  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə144/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   140   141   142   143   144   145   146   147   ...   154

                                                     

 

  



                                                                            

                                                    

574 

olmadığını  müəyyən  etmək  olardı.  Kürəyinə  balta  zərbəsi 



endiriləndən  sonra  onun  sol  qolu  demək  olar  ki,  iflic 

vəziyyətinə  düşmüş  və  o,  döyüşlərdə  yalnız  sağ  əlindən 

istifadə  edirdi.  Lakin  buna  baxmayaraq,  o,  həmişə  döyüşə 

gedəndə  qılıncından  başqa  xəncər  də  götürürdü.  Armando 

cəngavər idi və cəngavər kimi də silahlanmalı idi. 

Bu  meşədə  cığırların  sayı  çox  idi.  İspanlar  hiss  etdilər 

ki,  yerli  hindular  bu  cığırlardan  çox  istifadə  edirlər. 

Buradakı cığırlar irili-xırdalığı ilə seçilirdi. Armando geniş 

cığırlardan  birini  seçib,  məhz  həmin  cığırdan  istifadə 

etməyi qərara alır. O, çox yaxşı bilirdi ki, həmin cığır dəstə-

ni  lazımi  yerə  aparıb  çıxaracaq.  Görünür,  hindular  həmin 

cığırdan  müntəzəm  istifadə  edirdilər.  Ona  görə  ki,  həmin 

cığırın üstündəki bütün iri kolluqlar ya əl ilə sındırılmış, ya 

da ki, iti kəsici bir alətlə kəsilmişdi. 

Migelgil cığır ilə  cərgəylə irəliləyirdilər. Keçid zamanı 

onların  heç  birisi  dinib  danışmırdı.  Onlar  elə  hərəkət 

endirlər ki, ətrafa səs-küy yayılmasın. 

Beləliklə,  onlar  cənub  -  cənub-qərb  istiqamətilə  yarım 

liqdən  artıq  hərəkət  edib  yorğunluqlarını  almaq  üçün, 

yerdən  cüzi  hündürlüyü  olan  kiçicik  bir  təpənin  üstündə 

oturub,  beş-on  dəqiqə  istirahət  etməyə  başladılar.  Keçid 

zamanı  onlar  gah  hündürlüyə  qalxır,  gah  da  ki,  aşağı 

enirdilər.  Bir  sözlə,  bu  meşə  çoxlu  dərə-təpələrdən  ibarət 



                                                     

 

  



                                                                            

                                                    

575 

idi.  Məhz  buna  görə  də  dəstə  bu  keçid  zamanı  tez 



yorulmuşdu.  həm  də  bu  keçidə  başlamazdan  əvvəl  onlar 

altmış yeddi gün okeanın üstündə hərəkətsiz qalmışdılar. 

Enrike hamıdan yaşlı olduğu üçün dərhal ot örtüyü olan 

yerə  uzandı.  Qalanları  isə  Armandodan  başqa  dövrə 

vuraraq,  yerdə  oturdular.  Heç  kim  buradakı  sükutu  pozub 

danışmaq istəmirdi, daha doğrusu, danışmaq üçün onlar söz 

tapa  bilmirdilər.  Lakin  hamını  bircə  sual  maraqlandırırdı: 

görəsən Odovaldo qardaşları və onların əsgərləri haradadır-

lar? Necə olursa-olsun, onların axtarışı üçün düşərgədən iki 

dəstə göndərilmiş və bu dəstlələrdən heç olmasa biri onları 

tapıb düşərgəyə qayıtmalı idi. Bu missiyanı yerinə yetirmək 

heç  də  çətin  deyildi.  Təkcə  ova  gedənlərin  hamısı  sağ-

salamat olsunlar. 

Buradakı  cəngavərlərdən  yalnız  Enrike  ilə  Xose  odlu 

silah  götürməmişdilər.  Bunun  isə  paradoksal  səbəbi  vardı. 

Enrikenun qırxa yaxın yaşı vardı və o, köhnə bir cəngavər 

kimi  odlu  silahdan  boyun  qaçırırdı.  Xose  ondan  beş  yaş 

kiçik  idi,  lakin  elə  əvvəldən  odlu  silahdan  xoşu  gəlmirdi. 

Onun  yaxşı  bir  şüarı  vardı:  “Əsl  cəngavərin  silahı  əzəldən 

qılınc  olub,  elə  bundan  sonra  qılınc  olmalıdır”.  Xose 

Mendos  həmin  prinsiplə  yaşayırdı.  Daha  bilmirdi  ki,  axır 

zamanlar  zəmanə  yaman  dəyişibdir.  Bütün  ordu  strukturu 

ason  zamanlar  odlu  silahlarının  demək  olar  ki,  bütün 



                                                     

 

  



                                                                            

                                                    

576 

növlərilə  silahlanırdı.  Lakin  bütün  bunlara  baxmayaraq, 



onun odlu silahdan imtina edirdi. 

Xose ortaboylu, dolu bədənli, hərəkətində cəld, otuz üç 

yaşlı sərt bir adam idi. Onun da saçları Armandonun saçları 

kimi qısa, tünd qara qıvrım idi, sir-sifətini saqqal basmışdı. 

Sifəti  yumru, gözləri, dodaqları iri, baxışları isə soyuq idi. 

O,  da  çox  danışmağı  xoşlayırdı.  Cəngavərlərin  əksəriyyəti 

kimi  onun  da  döyüş  yolları  Niderland  torpağından 

başlamışdır.  O,  1578-ci  ilin  yanvarın  31-də,  Niderlandın, 

hersoq  Albadan  sonra  təyin  olunmuş  yeni  vəliəhdi  don 

Xuan  Avstriyalının  ordusunda  xidmət  edərək,  Jamblu 

yaxınlığında  Baş  ştatların  ordusunun  darmadağın  olunma-

sında  iştirak  etmişdir.  Xose  cəngavərlər  qvardiyasında, 

fransız  hersoqu  Fransisk  Anjulunun  (Fransız  kralı  III 

Henrixin  qardaşı)  ordusuna  qarşı  müvəffəqiyyətlə  döyüş-

müş  və  yaxşıca  fərqlənmşidir.  1585-ci  ildə  Antverpenin 

tutulmasında  fəal  iştirak  etmiş  və  döyüşün  sonunda  başın-

dan ağır yaralanmışdır. 

 

1588-ci  ildə  “Məğlubedilməz  armada”nın  tərkibində 



İngiltərə sahillərinə yollanmışdır. Bir sözlə, cəngavər Xose 

müharibəyə  bağlı  bir  adam  idi.  Araukan  hindularına  qarşı 

döyüşməyi  ona  təklif  edəndə  o,  tərəddüd  etmədən  öz 

razılığını bildirmişdi. 

Yola  düşməyə  az  qalmış  birdən  qərb  tərəfdən  qışqırıq 



                                                     

 

  



                                                                            

                                                    

577 

səsləri  eşidilməyə  başladı.  Lakin  səs  elə  gəlirdi  ki,  onu 



hamı  birdən  eşidə  bilmirdi.  Hiss  olunurdu  ki,  bu  səslər 

uzaqdan  gəlir.  İspanların  hamısı  ayağa  qalxıb  diqqətlərini 

səs  gələn  tərəfə  yönəltdilər.  Uzaqda  baş  verən  qışqırıq 

səsləri  qırıq-qırıq  gəlib  bura  çatırdı.  Xose  sağ  əlini  yuxarı 

qaldıraraq, həmin istiqamətdə hərəkət etdi və beş-altı addım 

irəliləyəndən  sonra  sağ  əli  ilə  işarə  etdi  ki,  dəstə  onun 

arxasınca  irəliləsin.  Dəstə  hərəkət  edəndə  ayaqlarının 

altında  qalan  yarpaqların  xışıltısından  qışqırıq  səslərini 

eşitmək mümkün olmurdu. Xose həmin istiqamətə yönələn 

cığır  ilə  hərəkət  edirdi.  O,  iri  addımlarını  tez-tez  atırdı. 

Sanki  qarşıda  nə  isə  təhlükəli  bir  hadisənin  baş  verdiyini 

hiss edirdi. Həqiqətən də bu elə-belə qışqırıq səsləri deyildi. 

Migelgel,  Odovaldo  qardaşlarının  əsgərlərinin  yerli 

hindular ilə toqquşduqlarını zənn etdilər. Orada artıq silahlı 

münaqişə baş vermiş və Migelgilin köməyi onlara hava-su 

kimi lazım ola  bilərdi.  Bir sözlə, hadisə  yerinə tez çatmaq 

lazım idi. 

Həmin  istiqamətə  doğru  getdikcə,  oradan  gələn  səslər 

yavaş-yavaş  aydın  eşidilməyə  başlayırdı.  Onlar  beləliklə, 

yarım liqdən artıq yol qət gedərək, hündür təpənin üstündə 

ayaq  saxladılar.  Buradan  hündürlüyü  az  olmayan,  iti 

uçurum başlayırdı. Aşağıda geniş olmayan vadi görünürdü. 

Həmin  vadidə  çox  sayda  adamın  toplaşdığını  görmək 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə