Orta məKTƏBDƏ Kİmyanin təDRİSİ prosesiNDƏ ŞAGİrdləRİn təDQİqatçiliq fəALİYYƏTİNİN İNKİŞaf etdiRİLMƏSİNİn xüsusiYYƏTLƏRİ



Yüklə 244,29 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix21.05.2022
ölçüsü244,29 Kb.
#87504
  1   2   3   4   5
01 Quliyev



2-3(58-59)2017 

ORTA MƏKTƏBDƏ KİMYANIN TƏDRİSİ PROSESİNDƏ 
ŞAGİRDLƏRİN TƏDQİQATÇILIQ FƏALİYYƏTİNİN İNKİŞAF 
ETDİRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ 
 
A.C. Quliyev, Ş.X. Səməndərova 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Hazırda Respublikamızın orta ümumtəhsil məktəblərində kimya təhsilinin 
məzmunu və təşkilində əsaslı dəyişiklər baş verir. Belə ki, fənn proqramları və 
dərsliklər Dövlət təhsil standartlarının tələbləri əsasında yenidən hazırlanır. 
Məktəblərdə təlim prosesi təkmilləşir, şagirdlərdə fənnə dair bilik, bacarıq və 
vərdişlərin inkişafına şərait yaradan müasir təlim metodları və vasitələrindən 
istifadə olunur. 
Orta məktəbdə şagirdlərin müstəqil fəaliyyətinin təşkili formalarından biri, 
kimya təlimini həyatla əlaqələndirən tədris-tədqiqat işidir. Şagirdlərin 
tədqiqatçılıq fəaliyyəti yalnız onnların yaradıcılıq fəaliyyətinin inkişafına deyil, 
həmçinin tədris məsələlərini həll etməyə və ən əsası kollektivdə mövqe-lərinin 
möhkəmlənməsinə kömək edir. Şagirdlərin tədqiqatçılıq fəaliyyəti bir fənn 
daxilində və ya fənnlərarası inteqrasiyada aparıla bilər. Fənlərarası inteqrasiyada 
müxtəlif tədris fənlərinə məsələn, biologiya, fizika, coğrafiya və s.) aid olan 
biliklərdən istifadə olunur. 
Şagirdlərin tədqiqatçılıq fəaliyyətinin əsasında problemli təlim dayanır. 
Problemli təlim müstəqil və yaradıcı təfəkkürün inkişaf etdirilməsi metodudur. 
Kimya tədrisində şagirdlərin tədqiqatçılıq fəaliyyətinə cəlb olunması, yalnız 
onların zəruri nəzəri bilik, praktik bacarıq və vərdişlərə malik olduqları hallarda 
həyata keçirilə bilər. Kimya tədrisində şagirdlərdə tədqiqatçılıq fəaliyyətinə dair 
vərdişlərin formalaşmasının həyata keçirilməsi kimya müəllimlərinin elmi və 
pedaqoji hazırlığından aslıdır. Şagirdlərin dərsdə və dərsdənkənar tədbirlərdə 
dərketmə fəallıqlarının yüksəldilməsi ilə onların mürəkkəb olmayan şəraitdə 
tədqiqat aparmaq, müəyyən müddəa irəli sürmək və təcrübədə yoxlamaq 
bacarığını inkişaf etdirmək olar. Kimya tədrisində şagirdlərin tədqiqatçılıq 
fəaliyyəti aşağıdakı mər-hələlərlə həyata keçirilir: 
1.Hadisələrin müşahidə olunması 
2.Metodoloji və dünyagörüşü səviyyəsində analiz 
3.Fərziyyə və ya müddəanın müəyyən olunması 
4.Metodikanın hazırlanması 
5.Eksperimentin qiymətləndirilməsi 
Kimya təhsilində tədqiqatçılıq fəaliyyəti şagirdlərin həqiqəti dərk 
etmələrinin real yoludur. Tədqiqatçılıq təfəkkürünün inkişafı, yeni bilik almaq 


Kimya məktəbdə 
5
prosesində şagirdlərin şəxsi mövqelərinin inkişafına səbəb olur. Şagirdlərin 
tədqiqatçılıq fəaliyyəti təlim-tərbiyə prosesinin təşkili formasıdır. Qeyd etmək 
lazımdır ki, şagirdlərin tədris-tədqiqat fəaliyyəti elmi-tədqiqatdan əsaslı şəkildə 
fərqlənir. Elmi-tədqiqatda yeni bilik sahəsi aşkar olunur. Tədris-tədqiqat 
fəaliyyətində isə şagird həqiqəti dərk edir. Şagirdin tədqiqatçılıq fəaliyyətinə 
aşağıdakılar aiddir: 
1.Problem qoymaq bacarığı 
2.Fərziyə hazırlamaq bacarığı 
3.Müşahidə etmək bacarığı 
4.Eksperiment aparmaq bacarığı 
5.Öz ideyasını əsaslandırmaq və müdafiə etmək bacarığı 
Dərs şagirdlərin tədris-tədqiqat işinin əsas təşkilat formasıdır. Müəllim 
dərsdə təlimin tədqiqat metoduna əsaslanan pedaqoji texnologiyalardan istifadə 
edir. Təlimin tədqiqat metodu ikili məqsəd daşıyır: Yeni biliyə nail olmaq, 
şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırmaq. 
Kimya elmi müxtəlif tədqiqatlar aparmaq üçün geniş imkanlara malikdir. 
Məktəbdə şagirdlərin kimya fənninin tədrisi prosesində tədqiqat aparmaları dərs 
müddətində və ya uzun müddətli ola bilər. Bundan əlavə, dərsdənkənar vaxtlarda 
da tədqiqat aparılır. 
Məktəbdə şagirdlərin kimya tədrisi prosesində tədqiqat aparmaları aşağdakı 
mərhələ üzrə həyata keçirilir: 
1. Dərsdə problem şəraitinin yaradılması 
2. Problemin həllini axtarmaq 
3. Eksperiment yolu ilə alınan nəticələri analiz etmək 
4. Nəticə çıxarmaq və ümumləşdirmə aparmaq 
Orta məktəbdə kimya təhsilində şagirdlərdə tədqiqatçılıq fəaliyyətinin əsası 
ilk kimya dərslərində qoyulur. Belə ki, VII sinifin şagirdləri kimya dərslərində 
tədqiqat aparmağa dair sadə biliklər, bacarıq və vərdişlər qazanırlar. VIII sinifdə 
yaradıcı xarakterli tədqiqat işləri aparırlar. IX sinifdə tədqiqat işlərinin forması 
mürəkkəbləşir. X-XI siniflərdə şagirdlərdə tədqiqat metodları və nəticələrin 
təhlilinə dair bilik toplanır. Şagirdlər onları maraqlandıran mövzu üzrə tədqiqat 
aparmağa meyilli olurlar. 
Şagirdlərin tədqiqatçılıq fəaliyyəti təlim-tərbiyə prosesinin təşkili 
formasıdır. Kimya dərslərində şagirdlərin tədqiqatçılıq fəaliyyəti təlimin 
dərketmə, tərbiyə və inkişafetdirici kimi vəzifələrinin həyata keçirilməsinə 
xidmət edir. 
Şagirdlərin dərketmə fəaliyyətinə kimyanın əsaslarını mənimsəmək. tərbiyə 
vəzifəsinə şagirdləri əməyə alışdırmaq, inkişafetdirici vəzifəsinə ümumi bilik, 
bacarıq və vərdişləri təkmilləşdirmək aiddir. Kimya təhsilində şagirdlərin 
tədqiqatçılıq fəaliyyətinin onlar üçün əhəmiyyəti aşağıdakılardır: 



Yüklə 244,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə