Sərbəst işin mövzuları: Məktəbəqədər yaşlı uşaqlarda şəxsiyyətin inkişafı



Yüklə 84,89 Kb.
səhifə1/4
tarix27.12.2023
ölçüsü84,89 Kb.
#163392
  1   2   3   4
sərbəst iş


Sərbəst işin mövzuları:

  1. Məktəbəqədər yaşlı uşaqlarda şəxsiyyətin inkişafı.

  2. Kiçik məktəb yaşlı uşaqlarda şəxsiyyətin inkişafı.

  3. Yeniyetməlik yaş dövründə şəxsiyyətin inkişafı.

  4. Gənclik yaş dövründə şəxsiyyətin inkişafı.

  5. Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri.

  1. Məktəbəqədər yaşlı uşaqlarda şəxsiyyətin inkişafı.

Məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin inkişaf şəraiti əvvəlki dövrlərdən əsaslı surətdə fərglənir.Beləki yaşlıların onlara verdiyi tələblər artır və uşaqdan ümumi davranış normalarını gözləmə tələb olunur.Həm də uşağın yaşlıdları ilə oyunları zamanı hərəkətlərinin uzlaşdırılması ,onlarda yaşıdların maraq və rəyi ilə hesablaşma təşəkkül edir. Məktəbəqədər yaş dövründə uşağın fəaliyyəti mürəkkəbləşir və xarici aləmlə əlaqəsi, dərk etmə imkanları genişlənir, onlarda müəyyən dəyişiklik gedir, tədricən uşağın şəxsiyyətinin formalaşması imkanları reallaşır. Bu, iki cəhətlə səciyyələnir: Hər şeydən əvvəl uşaq onu əhatə edənləri tədricən anlayır, öz yerini, mövqeyini müəyyənləşdirir, bu, uşaqda yeni tip davranış motivi yaradır və onlar yeni davranışlara yiyələnir. 2.Digər tərəfdən bu, uşağın emosional-iradi cəhətdən inkişafı ilə sıx bağlıdır. Bunlar həmin keyfiyyətlərin, əlamətlərin reallaşmasını təmin edir, davamlı davranış yaradır və uşaq xarici şəraitdə gedən dəyişikliyi dərk etməyə başlayır. Uşaq şəxsiyyətinin inkişafına böyüklərin təsiri özünü əxlaq normalarının mənimsənilməsi prosesində göstərir. Həmin normalar nümunəvi və düzgün davranışın formalaşması zamanı mənimsənilir. Uşaq şəxsiyyətinin inkişafında yaşlıların nümunəvi davranışı, qarşılıqlı münasibəti və işi mühüm rol oynayır. Bu istiqamətdə uşağa ən çox təsir edən onun yaxın adamlarıdır. Uşaqlar yaşlıların qiymətləndirdikləri keyfiyyətlərə, ədalara, əşyalara meyllənir, onu daha çox təqlid edir. Uşağın təqlid etdiyi ən nümunəvi davranış, o adamların davranışı olur ki, o, uşağa qayğı göstərsin, məhəbbətini, hörmətini hiss etdirsin. Uşaqlara kim daha çox mehriban yanaşırsa, qayğı göstərirsə, uşaq onları nümunə kimi qəbul edir.Nümunəvi davranışların mənimsənilməsində yaşlıların onlara verdiyi qiymət, insanlar haqqında söylədikləri nağıl, hekayələr mühüm rol oynayır. Məktəbəqədər yaşlı uşaqlar oyuncaqla düzgün davranmaq, gün rejimini gözləmək kimi mədəni-gigiyenik vərdişlər mənimsəməyə başlayır. Burada uşaq yalnız yaşlının tələbini yox, həm də özü o qaydaları mənimsəməyə cəhd edir. Uşaq şəxsiyyətinin inkişafında yaşlıların nümunəvi davranışı,qarşılıqlı münasibəti mühüm rol oynayır. Bu istiqamətdə uşağa ən cox təsir edən onların yaxın adamlarıdır. Uşaqlar yaşlıların qiymətləndirdikləri keyfiyyətlərə əşyalara meyillənir ,onu daha çox təqlid edir. Əgər böyüklərin davranışı uşağın uğurlu hərəkətinə səbəb olursa müsbət emosional hal yaradır. Bu zaman usaq onu əhatə edənlərlə asanlıqla təmasa girir, əgər böyükləri uşağa münasibətdə mənfidirsə, uşaqların sosial aktivliyi azalır ve öz daxili aləminə qapanır. Onda inamsızlıq,həmyaşıdlarına qarşı agresiv hərəkətlər yaranır. Məktəbəqədər yaşlı uşaqlarda emosional iradi cəhətdən inkişaf şəxsiyyətin formalaşmasına təsir göstərən amillərdəndir. Bu dövrdə uşaqlarda unsiyyət xüsusi əhəmiyyətə malikdir. Belə ki,həm yaşıdları, həm də yaşlılarla olan ünsiyyət önəmlidir. 3-5 yaşında uşağın yaşlılarla ünsiyyəti qeyri formal şəraitdə ətraf aləmlə qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsinə yönəldilmiş idrak fəaliyyətində həyata keçirilir. (M.İ.Lisina) Uşaq şəxsiyyətinin inkişafında hislərin də rolu böyükdür. Uşağın iftixar, utancaqlıq hissi nümunəvi davranış qaydalarının mənimsənilməsində müəyyən rola malikdir. Uşaqların bəziləri böyüklərin onlardan nə gözləməsini, hərəkətlərinin qiymətləndirilməsini istəyir. Utancaqlıq hissi bəzən uşağın müəyyən qaydaları səhv yerinə yetirdikdə böyüklərin onlara tutduğu iradla birbaşa qarşılaşması ilə əmələ gəlir. Uşaq başa düşür ki, müəyyən qaydanı pozmuşdur, ona əməl etməmişdir. Bununla əlaqədar olaraq uşaq özündə qorxaqlıq hiss edir, avam hərəkət etdiyini duyur. Məktəbəqədər yaşlı uşaq hələlik emosional cəhətdən başqa həmyaşıdlarından asılı olur. Yaşlının davranışı daima uşağı formalaşmağa yönəldir. Əgər böyüklərin davranışı uşağın uğurlu hərəkətinə səbəb olursa, müsbət emosional hal yaradır, onda çətinliyə qarşı getmək hissi əmələ gəlir və bu zaman uşaq onu əhatə edənlərlə asanlıqla təmasa girir. Böyüklərin uşağa münasibəti mənfi olduqda isə, uşaqların sosial aktivliyi azalır və öz daxili aləminə qapanır, onda inamsızlıq yaranır, hətta həmyaşıdlara qarşı aqressiv hərəkət edir. Bəzən də uşaqların çoxu böyüklərin onlara olan mənfi münasibətinin təsiri altında fəaliyyətini dayandırır, əznik olur, onda laqeydlik baş verir. Bəzən istisnalar da olur. Məktəbəqədər yaşlı uşaqda nəvazişə, məhəbbət hissinə tələbat çox olur və burada əsas yeri uşağın anasına olan münasibəti tutur. Uşaqda bütün emosional hallar- məhəbbət, sevinc ananın vasitəsi ilə formalaşır. Uşaq ana istəyinə, nəvazişinə möhtacdır. Uşağın anaya olan məhəbbəti, münasibəti ən aparıcı, həlledici sosial inkişafdır. Burada uşağın yaşlılarla ünsiyyətinin məzmunu da əhəmiyyətlidir. Nitq vasitəsilə ünsiyyət bu dövrdə ön plana keçir.Bu yaşda nitqin təfəkkürlə əlaqəsi müşahidə olunur. Məktəbəqədər dövrdə oğlan və qızlar özünü dərk etməyə başlayır. Özünüdərketmə başqa adamları müşahidədə — yaşlılara münasibətdə formalaşır .Yaşlılar uşaqlara kömek edir ki,öz cinsi barədə təsəvvürü olsun .Uşağın öz cinsini müəyyənləşdirməsi ailədən başlayır. Məktəbəqədər yaşlı qız və oğlanın rollu oyunda fərqlənməsi özünü belə göstərir ki,oğlan ən çox oğlana, qız əksərən qızı seçib oynayır. Məktəbəqədər yaşlı uşaqların həmyaşıdları ilə ünsiyyətə tələbatı onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır və ünsiyyət tələbatı başqa adama simpatiya-münasibətə gətirib çıxarır. Ünsiyyət tələbatı uşaqların birgə fəaliyyət zamanı müəyyən əmək tapşırığı yerinə yetirərkən inkişaf edir, bu prosesdə uşaq kollektivə, ictimai qaydalara alışır. Uşaq şəxsiyyətinin inkişafına təsir edən amillərdən biri də qrupa ictimai rəyin təsiridir. 3 yaşlılar qrupda predmet, hadisələr, hərəkətlər haqqında ümumi rəy olmur, bir uşağın rəyi başqasına təsir etmir. Lakin 4-5 yaşlı uşaqlar öz həmyaşıdları ilə razılaşır, əksəriyyətin rəyimi qəbul etməyə başlayırlar. Oğlan və qızlar özləri haqqında məlumatı ən çox yaşlılardan alır.Yaşlılar uşaqlara kömək edir ki, öz cinsi barədə təsəvvürü olsun və uşağın öz cinsini müəyyənləşdirməsi ailədən başlayır. Bağça yaşının sonunda uşaqlar öz hərəkət və fəaliyyətlərindəki qüsurları hiss etməyə başlayırlar. Uşaqların cinsi mənsubiyyəti müəyyən oyunları seçməkdə də özünü göstərir. Oyun motivi uşaq davranışında daim təzahür edərək, onu maraqlandırır. Ailə oyunlarında hər kəs cinsi mənsubiyyətinə görə rola girir, xüsusilə də rollu oyunlarda oğlan və qız uşaqları böyükləri təqlid edir. Beləliklə, onlar oğlan və qız olduqlarını dərk etməyə başlayır. Uşaq şəxsiyyətinin göstəricilərindən biridə onlarda iddia səviyyəsinin təzahürüdür.Uşaq şəxsiyyətinin inkişafında iddia səviyyəsi mühüm rol oynayır. Uşağın iddia səviyyəsi və özünü təsdiqinə ciddi cəhdi emosional münasibətlərin yarandığı zaman biruzə verir. Uşağın iddia səviyyəsi tədricən müəyyən tələbata çevrilir və iddia edir ki, onun nailiyyətlərinə qiymət verilsin. Özü də uşaq həmyaşıdlarının yox, böyüklərin təsdiq etdiyi iddia səviyyəsini fərqləndirir. Ümumiyyətlə yaşlılar uşaqların müəyyən müvəfəqiyyətə nail olmasına kömək edir.


  1. Yüklə 84,89 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə