Şİmali atlantika müqaviLƏSİ TƏŞKİlati (nato) Şimali Atlantika Müqaviləsi Təşkilatı (nato) tərəfindən qəbul edilmiş qərarlar



Yüklə 34,12 Kb.
Pdf görüntüsü
tarix14.02.2018
ölçüsü34,12 Kb.
#26909


ŞİMALİ ATLANTİKA MÜQAVİLƏSİ TƏŞKİLATI (NATO) 

 

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) tərəfindən qəbul edilmiş qərarlar  

Müdafiə Planlaşdırması Komitəsi və Nüvə Planlaşdırması Qrupu 

NATO Baş Qərargahı 

Brüssel, 

27 may 1992-ci il  



 

Yekun Kommünikesi 

 

Müzakirələrimiz zamanı biz keçmiş Yuqoslaviyada və  Dağlıq Qarabağ  və  Naxçıvan da daxil olmaqla 



kənarlarında mövcud olan münaqişələrlə  bağlı  dərin narahatlığımızı bildirmişik. Biz hərbi  əməliyyatların 

dayandırılması  və  məsələlərin sülh yolu ilə  nizamlanmaları istiqamətində  BMT, ATƏM və  Avropa  İttifaqı 

tərəfindən edilən müxtəlif səyləri tamamilə dəstəkləyirik. Biz aidiyyəti olan tərəfləri münaqişələrə son qoymağa 

çağırırıq. 



 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Oslo, 4 iyun 1992-ci il 

 

Yekun Kommünike 

 

Biz Avro-Atlantika regionunun müxtəlif yerlərində davam edən zorakılıq və  dağıntılarla bağlı  dərin 



narahatlığımızı bildiririk. Bu, bizim bütün Avro-Atlantika regionunda sadiq olduğumuz sülh və sabitliyə 

tamamilə  ziddir. Biz Avropada sülh və  əməkdaşlığa  əsaslanan qaydanın bərqərar edilməsi istiqamətində 

səylərimizə  mane olmamağı üçün azğın milliyyətçilik və  mübahisələrin zor yolu ilə  həll edilməsi cəhdlərinin 

qarşısının alınması məqsədilə əlimizdən gələni edəcəyik. Biz keçmiş Yuqoslaviya ərazisində mövcud olan və 

Dağlıq Qarabağda mərkəzləşən münaqişələrlə bağlı narahatlığımızı ifadə edən ayrıca bəyanatlar vermişik.  

 

Şimali Atlantika Əməkdaşlıq Şurası 

 

Oslo, 


5 iyun 1992-ci il  

Bəyanat 

 

Biz, həmçinin, Dağlıq Qarabağ və onun kənarlarında olan böhranın gedişində döyüşlərin intensivləşməsi, 



insan tələfatının, iztirabların və  dağıntıların artması ilə  bağlı  dərin narahatlıq hissi keçiririk. Biz Minskdə 

ATƏM-in Konfransının çağırılması qərarını, bu Konfransın uğurla nəticələnməsi üçün Romada ilkin toplantının 

keçirilməsi kimi addımları və bu münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı ATƏM çərçivəsində görülən 

bütün tədbirləri alqışlayırıq. Bu məqsədə nail olmaq üçün öz töhfəmizi verəcəyik və aidiyyəti olan tərəfləri də 

eyni tədbir görməyə çağırırıq. Biz sülh prosesinə töhfə vermək məqsədilə ATƏM çərçivəsində regiona vaxtlı-

vaxtında müşahidəçilərin yerləşdirilməsinə  dair razılıq  əldə edilməsi istiqamətindəki səylərini dəstəkləyir və 

Şuramızın üzvlərinin həmin missiyanın işində iştirak etməyə hazır olduğunu bildiririk.  

Biz aidiyyəti olan bütün tərəfləri sülh yolu ilə  nizamlanma danışıqlarına mühüm töhfə verən səmərəli 

atəşkəs  əldə etməyə  çağırırıq. Biz eyni zamanda, tərəfləri hər iki münaqişələrin qurbanları üçün təcili tələb 

olunan humanitar yardımın çatdırılması üçün müvafiq şəraiti təmin etməyə  çağırırıq. Biz güc işlədilməsi 

vasitəsilə  ərazilərin  əldə edilməsi, sərhədlərin dəyişdirilməsi və ya siyasi məqsədlərə nail olunması üçün hər 

hansı  cəhdin qəbul edilməz olduğunu və bu cəhdin  əhəmiyyətli olan uzunmüddətli, danışıqlara və dinc 

nizamlanmaya əsaslanan səylərə yalnız xələl gətirdiyini xüsusilə vurğulayırıq.  

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü M-NAC-2(92)106 

NATO Baş Qərargahı 

Brüssel, 

17 dekabr 1992-ci il 

 

Yekun Kommünike 

 



 

171 


Biz Dağlıq Qarabağ  və onun ətrafında cərəyan edən döyüş  əməliyyatları ilə  əlaqədar dərindən 

təəssüflənirik. Biz aidiyyəti olan tərəfləri səmərəli atəşkəsə  nail olmağa çağırırıq. Biz BMT və  ATƏM-in 

prinsiplərini, habelə hazırki münaqişə ilə əlaqədar ATƏT-in addım və qərarlarını tam şəkildə dəstəkləyirik. Biz 

hesab edirik ki, Minskdə  keçirilməsi təklif edilən ATƏM-in Konfransı bu münaqişənin sülh yolu ilə 

nizamlanması üçün bilavasitə imkan yaradır və biz Roma görüşü çərçivəsində başlanmış işin davam etdirilməsi 

əsasında konfransın çağırılması ilə bağlı səyləri dəstəkləyirik.  



 

Şimali Atlantika Şurası Nazirlərin görüşü M-NAC-19(93)38 

Afina, 

10 iyun 1993-cü il 

 

Yekun Kommünike 

 

Biz bir sıra regional məsələlər, xüsusilə də ATƏM-in Dağlıq Qarabağ üzrə Konfransının məşğul olduğu 



münaqişəni və keçmiş Sovet İttifaqı ərazisində digər gərginlik mənbələrini, habelə Baltik dövlətləri ərazisindən 

xarici dövlətlərə  məxsus qüvvələrin çıxarılmasının tezliklə  başa çatdırılmasının zəruriliyini müzakirə  etmişik. 

Biz sabah Şimali Atlantika Əməkdaşlıq Şurasının Əməkdaşlıq Tərəfdaşları ilə də bütün qeyd edilən məsələlərə 

dair məsləhətləşmələr aparacayıq.  

 

Şimali Atlantika Əməkdaşlıq Şurası Mətbuat üçün Kommünike M-NACC-1(93)39 

Afina, 

11 iyun 1993-cü il. 

 

Bəyanat 

 

Minskdə  Dağlıq Qarabağa dair ATƏM Konfransının keçirilməsi planı münaqişənin daimi həlli yolunun 

tapılması  və Ermənistan və Azərbaycan arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün ən yaxşı 

imkan təklif edir. Biz bütün ölkələr və  münaqişə  tərəflərinin tam və  ləngitmədən yerinə yetirilməli olduqları 

BMT TŞ-nın 822 saylı  qətnaməsini tamamilə  dəstəkləyirik. Biz hərbi  əməliyyatların dərhal dayandırılması, 

bütün işğalçı qüvvələrin Kəlbəcər və son zamanlarda zəbt edilmiş digər Azərbaycan rayonlarından çıxarılması, 

beynəlxalq humanitar yardım səylərinin maneəsiz çatdırılması, məcburi köçkünlərin yaşayış yerlərinə geri 

dönmələri üçün zəruri  şəraitin yaradılması  və  danışıqların bərpa edilməsinə  çağırırıq. Biz ATƏM-in Minsk 

Qrupunun Sədrinin Minsk prosesi çərçivəsində  sülh planının həyata keçirilməsi məqsədi daşıyan təşəbbüsünü 

dəstəkləyir və tərəfləri onu qəbul etməyə çağırırıq.  



 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-1(94)3 

NATO Baş Qərargahı 

Brüssel, 

11 yanvar 1994-cü il. 

 

Dövlət və Hökumət Başçılarının Bəyannaməsi 



Cənubi Qafqaz regionundakı  vəziyyət xüsusi narahatlıq doğurmaqda davam edir. Biz ərazilərin  əldə 

edilməsi üçün güc işlədilməsini pisləyirik. Ermənistan, Azərbaycan və  Gürcüstanın  ərazi bütövlüyü, 

müstəqilliyi və suverenliyinə hörmət edilməsi regionda sülh, sabitlik və əməkdaşlığın bərqərar olunması üçün 

əhəmiyyət kəsb edir. Biz bütün dövlətləri mövcud problemlərin həll edilməsi ilə  bağlı BMT və  ATƏM-in 

himayəsi altında həyata keçirilən beynəlxalq səylərə qoşulmağa çağırırıq. 

 

Şimali Atlantika Əməkdaşlıq Şurası 

Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-1(94)48 

İstanbul, 

10 iyun 1994-cü il. 

Bəyanat 

Biz əminik ki, Dağlıq Qarabağ üzrə Minskdə ATƏM Konfransının keçirilməsi planı, davam etməsi dərin 

narahatlıq mənbəyi olan münaqişənin ədalətli və davamlı nizamlanması üçün müvafiq vasitələr təklif edir. Biz 

bir daha vurğulayırıq ki, münaqişə  hərbi vasitələrlə  deyil, yalnız ATƏM prinsipləri və BMT Nizamnaməsinə 

hörmətə  əsaslanan  danışıq yolu ilə nizamlanma və Ermənistan və Azərbaycan və  regionun bütün ölkələri 

arasında yaxşı qonşuluq munasibətlərinin yaradılması yolu ilə həll edilə bilər. Biz ATƏM-in Minsk Qrupunun 




 

172 


fəaliyyətini tam şəkildə  dəstəkləyirik. Biz bu məqsədlərə nail olmaq üçün ATƏM-lə  əməkdaşlıqda göstərilən 

bütün vasitəçilik səylərini alqışlayırıq. Biz razıyıq ki, BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq hərbi 

əməliyyatlarının dayandırılması, zor vasitəsilə  işğal edilmiş  ərazilərdən qoşunların çıxarılması  və  məcburi 

köçkünlərin daimi yaşayış yerlərinə  qaytarılması daxil olmaqla, güzəşt mühitində  əldə edilən atəşkəs və 

konstruktiv danışıqlar daimi nizamlanma ilə  nəticələnən mərhələli sülh prosesi üçün mühüm əhəmiyyət kəsb 

edir. Biz həlli uzanmış münaqişənin daimi nizamlanmasını sürətləndirmək məqsədilə  bu regiona ATƏM 

müşahidəçilərinin göndərilməsini dəstəkləyirik.  

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü NATO M-NAC-2(94)116 

NATO 

Baş Qərargahı Brüssel, 

1 dekabr 1994-cü il. 

Yekun Kommünike 

Biz ATƏM-in Dağlıq Qarabağ və onun ətrafında mövcud olan münaqişənin sülh yolu ilə nizamlanması 

sahəsindəki səylərini tamamilə  dəstəkləyirik. Bu ATƏM prinsiplərinin praktiki tətbiqi istiqamətində  bütün 

İştirakçı Dövlətlərin siyasi qətiyyətinin nümayiş etdirilməsi üçün yaxşı fürsət olacaqdır. 

Cənubi Qafqazda mövcud olan vəziyyət xüsusi narahatlıq doğurmaqda davam edir. Biz əldə  edilmiş 

atəşkəsi alqışlayır, lakin hesab edirik ki, regionda, xüsusilə də Dağlıq Qarabağ və onun ətrafında, cərəyan edən 

münaqişələrin dinc və  ədalətli nizamlanması yalnız BMT-nin himayəsi və  ATƏM-in mexanizmləri vasitəsilə 

həyata keçirilə bilər. Ümid edirik ki, ATƏM Dağlıq Qarabağa dair sülh prosesinə səmərəli, o cümlədən 1992-ci 

il Helsinki Sənədinin 3-cü Fəslinin prinsiplərinə  əsasən ATƏM-in beynəlxalq sülhüqoruma  əməliyyatının 

yaradılması vasitəsilə tövhə vermək iktidarında olacaqdır.  

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-1(95)48 

Nordvik, 

30 may 1995-ci il. 

 

Yekun Kommünike 

Cənubi Qafqazda mövcud olan vəziyyət xüsusi narahatlıq doğurmaqda davam edir. Biz Dağlıq Qarabağ 

ərazisində davam edən atəşkəsin ümumilikdə  səmərəli olmasını alqışlayırıq. Biz, Dağlıq Qarabağ  və onun 

ətrafında mövcud olan münaqişənin siyasi nizamlanmasına nail olmaq istiqamətində Minsk Qrupunun səylərini 

dəstəkləyirik ki, bu nizamlanma, digər  şərtlərlə  yanaşı, Budapeşt Sammitində  əldə  edilmiş razılığa  əsasən 

ATƏT-in beynəlxalq sülhməramlı qüvvələrinin yerləşdirilməsinə imkan verəcəkdir.  

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-2(95)118 

NATO Baş Qərargahı 

Brüssel, 

5 dekabr 1995-ci il. 

 

Yekun Kommünike 

Biz, Dağlıq Qarabağ  və onun ətrafında mövcud olan münaqişənin siyasi nizamlanmasına nail olmaq 

istiqamətində Minsk Qrupunun davam edən səylərini dəstəkləyirik ki, bu nizamlanma, digər  şərtlərlə  yanaşı, 

Budapeşt Sammitində  əldə  edilmiş razılığa  əsasən ATƏT-in beynəlxalq sülhməramlı qüvvələrinin 

yerləşdirilməsinə imkan verəcəkdir.  

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-1(96)63 



Berlin, 

3 iyun 1996-cı il. 

Yekun Kommünike 

Biz Dağlıq Qarabağ  və onun ətrafında mövcud olan münaqişənin siyasi nizamlanmasına nail olmaq 

istiqamətində Minsk Qrupunun səylərini dəstəkləyirik.  

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-2(96)165 



NATO Baş Qərargahı 

Brüssel, 

10 dekabr 1996-cü il. 

 


 

173 


Yekun Kommünike 

Bütün dövlətlərin demokratik və  iqtisadi inkişafı, müstəqilliyi, suverenliyi və  ərazi bütövlüyü Avro-

Atlantika məkanında sabitlik və  təhlükəsizliyin mühüm amilləridir. Biz özünün müxtəlif missiyaları vasitəsilə 

bir sıra regional münaqişələrdə vasitəçilik səyləri həyata keçirdiyinə görə ATƏT-i təqdir edir və Milli Azlıqlar 

üzrə Ali Komissarın dəyərli işini yüksək qiymətləndirik. Biz Dağlıq Qarabağ və onun ətrafında mövcud olan 

münaqişənin siyasi nizamlanmasına nail olmaq istiqamətində Minsk Qrupunun səylərini dəstəkləyirik.  



 

 

Yüklə 34,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə