  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə146/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   142   143   144   145   146   147   148   149   ...   154

                                                     

 

  



                                                                            

                                                    

582 

arxanı  gözləyirdilər.  Ağacların  qurtaracağına  çıxmaq  üçün 



hökmən gözətçi hindular aradan götürülməli idi. Başqa cür 

mümkün  deyildi.  Hindulardan  ikisi  Migelgilə  yaxın, 

üçüncüsü  isə  sərhəddin  lap  ağzında  idi.  Gözətçiləri  ləğv 

etmək  barədə  plan  tərtib  olunurdu.  Migel  cavan  olduğuna 

görə  soldakını,  Sebastyan  sağdakını,  arbalyotçu  Luis  isə 

mərkəzdəki  hindunu  məhv  etməliydi.  Bütün  bu  əməliyyat 

bir göz qırpımında baş verməli idi.  

Migel  lansetini  əlinə  alıb  pişik  kimi  sakitcə,  solda 

dayanan hinduya yaxınlaşdı. Hindu əlində nizə evlərə tərəf 

nəzər  salmışdı.  Arbalyot  atılan  kimi  Migel  ilə  Sebastyan 

qurbanlarını lansetlərlə məhv etdilər. Lansetlərlə öldürülən-

lərdən  heç  bir  səs  çıxmayanda.  arbalyotla  öldürülən  oxun 

zərbəsinə  dözə  bilməyərək,  dayandığı  təpəcikin  üstündən 

üzü  qoylu  yerə  sərildi  və  vadiyə  tərəf  üç-dörd  metr 

diyirləndi. Qabaqda duran hindular tappıltı səsinə dönərək, 

yoldaşlarının  necə  həlak  olduğunu  gördülər.  Demək  olar, 

ki, hindular həyəcan təbili vurdular.  

Burada hər bir saniyənin öz hökmü var idi. Əvvəlcədən 

danışıldığına  görə  ox  atanlar  sep  şəklində  ağacların  lap 

qurtaracağında  düzülərək,  hazırlıqlı  vəziyyətdə  dayandılar. 

Qarşılarındakı ağaçlar onlar üçün qalxan rolunu oynayırdı. 

Luis ilə Migeldən başqa daha iki nəfər ox ilə silahlanmışdı 

-  Sebastyanla  Osvaldo.  Hindulardan  bir  neçə  nəfəri  irəli 



                                                     

 

  



                                                                            

                                                    

583 

gəlmək  istədi,  lakin  Migelgil  onlara  imkan  vermədilər. 



Atılan  dörd  oxun  dördü  də  hədəfə  dəydi.  Hindulardan 

birinin  bəxti  gətirdi.  Ox  onun  sağ  buduna  batdı  və  o,  yerə 

yıxılaraq, dəhşətlə qışqırmağa başladı.  Hinduların arasında 

çaxnaşma  düşdü.  Onlar  bilmirdilər  nə  etsinlər,  geriyə 

çəkilsinlər,  yoxsa  hücuma  keçsinlər?  Soyuqqanlı  olanlar 

tərəddüd  etmədən  Migelgilə  ox  atdılar.  Konkistadorlar  isə 

öz  növbəsində  ağacların  arxasında  gizləndilər.  Hadisənin 

belə  vüsət  aldığını  görən  evdə  müdafiə  xətti  tutanların 

sırasında  canlanma  hiss  olundu.  Onlar  artıq  başa  düşmüş-

dülər  ki,  ehtiyat  qüvvələrdən  onların  köməyinə  gəliblər. 

Lakin hindlilər bunun qarşısını kəsməyə cəhd göstərdilər.  

Vadinin başqa yerlərindən buraya yavaş-yavaş hindular 

axışmağa başladılar. Vəziyyəti belə görən Migel, hinduların 

sırasında çaxnaşma salmaq üçün yenə də onların üstünə ox 

atdı.  Masəfə  qısa  və  adam  çox  olduğuna  görə  daha  dörd 

hindu  yerə  sərildi.  Həqiqətən  də  hinduların  bəzilərinin 

arasında çaxnaşma baş verdi. Bəziləri geri çəkilib, bəziləri 

isə  əlində  nizə  Migelgili  hədələyir,  bəziləri  də  həmin 

istiqamətə  ox  atırdılar.  Migelgil  isə  öz  oxlarını  hazırlıqlı 

vəziyyətdə  gətirəndə,  bir  anın  içərisində  buraya  toplaşan 

hinduların sayı təxminən 50-60 nəfər oldu. Onlar cəngavər 

dəstəsinə hücum etməyə hazırlaşırdılar. Mütəşəkkil qayda-

da olmasa da, hücum baş verdi. Otuz-qırx nəfərə (qalanları 



                                                     

 

  



                                                                            

                                                    

584 

heç  yerlərindən  tərpənmədilər)  yaxın  hindu  dəstəsi 



cürbəcür qışqırıq səsləri çıxararq, oxlar yağdırılandan sonra 

hücuma  keçdilər.  Bu  dəstənin  hücumuna  tab  gətirmək 

lazım idi. Hindular yalnız dörd adamın ox atdığını gördülər. 

Qalan  üç  nəfər  yaxşıca  gizləndiklərindən  onları  görmək 

mümkün deyildi. Onlar flanqlarda demək olar ki, hindulara 

pusqu  qurmuşdular.  Daha  üç  hindu  ox  ilə  (iki  ox  eyni 

adama batmışdı) sıradan çıxarıldı. Artıq kamandan istifadə 

etmək  vaxtı  sona  çatmışdı.  Məsafə  həddindən  artıq  qısal-

dığına  görə  odlu  silahdan  istifadə  etmək  lazım  idi.  Hindu-

ların  hücumu  hökmən  dəf  edilməli  idi.  Onlar  ağacların 

arxasına  keçsəydilər,  cəngavərlər  üçün  belə  bir  şəraitdə 

döyüşmək


 

çox ağır olacaqdı. Belə bir şəraitdə sərbəst hərə-

kət etməyə imkan olmayacaqdı. Cəngavərlər qılınclarını işə 

salmaq üçün münasib məqamı gözləyirdilər.  

İspanlar  burada  elə  döyüş  üslubu  tətbiq  etmək  istəyir-

dilər  ki,  hindular  şok  vəziyyətinə  düşsünlər.  Hindularla 

Migelgilin  arasındakı  məsafə  dörd-beş  metr  qalanda  odlu 

silahlardan atəş açıldı. O dəqiqə buranı tüstü bürüdü. Ölən 

kim,  yaralanan  kim,  qışqıran  kim,  bütün  bunlara  baxma-

yaraq,  düşmənlər  arasında  toqquşma  baş  verdi.  Hindular 

sanki  dumanın  içərisindən  peyda  olur  və  ispanların 

qılınclarının zərbələrinə məruz qalırdılar. Döyüş meydanını 

yaxşı  görmək  üçün  Migel  barıtın  tüstü  pərdəsindən  iki 



                                                     

 

  



                                                                            

                                                    

585 

addım geri çəkilərək sol əlində lanset, sağ əlində isə qılınc 



hazır vəziyyətdə dayandı. Hindunun biri əlində nizə peyda 

oldu,  lakin  rəqibini  görər-görməz  Migel  tərəfindən  qılınc 

zərbəsi  aldı.  Daha  bir  hindu  məhv  edildi.  Bu  dəfə  ikisi 

peyda  oldu.  Migel  cəld  bir  sıçrayışla  qılıncını  düşməninin 

sinəsinə keçirtdi. O biri hindu isə nizəsi ilə cavan zadəganın 

üstünə  şığıdı.  Onların  arasında  gərgin  olmayan  bir  döyüş 

başladı.  Ona  görə  ki,  Migel  qılınc  döyüşündə  rəqibindən 

qat-qat üstün idi və qısa bir müddət ərzində onu cəhənnəmə 

vasil edə bilərdi. Atəşdən əmələ  gələn duman  yavaş-yavaş 

seyrələrək yoxa çıxdı. Hindular demək olar ki, heç bir şey 

edə  bilmirdilər.  Cəngavərlər  amansızcasına  döyüşürdülər. 

Onların endirdiyi qılınc zərbələri dərin yara əmələ gətirirdi. 

Elə  bu  dəm  evlərin  yanında  qulaqbatırıcı  qışqırıqlar 

eşidildi  və  həmin  anda  evlərdə  müdafiə  mövqeyi  tutmuş 

ispanlar  odlu  silahlardan  atəş  açdılar.  On  nəfərə  yaxın 

hindu birdən-birə məhv edildi. Evlər duman içərisində yoxa 

çıxdı.  Heç  bir  şey  görünməsə  də  orada  tək-tük  atəş  səsləri 

eşidilirdi.  Hindular  evlərdə  müdafiə  mövqeyi  tutmuş 

ispanları məhv etmək istəyirdilər. Hindular çox itki versələr 

də  öz  hücumlarını  davam  etdirirdilər.  Hinduların  əsas 

qüvvələri evlərə hücum edirdilər. Migelgilin işi heç də pis 

ketmirdi. Burada hindular təcrübəli və bacarıqlı döyüşçülər 

sayılan  cəngavərlərə  qarşı  heç  bir  şey  edə  bilmirdilər. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə