£ , /'w vəli Əliyev



Yüklə 7,26 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix19.07.2018
ölçüsü7,26 Mb.
#56620
1   2   3   4   5   6   7   8   9   10   ...   42







Ğ
34
İqtisadi  və  hərbi  cəhətdən  güclü  m aldar  tayfalar  öz  ə ra z ilə rin i 
daha  da  genişləndirmiş,  qənim ət  ələ  keçirmək,  var-dövlət  q azan m aq  
m əqsədilə qonşu  tayfalara basqınlar etmişlər.  Tayfalar arasında g e d ə n  
belə  döyüşlər bəzi  iqtisadi-mədəni  m ərkəzlərin  ətrafınm   m üdafiə  d i -  
varları ilə m öhkəm ləndirilm əsi ilə nəticələnm işdir.
Qarabağm  ətrafı  müdafıə  divarları  ilə  m öhkəm ləndirilm iş  Ü z ə r -  
liktəpə,  Qaraköpəktəpə orta tunc dövrü tayfa ittifaqları m ə rk ə z lə rin d ə  
arxeoloji tədqiqatlar aparılmış və zəngin m ateriallar əldə edilmişdir.
Ü zərliktəpə  ilkin  şəhər  m ərkəzinin  ətrafına  çiy  kərpicdən  q a l a  
divarı tikilmiş, bürclər və dayaq divarlarla (kontrfors) m ö hkəm ləndiril- 
mişdi.  Q araköpəktəpə  ilkin  şəhər  m ərkəzinin  ətrafı  iri  qaya  p a rç a - 
larmdan  və  çay daşlarından  inşa  edilmiş,  m öhtəşəm   m üdafiə  d iv arla rı 
ilə  əhatələnm işdir.  Q araköpəktəpə  qala  divarınm  bünövrəsi  iri  q a y a  
parçalarından qurulmuş,  aradakı  boşluqlar isə  çay  daşları  ilə  d o ldurul- 
muşdur.
İndiki Ağdam şəhərinin şərqində yerləşən Ü zərliktəpə Q arabağın 
əsas qədim  şəhər m ərkəzindən biri  olmuşdur.  Ü zərliktəpə qədim q a la  
şəhəri düşünülmüş memarhq planınam alik olub, iki hissədən ibarətdir.
Şəhərin narınqala hissəsi  iri  çiy  kərpiclərdən tikilmiş  m öhtəşəm  
müdafiə divarı  ilə  əhatələnm işdir. Narınqalada tayfa ittifaqma m əxsus 
ictimai  binalar və  varlı  təbəqəyə  m əxsus  tikintilər  yerləşmişdir.  Q a la  
divarlarından  kənarda  şəhərin  nisbətən  yoxsul  təbəqəsi  yaşam ışdır. 
Ü zərliktəpədə ağac  və gil  m əhlulla tikilm iş yaşayış  evlərinin qalıqları 
görünür,  yoxsul  təbəqəyə  m əxsusdur.  Onlara  m əxsus  olan  evlərin 
tikintisində  də  ağac  və  suvaq  kimi  gil  m əhluldan  istifadə  edilmişdir. 
Döşəmə gil m əhlulla suvanmışdır.
Evlərin  içərisində  daşdan  qurulm uş  ocaq  və  təsərrüfat  quyuları 
yerləşir.  Ocaq  qurğuları  içərisində  yanmış  taxıl  qalıqlarına  rast  gəlin- 
mişdir.  Evlərdən birinin içərisində gil  qadın fiquru və m üxtəlif m əişət 
avadanlıqları aşkar edilmişdir.
M əişətdə  və  təsərrüfatda  m üxtəlif m əqsədlər  üçün  istifadə  olu- 
nan gil qablar boz, qara, qımızı rəngdə olub çox növlüdür. Monoxrom bo- 
yalı keramika məmulatları və m iniatür həcm li yaxşı cilalanmış qara v ə  
boz qablar yüksək sənətkarlıqla hazırlanmışdır.
Ü zərliktəpə və Qaraköpəktəpə tunc dövrü yaşayış yerlərindən ta-






Ğ
35
Üzərliktəpə yaşayış yeri.
pılmış boz, qara cilalı, üzəri ştamplama, kəsm ə üsulları  ilə naxışlanmış 
sadə və boyalı qablar, iy başlıqları, muncuqlar, m üxtəlif daş alətlər, bə- 
zək əşyaları gildən düzəldilmiş kiçik heykəllər, qadın bütü  e.ə.III-II mi- 
nilliklərdə  qədim   Qarabağda  m üxtəlif sənətkarlıq  növlərinin  forma- 
laşdığım sübut edir.
Yaşayış  yerlərinin  ətrafında  m öhtəşəm   müdafiə  divarlarınm, 
kontforsların  varlığı  orta tunc dövründə  Yaxın  Şərq  və Ön  Asiya qala- 
tikmə  m em arhğınm   qədim   Qarabağ  memarlıq  m ədəniyyətinə  təsirini 
göstərir.  Qarabağın  tunc  dövrü  m em arhğmda  izlənən  bir çox  tikinti 
xüsusiyyətləri qədim  Naxçıvan və Ön Asiya qala şəhərlərinin müdafıə 
tikintilərində  tətbiq  edilmişdir.  Bu  oxşar  cəhətlər  Qarabağın  qədim  
şəhər m ərkəzlərinin Naxçıvan və  Ön Asiya qala-şəhər m ərkəzləri  ilə 
qarşıhqlı - iqtisadi və m ədəni əlaqələrindən xəbər verir.
Orta  tunc  dövründə  Qarabağda  əkinçilik  və  maldarlıq,  bağçılıq, 
üzümçülük inkişaf etmişdir.
Xış  əkinçiliyinin  geniş  tətbiqi,  biçin  və  döyüm  əm ək  alətlərinin








Ğ
36
Qaraköpəktəpə.  Daş və gil fıqurlar.
(vəl, dən daşları,  oraqlar və s.) təkm illəşm əsi əkinçiliyin intensiv inki- 
şafına təkan vermişdir.
Əkinçilikdə  Triticum  Sativum  L  və  Triticum  durum  Dest  buğda 
növləri, Hordeum laguneuliformi  Bosh qılçıqsız aıpa növləri becərilir v ə  
ehtiyat taxıl  məhsulu  təsərrüfat  quyulannda və  iri  həcmli  küplərdə  sax- 
lanılırdı.
Bu dövrdə üzümçülük təsərrüfatı da yaranmışdır.
Osteoloji  qalıqlar göstərir ki,  maldarlıqda  iribuynuzlu  mal-qara v ə 
davarbəsləmişlər.
Ü zərliktəpə orta tunc dövrü şəhər m ərkəzində sənətkarlığın müx- 
təlif sahələri - dulusçuluq, m etalişləm ə, toxuculuq, daşişləm ə, sümükiş- 
ləm ə  inkişaf etmişdir.  Şəhər m əişət  m ədəniyyəti  üçün  səciyyəvi  olan 
gözəl  bədii  tərtibatlı  boyalı  keram ika və  ştamp  naxışlı  boz,  qara cilalı 
qablar istehsal olunmuşdur.
Qarşılıqlı  əlaqələr sayəsində  Ön  A siya və  Yaxın  Şərq mədəniy- 
yətinə bələd olan və ondan bəhrələnən qədim  Qarabağın oturaq əkinçi- 
maldar tayfaları, xüsusilə sənətkarları Cənubi Qafqazda ilkin şəhər mə-






Ğ
37
dəniyyətinin yaranmasında əsas rol oynamışlar.
Orta  tunc  dövründə  Qarabağın  ilkin  dövlət  qurumu  səviyyəsinə 
çatmış tayfa ittifaqları Cənubi Qafqazın m üxtəlif regionları ilə, eləcə də 
Ön  Asiya  və  Yaxın  Şərq  ölkələri  ilə  iqtisadi-mədəni  əlaqələr  yarat- 
mışlar.
Araz çayınm sol sahili boyu bölgələrlə, xüsusilə qədim  Naxçıvan- 
la  daha  sıx  əlaqələr mövcud olmuşdur.  Mil-Qarabağ  sənətkarlıq  mər- 
kəzlərinin  Naxçıvanla  əlaqələri  bu  iki  m ədəniyyət  ocaqlarının  dulus- 
çuluq m əm ulatlarında daha aydın izlənir. Boyalı qablar m ədəniyyətinin 
və  bədii  tərtibatlı  keramika  istehsalmın bu  iki  regionda  yüksək  səviy- 
yədə  inkişaf tapması  m əhz  qarşılıqlı,  əlaqələrin  nəticəsində  mümkün 
olmuşdur.
Qarabağın orta tunc dövrü qəbirləri (Borsunlu kurqanları, Qarabu- 
laq nekropolu) qədim  əhalisinin dini görüşləri ilə yanaşı, bu dövr dulus- 
çuluq sənətkarı, onun xüsusiyyətləri haqqında maraqlı m əlum at verir.
Qarabağın orta tunc dövrü sənətkarhğı özünə məxsus cəhətləri ilə 
diqqəti cəlb edir.  Tərtərçay, Qarqarçay, Quruçay və Köndələnçay höv- 
zəsində dulusçuluq sənətinin bir neçə  müstəqil  m ərkəzləri  bir-biri  ilə, 
eləcə də Naxçıvan dulusçuluq m ərkəzləri ilə sıx əlaqəli şəkildə inkişaf 
tapmışdır.
Odur ki,  Naxçıvanm  qədim  şəhər m ədəniyyəti  üçün  daha  səciy- 
yəvi olan boyalı qablara, Quruçay,  Köndələnçay vadisi orta tunc dövrü 
abidələrində də rast gəlinir.
Boyalı  qablar istehsalı  iqtisadi-mədəni əlaqələr nəticəsində Araz 
çayı boyunca Quruçay və  Köndələnçay,  Qarqarçay orta tunc dövrü ya- 
şayış m əskənlərində yayılmış, eləcə də Qarabağ abidələri üçün çox sə- 
ciyyəvi olan boz və qara cilalı, xüsusilə naxışlı gil qablar Naxçıvanda ya- 
yılmışdır.  Q ədim   Qarabağ  sənətkarları  nəinki  qonşu  regionlarla,  hətta 
Ön Asiya və Yaxın Şərq m ərkəzləri ilə m ədəni- iqtisadi əlaqələr yarat- 
mışlar.
Qarabağ  orta  tunc  dövrü  yaşayış  m əskənlərindən  tunc  əşyalar 
xəncər, biz, sırğa, bilərzik və s. aşkar olunmuşdur.
Orta tunc dövrü əm ək alətlərinin və silahlarının (dəndaşı həvəng 
və dəstə, quraşdırm a oraq dişləri, toppuz başlıqlan, daş vəllər) bir qismi 
daşdan hazırlanmışdır.


Yüklə 7,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə