608
93. Velbot - Sahil zolağında, qısa məsafələrdə istifadə
olunan bir dorlu balaça gəmi.
94. Vespuççi, Ameriqo (1454-1512) - Məşhur dəniz səy-
yahı, Amerika sahillərinə 4 dəfə səyahət (2 dəfə İspaniyanın,
2 dəfə isə Portuqaliyanın sayına) etmişdi. 1508-ci ildən 1512-
ci ilə qədər Kastiliyanın baş şturmanı olmuşdu. Amerika qitəsi
də onun şərəfinə adlandırılmışdı.
95. Vasko da Qama - Məşhur portuqal dəniz səyyahı,
1498-ci ildə Hindistana gedən şərq yolunu kəşf etmişdi.
96. Şah İsmayıl Xətai (17.7.1487-23.5.1524) - Azərbay-
can Səfəvilər dövlətinin banisi. Dövlət xadimi və sərkərdə,
şair. 1501-ci ilin payızında Təbrizə daxil olan I Şah İsmayıl
özünü şah elan etmiş və sonrakı illərdə bütün İranı, Xorasanı
və İraqi-Ərəbi Səfəvilər dövlətinə qatmışdı. Onun dövründə
Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərin birinə
çevrildi.
97. Don Xuan Avstriyalı (1547-1578) - V Karlın qeyri-
qanuni oğlu. İspaniyanın Niderlanddakı çanişini (1576-1578 ).
II Filipp onu bu qulluğa qoymuşdu ki, bəlkə o müharibəni
qurtardı (lakin bu şöhrətpərəst fırıldaqçı buna heç layiq
deyildi). O, əvvəlcə Baş ştatların katolik hissəsi ilə danışığa
girişmiş və Gent barışığını qismən qəbul etmək hesabına olsa
da, Niderlandı “sülh ilə fəth etmək” istəmişdi. Lakin bu planın
baş tutmayacağını yəqin etdikdən sonar, yenə də müharibəni
başlamışdı.
609
Dənizçilik terminlərinin izahı
1
.
Axterşteven - Gəminin arxasında kildən yuxarı qalxan
qalın, möhkəm dirək.
2. Bayraqştok - Gəminin lap arxasında olan bayraq asılan
dirək.
3. Bak - Göyərtənin fok-dor ilə forşteven arasındakı hissə.
4. Barxout - Gəminin kənarlarını xaricdən örtən, şpan-
qoutun üzərindən gedən köməkçi taxta örtük.
5. Beydevind - Hərəkət edən gəminin burnu təxminən 45
0
sağa və ya sola burulur. Bu bir növ əks tərəfdən əsən küləyə
qarşı hərəkət edən zaman baş verir.
6. Bizan-vantlar - Göyərtədən bizan-marsa qədər olan
vantlar.
7. Bizan-qika-şkot - Bizan-yelkənin aşağıdan dartılıb
möhkəmləndirilməsində mühüm rol oynayır.
8. Bizan-dor - Gəminin 3-cü doru.
9. Bizan-yelkən - Bizan-dorda üçkünc formalı yelkən.
10. Bizan-mars - Bizan-dorun üstündəki gözətçi meydan-
çası.
11. Bizan-rey - Bizan-yelkəni saxlayan horizontal dairəvi
taxta.
12. Bizan-ştaq - Bizan-doru kənardan möhkəm saxlamaq
üçün bizan marsdan yufersilərə kimi dartılıb möhkəmlən-
dirilir.
13. Bimsılar - Foşpbortun altında olan perpendikulyar
610
taxta dirəklər. Bimsılar üzərində göyərtədə dayanır.
14. Blind - Gəminin buşpritinin üstündə olan ən balaça
yelkən.
15. Briq - İkidorlu yelkənli gəmi.
16. Briqantina - Yüngül, adətən ikidorlu, qaleraya oxşa-
yan, yelkənli-avarlı gəmi.
17. Buşprit - Gəminin ucunda horizontal və ya dairəvi
köndələn dirək (dor). Blind-yelkən onun üstündə dayanır.
18. Çiksilər - Adətən dor ilə steqanı iki tərəfdən sıxır və
mars-meydanlar onun üzərində dayanır.
19. Ezelqoft - İki dördkünc deşikdən ibarət olan möhkəm
detal. Bir deşik dorun topuna keçirilir, o biri deşiyə isə
stenqanın gövdəsi.
20. Erins-bakştaq - Bizan-qafeliqt nokunu falşborta
möhkəmləndirir.
21. Fal - Gəmilərdə yelkənləri, reyləri, siqnal bayraqlarını
və başqa şeyləri qaldıran tros kimi möhkəm ip.
22. Falstem - Qabaqda, lakin içəridə gəmi kilindən yuxarı
qalxan möhkəm, qalın taxta. Kilsonun yuxarı hissəsi falstemin
ortasına bərkidilir.
23. Falşbort - Gəminin arxasında üst göyərtədən hündür
olan axırıncı barxout hissəsidir.
24. Falşkil - Kilin alt qatı.
25. Flaqman - Donanmanın baş gəmisi.
26. Foka-brasılar - Onları müəyyən bloklardan keçirdib
qrot-dorun knextaları ilə dartaraq qrot-dorun topuna bağlanır.
611
Fok-reyin döndərilməsində mühüm rol oynayır.
27. Foka-qals - Fok-yelkənin aşağı uclarına, o biri tərəfi
isə gəminin bak hissəsində yerləşən qals-bokansaya (gəminin
burun tərəfində hər iki kənarlardan çıxan qısa horizontal
ranqout). Fok-yelkənin külək dəyən tərəfi foka-qals ilə
yığışdırılır.
28. Foka-topenant - Fok-reyin saxlanılması və tarazlaş-
dırılmasında mühüm rol oynayır. Bir ucu fok-reyin noklarına,
o biri ucu isə for-topa bağlanır.
29. Fok-vantlar - Göyərtədən fok-marsa. qədər olan
vantlar.
30. Fok-dor - Gəminin 1-ci doru.
31. Fok-yelkən Fok-dorun aşağısında dördkünc formalı
yelkən.
32. Fok-rey - Fok-yelkəni saxlayan horizontal dairəvi
taxta.
33. For-marsa-rey - For-marsel yelkənini saxlayan hori-
zontal dairəvi taxta.
34. For-marsa-topenantlar - For-marsa-reyin qiklərini
for-salinqə birləşdirən möhkəm ip.
35. For-marsa-fal - For-marsel-reyin for-marsel-salinqə
bərkidilməsində mühüm rol oynayır.
36. For-marsel - Fok-dorun yuxarıda 2-ci dördkünc
yelkəni.
37. For-salinq - For-stenqanın başında olan for-reyi
saxlayan xüsusi ləvazimat.
Dostları ilə paylaş: |