  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə152/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   146   147   148   149   150   151   152   153   154

                                                     

 

  



                                                                            

                                                    

605 

71. “Qızıl Kastiliya” - Keçən əsrlərdə Panama ilə Nikara-

quanın ərazisi. 



72.  Quanako  -  Lama  nəslindən  olan  Cənubi  Amerika 

dəvəsi. 


73.  Protestantizm  -  Fransada  geniş  inkişaf  etmədi.  O 

burjaziyanın  yalnız  bəzi  dairələrini  və  feodalların  az  bir 

hissəsini  əhatə  etdi.  Bu  dairələr  dini  protest  adı  ilə  kral 

hökumətinin  tədbirlərinə  qarşı,  şəhərlər  və  feodalların  köhnə 

azadlıqların əleyhinə olan tədbirlərə qarşı öz siyasi narazılıq-

larını  bildirirdilər.  Bir  tərəfdən  kral  hökumətilə  katoliklər 

kilsəsi, dikər tərəfdən isə hugenotlar arasında gedən mübarizə 

bir sıra dini müharibələrə çevrilmiş və hugenotların tamamilə 

darmadağın edilməsilə nəticələnmişdi. 

74. Rekonkista - VIII əsrin əvvəlində ərəblər və bərbərlər 

tərəfindən  tutulmuş  Pireney  yarımadasının  portuqallar  və 

ispanlar  tərəfindən  azad  olunması.  Rekonkista  718-ci  ildə 

Kovandonke  (Asturiya)  yaxınlığında  baş  verən  döyüş  ilə 

başlayır  və  1492-çi  ildə  Santa-Fe  qalasının  (Qranadanın 

yaxınlığı) alınması ilə başa çatır. 



75.  Rio-Neqro  çayı  -  Uruqvayda  çay,  Atlantik  okeanıiın 

La-Plata  körfəzinə  tökülür.  Uzunluğu  500  km-dir.  İspan 

dilində “qara çay” deməkdir. 

76.  San-Fransisku  çayı  -  Braziliyanın  şimalında  yerləşir 

və Atlantik okeanına tökülür. Uzunluğu 2800 km-dir. 



77. Sekira - Orta əsrlərdə nizəyə oxşar soyuq silah. 

78.  Seuta  ərazisi  -  Mərakeşin  şimalında  Aralıq  dənizi 


                                                     

 

  



                                                                            

                                                    

606 

sahilində İspaniyanın ərazisi. 



79. Səlim I Sultan (1470-1520) - II Bəyazidin oğlu. 9-cu 

Osmanlı  padşahı.  8  il  hakimiyyətdə  (1512-1520)  olmuş  və 

fateh kimi tanınmışdır. 

80. Solsedo, Felipe -  Leqaspi ekspedisiyasının iştirakçısı, 

1565-ci  ildə  o,  17  yaşında  gəmi  kapitanı  təyin  edilmiş  və 

həmin  gəmi  ilə  Andres  Urdaneta  ilə  birlikdə  Sakit  okeanı 

qərbdən şərq istiqamətinə doğru üzüb keçmişdi. 



81.  Spartak  -  E.  ə.  74-71-ci  illərdə  Roma  imperiyasında 

qullar üsyanının başçısı. 



82.  Subsidiya  -  Maddi  cəhətcən  təchiz,  pul  vəsaiti  ilə 

yardım. 


83. Şah - Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli 

sultanlığında monarxın titulu. 



84. Teymurləng (9.4.1336-18.2.1405) - Orta Asiya dövlət 

xadimi,  sərkərdə,  əmir.  Teymurilər  imperiyasının  banisi. 

Hakimiyyət  uğrunda  mübarizədə  1370-ci  ildə  Bəlx  hakimi 

Hüseynə qalib gələn Teymur əmir titulu qəbul edərək, Cingiz 

xanın nəsli adından Mavəraünnəhri tək idarə etməyə başladı. 

1386-cı ildə o, Sultaniyyəni tutub Təbrizə, Naxçıvana, Qarsa, 

Tiflisə,  Şəkiyə,  Qəbələyə,  Qarabağa  hücum  etmiş,  1387-ci 

ildə  Salmas,  Ürmiyə  və  Marağadan  keçib  Gilana,  oradan  isə 

Səmərqəndə qayıtmışdı.  Uzun mübarizədən sonra  Qızıl Orda 

xanı Toxtamışa qalib gəlib xanlığın paytaxtı Saray Bərkəni və 

s.  şəhərləri  talamış,  1393-cü  ildə  Hindistana  hücum  edərək 

Dehlini  tutmuşdu.  Teymurləng  1400-1401-ci  illərdə  Sivas, 




                                                     

 

  



                                                                            

                                                    

607 

Dəməşq və Bağdadı işğal etmiş, Ankara vuruşmasında (1402) 



Türkiyə sultanı İldırım Bəyazidə qalib gəlmişdi. 

85. Tenoçtitlan - Mexikonun keçmiş adı. 

86. Teskoko gölü - Mexikoya bitişik olan su hövzəsi. 

87.  Trinidad  -  Karib  dənizinin  qərb  sahilində  yerləşən 

ada. 1498-ci ilin iyulun 31-də Kolumb tərəfindən kəşf edilib. 



88.  Urdaneta,  Andres  -  Loaysa  ekspedisiyasının  iştirak-

çısı  və  1536-cı  ildə  qeyri-ixtiyari  olaraq  Yer  kürəsini  dövrə 

etmişdi.  1565-ci  ildə  Leqaspinin  ekspedisiyasında  Filippinə 

yola düşmüş və həmin il Sakit okeanda qərbdən şərqə kedən 

yolu kəşf etmişdi. 

89.  Uruqvay  çayı  -  Mənbəyi  Braziliyadan  başlayır, 

Argentina ilə Braziliya və Paraqvay ilə Uruqvay ölkələri ara-

sından  keçib,  Atlantik  okeanının  La-Plata  körfəzinə  tökülür. 

Uzunluğu 1609 km-dir. 



90.  Ümid  burnu  -  Afrikanın  cənubunda  yerləşir.  Burunu 

1488-ci  ildə  məşhur  portuqal  dəniz  səyyahı  Bartolomeu  Diaş 

kəşf etmişdi. 

91.  De  Vaka,  Alvaro  Nunyes  Kavesa  -  Məşhur  ispan 

səyyahlarından biri. 1528-ci ildə gəmi qəzasından sonra o, üç 

nəfərlə birlikdə Florida yarımadasından Kaliforniya körfəzinə 

kimi 8 il piyada yol getmiş və həmin səyahət 1542-ci ildə çap 

etdirdiyi “Naufraqios” “Gəmi qəzası” kitabında əks etdirmiş-

di. 


92.  Valparaiso  -  Çilinin  iri  limanlarından  biri.  1540-cı 

ildə P. Valdiviya tərəfindən əsası qoyulub. 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə