Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix01.09.2018
ölçüsü1,32 Mb.
#66315
1   2   3   4

3

    Qapını  ailənin  böyük  oğlu  El-

məddin açdı. Evin xanımı bizi evə

dəvət etdikdən sonra həyat yoldaşını

gözləməli olacağımızı bildirdi.  Çay

süfrəsi arxasında polkovnik-leyte-

nant  Zirəddin  Quliyevi  gözləməli

olduq.  Fürsətdən istifadə edib evlə

tanışlığı da yadımızdan çıxarmadıq.

Ən yüksək komfort və dizayn ele-

mentləri  ilə  ilk  baxışdan  diqqəti

cəlb edən mənzildə  ailənin yaşayışı

üçün hərtərəfli şərait yaradılıb. 

    ... Budur, Zirəddin Quliyev  özünü

çatdırır. “N” hərbi hissənin komandiri

gülümsəyərək: – Hərbçi belədir də,

onun  iş  saatı  bəlli  deyil,  –  deyə

söhbətə başlayır. 

    İstərdim,  oxuculara  Zirəddin

Quliyev  haqqında  qısa  məlumat

verim.  Ötən  il  40  yaşını  tamam

edən bu hərbçi qardaşımız Daşkə-

sən rayonunun Quşçu kəndindəndir.

Ailədə 7 övladın 4-cüsüdür. O, 22

ildir ki, hərbi formanı qürurla ge-

yinir.  Daşkəsən,  Gədəbəy,  Füzuli

istiqamətində gedən döyüşlərdə iş-

tirak  edən  Zirəddin  Quliyev  həm

də müharibə veteranıdır. Təbii ki,

məlum hadisələrə görə o zamanlar

ordumuzda bir çox çətinliklər var

idi. Buna baxmayaraq, o, Vətənin

ağır  günündə  belə  çətinliklərdən

qorxmadı. Çünki Zirəddin Quliyev

uşaqlıqdan  bir  arzu  ilə  yaşayıb:

hərbçi olmaq. Bu yolda rastlaşdığı

heç bir çətinlik onu qorxutmayıb.

Hərbi xidmətini  başa vurmağa az

qalmış o, hərbi təhsil almaq üçün

sənədlərini Bakı şəhərinə göndərir.

Aylarla imtahana hazırlaşır. Həmin

vaxt  ən  yüksək  nəticə  göstərən

gənclərdən biri olur. Təyinatla hərbi

xidməti üçün Naxçıvana göndərilir.  



     –  O  zamanlar  gənc  bir  zabitə

blokada vəziyyətində olan bir bölgədə

xidmət etmək çətin gəlmədimi?

    –  Əsl  hərbçi  heç  bir  zaman  bu

haqda fikirləşməməlidir. İstər mər-

kəz, istər sərhəd. Mənim bir amalım

var idi: hara olur-olsun, dövlətimə

xidmət  edib  Vətənimi  qorumaq.

Bu sualınız məni 15 il əvvələ qay-

tardı.  Heç  yadımdan  çıxmaz.  İlk

dəfə bura gələndə,  təyyarədən Nax-

çıvana  baxanda  bu  diyar  necə  də

yalnız  görünürdü.  Naxçıvanın  o

küskün  mənzərəsi  indi  də  yadım-

dadır. Blokadaya alınmış Naxçıvanın

kədərini,  düşdüyü  vəziyyəti  yaxşı

dərk  edirdim.  Azərbaycan  Silahlı

Qüvvələrinin Naxçıvan Muxtar Res-

publikasının ərazisindəki birləşmə-

lərinin o zamankı və indiki vəziy-

yətini yaxşı xarakterizə etmək im-

kanına malikəm. O zamanlar bütün

sahələrdə  olduğu  kimi,  hərbi  his-

sələrdə  də  çətinliklər  yox  deyildi.

Elə o illərdə ordu quruculuğu isti-

qamətində  müxtəlif  addımlar  atıl-

masına başlanılmışdı. Hərbi hissə-

lərin maddi-texniki bazası güclən-

dirilir,  hərbi  qulluqçuların  mənzil

şəraitləri yaxşılaşdırılırdı. İndi hərbi

hissələrdə,  demək  olar  ki,  heç  bir

problem yoxdur.  

    Zirəddin  Quliyev  bu  gün  Nax-

çıvan  Muxtar  Respublikası  ərazi-

sində yerləşən hərbi hissələrdə bö-

yük  ruh  yüksəkliyinin  olduğunu

fəxrlə söyləyərək  əlavə edir:

    –  O  ordu  güclü  deyil  ki,  onun

güclü hərbi teknikası var, – deyən-

lərin  sözündə  böyük  həqiqət  var.

Ordunun  gücü əsgər və zabitlərdə

olan sarsılmaz ruh yüksəkliyindədir.

Bu gün belə ruh yüksəkliyini Azər-

baycan Silahlı Qüvvələrinin bütün

hərbi hissələrində müşahidə etmək

mümkündür. Fəxr edirəm ki, hərb-

çilərimizdə gələcək labüd qələbəyə

böyük inam vardır.  Bunu  muxtar

respublikada yerləşən hərbi hissə-

lərin timsalında daha aydın görmək

olar.  Uzağa getməyək. Mən burada

xidmət elədiyim 15 il müddətində

hər  zaman  “xalq-ordu”  birliyinin

sarsılmazlığını  görmüşəm.  Mütə-

madi olaraq muxtar respublika əha-

lisi,  nazirlik,  komitə,  baş  idarə,

müəssisə və təşkilatların, sahibkarlıq

qurumlarının nümayəndələri bizimlə

görüşə gəlirlər. Baxmayaraq ki, bi-

zim heç nəyə ehtiyacımız yoxdur.

Dövlət tərəfindən hər cür qayğı ilə

əhatə olunmuşuq. Xalqın bizim gö-

rüşümüzə gəlməsi bir məqsəd da-

şıyır:  xalq  bizimlədir,  arxa  cəbhə

bizimlədir. Hərbçilərdə böyük ruh

yüksəkliyinin  olması  həm  də  bu-

nunla bağlıdır.  

    – Bu günlərdə evlə təmin edilən



hərbçi ailələrindən biri də siz ol-

dunuz. Hansı hissləri yaşayırsınız? 

    –  2013-cü  il  dekabr  ayının

31-də  ikiqat  sevinc  yaşadıq.  Qü-

sursuz xidmət etdiklərinə görə mən-

zillə təmin olunan  hərbçilər sırasında

mənim  də  adımın  olması  ailəmi

daha çox sevindirdi. Vətənə qüsursuz

xidmətdən böyük nə xoşbəxtlik ola

bilər? Mən Naxçıvanda hər zaman

bir  hərbçi  kimi  Naxçıvan  Muxtar

Respublika  rəhbərinin  diqqət  və

qayğısını öz üzərimdə hiss etmişəm.

Bu qayğının davamı olaraq  mənzillə

təmin edilməyim  ailəmizlə yanaşı,

Bakıda və digər rayonlarda yaşayan

qohumlarımızın da böyük sevincinə

səbəb  oldu.  Bir  də  ona  sevinirəm

ki, Naxçıvanda bir ocağım var.  Mən

təqaüdə çxıdıqdan sonra Naxçıvanda

qalacağam. Çünki artıq inanmıram

ki, Naxçıvandan başqa hardasa ya-

şaya  biləm.  O  qədər  bu  torpağa

bağlanmışam ki,  buranın sakitliyini,

təmizliyini, əmin-amanlığını heç bir

şəhərə dəyişə bilmərəm. 

    Söhbətimizə  evin  böyük  oğlu

14 yaşlı Elməddin də qoşulur.  Bö-

yüyəndə nə olmaq istədiyini soru-

şanda  heç  düşünmədən,  –  hərbçi

olacağam, – deyir. O, növbəti ildə

Heydər Əliyev adına Hərbi Liseyə

sənədlərini təqdim edəcək.

    – Atanın işindəki çətinlikləri gö-

rürsən, bəzən günlərlə evə gəlmir.

Yenə  də  hərbçi  olmaq  arzusunda-

san? – sualıma konkret cavab verir:

    – Hərbçini heç bir çətinlik qor-

xutmamalıdır. Mənim üçün hər şey-

dən əvvəl Vətəndir.  

    Digər otaqdan saz səsi gəlir. Diq-

qətimizi  çəkir.  Bu  isə  evin  balaca

oğlu Xaləddindir. Saz çalmağa bö-

yük həvəsi var. Əliabad qəsəbəsin-

dəki Uşaq Musiqi Məktəbinin saz

sinfində təhsil alır.  Saza olan həvəsi

isə təsadüfi deyil. Çünki Xaləddinin

nənəsi Aşıq Ələsgərin nəvəsidir.  

    Yavaş-yavaş söhbətimizi yekun-

laşdırırıq. Elə bu zaman ailə üzvlə-

rindən  birinə  məxsus  olan  mobil

telefona  zəng  gəlir.  Zəngin  musi-

qisində oxuyur:



    

İgid əsgər, möhkəm dayan, 

möhkəm dayan..

    Ya azad ol, ya candan keç...

    Zirəddin müəllim musiqinin diq-

qətimi çəkdiyini görüb Elməddinə

baxır, gülümsəyir. Öyrənirik ki, El-

məddin bu musiqini çox sevir.  Gö-

rünür,  ailədə  həm  əsl  hərbçi  var,

həm də əsl hərbçi yetişir. 

    Yavaş-yavaş söhbətimizi yekun-

laşdırırıq. Ailə ilə sağollaşıb aşağıya

enirik. Zirəddin müəllim də bizim-

lədir. Ondan vaxtını aldığımız üçün

üzrxahlıq edirik. Gülümsəyərək o,

xidməti  maşınına  minir,  yenidən

hərbi hissəyə qayıdacağını bildirir. 



Hərbi qulluqçuların sosial müdafiəsinin

gücləndirilməsi dövlətin silahlı 

qüvvələrə qayğısının təzahürüdür

 Saat artıq 19-dur. Hava da  qaralmaqdadır. Hərbçi üçün bunun

əhəmiyyəti yoxdur. Daha dəqiq desək, hərbçi günün 24 saatında

da hərbçidir. Bu gün bir daha qürur hissi keçirdik ki, muxtar res-

publikada yaşayan, fəaliyyət göstərən hərbçilər belə yaşayış tərzini

öz  vəzifə  borcları  hesab  edirlər.  Çünki  muxtar  respublikanın

blokada şəraitində, düşmənlə bir addımlıqda yaşadığını unutmurlar.

Onların əməyi isə dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. İş

müddətini saatla ölçməyən  Zirəddin Quliyev də onlardan biridir.  



Sara ƏZİMOVA



Budur, Naxçıvan şəhərində son illərin ən möhtəşəm quruculuq

ünvanlarından olan  yaşayış komplekslərindən birinin qarşısın-

dayıq.  Həmin  yaşayış  kompleksi  ki,  2013-cü  il  dekabr  ayının

31-də 20 təqvim  ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi

qulluqçuya buradan yeni mənzillər verilmişdir. Biz də həmin ai-

lələrdən birində olduq, yaşayış kompleksinin 15-ci mərtəbəsində

yaşayan Quliyevlər ailəsinin qapısını döydük.   

    

Cəmiyyət inkişaf edir və insanlar yaxşı

yaşamaq üçün hər cür maddi nemət və xid-

mətlərdən istifadə etməyə çalışırlar. Getdikcə

genişlənən istehsal və tikinti işləri, nəqliyyat

və rabitə əlaqələri, müasirləşən iş və məişət

şəraiti artıq çox deyil, on il əvvəlki səviyyədən

xeyli  fərqlidir.  İndi  insanlar  rahat  ömür

sürməyi,  evdə,  işdə,  yolda,  bir  sözlə,  hər

yerdə  qarşılaşa  biləcəyi  təhlükələrdən  sı-

ğortalı  yaşamağı  çox  şeydən  daha  üstün

qiymətləndirir,  təsadüfi  riskli  hadisələrə

qarşı hazırlıqlı olmağın vacib tələbat oldu-

ğunu real olaraq hər yerdə görürlər. 

    Təsadüfi risklər nədir? Hansı hadisələr in-

sanın rahat həyatı və fəaliyyəti üçün risk ya-

radan  amillər  hesab  olunurlar?  Bu  suallara

aydınlıq gətirən situasiyalarla, demək olar ki,

hər zaman rastlaşa bilərik. Məsələn, hər bir

insanın yaşadığı binada, yol getdiyi avtomo-

bildə, keçdiyi küçədə elə hadisələr baş verə

bilər  ki,  onların  əvvəlcədən  vaxtını  demək

çox çətindir. Yəni zəlzələnin nə zaman olacağını

və onun yaşayış sahəsinə və insanın sağlam-

lığına hansı zərərlər vuracağını heç kim əv-

vəlcədən  deyə  bilməz.  Belə  təsadüfi  riskli

hadisələr insan yaşayan hər yerdə gözlənilir

və onlara inkişaf səviyyəsindən asılı olmayaraq,

bütün cəmiyyətlərdə rast gəlinə bilər. Ancaq

cəmiyyətin  inkişafı  hər  sahədə  dəyişikliyə

səbəb olduğu kimi, təsadüfi gözlənilməz ha-

disələrə qarşı sığortalanmağın təşkili ilə belə

hadisələr üzündən dəyə biləcək maddi zərərlərin

əvəz olunması sahəsində də xeyli dəyişikliklər

özünü göstərir. Gözlənilməz hadisələrin qar-

şısını almaq üçün nə qədər xəbərdaredici pro-

filaktik tədbirlər görülsə də, bu sahədə texnoloji

yeniliklərdən  və  maarifləndirmədən  istifadə

olunsa  da,  onlardan  hər  zaman  yayınmaq

praktik olaraq mümkün deyildir. Bu da göz-

lənilməz hadisələrdən dəyən zərərlərin sığorta

yolu ilə əvəzinin ödənilməsinin əhəmiyyətini

artırır, onu inkişaf edən cəmiyyətlərin vacib

tələbatlarından birinə çevirir. 

    Qeyd edək ki, təsadüfi riskli hadisələri iki

böyük qrupda ümumiləşdirmək olar. Bunlar

təbiətdə baş verən və müəyyən dərəcədə insan

həyatına  da  təsir  edən  kortəbii  hadisələr  və

insanın iqtisadi-mədəni fəaliyyəti ilə əlaqədər

olaraq baş verən müxtəlif texnogen mənşəli

hadisələrdir. Ancaq bunların bir ümumiləşdirici

xüsusiyyəti  vardır  ki,  istər  təbii,  istərsə  də

texnogen hadisələr olsun, onların baş verəcəyi

zamanı və yeri əvvəlcədən müəyyənləşdirmək

çox çətindir. Onlar baş verdiyi zaman bu və

ya digər dərəcədə insan həyatına, onun sağ-

lamlığına  və  əmlakına  zərər  vurur.  Deməli,

insanın  yaşadığı  və  fəaliyyət  göstərdiyi  yer

haradırsa, orda da müəyyən risk dərəcəsi do-

ğuran gözlənilməz hadisələr olacaqdır. Bununla

yanaşı,  planetdə  insan  sayının  artması,  tex-

nologiyanın inkişafı və insanların həyat tərzində

sürət  və  komfort  kimi  mədəni  tələblərin  ən

yüksək səviyyəyə qalxması da, öz növbəsində,

riskli  təsadüfi  hadisələrin  ehtimalını  artırır.

Belə hadisələrdən vaxtında sığortalanmaq isə

cəmiyyətin  inkişafının  diqtə  etdiyi  vacib

mədəni  tələbatlardan  biridir.  Çünki  hər  bir

insan cəmiyyət üzvüdür və ona rast gələn is-

tənilən təsadüfi hadisənin nəticəsi təkcə özünü

deyil, onunla eyni iqtisadi və mədəni mənafeləri

paylaşan digər insanları da narahat edir. 

    Sığortanın əhəmiyyəti, sığortaya yanaşma

cəmiyyətdə müxtəlif təbəqələrdən olan insanlar

üçün eyni dərəcədə olmasa da, gözlənilməz

bir hadisədən sığortalanmaq, əslində, hər bir

insanın şüurlu həyat və fəaliyyətində, bir növ,

təbii olaraq formalaşan bir tələbatdır. Bu mə-

qamda, hər bir kəsin həyatında gözlənilməz

xərclərini ödəmək üçün topladığı bir miqdar

pul vəsaiti olduğu yadımıza düşür. Adamların

“qara gün” üçün topladığı bu vəsait, əslində,

primitiv sığorta fondudur. Buna ona görə pri-

mitiv deyirik ki, birincisi, bu vəsaitin həcmi

hər hansı sığorta təşkilatında toplanan sığorta

fondu qədər etibarlı səviyyədə deyil, ikincisi

isə cəmiyyətdə çox az sayda adama rast gəlinər

ki, o, sığortanın tələb etdiyi qaydalara uyğun,

məsələn,  icbari  sığorta  haqqı  ödəməklə  bu

fondun yaradılması qayğısına qalsın və sabah

hər hansı hadisə baş verəndə həmin vəsaitdən

istifadə  edib  öz  zərərlərini  qarşılasın.  Buna

görə  də  günümüzdə  bəzi  insanların  sığorta

olunmadığı  üçün  orta  risk  dərəcəli  təsadüfi

bir hadisə ilə üzləşərkən çətin maddi vəziyyətə

düşməsinə rast gəlinə bilir. Halbuki belə hal-

lardan  nəticə  çıxaran  əksər  insanlar  nəinki

icbari sığorta növləri üzrə, hətta könüllü sığorta

növləri üzrə də sığortalanmaqla öz gələcəyini

zəmanət altına almış olur, dəyə biləcək zərər-

lərin əvəzinin ödənilməsini sığorta agentliyinə

həvalə  edərək  rahat  həyat  sürürlər.  Təkcə

icbari sığortalar üzrə ödənilən məbləğə baxsaq,

dəyən  ziyanın  kifayət  qədər  qarşılandığını

görərik. Məsələn, Naxçıvan şəhərində daşınmaz

əmlakın sığortası üçün ödənilən 40 manatlıq

sığorta  haqqı  müqabilində  20  min  manat

sığorta  məbləği  ödənilməsi  nəzərdə  tutulur.

Yəni hər kəsin 20 min manatlıq ehtiyat vəsait

toplamaq əvəzinə ildə, sadəcə, 40 manat ödə-

yərək  dəyə  biləcək  zərərləri  zəmanət  altına

alması daha məqsədəuyğun və ağıllı seçimdir.

Qədim  fəaliyyət  tarixinə  malik  olan  sığorta

işinə olan etibar da bu yolla formalaşmışdır. 

    Sığortanın mahiyyətində insan fəaliyyəti

nəticəsində törənən texnogen mənşəli hadi-

sələrin vurduğu zərərlərin ödənilməsi də mü-

hüm yer tutur. Çünki hazırda istehsal və xid-

mət sahələrində yüksək fəallıq yaranmış, sa-

hibkarlıq fəaliyyəti genişlənmiş, sürətli nəq-

liyyat vasitələrindən, müasir texniki qurğu-

lardan istifadə olunmaqdadır. Və bu inkişaf,

öz növbəsində, rast gəlinən qəza və bədbəxt

hadisələri  də  müəyyən  dərəcədə  qaçılmaz

edir. İşdə və ya yolda ehtiyatsızlıq, diqqətsizlik

nəticəsində, habelə texnoloji avadanlıqlarla

iş  zamanı  baş  verən  qəzalar  səbəbindən

maddi itkilər yaranır, insan sağlamlığına zə-

rərlər dəyir. Həm də burada diqqət ediləcək

məqam ondadır ki, belə hadisələr baş verdikdə

hadisənin səbəbkarları öz mülki məsuliyyəti

çərçivəsində digər insanlara vurduğu zərərlərin

də  ödənilməsini  həyata  keçirməlidirlər.  Bu

isə bəzən elə bir həcmdə ola bilər ki, sığortasız

insan, sözün əsl mənasında, çıxılmaz vəziyyətə

düşər, başqalarına vurulmuş zərərə görə bütün

maddi imkanlarından məhrum ola bilər. Bu

baş verməsin deyə, daşınmaz əmlakın istismarı

və avtomobil nəqliyyatı vasitələrindən istifadə

zamanı  mülki  məsuliyyətin  sığortası  tətbiq

olunur ki, onun da icbariliyi məsələnin yu-

xarıda qeyd olunan geniş ictimai maraq kəsb

etməsi ilə əlaqədardır. 



   Göründüyü kimi, sığorta və sığorta olun-

mağın risklərə və gözlənilməz təsadüfi ha-

disələrə  qarşı  mühüm  bir  xəbərdaredici

əhəmiyyəti vardır. Sığorta olunmaqla ev, iş

yeri və avtomobil sahibi rast gələ biləcəyi

gözlənilməz hadisələrə, bir növ, əvvəlcədən

hazırlıqlı olur və öz gələcək həyatını zəmanət

altına alır. Bu da inkişaf edən müasir cə-

miyyətin bir tələbidir. 



Əli CABBAROV



Sığorta inkişaf edən

cəmiyyətin tələbidir



Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə