n
verGİ TƏnZİMlƏnMƏSİ
1/2014
103
UoT 330.16:659.4:334
İDarƏeTMƏ PrOSeSİnDƏ
rƏHbƏrlƏ TabeÇİlİKDƏ
OlanlarIn QarşIlIQlI
MünaSİbƏTlƏrİnİn
eTİK-PSİXOlOJİ XüSuSİyyƏTlƏrİ
Xülasə
Tədqiqatın məqsədi – idarəetmə prosesində rəh-
bərlə tabeçilikdə olanların qarşılıqlı münasibətlərinin
etik-psixoloji xüsusiyyətlərinin tədqiqi.
Tədqiqatın metodologiyası – sistemli yanaşma,
mü qa yisəli təhlil.
Tədqiqatın nəticələri – idarəetmə prosesində rəh-
bərlə tabeçilikdə olanların qarşılıqlı münasibətlərinin
etik-psixoloji xüsusiyyətlərinin müəyyən edilməsi is-
tiqamətində elmi cəhətdən əsaslandırılmış təkliflərin
verilməsi.
Tədqiqatın məhdudiyyətləri – idarəetmə prosesində
rəhbərlə tabeçilikdə olanların qarşılıqlı münasi-
bətlərinin etik-psixoloji xüsusiyyətlərini elmi alterna-
tivlilik baxımdan geniş araşdırmaq və əsaslandırmaq
tələb olunur.
Tədqiqatın praktiki əhəmiyyəti – idarəetmə prose -
sində rəhbərlə tabeçilikdə olanların qarşılıqlı münasi-
bətlərinin etik-psixoloji xüsusiyyətlərinin müəyyən
edilməsində müvafiq tədqiqat mənbəyi kimi istifadə.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – idarəetmə
prosesində rəhbərlə tabeçilikdə olanların qarşılıqlı mü-
nasibətlərinin etik-psixoloji xüsusiyyətlərinin müəy -
yən olunması və elmi cəhətdən əsaslandırılması.
Açar sözlər: idarəetmə mədəniyyəti, idarəçilik üs-
lubu, liderlik, idarəçilik məharəti.
səh. 103-124
Rzayev Pərviz
qafar oğlu
i.f.d.
Vergilər Nazirliyinin Tədris Mərkəzi
Az5600. Şamaxı rayonu
perviz595959@mail.ru
Rzayev Zahid
Hüseyn oğlu
i.f.d., dos.
Vergilər Nazirliyinin Vergi auditi
Baş idarəsi
Az1073. Bakı şəhəri,
landau küçəsi, 16.
zahidrzayev@hotmail.com
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com
1. giriş
Bazar iqtisadiyyatı digər təsərrüfat tiplərinə nisbətən idarəetmə qərarları qəbul
edən rəhbərlərdən daha yüksək bilik və bacarıq tələb edir. Belə tələb strateji qərarlar
qəbul edən mütəxəssislərə qarşı daha yüksək olur. Bu keyfiyyətlər müasir idarəetmə
sahədə yeniliklərə və bu barədə zəruri biliklərə malik olan, birgə əməyin moti-
vasiyasını lazımi səviyyədə təşkil edə bilən idarəedicilərdə olur.
Tutduğu vəzifəsindən asılı olmayaraq rəhbərlər peşə bilikləri və vərdişlərinin
məcmusuna malik olmalıdırlar. Buna görə də nəzərə almaq lazımdır ki, rəhbərin
malik olduğu biliklərin həcmi onun səviyyəsində olan digər mütəxəssislərin bilik-
lərinin həcmindən çox olmalıdır. Rəhbər idarəetmə nəzəriyyəsindən başqa idarəet-
mənin təşkili və texnologiyasını bilməli, hüquq, pedaqogika, psixologiya və
sosiologiya elminin əsaslarına yiyələnməlidir. İnzibatçı üçün bu biliklərdən vaxtlı-
vaxtında istifadə etmək, onları düzgün tətbiq etmək və praktika ilə sıx şəkildə
əlaqələndirmək son dərəcə vacibdir. Bütün bunlar hamısı rəhbərlərdən hər şeydən
əvvəl idarəetmə metodlarını dərindən bilməsini tələb edir.
Ümumiyyətlə, idarəetmə anlayışı özündə müxtəlif institusional məfhumları və
səviyyələri ehtiva edir. İdarəetmənin səmərəliliyi isə çoxkomponentli olmaq etibarilə
sistemli prosesin qanunauyğun nəticəsidir.
Müasir dövrdə sosial elmlərin xüsusi tədqiqat obyekti qismində bu və ya digər
səviyyədə idarəetmənin təşkili və əsaslarının öyrənilməsi çıxış etməkdədir. Ümu-
miyyətlə, hər bir sahə və ya sektorda idarəetmə prosesinin səmərəli təşkil edilməsi
üçün, ilk növbədə, onun elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi
lazımdır. Bunun üçün bir neçə mərhələdən ibarət olan metodoloji qaydalara effektiv
surətdə əməl edilməsi strateji zərurət kimi ortaya çıxır. Bu baxımdan idarəetmənin
sosial-psixoloji aspektlərinə tədqiqat sahəsi kimi diqqət yetirilmiş, bu istiqamətdə
fundamental araşdırmalar aparılmışdır. Deyə bilərik ki, idarəetmədə rəhbərlə tabe-
likdə olanların qarşılıqlı münasibətlərinin etik-psixoloji xüsusiyyətləri aktual bir
məsələ kimi diqqəti cəlb edir.
2. İdarəetmə tarixi və mədəniyyəti haqqında
Təşkilatların yaranması və idarəetmə təcrübəsi çox qədimdir. Lakin həm
idarəetmə, həm də qədim təşkilatlar indikindən çox fərqli olmuşlar. Qədimdə böyük
təşkilatların yaranması açıq göstərir ki, onlar idarəetmə strukturuna malik olmuşlar.
İllər keçdikcə, bəzi təşkilatların idarə edilməsi daha mürəkkəb, daha çətin olmuş,
təşkilatlar özləri isə daha güclü və daha dayanıqlı olmuşlar.
Bizim eramızdan əvvəl III minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə
kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu
göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur. Arxeoloji qazın-
P.Rzayev, Z.Rzayev
İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli...
1/2014
104
tılardan məlum olur ki, hətta ibtidai icma dövründə yaşayan insanlar mütəşəkkil
qrup larda birləşmiş və birgə fəaliyyət göstərmiş, daha doğrusu idarə olunmuşlar.
Dağlarda müqəddəs məkan kimi hazırlanmış, yer üzündən silinmiş qədim inklərin
itirilmiş Maçu-Pikçu şəhərinin (Antik İnka şəhəri), dünyanın yeddi möcüzəsindən
sayılan Misir ehramları, qədim Şərqin ən böyük və zəngin şəhəri Babildə yerləşən
Babilistanın (Babilin) asma bağlarının (Semiramidanın asma bağları) koordinasiya
edilmiş mütəşəkkil idarəetmə səyləri nəticəsində yarandığını söyləmək doğru olardı.
Xüsusilə, vurğulamalıyıq ki, şərq idarəetmə mədəniyyəti daim zəka və biliyə
müraciət etmişdir. O özü-özünü dərk etməyə, daxili etiqad zənginliyinə, intuitivizmə
və irrasionalizmə istiqamətləndirilmişdir. İntuitivizm fəlsəfi bir qavram olaraq intu-
isiyanı ağıl, zehin qarşısında üstün hesab edən fəlsəfi cərəyandır. İntuitivizmə görə
biliyin, xüsusilə fəlsəfi biliyin qaynağı və təməli intuisiyadır. İrrasionalizm isə
zəkanın, təfəkkürün idraki imkanlarının məhdudluğunu israr edən və intuisiyanı,
hissi instinkti idrakın əsas növü kimi qəbul edən fəlsəfi təlimdir. Şərq mədəniyyətinin
fenomenal sabitliyi, dərinliyi və daxili zənginliyi məhz bunlardan ibarətdir. Eyni za-
manda, bu mədəniyyətdə təbiətə çox həssas münasibət formalaşmışdır. Qeyd et-
məliyik ki, şəxsiyyətin kamilləşməsi üçün insan münasibətləri hormoniyasına,
insanların və dövlətlərin həyat keyfiyyəti və rifahına nail olunması üçün bir əsas
olan idarəetmə mədəniyyəti yerdən kosmosa bir baxış və bəşəriyyətin inkişafının
sonsuz imkanlarının yeni görünüşüdür.
Dünya sivilizasiyası və şəhər mədəniyyətinin mühüm mərkəzlərindən biri bizim
eramızdan əvvəl IV minilliyə aid olan Mesopotamiyanın əsasını qoymuş və insan-
ların həyat fəaliyyətinin xidmətini vermiş şumerlərdir. Mesopotamiyanın cənubu
olan Şumerlər ölkəsinin, Türkiyə, Mərkəzi Asiya, qədim Misir kimi ölkələrin dövlət
idarəçiliyi mədəniyyətinin tarixi də olduqca qədimdir. Azərbaycan alimi, yaradıcılığı
ensiklopedik səciyyə daşıyan Nəsrəddin Tusinin (1201-1274) idarəetmə mədəniyyəti
ilə əlaqədar “Əxlaqi-Nasiri” adlı əsərində söylədiyi fikirləri də ölkəmizdə idarəetmə
mədəniyyətinin tarixinin qədimiliyindən xəbər verir. Yaxın və Orta Şərq xalqlarının
ictimai-fəlsəfi həyatında mühüm yer tutan Nəsirəddin Tusinin bu əsəri Azərbaycanın
etik fikir tarixində mühüm hadisədir [3].
İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və
tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment termini hərdən idarəetmə ilə eyni
mənada işlədilsə də, bunlar bir-birindən fərqli məfhumlardır. İdarəetmə daha genişdir
və demək olar ki, bütün sahələrdə işlədilə bilər, lakin menecment isə idarəetmənin
bir hissəsidir və yalnız sosial-iqtisadi proseslərdə işlədilir. Menecment, sərbəst elm
və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Menecmentin
inkişafına əsas təkan verən qüvvə İngiltərədə baş vermiş sənaye inqilabı olmuşdur.
Amma idarəetmənin inkişafında və uğurlarında əhəmiyyətli sıçrayış ilk dəfə
Amerikada yaranmışdır.
Qərb alimləri belə hesab edirlər ki, ilk dəfə idarəetməyə elmi yanaşma 1911-ci
P.Rzayev, Z.Rzayev
İDARəETMə PROsEsİNDə RəhBəRlə TABEÇİlİKDə OlANlARiN qARŞiliqli...
1/2014
105