  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə145/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   141   142   143   144   145   146   147   148   ...   154

                                                     

 

  



                                                                            

                                                    

578 

olurdu. Enrike uşaqlara xəbərdarlıq etdi ki, hindular onları 



görməsinlər.  Əvvəlcədən  hər  bir  şeyi  diqqətlə  seyr  etmək 

lazım  idi.  Ondan  sonra  isə  bir  tədbir  görmək  olardı. 

Aşağıda qarışıq o qədər böyük idi ki, kimin-kim olduğunu 

səçmək  hələlik

 

mümkün  deyildi.  Lakin  hər  yeri  diqqətlə 



nəzərdən  keçirəndə  oradakı  mənzərəni  açıq-aydın  görmək 

olardı. 


Vadi  o  qədər  böyük  deyildi.  Lap  ortada  damı  palma 

yarpaqları  ilə  örtülmüş  yeddi-səkkiz  ev  vardı.  Evlər  bir-

birinə  yaxın  idi  və  orada  bir  qrup  adam  toplaşmışdı.  Evin 

ətrafında  on  nəfərə  yaxın  insan  cəsədi  vardı.  Çılpaq 

bədənlərindən  o  dəqiqə  ayırd  etmək  olurdu  ki,  onlar 

hinduların  cəsədləridir.  Evləri  hər  tərəfdən  yüz-yüz  iyirmi 

nəfərə  yaxın  nizə  və  ox  ilə  silahlanmış  hindu  döyüşçüləri 

mühasirəyə  almışdı  onlar  evlərin  künclərində  müdafiə 

mövqeyi  tutmuş,  adamlara  qışqıra-qışqıra  hədə-qorxu 

gəlirdilər. Tam əmin-amanlıqla qed etmək olurdu ki, evlə-

rin  yaxınlığında  olanlar  Odovaldo  qardaşlarının  əsgərləri-

dirlər.  

İş  ondadır  ki,  onlar  yerli  hindulardan  ibarət  bir  neçə 

adamı girov götürmüşdülər. Bundan sonra vəziyyət həddin-

dən artıq gərginləşmişdi. Yerli hinduların hərəkətlərindən o 

dəqiqə  başa  düşmək  olurdu  ki,  onlar  hücuma  hazırlaşırlar. 

Bundan əlavə,  şimal tərəfdən hinduların köməyinə beş-altı 



                                                     

 

  



                                                                            

                                                    

579 

nəfərdən  ibarət  kiçik  qruplar  gəlirdi.  Bununla  da  onların 



sayı get-gedə artırdı. Bir saata kimi onlar gözləməli olsalar, 

hinduların sayı sözsüz ki, iki yüz-iki yüz əlli nəfərə çatacaq. 

Hökmən  bu  təhlükənin  qarşısı  alınmalı  və  konkistadorları 

mühasirədən çıxarmaq lazım idi.  

İlk  növbədə  bu  ərazi  nəzərdən  keçirilməli  və  əlverişli 

yerdən  vadiyə  düşmək  lazım  idi.  Vadi  şimaldan  cənuba 

doğru  uzanırdı.  Şərq  və  qərb  tərəfi  hündür  təpələrdən  və 

hündür  olmayan  sıldırım  qayalardan  ibarət  idi.  Vadinin 

şimal  hissəsi  çənub  hissəsinə  nisbətən  alçaq  və  düzənliklə 

örtülmüşdü.  Cənub  hissəsi  balaca  təpəciklərin  sayəsinə 

otuz-qırx  metr  yüksəkliyə  doğru  qalxırdı,  həm  də  həmin 

təpəciklərin  üstü  hündür  olmayan  seyrək  ağaclarla  örtül-

müşdü. Təpəciklərin sərhədindən evlərə kimi təxminən yüz 

metrəyədək  məsafə  vardı.  Hinduların  əksəriyyəti  vadinin 

şimal  hissəsinə  toplaşmışdı.  Təpəciklər  tərəfdə  təxminən 

iyirmi beş-otuz nəfər hindu vardı. Migelgil üçün ən əlverişli 

yer vadinin cənub hissəsi sayılırdı.  

Bir  başçı  kimi  Migel  hər  bir  şeyi  bütün  incəliklərinə 

kimi  dəqiq  ölçüb-biçməli  və  qərar  çıxarmalı  idi.  Halbuki 

Migelgil həddindən artıq çox az idilər. Bu qədər qüvvə ilə 

hindularla  döyüşə  girmək  çox  təhlükəli  idi.  Hindular  bu 

dəstənin  özünü  də  mühasirəyə  alıb  darmadağın  edə 

bilərdilər.  Leytenant  Vasko  öz  dəstəsilə  burada  olsa  idi, 



                                                     

 

  



                                                                            

                                                    

580 

hindulara  qarşı  çox  fəndlər  işlətmək  olardı.  Lakin  bütün 



bunlara  baxmayaraq,  nəsə  bir  tədbir  görmək  lazım  idi. 

Yoxsa,  hindular  hər  dəqiqə  hücuma  gecə  bilərdilər.  Migel 

təkbaşına qərar qəbul etmək istəmədi, necə olsa da, ondan 

başqa  buraya  toplaşanların  hamısı  cəngavər  idilər.  Onların 

fikrini bilmək Migel üçün hava-su kimi lazım idi. Bunların 

içərisində  Enrike  ən  yaxşı  və  təcrübəli  cəngavər  olduğuna 

görə tələsik halda dedi: 

-  Odovaldo  qardaşları  evlərin  ətrafında  mühasirəyə 

alınıblar.  Mühasirəni  yarmaq  üçün  hökmən  onlara  kömək 

lazımdır.  Yaxınlıqda  olduğumuza  görə,  köməyi  yalnız  biz 

etməliyik.  Ancaq  sizə  bildirməliyəm  ki,  bizim  sayımız 

həddindən  artıq  çox  azdır.  Buna  baxmayaraq,  biz  silah-

daşlarımıza  öz  köməkliyimizi

 

göstərməliyik.  Biz  vaxt 

itirmədən aşağı düşməli və vadiyə cənub tərəfdən yaxınlaş-

malıyıq. Çünki bizimkilərin müdafiə mövqeyi tutduğu yerə 

cənub  tərəfdən  daha  tez  yaxınlaşmaq  olar.  Oradan  hindu-

lara  gözlənilməz  zərbə  endirsək,  onlar  sözsüz  ki,  özlərini 

itirəcəklər.  Həmin  məqamda  da  Odovaldo  qardaşlarında 

cənub istiqamətində mühasirəni yarmağa imkan olacaq. 

- Mən bu variantla tamamilə şərikəm. – deyə arbalyotçu 

Luis  tərəddüd  etmədən  öz  razılığını  bildirdi.  –  Cənub 

tərəfdə arbalyotdan istifadə etmək üçün yaxşı imkanlar var. 

 



                                                     

 

  



                                                                            

                                                    

581 

- Əgər, heç kimin etirazı yoxdursa, onda vaxt itirmədən  



yola düzələk. – deyə Migel tələm-tələsik dilləndi. 

 

 



 

 

  XXVII fəsil. Köməyə gələn ispan dəstəsi  



     aborigenlərə sarsıdıcı zərbə endirir 

 

Beləliklə,  dəstə  təpənin  üstündən  arxa  tərəfdən  aşağı 



düşməyə  başladı.  Arxa  tərəfdən  düşmək  çox  asan  və 

təhlükəsiz  idi,  həm  də  onları  vadidə  olan  bir  hindu  belə 

görə  bilməzdi.  Çox  keçmədən  Migelgil  aşağı  çatıb  yavaş-

yavaş  dolayısı  yolla  vadinin  sərhəddinə  yaxınlaşmağa 

başladı.  Bu  dəfə  kəşfiyyatçı  funksiyasını  Sebastyan  yerinə 

yetirəcəkdi. Sebastyan ehtiyatla 8-10 metr irəli yeriyir; hər 

şeyin  sakit  olduğunu  görəndən  sonra  sağ  əlinin  işarəsi  ilə 

dəstəni  öz  yanına  çağırırdı.  Vadiyə  yaxınlaşdıqca  ağaclar 

seyrəlirdi  və  burada  daha  ehtiyatala  hərəkət  etmək  lazım 

idi.  Hindular  onları  görə  bilərdilər.  İstədikləri  yerə 

yaxınlaşdıqca, qarşıda artıq hindular görünməyə başlayırdı. 

Hindular  mühasirədə  olanlara  tamaşa  etdiklərinə  görə 

arxaları  Migelgil  tərəfə  idi.  Ağacların  içərisində  bir-

birindən  o  qədər  də  aralı  olmayan  üç  nəfər  hindu  dayanıb 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə