  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə142/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   138   139   140   141   142   143   144   145   ...   154

                                                     

 

  



                                                                            

                                                    

566 

birindən  aralı  düşsələr,  onda  Buenos-Ayres  limanında  bir 



müddət gözləyib, orada bir-birimizlə görüşməliyik. Deməli, 

“Vanquardia”nın  həmin  fırtınadan  salamat  çıxıb-çıxma-

dığını, biz yalnız Buenos-Ayres limanında öyrənə bilərik. 

-  Migel  düz  deyir,  “Vanquardia”nın  salamat  qalıb-

qalmadığını  biz  Buenos-Ayresdə  müəyyən  edə  bilərik.  – 

deyə coqrafiyaşünas səbirsizliklə dilləndi. 

 Kapitan  başa  düşdü  ki,  buradakı  söhbət  öz  məcrasını 

tapmaq  üzrədir,  “Vanquardia”nın  salamat  qalıb-qalmadığı 

buradakıların  hamısını  maraqlandırır.  Məhz  buna  görə  də 

kapitan bir daha ərklə sözə başladı. O dedi: 

-  Möhtərəm  sinyorlar,  Migelin  söylədiyi  sözlər  əsl 

faktdır. “Vanquardia”nın taleyi bizə yalnız Buenos-Ayresdə 

məlum  olacaq.  Mən  ona  görə  hamıya  izah  edirdim  ki,  biz 

Braziliya  sahillərində  artıq  vaxt  itirmədən  Buenos-Ayresə 

yolanmalıyıq.  Mən  başa  düşə  bilmirəm,  bizi  hazırda 

istirahət  maraqlandırır,  yoxsa  ekspedisiyanın  o  biri 

üzvlərinin taleyi? 

-  Sinyor  kapitan,  siz  elə  danışırsınız  ki,  guya  silah-

daşlarımızın  taleyi  bizi  maraqlandırımır.  –  deyə  leytenant 

Vasko öz narazılığını bildirdi. 

Hamı kapitanın söylədiyi bu sözlərdən sonra təəccübdən 

vəcdə  gələrək,  yerlərindəcə  donub  qaldılar.  Elə  çıxırdı  ki, 

kapitan onlara böhtan atır. Yaxşıdır ki, Odovaldo qardaşları 



                                                     

 

  



                                                                            

                                                    

567 

burada  yox  idi.  Yoxsa,  həmin  sözlərdən  sonra  burada  ara 



elə  qızışacaqdı  ki,  Markosu  özlərinin  bir  nömrəli  düşməni 

adlandıracaqdılar. Çoxları kapitanın həmin ifadələrinə görə 

öz narazılıqlarını bildirərdi. Lakin hiss olundu ki, kapitan o 

cür söyləmək istəmirdi. Qoca səyyah üzünü kapitana tutub 

ciddi halda dedi: 

-  Bizim  hamımız  ekspedisiyanın  bütün  iştirakçılarına 

görə  narahatıq.  Bunun  üçün  artıq  şərhə  ehtiyac  yoxdur. 

Sizin bu barədə konkret təklifləriniz varsa, verin? 

-  Bir  çoxları  tələb  edir  ki,  altmış  yeddi  günlük  okean 

keçidindən  sonra,  biz  burada  beş-altı  gün  qalıb  istirahət 

etməliyik.  –  deyə  kapitan  sarsılmaış  kimi  dilləndi.  -  Mən, 

onların hamısını çox yaxşı başa düşürəm. Guya ki, bu keçid 

zamanı mən yorulmamışam; guya mən hamı kimi istirahət 

etmək  istəmirəm.  Lakin  əsas  işləri  görməmiş,  bizim  heç 

birimiz  istirahət  haqqında  düşünməməliyik.  Təklif  edirəm 

ki,  ertəsi  günü  buranı  tərk  edib  Buenos-Ayresə  yollanaq. 

Orada  həm  gəmini  təmir  edərik,  həm  də  ki,  “Vanquar-

dia”nın  gəlişini  gözləyərik.  Doğrudan  da  bizdə  belə  bir 

danışıq  olub  ki,  əgər  okean  keçidi  zamanı  bir-birimizi 

itirsək,  görüş  yerimiz  Buenos-Ayres  limanı  olmalıdır.  Elə 

istirahətimizi də orada edərik. 

-  Sinyor  kapitan,  nəyə  görə  axı,  bu  tezliklə  yola  düşə-

cəyik?  –  deyə  hirsini  içərinə  boğan  losman  müəmmalı 



                                                     

 

  



                                                                            

                                                    

568 

tərzdə soruşdu. 



- Ona görə ki, hər günün öz hökmü var. – deyə kapitan 

hiddətlənərək, qeyri-müəyyən tərzdə dilləndi və son nəticə-

də özünü ələ alaraq, ehtiramla sözünə əlavə etdi. – Tutalım 

ki, biz beş-altı gün burada qaldıq, ondan sonra isə Buenos-

Ayres yollandıq. Bəlkə “Vanquardia” Braziliyi sahillərində 

dayanmadan birbaşa Buenos-Ayresə yollanıb və həmin beş-

altı  günü  limanda  dayanaraq  bizim  yolumuzu  gözləyəcək. 

Biz həmin müddət ərzində gedib Buenos-Ayresə çıxmasaq, 

onda  kapitan  Xuangil  elə  biləcəklər  ki,  biz  fırtına  zamanı 

həlak olmuşuq. İndi buna nə deyə bilərsiniz? 

-  Mən  kapitan  Markosla  tamamilə  razıyam.  –  deyə 

Migel  təqdiredici  tərzdə  dillənərək,  kapitanın  sözlərilə 

razılaşdığını bildirdi. 

-  Tamamilə  düzdür,  –  deyə  leytenant  Vasko  da  təqdir-

edici  tərzdə  başını  tərpədərək,  kapitanla  razılaşdığını 

bildirdi. – biz burada bir gün də olsun belə, artıq vaxt itirə 

bilmərik.  Elə  günü  sabah  Braziliyi  sahillərini  tərk  edib 

Buenos-Ayresə yola düşməliyik. 

Buraya  yığışanların  demək  olar  ki,  hamısı  kapitanın 

təklifinə tərəfdar çıxdılar. Təkcə Uqodan başqa, ancaq o, bu 

təklifə öz etirazını da bildirmədi. Kapitan Markos hamının 

fikrini  öyrəndikdən  sonra  tamamilə  rahat  nəfəs  almağa 

başladı. Qalırdı Odovaldo qardaşları, onları da razı salmaq 



                                                     

 

  



                                                                            

                                                    

569 

mümkün  idi.  Necə  olsa  da,  əksəriyyət  kapitanın  göstəriş-



lərinə əməl edirdi. 

Təyin olunan vaxta görə, ova çıxanlar günorta yeməyinə 

bir  saat  qalmış  ovdan  qayıtmalı  idilər.  Lakin  onlar  həmin 

vaxta  qədər  gəlib  çıxmamışdılar.  Gəminin  koku  Xulio 

Mendes  hər  ehtimala  qarşı  düşərgədəkilərə  okean  sahilin-

dən  tutulmuş  balıqlardan  bozbaş  bişirdi.  Matroslar  elə 

sahilin ağzındaca balıq tutub koka təhvil verirdilər. 

Odovaldo  qardaşlarının  dəstələri,  hətta  günorta  yemə-

yindən sonra da gəlib çıxmadılar. Onların gəlib çıxmaması 

düşərgədə olan komandanlığı bərk narahat etməyə başladı. 

Artıq  iki  saat  idi  ki,  onlar  gecikirdilər.  Kapitan  onların 

başına nə isə xoşagəlməz bir hadisə gəldiyini zənn etdi. O, 

boş-boşuna  oturmaq  lazım  deyildi.  Vəziyyətdən  çıxmaq 

üçün  nəsə  bir  tədbir  görmək  lazım  idi.  Kapitan  vəziyyətin 

yaxşı  oldığını  dərk  edərək  leytenant  Vasko  ilə  Migeli 

yanına dəvət edib həyəcanla dedi: 

- Mənə elə gəlir ki, ova yollanan uşaqların başına nə isə 

bir  hadisə  gəlib.  Belə  qərara  gəlmişəm  ki,  onların  axtarışı 

üçün bir dəstə göndərim. 

- Elədirsə, mən öz dəstəm ilə onların axtarışı ilə məşğul 

ola  bilərəm.  –  deyə  leytenant  tərəddüd  etmədən  canfəşan-

lıqla  dilləndi.  –  Axşama  kimi  mən  onları  tapıb  düşərgəyə 

qayıda bilərəm. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə