£ , /'w vəli Əliyev



Yüklə 7,26 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix19.07.2018
ölçüsü7,26 Mb.
#56620
1   2   3   4   5   6   7   8   9   ...   42







Ğ
Azıxda tapılmış əmək alətləri.
Quruçay mədəniyyətinin son m ərhələsində Azıx sakinləri təkmil- 
ləşmiş  texniki  üsulla  kvars,  kvarsit,  bazalt,  çaxmaq,  fezet,  yaşma və  s. 
cinsli  daşlardan  istifadə  edərək  yeni  keyfıyyətli  əm ək  alətləri  hazırla- 
mışlar.
Vadinin  ən  qədim   sakinləri  gündəlik  tələbatlarm ı  ödəm ək  üçün 
ovçuluq  və  yığıcılıqla məşğul  olmuşlar.  Adi  daş  silahlarla  xırda və  iri 
heyvanlar,  xüsusilə  onların  balalarmı  ovlamışlar.  Quruçay  vadisinin 
ibtidai  insanları  kiçik  kollektivlərdə  birləşən  icma halında yaşamışlar. 
Qədim Aşel  təbəqəsindən əldə olunmuş fauna qalıqları -  ayrı-ayrı çə- 
nələr, kəllə  sümükləri  bu dövrdə Azıx sakinlərinin m ağara ayıları, nə- 
həng maralları və digər vəhşi heyvanları ovladığını göstərir.
Quruçay  mədəniyyətinin  birinci  mərhələsi  paleolitin  ilk  təşəkkül 
tapdığı (Aşelə qədərki) dövrü, ikinci mərhələsi erkən və orta Aşel  dövrünü, 
üçüncü mərhələ isə son Aşel və Mustye dövrünü əhatə edir. Bu mədəniyyət
1,8  milyon  il  bundan əvvəl yaranmış, təkamül tapmış və  700 min  il bundan 
əvvəl sona çatmışdır.
Azıxın ilkin sakinlərinə aid külli miqdarda çay daşlarmdan hazırlanmış 
kobud əmək alətləri - çapacaqlar, kubvari alətlər, qaşovlar və çoxlu qəlpələr 
aşkar  olunmuşdur.  Buradan  çoppervari  çapma  iri  əmək  alətləri  (4-5  kq 
ağırlığında) əldə edilmişdir.
Oddan istifadə.
Azıxda tapılmış (1968-ci il) insan çənə sümüyü çox mühüm elmi 
əhəm iyyət  kəsb  edir.  Azıx  ibtidai  insan  qalığı  qədim liyinə  görə  dün- 
yada IV tapıntı olub,  18-22 yaşlı qadına m əxsusdur.  Bu tapıntı 350 min 
il  bundan  əvvəl  Q arabağ  ərazisində  qədim  insanların yaşadığını sü- 
but edir. Mağarada təbii rəfdə qoyulmuş ayı kəllələrindən biri üzərində 
cızılm ış  xətlər  qədim   insanların  dini-ideoloji  təsəvvürləri  və  ibtidai 
incəsənəti  ilə  bağhdır.  Azıx  mağarasındakı  ocaq  qurğuları  Aşel  döv- 
ründə  burada yaşayan  insanların odla tanış  olduğunu  və  istifadə  etdik- 
lərini göstərir.
Mustye m ədəniyyəti dövründə Qarabağın qədiın sakinlərinin hə- 
yat  tərzində,  m əişətində  mühüm  inkişaf prosesi  baş  vermiş  və  əsaslı 
təkamül  olmuşdu.  M ustye  m ədəniyyəti  120-100  min  il  bundan  əvvəl 
başlayaraq 35-33  min  il  əvvəl  sona çatmışdır.  Mustye  dövrü Azıx  və 
Tağlar  sakinləri  m ağaralarda  v əo n d an   kənarda çaxmaq, slans, obsi- 
dian, dəvəgözü daşlarından əm ək alətləri və silahlarhazırlamışlar.
Onlar at, mağara ayısı, qulan, Qafqaz maralı, öküz, gərgədan və s. 
vəhşi  heyvanları  ovlamışlar.  Bu  dövrə  aid  sümüklərin  əksəriyyətini 
odda yandırmışlar.
Qarabağda m ezolit-neolit dövrünün maddi  m ədəniyyət nümunə- 
ləri-m ikrolit  alətlər  Şuşa  yaxınlığında-Daşaltıda,  Şuşa  mağarasından 
əldə  edilmişdir.  M ezolit dövründə  Qarabağda ovçuluq mühüm peşəyə








Ğ
20
Azıx mağarası.  Orta Aşel mədərıiyyətinə aid daş əmək alətləri.
çevrilmiş, kiçik heyvanlar əhilləşdirilmiş, qida vasitəsi kimi yabam bit- 
kilərdən də istifadə olunmuşdur.
Bu dövrdə Qarabağ sakinlərinin təsərrüfat həyatında ibtidai əkin- 
çilik və maldarlığın əsası qoyulmuşdur.






Ğ
21
Paleolit dövrü insanlarının əmək fəaliyyəti.
Qarabağda  ibtidai  insanlar  Yuxarı  Qarabağda,  Kiçik  Qafqazın 
m ərkəzi yüksəkliyində dördüncü geoloji dövr vulkan püskürm ələri za- 
manı, lava axını nəticəsində əm ələ gəlmiş Zar mağarasında məskunlas- 
mışlar. Bu mağara düşərgəsində aparılmış paleocoğrafı tədqiqatların nə- 
ticəsində (akad.  Ə.V.  M əmmadov) paleolit dövründə  iqlimin  mülayim 
keçdiyi  m üəyyənləşdirilm işdi.  Düşərgədən  m üxtəlif fauna  qalıqları  - 
vəhşi at, keçi, Avropa çöl uzunqulağı, qədim  maral kimi heyvanların sü- 
mükləri tapılmışdır.
Qarabağın  ibtidai  sakinləri  paleolit dövründə  istiləşm ə  m ərhələ- 
sində K əlbəcər və Kiçik Qafqazın digər alp yüksəkliyinə mövsümü ov 
dalınca gəlmişlər.
Zar mağarasının əm ələ gəldiyi qurşaq dəniz səviyyəsindən 2190 
m yüksəklikdədir. Bu düşərgə Azərbaycanda opsidian kompleksli alət- 
lər  olan  nadir  abidədir.  Z ar  mağara  düşərgəsində  yaşayış  mustyenin 
axırı, yuxarı paleolitin əvvəli ərəfəsində mövcud olmuşdur.  Bu geoloji 
baxımdan  xvalının  (vyurum )  orta  m ərhələsinə  təsadüf edir.  A lətlərin 
texniki səviyyəsi və növlərinə görə bu  insanlar paleoantropdan (qədim 
insan)  neantropa  keçid  fıziki  tipli  olmuşdur.  Bu  insanlar  xüsusi 
dəstələrdən  ibarət  olub  h ə r  bir  heyvan  növünü  ovlamağa  müvafiq 
alətlər hazırlamışlar.








Ğ
22
Zar abidəsinin tarixi e.ə. 65-60 min ildən 32-28 min illər arası xro- 
noloji  çərçivə  ilə  m üəyyənləşdirilir.  Zar mağara düşərgəsi  orta xvalın 
(vyurum)  dövrü  Qafqaz paleolitinin bir sıra m əsələlərini  araşdırm ağa 
imkan verir.






Ğ
23
Zar mağara düşərgəsi  alətlərinin təhlili  əsasında Kiçik Qafqazda 
Tağlar-  Zəngibasar  -  Zar  m ədəniyyətinin  mövcudluğu  sübuta  yetiril- 
mişdir.  Beləliklə,  Yuxarı  paleolitdə Yaxın  Şərq,  Anadolu və Qafqaza- 
rası m ədəni etnik dairəsinin hələ 35-32 min il bundan əvvəl başlandığı 
m üəyyən edilmişdir.
Tağlar mağarası.  Daş əmək alətləri.








Ğ
24
QARABAĞ ENEOLİT DÖVRÜNDƏ
7 T  
VI  m inillikdən  etibarən  Azərbaycanda,  eləcə  də  Qa-
r j
 
■ 
ğ
  rabağda mis metalın kəşfı  ilə əlaqədar eneolit mis-daş 
-1—/   • 
dövrübaşlanır.
Azərbaycanda-Naxçıvan, G ədəbəy, D aşkəsən və 
Qarabağ ərazisində zəngin mis yataqları vardır.  Bu mis fılizi ehtiyatları 
Qarabağın  ilkin  m etallurgiya  ocaqlarından  biri  kimi  inkişaf etm əsinə 
imkan vermişdir.
Qarabağın  İlanlıtəpə,  Qarahacı,  Leylatəpə,  Azıx,  Tağlar,  Qara- 
köpəktəpə, G ünəştəpə, Xantəpə, K ültəpə və s. yaşayış yerlərində apa- 
rılan arxeoloji tədqiqatlar göstərir ki, sənətkarlar mis külçələrindən əv- 
vəl  döym ə,  sonralar  isə  əritm ə-tökm ə  üsulu  ilə  əm ək  alətləri  hazırla- 
mışlar.
Quruçay  vadisində  X antəpə  yaşayış  yerindən  əldə  olunmuş  yu- 
varlaq formalı daş v ə gil butələr  Qarabağın Cənubi Qafqazda ən qədim 
müstəqil yerli m etalişləm ə ocaqlarından biri olduğunu söyləm əyə  əsas 
verir.
Eneolit  dövrü  yaşayış  evləri.






Ğ
25
Qarabağ  eneolit  dövrü  abidələrindən  daş  məmulatları  -  oraq 
dişləri,  dən  daşları,  sürtkəclər,  çapacaq  və  toxalardan  ibarət  m üxtəlif 
əm ək  alətləri əld ə olunmuşdur.
Bu dövr m əhsuldar q ü w ələrin   inkişafı  insanların həyat tərzinin 
dəyişm əsinə səbəb olmuşdur.
Oturaq  əkinçilik  və  maldarlıqla  m əşğul  olan  qədim  Qarabağ 
əhalisi  dağətəyi  və  çay  kənarlarında,  su  m ənbələrinə  yaxın  yerlərdə 
məskunlaşmışlar.  Onlar çiy kərpicdən tikilm iş,  döşəm əsi  gil  məhlulla 
suvanmış  dairəvi  planlı  evlərdə  və  bəzən  də  qazmalarda  (maldarlar) 
yaşamışlar.
M ənzilləri qızdırm aq m əqsədilə onların orta hissəsində və divarm 
dibində ocaqlar qurulmuşdur.
Qarabağda eneolit dövrü əhalisinin əsas  məşğuliyyəti  toxa əkin- 
çiliyi  və  maldarlıq  olmuşdur.  Bununla  yanaşı  sənətkarhğın  m üxtəlif 
növləri - m etalişləm ə, dulusçuluq, toxuculuq, gön-dəriişləm ə, sümükiş- 
ləm ə  və  daşişləm ə  ilə  də  məşğul  olmuşlar.  Ovçuluq  və  balıqçılıq  bu 
dövrdə köməkçi peşəyə çevrilmişdir.
Eneolit dövründə  ev sənətkarlığınm xüsusi  sahələri  - dulusçuluq 
və  sümükişləm ə təkm illəşm işdir.  Süm ükdən toxa, biz,  iynə, qaşovvari 
bıçaqlar, bəzək və m əişət əşyaları hazırlanmış, toxuculuqda yun və bitki 
lifindən istifadə olunmuşdur.
Eneolit  dövründə  dulusçuluğun  inkişafinda  yüksəliş  olmuşdur. 
Q abların  keyfiyyəti  yaxşılaşmış,  qırmızı,  çəhrayı  və  sarı  rəngdə  bişi-
Eneolit dövrünün gil qabları, sümük və daş əmək alətləri.


Yüklə 7,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə