir. Bu təsadüfi deyildir. Həmin dövrdə sivilizasiyanın ümumi tələbinə uyğun olaraq "düşünən insan" ictimai fikirdə ön plana keçir. Beləliklə də varlığın yeni tərəfləri (birinci növbədə isə insanın varlığı) təhlil edilir. İlk dəfə olaraq obyektiv varlıq ilə insan "Mən"inin varlığı mənalandırılır. Onların hər ikisinin ümumi varlıq kontekstində mühüm rolu açıqlanır. İnsanın varlığı donuq və dəyişməz deyildir, o, fasiləsiz təkmilləşmədədir. O, öz varlığında daim humanist keyfiyyətlərə (xeyirxahlıq, vicdanlılıq, şərəflilik, ağıllılıq və s.) can atır. Bu cür cəhdlərdən kənarda demək olar ki, əsl insan varlığı yoxdur.
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə