601
39. Katolik (katolisizm) - Xristianlığın əsas cərəyanların-
dan biri. Katolik kilsəsi bidətçiliyə, xalq hərəkatlarına qarşı
amansız mübarizə aparmış, Səlib yürüşlərinə havadarlıq etmiş
və bəraət qazandırmışdır. İnkvizisiya vasitəsilə elmin təbliğat-
çılarına və ölkələrinin istiqlaliyyəti uğrunda mübarizlərə (L.
Vanini, C. Bruno, Yan Qus, Janna Dark və b.) divan tutmuş-
dur.
40. Kaxamarka - İnk imperiyasının qədim şəhərlərindən
biri. 1532-ci ilin noyabrın 16-da Ataualpa həmin şəhərin
yaxınlığında xəyanətkarcasına Fransisko Pisarro tərəfindən
əsir alınmışdı.
41. “Kədərli geçə” - 1520 ci ildə iyunun 29-dan 30-na
keçən gecə ispanlar və onların müttəfiqləri Tenoçtitlandan
geri çəkilən zaman asteklər tərəfindən amansızcasına darma-
dağın edilmişdilər.
42. Kirasir - İspan konkistadorlarının dəmir geyimi.
43. Kolondatorlar - Avropadan Yeni Dünya sahillərinə
gedib həmin torpağı mənimsəyən müstəmləkəçilər.
44. Konkistador - Demək olar ki, “işğalçılar”. XV-XVI
əsrlərdə Mərkəzi və Cənubi Amerikada yaşayan xalqları
əsarət altına alan ispan könüllüləri.
45. Xuan La Kosa - Kolumbun 2-ci ekspedisiyasının
iştirakçısı, Alonso Oxedanın Cənubi Amerikanın şimal sahil-
lərini tədqiq etmək üçün ekspedisiyasında iştirak etmişdir. O,
ilk dəfə belə qənaətə gəlir ki, Cənubi Amerika naməlum qitə
ola bilər.
602
46. Xuan Ladrilyero – 1558-ci ildə Çonos arxipelaqını və
Taytao yarımadasını kəşf edən və ilk dəfə Magellan boğazını
qərbdən-şərqə keçən məşhur ispan dəniz səyyahı.
47. Lanset - Orta əsrlərdə qısa xənçəl.
48. Lopes, Migel Leqaspi - Filippini fəth edən ispan
konkistadoru.
49. Liq - İspaniyada uzunluq ölçü vahidi 5,6-6 km-ə
bərabərdir.
50. Lyö - Fransada uzunluq olçü vahidi 4 km-ə bərabərdir.
51. Loaysa, Qarsia Xofre - Magellan ekspedisiyasından
sonra 1525-ci ildə “Ədviyyat adalarına” 7 gəmidən ibarət olan
böyük ekspedisiyanın rəisi. Molukk adalarına çatmamış Sakit
okeanda vəfat etmişdi. Ekspedisiya isə öz missiyasını yerinə
yetirə bilməmişdi.
52. Luson - Filippin arxipelaqının ən böyük adası (105,6
min km
2
.). Ölkənin paytaxtı Manila şəhəri həmin adanın qərb
sahilində yerləşir.
53. Mayalılar - İndiki Meksikanın cənubunda yaşamış
sivilizasiyalı hindli tayfası.
54. Malakka - Andaman və Cənubi-Çin dənizləri arasında
yerləşən yarımada. Hind-Çin yarımadasının cənub qurtaracağı
Malakka adlanır.
55. Marakaybo - Venesuellanın iri şəhəri və Marakaybo
gölünün şimalında yerləşən iri limanı.
56. Alvaro Mendanya de Neyra - Məşhur ispan dəniz
səyyahı, əfsanəvi Ofir torpağını axtarmaqla 1568-ci ildə Solo-
603
mon adalarını kəşf etmişdi. O, 1595-ci ildə Sakit okeanına 2-
ci dəfə də ekspedisiya təşkil etmişdi.
57. Diyeqo Mendes - Kolumb ekspedisiyasının iştirakçısı
və admiralın yaxın dostu. Hindli piroqasında o, admiralın
məktubunu çatdırmaq üçün Yamaykadan Espanyolaya (Haiti
adası) dəniz ilə 200 km-lik keçid etmişdir.
58. Mindanao - Filippin arxipelaqının 2-ci böyük adası
(95,6 min km
2
.).
59. Monarx - Kral, imperator, çar, şah və s. başçılar
nəzərdə tutulur.
60. Muşket - Orta əsrlərdə işlənmiş iri çaplı fitilli tüfəng.
61. Narvaes, Panfilo - Kuba adasının daxili rayonlarının
ilk tədqiqatçısı Floridanı tədqiq edən zaman səhlənkarcasına
bütün ekspedisiyası (5 gəmi və 400 adam) ilə birlikdə həlak
olmuşdu.
62. Neptun - Yunan mifalogiyasında dənizlər Allahı.
63. Orinoko çayı - Venesuellanın ən uzun çayı (2740
km.). Mənsəbi 1498-ci ildə Kolumb tərəfindən kəşf edilib.
Dünyanın ən hündür Anxel şəlaləsi həmin çayın üzərində
yerləşir. Cənubi Amerikanın ən bol sulu çaylarından biri,
Karib dənizinə tekülür.
64. Oses, Fransisko - Loaysa ekspedisiyasının iştirakçısı,
“Santo-Lesmes” gəmisinin kapitanı. O, 1526-cı ildə ilk dəfə
Odlu Torpağın cənub-şərq sahili ilə üzləşir, lakin o vaxt bu
kəşfə heç bir əhəmiyyət verilmir.
65. Parana çayı - Braziliya və Argentinadan keçib Atlan-
604
tik okeanının La-Plata körfəzinə tökülür. Suyun bolluğuna (3
mln. kv. km.) və çayın uzunluğuna görə Cənubi Amerikada,
Amazonkadan sonra 2-ci yeri tutur.
66. Pinson, Visent Yanyes - Kolumbun Amerikaya olan
1-ci ekspedisiyasının iştirakçısı -‘‘Ninya” gəmisinin kapitanı.
O, 1500-cü ilin yanvarın 26-da Braziliyanın qərbində yerləşən
San-Roka (5°30 c. en dair.) burnunu kəşf etmişdi.
67. Plini Böyük - bizim e. 23-79-cu illərində yaşamışdır.
Elm sahəsində onun “Təbiiyyat tarixi” əsəri çox əhəmiyyətli
idi. Bu əsərində Plini öz dövründəki elmin bütün nailiyyətləri-
ni cəmləşdirmişdi.
68. Marko Polo - 1271-ci ildən başlayaraq o, ilk dəfə
Kiçik Asiyanı, İranı, Əfqanıstanı, Pamiri, Vahə şəhərləri -
Qaşqarı, Yarkəndi, Xotanı, Təklə-Məkan və Qobi səhralarını
keçərək, Venetsiyadan Çinə səyahət etmişdi. 17 ildən sonra
Sumatradan, Seylondan, Hindistandan və Şərqi Afrikadan
keçməklə vətənə qayıtmışdı.
69. Qney Pompey (e.ə. 106-48) - Romanın məşhur dövlət
xadimi və sərkərdəsi. I Triumviratın (Pompey, Sezar və Krass
arasındakı saziş) üzvü. Azərbaycana hücum etməmişdən əvvəl
məğlubiyyətin nə olduğunu bilmirdi. 49-45-ci illərdə onunla
Sezar arasında vətəndaş müharibəsi başlanmış və Pompey 48-
ci ildə İsgəndəriyyədə Misirin şahı XII Ptolemey tərəfindən
öldürülmüşdü.
70. Portobelo - Panamanın Karib dənizi sahilində yerlə-
şən şəhər-liman.
Dostları ilə paylaş: |