  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə147/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   143   144   145   146   147   148   149   150   ...   154

                                                     

 

  



                                                                            

                                                    

586 

Əksinə, üstünlük Migelgildə idi. Üstünlük onlarda o qədər 



nəzərə  çarpırdı  ki,  cəngavərlər  hər  an  hücuma  keçə 

bilərdilər.  Hindularda  döyüş  ruhu  yüksək  olsa  da,  onlar 

ispanlar  kimi  döyüşə  bilmirdilər.  Lakin  nəyin  bahasına 

olursa-olsun, onlar ispanları məhv etmək istəyirdilər. 

Evlərin  yanından  tüstü  çəkiləndə  orada  artıq  iyirmiyə 

yaxşı


 

aborigen  cəsədinin  yerə  sərildiyini  görmək  olardı. 

Onların  bəziləri  yaralanaraq  yerdə  çapalayırdı.  Oradakı 

döyüş  həddindən  artıq  qızışmışdı.  Hindular  artıq  evlərin 

arasına  doluşmuş  və  ispanların  vahid  dəstəsini  parçalamaq 

istəyirdilər.  Vəziyyət  həddindən  artıq  gəgkin  idi.  Hindu-

ların  çoxlu  itki  vermələrinə  baxmayaraq,  şimal  tərəfdən 

onların köməyinə gələnlər olurdu. Migelgilin üstünə hücum 

edən  dəstənin  yarısından  çoxu  darmadağın  edilmişdi. 

Hazırda cəngavərlər hinduların üzərinə hücum etməyə qadir 

idilər. Evlərdə müdafiə olunan silahdaşlarına kömək etmək 

üçün bunu etmək lazım idi. Migel qarşısında olan hindunu 

məhv  edəndən  sonra,  nərə  çəkib  hücuma  keçdi.  İşi  belə 

görən  cəngavərlər,  qışqırıq  sədaları  altında  ağacları  tərk 

edib vadiyə daxil oldular. Vəziyyət gözlənilmədən dəyişdi. 

Bu  hücumdan  çaş-baş  qalan  hindular  özlərini  itirdilər. 

Bəziləri  qaçmağa,  bəziləri  isə  müqavimət  göstərməyə 

başladı.  Hələ  dəqiq  demək  olmurdu,  üstünlük  kimin 

tərəfindədir. Necə olsa da, sayca hinduların ispanlardan qat-



                                                     

 

  



                                                                            

                                                    

587 

qat  üstün  idilər.  Lakin  Odovaldo  qardaşlarının  dəstəsində 



yaralananlar  vardı.  Çünki  soyuq  silahlardan  aldıqları  yara-

lara dözə bilməyən əsgərlərin, ürəkağrıdıcı səsləri hamının 

qulağına  dəyirdi.  Buna  baxmayaraq,  Migelgil  öz  hücum-

larını  çətinlik  çəkmədən  davam  etdirirdilər.  Geri  çəkilən 

hindular  isə  evlərin  qarşısında  mövqe  tutaraq,  cəngavərləri 

oxla  qarşılayırdılar.  Belə  oxlardan  biri  Enrikenin  sağ 

çiyninə  dəydi.  Möhkəm  ağrıya  tab  gətirən  Enrike  yarasına 

əhəmiyyət  verməyərək  mübarizəni  davam  etdirdi.  Nizə  ilə 

ispanlara heç bir şey edə bilməyən hindular rəqiblərini oxla 

darmadağın  etmək  istəyirdilər.  İşi  belə  görən  Migel  evlərə 

otuz  metr  qalmış  hücumu  dayandırır  və  müdafiə  olunan 

hinduları oxla dəf etməyi qərarar alır. Sözsüz ki, kim sərrast 

ox atırdısa, üstünlük də onun tərəfində idi. 

Elə  bu  dəmdə  şimal  tərəfdə  daha  da  böyük  çaxnaşma 

baş verdi. Bütün hinduların arasında xaos yarandı. Onların 

qışqırtısı ətrafı daha da, bürüdü. Buradakı vəziyyət elə şəkil 

aldı ki, hindular dərhal Migelgil tərəfə şığımağa başladılar. 

Nə  baş  verdiyini  anlamaq  mümkün  deyildi.  İş  ondadır  ki, 

hindular  Migelgilin  üstünə  hücum  etmir,  sadəcə  olaraq, 

cənub  istiqamətində  tələm-tələsik  vadini  tərk  edirdilər. 

Hətta  onlar  öz  yaralılarını  döyüş  meydanından  da  götür-

mürdülər. Burada olan ispanların hamısı məətəl qalmışdı və 

nə  baş  verdiyini  anlamırdılar.  Fürsətdən  istifadə  edən 



                                                     

 

  



                                                                            

                                                    

588 

Migelgil  yanlarından  ötüb  qaçan  hinduları  oxla  vurub 



cəhənnəmə  vasil  edirdilər.  Qaçanlardan  yalnız  birini  vuran 

Migel vadidə nə baş verdiyini anlamaq istədi. 

Vadi  bir  anın  içərisində  hindulardan  təmizləndi.  Yerdə 

yalnız meyitlərlə yaralılar qalmışdı. Yüngül yaralılar ağrıya 

birtəhər dözərək, qorxularından səslərini çıxarmırdılar. Ağır 

yaralılar  isə  yarıbihuş  hadda  ürəksıxıcı,  qeyri-insani  səslər 

çıxarırdılar.  Cəngavərlər  yaralı  Enrikeyə  ilkin  yardımı 

göstərməyə  başladılar.  Burada  çoxlu  qan  itirmək  lazım 

deyildi.  Onun  vəziyyəti  cüzi  bir  səhlənkarlığa  görə  pisləşə 

bilərdi.  Lakin  bütün  bunlara  baxmayaraq,  Enrike  özünü 

gümrah hiss edirdi. 

İş ondadır ki, vadiyə şimal tərəfdən leytenant Vasko öz 

əsgərləri  ilə  gözlənilmədən  daxil  olmuş  və  arxadan  hindu-

lara sarsıdıcı zərbə endirmişdir. Bu hücuma tab gətirməyən 

hindular  məcburiyyət  qarşısında  qalaraq,  vadindən  tələm-

tələsik canlarını götürüb qaçmışdılar. 

Hər üç dəstə evlərin ətrafında bir-birilə görüşdü. Burada 

gedən  döyüş  ərəfəsində  Odovaldo  qardaşlarının  əsgərlərin-

dən üçü öldürülmüş və beşi yaralanmışdı. Onlardan birinin 

vəziyyəti çox ağır idi. Ağır yaralını vaxt itirmədən tezliklə 

düşərgəyə  çatdırmaq  lazım  idi.  Yoxsa,  onu  həyata  qaytar-

maq mümkün olmayacaqdı. Lakin buna baxmayaraq, onsuz 

da  vadini  tərk  etmək  lazım  idi.  Hinduların  nə  plan  qur-



                                                     

 

  



                                                                            

                                                    

589 

duqlarını  bilmək  mümkün  deyildi.  Ola  bilsin  yarım  saatın 



içində  onlar  vadini  iri  bir  dəstə  ilə  mühasirəyə  alacaqlar. 

Necə  olsa  da,  vadidə  hinduların  qırxa  yaxın  meyitləri 

qalmışdır. Yaralıların da sayı iyirmi-iyirmi beş olardı. 

Leytenant  Vasko  bir  təcrübəli  komandir  kimi  bütün 

dəstələrin  komandanlığını  öz  üzərinə  götürdü.  Dərhal  ağır 

və  ağrıya  dözə  bilməyən  yaralılar  üçün  xərəklər  düzəlt-

dirildi. Odlu silahlar barıtla dolduruldu. Vəziyyətin gəgkin 

olduğunu nəzərə alaraq, qərara alındı ki, həlak olan əsgərlər 

elə buradaca dəfn edilsinlər. 

Migel  sorğu-sualsız  anlamaq  istəyirdi  ki,  vadidə  olan 

hadisə  neçə  baş  verib.  Odovaldo  qardaşları  onlara  verilən 

tapşırığı  yerinə  yetirmişdilər  –  ispanlar  çoxlu  miqdarda  ət 

əldə  etmişdilər.  Bilinmirdi,  həmin  ətlər  hinduların  tədarük 

etdiyi  ehtiyat  ətləridir,  yoxsa  ispanların  ovladığı  ətlərdir? 

Lakin  burada  heyvan  dəriləri  çox  az  idi.  Hindular  kəndə 

hücum  etməmişdən  əvvəl  Migel  yuxarıdan  görmüşdü  ki, 

Odovaldo  qardaşları  dörd-beş  nəfərə  yaxın  adamı  öz 

yanlarında  girov  saxlayırlar.  Artıq  həmin  girovlardan  heç 

bir  əsər-əlamət  qalmamışdı.  Migel  bu  məsələyə  dair  öz 

marağını gizlətmirdi. 

Burada  dörd  nəfər  çılpaq  qızların  cəsədi  vardı.  Onlar 

tamamilə  lüt  soyundurulmuşdular.  Həmin  qızlar  nə  ox,  nə 

də nizə ilə öldürülmüşdülər. Onların hamısının yarası eyni 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə