  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə150/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   146   147   148   149   150   151   152   153   154

                                                     

 

  



                                                                            

                                                    

598 

kəzlərinə və liman şəhərlərinə (Tir, Sidon, Bibl və s.) çevril-



mişdi. E. ə. 539-cu ildən e. ə. 332-ci ilə qədər Finikiya Əhə-

mənilər dövlətinin tərkibinə daxil olmuş, sonra isə Makedoni-

yalı İsgəndərin imperiyasına daxil edilmişdi. 

25.  Flandriya  -  Orta  əsrlərdə  Niderlandın  cənub  əyaləti. 

İndiki Belçika. 



26.  Fort  -  Bir  və  ya  bir  neçə  açıq  və  qapalı  fortifikasiya 

qurğusundan ibarət əlahiddə istehkam. 



27.  Fransisk  Anjulu  -  (1556-1584)  -  Fransız  hersoqu 

Fransız  kralı  III  Henrixin  qardaşı.  Zadəganlar  partiyası  və 

oranjistlər onu Niderlanda çağırmışdılar. İspanlara qarşı gedən 

müharibədə  o,  bütün  partiyalar  arasındakı  çətinlikləri  nəzərə 

alır, heç bir partiyaya sədaqətli qalmırdı. Fransa qoşunu ilə o, 

talançılıq  edir,  əhalini  amansızcasına  soyurdu.  1580-cı  ildə 

Baş ştatlar tərəfindən Niderlandın hökmdarı təyin edilməsinə 

müvəffəq  olmuşdu.  Lakin  3  ildən  sonra  ştatlara  qarşı  iqtişaş 

qaldırdı. Xalqın göstərdiyi müqavimət nəticəsin-də Niderlandı 

tərk etmiş və çox keçmədi ölmüşdü. Bu şöhrət-pərəst, pozğun, 

xain fırıpdaqçı -  cənubda üsyan edənlərin işi-nə böyük ziyan 

vurmuş, Oranlı Vilhelmin nüfuzunu qırmışdı.  



28.  Hugenotlar  –  Orta  əsrlərdə  Fransada  protestant-

kalvinistləri  belə  adlandırırdılar.  Protestantizm  (yaxud  refor-

masiya) adı ilə Qərbi Avropada meydana gəlmiş və katoliklər 

kilsəsinin hökmranlığını məhdud etmək onu mülki  hökmran-

lığa tabe etməyə çalışan hərəkat kimi məşhur olmuşdur.  

29.  İzabella  Kastiliyalı  (22.4.1451-26.11.1504)  -  Kral  II 



                                                     

 

  



                                                                            

                                                    

599 

Xuanın qızı, (1474-çü ildən) Kastiliya kraliçası. Araqon kralı 



Ferdinanda  ərə  gedərək,  Kastiliya  və  Araqon  uniyasının 

yaranmasına  (əslində  İspaniyanın  ərazi  birliyinə)  nail  olmuş-

du.  İzabellanın  dini  siyasəti  fanatizmlə  fərqlənirdi  (1480-ci 

ildə inkvizisiyanın təsisi, 1492-ci ildə yəhudilərin qovulması, 

ərəblərin zorla xristianlaşdırılması və s.). İzabellanın dövrün-

də Rekonkista başa çatdırılmışdı. 



30. İnkvizisiya - 1480-cı ildə İspaniyada təşkil edilmiş və 

bütünlüklə  dövlət  hakimiyyətinin  maraqlarını  müdafiə  etmək 

üçün  xidmət  etmişdir.  Ölkənin  bütün  əhalisi  xüsusilə  də 

ərəblərlə  yahudilər  inkvizisiyanın  nəzarəti  altında  olmuşdur. 

İnkvizisiyanın köməyi ilə hər bir siyasi müxalifət dəf edilirdi. 

31. Makedoniyalı İsgəndər (e.ə. 356-13. 6. 323) - Qədim 

dünyada  görkəmli  sərkərdə  və  dövlət  xadimi.  336-cı  ildən 

Makedoniya  padşahı.  Aristotelin  (Ərəstun)  şagirdi.  E.ə.  333-

cü ildə artıq bütün Kiçik Asiya Makedoniyalı İsgəndərə tabe 

edildi.  III  Dara qısa müddət  ərzində məhv edildi.  332-331-ci 

ilin


 

qışında  o,  Misiri  döyüşsüz  ələ  keçirmişdi.  Qavqamel 

döyüşündən  sonra  Əhəmənilər  dövlətinin  paytaxtı  Persepol 

müqavimətsiz  təslim  olur.  İsgəndər  Orta  Asiyaya  (329)  və 

Hindistana  (327)  hərbi  yürüşlər  etmiş  və  qələbələr  qazan-

mışdı. Artıq 326-cı ilə qədər o, nəhəng bir dövlət yarada bilir. 



32.  Yeni  Dünya  -  Amerika  kəşf  olunanda  avropalıların 

həmin əraziyə verdikləri ad. 



33.  “Yeni  Əndəlüs”  -  Orta  əsrlərdə  Kolumbiyanın  şimal 

sahil zolağı. 




                                                     

 

  



                                                                            

                                                    

600 

34. Kantabriya dağları - İspaniyanın şimal-qərbində dağ 

sistemi. Ən hündür zirvəsi Penya-Vyexo dağıdır 2613 metr. 



35.  Kantino,  Alberto  -  XV  əsrin  sonunda  XVI  əsrin 

əvvəllərində  Avropanın  ən  tanınmış  xəritəşünaslarından  biri. 

1502-ci ildə Yeni Dünya sahillərinin və Madaqaskarın təsviri 

bütün səyyahlar tərəfindən istifadə edilirdi. 



36.  Karl  V  Habsburq  -  Müqəddəs  Roma  imperiyasının 

imperatoru  (1519-1556).  1516-cı  ildə  I  Karl  adı  altında 

İspaniya kralı. Müasirləri deyərdi ki, “onun hakimiyyəti altın-

dakı  torpaqlarda  Günəş  heç  vaxt  batmır”.  V  Karl  Avropanın 

mürtəce qüvvələrinə arxalanaraq, ümumdünya katolik monar-

xiyası yaratmağa çalışmışdır. Onun bu fantastik məqsədə tabe 

olan  siyasəti  böyük  dövlətinin  müxtəlif  hissələrində  müqavi-

mətə,  üsyanlara  səbəb  olmuşdur.  O,  həyatını  müharibələrdə 

keçirmiş,  ayrı-ayrı  ölkələrə  sahib  olsa  da,  öz  məqsədinə 

çatmamış və 1556-cı ildə taxt-tacdan əl çəkmişdir. 



37.  Karfagen  -  3-cü  Pun  müharibəsinə  qədər  qüdrətli 

şəhər-dövlət.  Şəhərin  əsası  e.  ə.  814-cü  ildə  qoyulmuşdu. 

Afrikanın  şimalında  indiki  Tunisin  yanında  yerləşirdi.  Roma 

imperiyasına qarşı 3 dəfə (e. ə. 264-241, 218-201 və 149-146-

cı  illərdə)  ağır  müharibələr  aparmış  və  3-cü  Pun  mühari-

bəsindən sonra e. ə. 146-cı ildə Karfagen romalılar tərəfindən 

tamamilə yerlə-yeksan edilmişdi. 

38. Kastiliya - İspaniyanın mərkəzində tarixi vilayət. XI-

XV əsrlərdə bu ərazidə feodal dövləti olmuşdur. İspan dilində 

“qala”, “istehkam” deməkdir. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə