  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə148/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   144   145   146   147   148   149   150   151   ...   154

                                                     

 

  



                                                                            

                                                    

590 

yerdən idi - boğazları bıçaq ilə kəsilmişdir. Bir sözlə, qızlar 



qətlə  yetirilmişdilər.  Kimlər  tərəfindən  qətlə  yetirilməsini 

isə  müəyyən  etmək  heç  də  çətin  deyildi.  Bu  Odovaldo 

qardaşlarının dəsti-xəttinə oxşayırdı. Qaranlıq olan məsələ-

nin  özü  Vaskonun  marağına  səbəb  oldu.  Vasko  burada  nə 

baş  verdiyini  yolüstü  onlardan  soruşdu.  Onlar  da  izah 

etdilər  ki,  həmin  qızlar  hücum  edənlər  arasında  idilər. 

Sözsüz  ki,  bu  yalan  məlumat  idi.  Lakin  leytenant  dərinə 

getmək  istəmədi.  Burada  nə  baş  verdiyini  sonradan  ayırd 

etmək olardı. İndi isə tezliklə vadini tərk etmək lazım idi. 

Lap qabağda Vaskonun dəstəsi getməli idi, onlar bələd-

çilik  funksiyasını  yerinə  yetirəçəkdilər.  Ən  axırda  isə 

cəngavərlər  gedəcəkdilər.  İspan  dəstəsi  hələ  də  düşmən 

ərazisində idi və hər an hindular tərəfindən hücuma məruz 

qala bilərdilər.  

Vadini  tərk  edən  zaman  əsəblərini  cilovlaya  bilməyən 

Karlos qəzəbli halda yenidən qılıncını qınından çıxarıb, ah-

zar  ilə  qışqıran  hindunun  bağrına  sancdı.  Elə  həmin 

məqamda  bir  qədər  aralıda  olan,  ağrıdan  qıvrılmış  hindu-

nun  başına  dalbadal  üç  qılınc  zərbəsi  endirdi.  Onun  bu 

qeyri-insani  hərəkətindən  dəhşətə  gələn  Sebastyan  cəld 

Korlosun  üstünə  atıldı.  Vəcdə  gələn  cəngavər  onun  sağ 

qolunun biləyindən tutaraq, əl  saxlamağı tələb  etdi. Karlos 

isə  özünün  kinli  baxışlarını  Sebastyana  yönəldərək,  ondan 



                                                     

 

  



                                                                            

                                                    

591 

əl  çəkməsini  tələb  etdi.  Həmin  anda  Migel,  Osvaldo  və 



Vasko  özlərini  hadisə  yerinə  çatdırdılar.  Karlosun  etdiyi 

hərəkət heç bir zadəgan və mərd döyüşçü tərəfindən qəbul 

oluna  bilməzdi.  Yaxınlıqda  olan  Kamaço  irəli  yeriyib 

hiddətlə dedi: 

-  Sizə  nə  olub?  Olmaya  bizim  düşmənlərimizi  müdafiə 

etmək  fikrindəsiz?  Məgər,  görmürsüz  onlar  burada  ispan 

əsgərinin qanını axıdıblar? 

-  Sinyor  Kamaço,  mən  istəmirəm  ki,  bizim  aramızda 

olan  hörmət  itib-batsın.  –  deyə  Vasko  hirsini  birtəhər 

saxlayaraq  narazı  halda  dilləndi  və  Karlosun  əlinin  aşağı 

endiyini  görüb  həmin  tərzdə  sözünə  davam  etdi.  –  Biz 

düşmənlərimizlə  açıq  döyüş  meydanında  üzləşdik  və 

mərdi-mərdənə  onların  dəsini  verdik.  Biz  öz  vətənimizin 

əsgərləriyik  və  özümüzü  şanlı  İspaniyanın  şərəfli  əsgərləri 

kimi aparmalıyıq. 

-  Sinyor,  bəs  biz  burada  nə  edirik?  –  deyə  hirsdən 

gözləri kəlləsinə çıxan Karlos çaşqınlıq içərisində soruşdu. 

– Onların hamısını... 

-  Bu  artıq  düşməni  məhv  etmək  yox,  cinayət  sayılır,  – 

deyə  onun  bu  hərəkətlərinə  dözə  bilməyən  Sebastyan 

hiddətlə  dilləndi.  –  harada  görünüb  ki,  əsl  döyüşçü 

döyüşdən  sonra  yaralı  və  köməksiz  adamları  qılıncdan 

keçirsin?  Bu  funksiyanı  ancaq  cəza  dəstələri  və  cəlladlar 



                                                     

 

  



                                                                            

                                                    

592 

yerinə yetirir. Açığını desəm, sizin bu hərəkətiniz zadəgana 



yaraşmayan bir hərəkətdir. 

-  Yaxşı,  daha  dərinə  getmək  lazım  deyil.  –  deyə 

Kamaço  səsini  yavaşıdaraq  əmin-amanlıqla  dilləndi  və 

qardaşına  bəraət  qazandırmaq  üçün  səbrlə  sözünə  davam 

etdi. – Mən Karlosu çox yaxşı başa düşürəm. Döyüş ərəfə-

sində yaman hirslənmiş və özünü saxlaya bilməmişdir. Onu 

başa  düşmək  lazımdır.  Necə  olsa  da,  o,  bu  döyüşdə  yaxın 

əsgərlərini itiribdir. 

Bəli, Kamaço buradakı ab-havanı tənzimləməkdən ötrü 

yaxşı sözlər söyləmiş və ara qızışdırmağa cüzi olsa da, yol 

verməmişdi.  Hamı  onun  bu  hərəkətini  müsbət  qiymətlən-

dirdi.  İndi  hamının  qarşısında  əsas  bir  məsələ  dururdu. 

Tələm-tələsik vadini tərk edib düşərgəyə yollanmaq. 

Hava  qaralana  yaxın  dəstə,  yolda  heç  bir  təhlükəli 

hadisə  baş  vermədən  düşərgəyə  gəlib  çatdı.  Vadidə  baş 

verən  faciə  bütün  təfsilatı  ilə  kapitana  çatdırıldı,  çıxılmaz 

vəziyyətə  düşən  Markos  belə  bir  qərar  çıxarmalı  oldu  ki, 

gəminin  bütün  komandası  gəmidə  gecələməlidir.  Belə  bir 

vəziyyətdə burada gecələmək həddindən artıq təhlükəli idi. 

Hindular  qisas  almaq  üçün  hər  an  düşərgəyə  hücum  edə 

bilərdilər. Həm də gəmidə nəzərdə tutulan təmir işləri başa 

çatdırılmışdı. Gəminin tryumları su və arzaq ehtiyatları ilə 

təmin olunmuşdur. Bir sözlə, gəmi elə gecə ikən Braziliya 



                                                     

 

  



                                                                            

                                                    

593 

sahillərini tərk edə bilərdi. Odovaldo qardaşları nəinki gecə 



yola  düşməyə  razılıqlarını  bildirdilər,  hətta  bir  neçə  gün 

burada  qalmağı  təkid  edirdilər.  Onlar  bunu  onunla  izah 

etdilər  ki,  hindular  həmin  döyüşdə  çoxlu  itki  vermiş  və 

ikinci  dəfə  ispanlarla  toqquşmadan  çəkinəcəklər.  Lakin 

azlıq çoxluğa tabedir. Komandanlığın əksəriyyəti tələb etdi 

ki, ertəsi günü gəmi Buenos-Ayresə yola düşsün. 

Ertəsi  günü  dekabrın  8-də  səhər  saat  8-in  yarısında 

gəminin  lövbəri  qaldırıldı.  Yola  düşmək  üçün  gəminin 

salamat  dorları  yelkənlərlə  silahlandı.  Cənub,  cənubi-şərq 

istiqamətində  “Destino”  Braziliya  sahillərindən  uzaqlaş-

mağa  başladı.  Bu  torpaqda  həlak  olan  ispanların  şərəfinə 

salyut  atəşi  açıldı.  Elə  gəmi  yerindən  dəbərən  kimi 

ispanların  düşərgə  saldıqları  yerə,  birdən-birə  hər  tərəfdən 

yüzə yaxın hindu toplaşdı və uzaqlaşan ispanları əllərindəki 

silah  ilə  hədələməyə  başladılar,  Kapitan  Markos  düz 

demişdir, yerli hinduların qisas almaq üçün hökmən düşər-

gəyə  hücum  edəcəkdilər.  Komanda  buranı  tərk  etməklə, 

demək  olar  ki,  yaxalarını  baş  verəcək  təhlükədən  uzaqlaş-

dırmalı oldular, Bundan sonra ekspedisiya iştirakçıları əbəs 

yerə itki verməməli idilər. 

Beləliklə,  “Destino”  Braziliya  sahillərindən  uzaqlaş-

mağa  başladı.  Ertəsi  günü  gəmi  okeanda  cənub  istiqamə-

tində  hərəkət  edən  Braziliya  cərəyanı  ilə  rastlaşdı.  Sözsüz 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə