598
kəzlərinə və liman şəhərlərinə (Tir, Sidon, Bibl və s.) çevril-
mişdi. E. ə. 539-cu ildən e. ə. 332-ci ilə qədər Finikiya Əhə-
mənilər dövlətinin tərkibinə daxil olmuş, sonra isə Makedoni-
yalı İsgəndərin imperiyasına daxil edilmişdi.
25. Flandriya - Orta əsrlərdə Niderlandın cənub əyaləti.
İndiki Belçika.
26. Fort - Bir və ya bir neçə açıq və qapalı fortifikasiya
qurğusundan ibarət əlahiddə istehkam.
27. Fransisk Anjulu - (1556-1584) - Fransız hersoqu
Fransız kralı III Henrixin qardaşı. Zadəganlar partiyası və
oranjistlər onu Niderlanda çağırmışdılar. İspanlara qarşı gedən
müharibədə o, bütün partiyalar arasındakı çətinlikləri nəzərə
alır, heç bir partiyaya sədaqətli qalmırdı. Fransa qoşunu ilə o,
talançılıq edir, əhalini amansızcasına soyurdu. 1580-cı ildə
Baş ştatlar tərəfindən Niderlandın hökmdarı təyin edilməsinə
müvəffəq olmuşdu. Lakin 3 ildən sonra ştatlara qarşı iqtişaş
qaldırdı. Xalqın göstərdiyi müqavimət nəticəsin-də Niderlandı
tərk etmiş və çox keçmədi ölmüşdü. Bu şöhrət-pərəst, pozğun,
xain fırıpdaqçı - cənubda üsyan edənlərin işi-nə böyük ziyan
vurmuş, Oranlı Vilhelmin nüfuzunu qırmışdı.
28. Hugenotlar – Orta əsrlərdə Fransada protestant-
kalvinistləri belə adlandırırdılar. Protestantizm (yaxud refor-
masiya) adı ilə Qərbi Avropada meydana gəlmiş və katoliklər
kilsəsinin hökmranlığını məhdud etmək onu mülki hökmran-
lığa tabe etməyə çalışan hərəkat kimi məşhur olmuşdur.
29. İzabella Kastiliyalı (22.4.1451-26.11.1504) - Kral II
599
Xuanın qızı, (1474-çü ildən) Kastiliya kraliçası. Araqon kralı
Ferdinanda ərə gedərək, Kastiliya və Araqon uniyasının
yaranmasına (əslində İspaniyanın ərazi birliyinə) nail olmuş-
du. İzabellanın dini siyasəti fanatizmlə fərqlənirdi (1480-ci
ildə inkvizisiyanın təsisi, 1492-ci ildə yəhudilərin qovulması,
ərəblərin zorla xristianlaşdırılması və s.). İzabellanın dövrün-
də Rekonkista başa çatdırılmışdı.
30. İnkvizisiya - 1480-cı ildə İspaniyada təşkil edilmiş və
bütünlüklə dövlət hakimiyyətinin maraqlarını müdafiə etmək
üçün xidmət etmişdir. Ölkənin bütün əhalisi xüsusilə də
ərəblərlə yahudilər inkvizisiyanın nəzarəti altında olmuşdur.
İnkvizisiyanın köməyi ilə hər bir siyasi müxalifət dəf edilirdi.
31. Makedoniyalı İsgəndər (e.ə. 356-13. 6. 323) - Qədim
dünyada görkəmli sərkərdə və dövlət xadimi. 336-cı ildən
Makedoniya padşahı. Aristotelin (Ərəstun) şagirdi. E.ə. 333-
cü ildə artıq bütün Kiçik Asiya Makedoniyalı İsgəndərə tabe
edildi. III Dara qısa müddət ərzində məhv edildi. 332-331-ci
ilin
qışında o, Misiri döyüşsüz ələ keçirmişdi. Qavqamel
döyüşündən sonra Əhəmənilər dövlətinin paytaxtı Persepol
müqavimətsiz təslim olur. İsgəndər Orta Asiyaya (329) və
Hindistana (327) hərbi yürüşlər etmiş və qələbələr qazan-
mışdı. Artıq 326-cı ilə qədər o, nəhəng bir dövlət yarada bilir.
32. Yeni Dünya - Amerika kəşf olunanda avropalıların
həmin əraziyə verdikləri ad.
33. “Yeni Əndəlüs” - Orta əsrlərdə Kolumbiyanın şimal
sahil zolağı.
600
34. Kantabriya dağları - İspaniyanın şimal-qərbində dağ
sistemi. Ən hündür zirvəsi Penya-Vyexo dağıdır 2613 metr.
35. Kantino, Alberto - XV əsrin sonunda XVI əsrin
əvvəllərində Avropanın ən tanınmış xəritəşünaslarından biri.
1502-ci ildə Yeni Dünya sahillərinin və Madaqaskarın təsviri
bütün səyyahlar tərəfindən istifadə edilirdi.
36. Karl V Habsburq - Müqəddəs Roma imperiyasının
imperatoru (1519-1556). 1516-cı ildə I Karl adı altında
İspaniya kralı. Müasirləri deyərdi ki, “onun hakimiyyəti altın-
dakı torpaqlarda Günəş heç vaxt batmır”. V Karl Avropanın
mürtəce qüvvələrinə arxalanaraq, ümumdünya katolik monar-
xiyası yaratmağa çalışmışdır. Onun bu fantastik məqsədə tabe
olan siyasəti böyük dövlətinin müxtəlif hissələrində müqavi-
mətə, üsyanlara səbəb olmuşdur. O, həyatını müharibələrdə
keçirmiş, ayrı-ayrı ölkələrə sahib olsa da, öz məqsədinə
çatmamış və 1556-cı ildə taxt-tacdan əl çəkmişdir.
37. Karfagen - 3-cü Pun müharibəsinə qədər qüdrətli
şəhər-dövlət. Şəhərin əsası e. ə. 814-cü ildə qoyulmuşdu.
Afrikanın şimalında indiki Tunisin yanında yerləşirdi. Roma
imperiyasına qarşı 3 dəfə (e. ə. 264-241, 218-201 və 149-146-
cı illərdə) ağır müharibələr aparmış və 3-cü Pun mühari-
bəsindən sonra e. ə. 146-cı ildə Karfagen romalılar tərəfindən
tamamilə yerlə-yeksan edilmişdi.
38. Kastiliya - İspaniyanın mərkəzində tarixi vilayət. XI-
XV əsrlərdə bu ərazidə feodal dövləti olmuşdur. İspan dilində
“qala”, “istehkam” deməkdir.
Dostları ilə paylaş: |