  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə143/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   139   140   141   142   143   144   145   146   ...   154

                                                     

 

  



                                                                            

                                                    

570 

-  Əgər  elədirsə,  mən  də  sizinlə  axtarışa  yollancam.  – 



deyə  fürsəti  əldən  vermək  istəməyən  Migel  səbirsizliklə 

leytenanta  müraciət  etdi.  –  Necə  olsa  da,  mənim  döyüş 

əməliyyatlarında  böyük  təcrübəm  var.  –  Sonra  üzünü 

kapitana  tutub  ehtiramla  sözünə  davam  etdi.  –  Bilirəm  ki, 

belə bir xeyirxah iş üçün kapitan mənə heç bir etiraz etməz. 

- Nə deyirəm ki, əgər sən də getmək istəyirsənsə, get. – 

deyə  kapitan  bir  balaca  tərəddüd  edəndən  sonra  Migelə 

razılığını bildirdi. – Hər şeydə ayıq olun. 

-  Birinci  dəfə  deyil  ki.  –  deyə  kapitanın  sözünü  yarım-

çıq qoyan leytenant istehza ilə dilləndi. 

- Özünüzdən  müğayat  olun, hindulardan hər  şey  gözlə-

mək  olar.  –  deyə  kapitan  narahat  halda  dilləndi.  -  Çalışın 

onlarla  silahlı  münaqişə  yaratmayın.  Mən  sizin  hamınızı 

Araukan ölkəsinə sağ-salamat çatdırmaq istəyirəm. 

 

 

 



 

   XXVI fəsil. İspanların gəlişindən narazı olan   

        yerli hindular hücuma keçirlər

 

 

Beləliklə,  kapitanın  razılığını  alan  Migel  leytenant 



Vaskonun  başçılıq  etdiyi  köhnə  konkistadorlar  dəstəsilə 


                                                     

 

  



                                                                            

                                                    

571 

ova yollanmış əsgərlərin axtarışı üçün düşərgəni tərk etmək 



istədi.  Lakin  son  nəticədə  kapitan  onu  saxlayıb  başqa  bir 

dəstə  ilə  axtarışa  göndərəcəyini  bildirdi.  Kimsə  kapitana 

bildirmişdi ki, bu əməliyyat uğurlu keçsin deyə, axtarışa bir 

yox, iki dəstə getsin. Əməliyyat ərazisinə düşən yer həddin-

dən artıq iri idi. Kapitan da həmin fikir ilə tam razılaşmışdı. 

Vaskonu  qərb  istiqamətində  axtarışa  göndərdi.  Sonra 

Migelə təklif etdi ki, beş-altı nəfər cəngavərlərdən ibarət bir 

dəstə  yaradıb  cənub,  cənub-qərb  istiqamətində  axtarışa 

yollansın. Migel elə də etdi. O, cəngavərlərdən Xose Men-

dosu,  Armando  Qomesi,  Enrike  Nunyosu,  arbalyotçu  Luis 

İsidoronu, dostları Sebastyan Solinosu və Osvaldo Xuaresi 

götürüb deyilən istiqamətdə axtarışa yollandı. Dəstə verilən 

əməliyyatı axşama kimi yerinə yetirib düşərgəyə qayıtmalı 

idi. 


Migelin  yaratdığı  dəstə  döyüş  təcrübəsinə  görə 

leytenant  Vaskonun  dəstəsindən  çox  üstün  idi.  Necə  olsa 

da,  həmin  dəstə  döyüşlərdə  cəngavər  titulu  almış  təcrübəli 

və qorxmaz döyüşçülərdən ibarət idi. Migel onlardan yalnız 

ikisini  yaxşı  tanıyırdı.  Qalan  dörd  cəngavərləri  dostlarının 

təqdimatlarına  əsasən  öz  dəstəsinə  götürmüşdü.  Lakin  az-

çox o, Enrike Nunyosla tanış idi (o həmin cəngavər idi ki, 

Lepanto  döyüşündə  türklərə  qarşı  döyüşmüşdür).  Bu 

dəstənin heyətinə heç bir söz ola bilməzdi. Günortadan iki 



                                                     

 

  



                                                                            

                                                    

572 

saat  keçdiyinə  baxmayaraq,  bugünki  hava  hələ  də  öz 



istiliyini itirməmişdi. Hava həddindən artıq isti idi. Axtarış 

zonası  yüksəkliklərdə  olduğu  üçün  heyətin  heç  bir  üzvü 

dəmir  geyim  geyməmişdi.  Cəngavərlər  o  vaxtkı  qayda  ilə 

silahlanmışdıar.  Migel  özü  də  pis  silahlanmamışdı.  O,  bu 

yürüşə  özü  ilə  iki  tapança,  qılınc,  xəncər,  kaman  və  ox 

götürmüşdü.  Cavan  zadəgan  həmişə  belə  yürüşlərə  ciddi 

əhəmiyyət verirdi. 

Düşərgədən bir az aralandıqdan sonra Migelgil qalın bir 

meşəyə  daxil  oldular.  Ağacların  cürbəcür  növdə  olması, 

ondan  xəbər  verirdi  ki,  bu  meşə  qarışıq  meşədir  və  bütün 

ətrafda heyvanların qışqırığı çox eşidilirdi. Ancaq Migelgil 

meşənin içərilərinə doğru getdikcə heyvanların səsi demək 

olar  ki,  get-gedə  uzaqlaşırdı.  İnsan  gəlişi  ilə  heyvanlar 

çalışırdı  həmin  ərazini  tərk  etsin.  İndi  Migelgili  ən  çox 

heyvanların yox, insanların səsi maraqlandırırdı.  

O,  Odovaldo  qardaşlarını  və  onların  əsgərlərini  çox 

yaxşı tanıyırdı. Onlar harada olurlarsa-qoy olsunlar, həmişə 

qaragüruh salırdılar. Onlar üçün qərib ölkə, düşmən ərazisi 

termini  yox  idi.  Hara  gedirlərsə-getsinlər,  özlərini  həmişə 

həyasızcasına aparırdılar . Əgər bu meşədə və ya bu ərazidə 

hindularla  rastlaşıblarsa,  onların  səsləri  indi  bütün  ətrafı 

bürümüşdü. Deməli, onlar bu yaxınlıqda yox idilər. Həm də 

Migelgil yenicə, meşəyə daxil olmuş və burada çox yol qət 



                                                     

 

  



                                                                            

                                                    

573 

etməmişdilər. 



Lap  qabaqda  Armando  gedirdi.  Bu  dəstənin  başqa 

üzvlərinə  nisbətən,  onun  meşə  keçidində  böyük  təcrübəsi 

vardı.  Bir  növ  o,  burada  həm  də  bələdçilik  funksiyasını 

yerinə yetirirdi. İkinci isə arbalyotçu-cəngavər Luis gedirdi. 

Düşmən  qarşıdan  hücuma  keçmək  istəyəndə,  o,  arbalyotu 

ilə həmin hədəfi dəf etməli idi. 

Armando Niderland müharibəsində doqquz il döyüşüb-

dür. Xüsusən də Niderlandın Flandriya və Eqo əyalətlərinin 

qalın  meşələrində  “meşə  gyözlərinə”  qarşı.  Həmin  əyalət-

lərdə  ispan  əsgərləri  tez-tez  “meşə  gyöz”lərinin  hücum-

larına  məruz  qalaraq,  çoxlu  itki  verirdilər.  Əməliyyatların 

ağırlığına  baxmayaraq  Armando  həmin  döyüşlərdən  sağ-

salamat çıxmışdır. Düzdür, həmin müharibədə o, dörd dəfə 

yaralanmışdır. Ən axırıncı dəfə bir il bundan əvvəl Utrexdə 

onun kürəyinə balta zərbəsi endirilmiş və o, həddindən artıq 

ağır yaralanmışdı. Demək olar ki, cəngavər həmin döyüşdə 

təsadüfən sağ qalmışdır. 

Armando  o  qədər  də  hündür  olmayan,  ortabədənli,  iri 

qamətli  çevik  bir  adam  idi.  İyirmi  yeddi  yaşlı  cəngavərin 

uzunsov  sifəti,  qısa  qara  qıvrım  saçları,  iri  burnu,  balaca 

gözləri, qalın qaşları vardı. Üzünü qalın saqqal ötürmüşdü. 

Ağzı  nə  yekə,  nə  balaca,  dodaqları  isə  qalın  idi.  Soyuq 

baxışlarından  və  qaradinməzliyi  bu  adamın  gülüb-danışan 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə