  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə149/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   146   147   148   149   150   151   152   153   154

                                                     

 

  



                                                                            

                                                    

594 

ki,  cərəyan  onların  yollarını  xeyli  yüngülləşdirdi.  Hava  da 



onların  xeyrinə  idi.  Okeanda  nə  yağış  yağır,  nə  də  güclü 

küləklər əsirdi. Yeni ili heyət okeanda qarşılamalı oldu. 

Yanvarın  2-də  gəmi  çaylar  deltası  sayılan  La-Plata 

körfəzinə daxil oldu. Buenos-Ayresə çatmaq üçün körfəzdə 

hələ iki gün qərb istiqamətində üzmək lazım idi. 

            



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


                                                     

 

  



                                                                            

                                                    

595 

                  İzahlar 

  

1. Akapulko - Meksikanın qərbində Sakit okeanı sahilin-

də şəhər. Əsası 1521-ci ildə ispanlar tərəfindən qoyulub. 



2.  Alba,  Ferdinand  Alvares  de  Toledo,  hersoq  (1507-

1582)  -  V  Karlın,  sonralar  da  II  Filippin  qoşun  başçılarından 

və  məsləhətçilərindən  biri  olmuş.  Niderlandın  İspaniya  çani-

şini (1567-1573). 

3. Alqvasila Gəmidə polis zabiti. 

4.  Antverpen  -  Belçikada  şəhər.  Şelda  çayı  sahilində 

liman.  VII  əsrdən  məlumdur.  Vaxtilə  Cənubi  Niderlandın 

böyük  şəhəri  və  limanı.  XVI  əsrdə  dünyanın  pul  və  tiçarət 

mərkəzi olmuşdur. Antverpen birjası məşhur idi. 



5. Araqon - İspaniyanın şimalında yerləşən tarixi vilayət. 

Paytaxtı Saraqosa şəhəridir. 



6. Arkebuz - Orta əsrlərdə işlənmiş iri çaplı fitilli tüfənk. 

7.  Asunsyon  -  Paraqvayın  paytaxtı.  Əsası  1537-ci  ilin 

avqustun 15-də ispanlar tərəfindən qoyulub. 



8. Ataualpa - Axırıncı İnk Hökmdarlarından biri. 1533-cü 

ilin iyulun 26-da F. Pisarro tərəfindən edam olunub. 



9. Auqsburq - Almaniyanın Bavariya ərazisində şəhər. E. 

ə. XII əsrdə mövcud olan Avqust qalasının adını daşıyır. 



10.  Afrikanın  Qızıl  sahili  -  Orta  əsrlərdə  avropalılar 

Qvineya körfəzinin şimal sahilini belə adlandırırdılar. 



11. Babək - təqribən 795, başqa məlumatlara görə 798-ci 


                                                     

 

  



                                                                            

                                                    

596 

ildə anadan olmuş və 838-ci ilin martın 14-də Samirə şəhərin-



də  aqır  işgəncələrlə  edam  edilmişdi.  O,  Hürrəmi  hərəkatının 

(816-838)  rəhbəri:  görkəmli  Azərbaycan  sərkərdəsi  və  siyasi 

xadimi  idi.  Babəkin  rəhbərliyi  ilə  xürrəmilər  20  ildən  çox 

yadelli  qəsbkarlara  qarşı  müvəffəqiyyətlə  mübarizə  aparmış, 

Xilafətin 6 ordusunu darmadağın etmişdilər. Xilafətin əsasını 

sarsıdan və onun dağılmasını xeyli sürətləndirən Babək hərə-

katı qonşu xalqların azadlıq mübarizəsini xeyli yüngülləşdirdi 

və onların ərəb əsarətindən azad olunmasını asanlaşdırdı. 



12. Bastion - Qalada toplar yerləşdirilən istehkam. 

13.  Baş  ştatların  ordusu  -  Hələ  Burqundiya  dövründə 

təsis  olunmuş  Niderlandda  yüksək  təşkilat.  Baş  ştatlar  bütün 

vergiləri  və  bəzi  əsas  qanunları  təsdiq  etməli  idi.  İspanlara 

qarşı da döyüşən ordu Baş ştatların ordusu adlanırdı. 



14.  Belalkasar,  Sevastyan  de  Moyano  -  İndiki  Ekvador 

ərazisini fəth edən məşhur ispan konkistodoru. Sonradan Po-

payana  (indiki  Kolumbiyada  vilayət)  ərazisinin  qubernatoru 

olmuşdu. 



15. Dukat - Orta əsrlərdə İspaniyada işlənən qızıl pul. 

16.  Ensiso,  Martin  Ernandes  -  Oxedanın  kompanyonu, 

səriştəsizliyinə görə Vasko de Balboa onun bütün səlahiyyət-

lərini  öz  üzərinə  götürmüş  və  bu  da  qiyam  kimi  qaləmə 

verilmişdi. 



17.  Espanyola  -  İspanlar  tərəfindən  Haiti  adasına  verilən 

birinci ad. 



18.  Estremadura  -  İspaniyanın  qərbində  tarixi  vilayət. 


                                                     

 

  



                                                                            

                                                    

597 

Badaxos və Kaseres əyalətlərindən ibarətdir. 



19. Efes - Qılınçın dəstəyi. 

20. Əndəlüs - İspaniyanın cənubunda tarixi vilayət. “Van-

dallar  ölkəsi”  mənasında  olub  keçmiş  sakinləri  vandalların 

adını daşıyır. Paytaxtı Seviliya şəhəridir. 



21. Fandanqo - İspanların şən və mehriban rəqs musiqisi. 

22. Ferdinand Araqonlu (10.3.1452-23.1.1516)  -  (1468-

cı  ildən)  Siciliya,  (1479-cu  ildən)  Araqon,  (1479-1504) 

Kastiliya kralı. İspaniyada vahid dövlətin əsasını qoymuşdur. 

1492-ci  ildə  Qranadanı  ərəblərdən  geri  almış,  1504-cü  ildə 

Neapol krallığını, 1512-ci ildə isə Yuxarı Navarranı tutmuşdu. 

23. II Filipp - İspaniya kralı (1556-1598), V Karlın oğlu. 

Onun  hakimiyyət  dövrü  İspaniya  mütləqiyyətinin  zirvəsi  və 

süqutunun başlanğıcı olmuşdur. Bu kralın daxili siyasəti xalq 

üsyanlarını  amansızcasına  yatırmaqdan,  qədim  yerli  imtiyaz-

ları ləğv etməkdən, laməzhəbləri, monaxları zalımçasına təqib 

etməkdən,  inkvizisiyanın  azğınlığından  ibarət  olmuşdur.  II 

Filipp xarici siyasətdə - bütün Avropanı öz təsiri altına alma-

ğa,  bunun  üçün  də  başqa  ölkələrin  daxili  işlərinə  qarışmağa, 

hər  yerdə katolik  irticanı müdafiə etməyə çalışmışdır. Nider-

landdakı  üsyandan,  İnciltərə  ilə  məqlubiyyətindən  sonra 

(1588) İspaniya hakimiyyəti siyasətinin süqutu aydın oldu. 

24. Finikiya - Aralıq dənizinin şərq sahilində qədim ölkə 

(indiki Livanın və Suriyanın sahil zolağı). E. ə. 5-4-cü minil-

liklərində finikiyalıların Aralıq dənizinin sahillərində saldıqla-

rı  yaşayış  məntəqələri  tədricən  böyüyərək,  sənətkarlıq  mər-




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə