  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə151/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   146   147   148   149   150   151   152   153   154

                                                     

 

  



                                                                            

                                                    

601 

39. Katolik (katolisizm) - Xristianlığın əsas cərəyanların-

dan  biri.  Katolik  kilsəsi  bidətçiliyə,  xalq  hərəkatlarına  qarşı 

amansız mübarizə aparmış, Səlib yürüşlərinə havadarlıq etmiş 

və bəraət qazandırmışdır. İnkvizisiya vasitəsilə elmin təbliğat-

çılarına  və  ölkələrinin  istiqlaliyyəti  uğrunda  mübarizlərə  (L. 

Vanini, C. Bruno, Yan Qus, Janna Dark və b.) divan tutmuş-

dur. 

40.  Kaxamarka  -  İnk  imperiyasının  qədim  şəhərlərindən 

biri.  1532-ci  ilin  noyabrın  16-da  Ataualpa  həmin  şəhərin 

yaxınlığında  xəyanətkarcasına  Fransisko  Pisarro  tərəfindən 

əsir alınmışdı. 



41.  “Kədərli  geçə”  -  1520  ci  ildə  iyunun  29-dan  30-na 

keçən  gecə  ispanlar  və  onların  müttəfiqləri  Tenoçtitlandan 

geri  çəkilən  zaman  asteklər  tərəfindən  amansızcasına  darma-

dağın edilmişdilər. 



42. Kirasir - İspan konkistadorlarının dəmir geyimi. 

43.  Kolondatorlar  -  Avropadan  Yeni  Dünya  sahillərinə 

gedib həmin torpağı mənimsəyən müstəmləkəçilər. 



44.  Konkistador  -  Demək  olar  ki,  “işğalçılar”.  XV-XVI 

əsrlərdə  Mərkəzi  və  Cənubi  Amerikada  yaşayan  xalqları 

əsarət altına alan ispan könüllüləri. 

45.  Xuan  La  Kosa  -  Kolumbun  2-ci  ekspedisiyasının 

iştirakçısı, Alonso Oxedanın Cənubi Amerikanın şimal sahil-

lərini tədqiq etmək üçün ekspedisiyasında iştirak etmişdir. O, 

ilk dəfə belə qənaətə gəlir ki, Cənubi Amerika naməlum qitə 

ola bilər. 



                                                     

 

  



                                                                            

                                                    

602 

46. Xuan Ladrilyero – 1558-ci ildə Çonos arxipelaqını və 

Taytao yarımadasını kəşf edən və ilk dəfə Magellan boğazını 

qərbdən-şərqə keçən məşhur ispan dəniz səyyahı. 

47. Lanset - Orta əsrlərdə qısa xənçəl. 

48.  Lopes,  Migel  Leqaspi  -  Filippini  fəth  edən  ispan 

konkistadoru. 



49.  Liq  -  İspaniyada  uzunluq  ölçü  vahidi  5,6-6  km-ə 

bərabərdir. 



50. Lyö - Fransada uzunluq olçü vahidi 4 km-ə bərabərdir. 

51.  Loaysa,  Qarsia  Xofre  -  Magellan  ekspedisiyasından 

sonra 1525-ci ildə “Ədviyyat adalarına” 7 gəmidən ibarət olan 

böyük ekspedisiyanın rəisi. Molukk adalarına çatmamış Sakit 

okeanda  vəfat  etmişdi.  Ekspedisiya  isə  öz  missiyasını  yerinə 

yetirə bilməmişdi. 

52.  Luson  -  Filippin  arxipelaqının  ən  böyük  adası  (105,6 

min km


2

.). Ölkənin paytaxtı Manila şəhəri həmin adanın qərb 

sahilində yerləşir. 

53.  Mayalılar  -  İndiki  Meksikanın  cənubunda  yaşamış 

sivilizasiyalı hindli tayfası. 



54. Malakka - Andaman və Cənubi-Çin dənizləri arasında 

yerləşən yarımada. Hind-Çin yarımadasının cənub qurtaracağı 

Malakka adlanır. 

55.  Marakaybo  -  Venesuellanın  iri  şəhəri  və  Marakaybo 

gölünün şimalında yerləşən iri limanı. 



56.  Alvaro  Mendanya  de  Neyra  -  Məşhur  ispan  dəniz 

səyyahı, əfsanəvi Ofir torpağını axtarmaqla 1568-ci ildə Solo-




                                                     

 

  



                                                                            

                                                    

603 

mon adalarını kəşf etmişdi. O, 1595-ci ildə Sakit okeanına 2-



ci dəfə də ekspedisiya təşkil etmişdi. 

57. Diyeqo Mendes - Kolumb ekspedisiyasının iştirakçısı 

və  admiralın  yaxın  dostu.  Hindli  piroqasında  o,  admiralın 

məktubunu  çatdırmaq  üçün  Yamaykadan  Espanyolaya  (Haiti 

adası) dəniz ilə 200 km-lik keçid etmişdir. 



58.  Mindanao  -  Filippin  arxipelaqının  2-ci  böyük  adası 

(95,6 min km

2

.). 


59.  Monarx  -  Kral,  imperator,  çar,  şah  və  s.  başçılar 

nəzərdə tutulur. 



60. Muşket - Orta əsrlərdə işlənmiş iri çaplı fitilli tüfəng. 

61.  Narvaes,  Panfilo  -  Kuba  adasının  daxili  rayonlarının 

ilk  tədqiqatçısı  Floridanı  tədqiq  edən  zaman  səhlənkarcasına 

bütün  ekspedisiyası  (5  gəmi  və  400  adam)  ilə  birlikdə  həlak 

olmuşdu. 



62. Neptun - Yunan mifalogiyasında dənizlər Allahı. 

63.  Orinoko  çayı  -  Venesuellanın  ən  uzun  çayı  (2740 

km.).  Mənsəbi  1498-ci  ildə  Kolumb  tərəfindən  kəşf  edilib. 

Dünyanın  ən  hündür  Anxel  şəlaləsi  həmin  çayın  üzərində 

yerləşir.  Cənubi  Amerikanın  ən  bol  sulu  çaylarından  biri, 

Karib dənizinə tekülür. 

64. Oses, Fransisko - Loaysa ekspedisiyasının iştirakçısı, 

“Santo-Lesmes”  gəmisinin  kapitanı.  O,  1526-cı  ildə  ilk  dəfə 

Odlu  Torpağın  cənub-şərq  sahili  ilə  üzləşir,  lakin  o  vaxt  bu 

kəşfə heç bir əhəmiyyət verilmir. 



65. Parana çayı - Braziliya və Argentinadan keçib Atlan-


                                                     

 

  



                                                                            

                                                    

604 

tik okeanının La-Plata körfəzinə tökülür. Suyun bolluğuna (3 



mln.  kv.  km.)  və  çayın  uzunluğuna  görə  Cənubi  Amerikada, 

Amazonkadan sonra 2-ci yeri tutur. 



66.  Pinson,  Visent  Yanyes  -  Kolumbun  Amerikaya  olan 

1-ci  ekspedisiyasının iştirakçısı  -‘‘Ninya”  gəmisinin  kapitanı. 

O, 1500-cü ilin yanvarın 26-da Braziliyanın qərbində yerləşən 

San-Roka (5°30 c. en dair.) burnunu kəşf etmişdi. 



67. Plini  Böyük  - bizim e. 23-79-cu illərində  yaşamışdır. 

Elm sahəsində onun “Təbiiyyat tarixi” əsəri çox əhəmiyyətli 

idi. Bu əsərində Plini öz dövründəki elmin bütün nailiyyətləri-

ni cəmləşdirmişdi. 



68.  Marko  Polo  -  1271-ci  ildən  başlayaraq  o,  ilk  dəfə 

Kiçik  Asiyanı,  İranı,  Əfqanıstanı,  Pamiri,  Vahə  şəhərləri  - 

Qaşqarı,  Yarkəndi,  Xotanı,  Təklə-Məkan  və  Qobi  səhralarını 

keçərək,  Venetsiyadan  Çinə  səyahət  etmişdi.  17  ildən  sonra 

Sumatradan,  Seylondan,  Hindistandan  və  Şərqi  Afrikadan 

keçməklə vətənə qayıtmışdı. 



69. Qney Pompey (e.ə. 106-48) - Romanın məşhur dövlət 

xadimi və sərkərdəsi. I Triumviratın (Pompey, Sezar və Krass 

arasındakı saziş) üzvü. Azərbaycana hücum etməmişdən əvvəl 

məğlubiyyətin  nə  olduğunu  bilmirdi.  49-45-ci  illərdə  onunla 

Sezar arasında vətəndaş müharibəsi başlanmış və Pompey 48-

ci  ildə  İsgəndəriyyədə  Misirin  şahı  XII  Ptolemey  tərəfindən 

öldürülmüşdü. 

70.  Portobelo  -  Panamanın  Karib  dənizi  sahilində  yerlə-

şən şəhər-liman. 




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə