Azərbaycan dövləti xalqımızın və bəşəriyyətin
tarixindəki bütün unudulmaz hadisələrə daim hörmət və
ehtiramla yanaşmaq ənənəsini davam etdirir. Ötən əsrin
30-cu illərindən etibarən Avropanın və bütün dünyanın
başı üzərində ölüm saçan, qan-qada gətirən qara buludlar
kimi əsən faşizm üzərində 9 may 1945-ci il tarixli
qələbənin bütün ildönümlərinin qeyd edilməsi də məhz
həmin ənənənin tərkib hissəsidir.
Təsadüfi deyil ki, Azərbaycan
Prezidenti İlham Əliyev bu
möhtəşəm Qələbənin qazanılma-
sında xidmətləri olmuş insanlara
qayğı göstərilməsi üçün daim xüsusi
sərəncamlar imzalayır. Dövlət başçı-
mızın bu il aprelin 24-də imzaladığı
“1941-1945-ci illər İkinci dünya
müharibəsi iştirakçılarına, həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa
cəbhədə fədakar əməyinə görə orden
və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım verilməsi
haqqında” sərəncamı da məhz
müharibə veteranlarına və onlara tay
tutulan şəxslərə göstərilən dövlət
qayğısının tərkib hissələrindəndir.
Sənəddə deyilir: Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tu-
taraq, 1941-1945-ci illər İkinci dün-
ya müharibəsində Qələbənin 72-ci
ildönümü ilə əlaqədar qərara alıram:
“1941-1945-ci illər İkinci dünya
müharibəsi iştirakçılarına 1000,0
(min) manat məbləğində, İkinci dün-
ya müharibəsində həlak olmuş və
ya sonralar vəfat etmiş döyüşçülərin
dul arvadlarına, həmin dövrdə arxa
cəbhədə fədakar əməyinə görə orden
və medallarla təltif edilmiş şəxslərə,
İkinci dünya müharibəsi illərində
döyüş cəbhələrinin arxa hüdudla-
rı, yaxud döyüşən donanmaların
əməliyyat zonaları daxilində ordu-
nun və donanmanın mənafeyi üçün
tapşırıqları yerinə yetirmiş xüsusi
birləşmələrin işçilərinə, İkinci dünya
müharibəsi dövründə Leninqrad
şəhərinin müdafiəsinə görə müvafiq
medal və döş nişanı ilə təltif edilmiş
şəxslərə, habelə Leninqrad şəhərinin
mühasirəsi iştirakçılarına 500 (beş
yüz) manat məbləğində birdəfəlik
maddi yardım verilsin”.
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin rəsmi say-
tında qeyd edilir ki, dövlət başçı-
sının sərəncamı, ümumilikdə, 13
min 312 nəfər şəxsə şamil olunub.
Onlardan 1941-1945-ci illər İkinci
dünya müharibəsi iştirakçıları
olan 763 nəfərin hər birinə 1000
(min) manat məbləğində birdəfəlik
maddi yardım ödənilib. Qalan 12
min 549 nəfər isə İkinci dünya
müharibəsində həlak olmuş və ya
sonralar vəfat etmiş döyüşçülərin
dul arvadları, həmin dövrdə arxa
cəbhədə fədakar əməyinə görə orden
və medallarla təltif edilmiş şəxslər,
İkinci dünya müharibəsi illərində
döyüş cəbhələrinin arxa hüdudla-
rı, yaxud döyüşən donanmaların
əməliyyat zonaları daxilində ordu-
nun və donanmanın mənafeyi üçün
tapşırıqları yerinə yetirmiş xüsusi
birləşmələrin işçiləri, İkinci dünya
müharibəsi dövründə Leninqrad
şəhərinin müdafiəsinə görə müvafiq
medal və döş nişanı ilə təltif edilmiş
şəxslər, habelə Leninqrad şəhərinin
mühasirəsi iştirakçılarıdır. Həmin
vətəndaşların hər birinə isə 500 (beş
yüz) manat məbləğində birdəfəlik
maddi yardım verilib.
Xüsusilə qeyd edilməli daha
iki fakt vardır. Birinci, sərəncamda
nəzərdə tutulan şəxslərə birdəfəlik
maddi yardımlar avtomatlaşdırıl-
mış qaydada onların pensiya üzrə
plastik kart hesablarına köçürü-
lüb. İkinci fakt isə ondan ibarətdir
ki, Azərbaycanda İkinci dünya
müharibəsi iştirakçılarına verilən
birdəfəlik maddi yardımın məbləği
MDB-yə üzv ölkələrdə həmin
insanlara ödənilən müvafiq yardım
məbləğlərindən ən yüksəyidir.
O ki qaldı xalqımızın qəhrəman
övladlarının faşizm üzərindəki
Qələbənin qazanılmasındakı
roluna, qətiyyətlə deyə bilərik ki,
Azərbaycan faşizm üzərində tarixi
Qələbəyə sanballı töhfələr vermiş-
dir. Bu şanlı Qələbədə böyük payı
olan Azərbaycan xalqı cəbhəyə 680
min oğul və qızını yola salmış, onla-
rın təxminən yarısı döyüş meydan-
larından geri qayıtmamışdır. Həmin
müharibə zamanı göstərdikləri
igidliyə görə 130-dan çox
Azərbaycan vətəndaşı Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülmüş,
170 mindən çox əsgər və zabitimiz
isə müxtəlif orden və medallarla
təltif edilmişdir. Azərbaycanlılardan
formalaşdırılan 77-ci, 223-cü,
336-cı, 402-ci və 416-cı milli
atıcı diviziyaları şanlı döyüş yolu
keçmişdir. Xalqımızın qəhrəman
övladları Moskva, Leninqrad,
Kiyev, Stalinqrad, Simferopol,
Odessa və irili-xırdalı yüzlərlə digər
yaşayış məntəqəsi uğrunda rəşadətlə
döyüşmüşlər. Həmyerlilərimiz Pol-
şa, Çexoslovakiya, Yuqoslaviya və
digər ölkələrin azad olunmasında da
yaxından iştirak etmişlər.
Təsadüfi deyil ki, İkinci dünya
müharibəsində qəhrəmanlıq və
şücaət göstərmiş azərbaycanl
əsgər və zabitlərin keçdiyi hərb
yolu Avropanın bütün ölkələrində
hörmət və ehtiramla anılır. Çün-
ki həmin ölkələrdə davam edən
partizan hərəkatlarında iştirak
edən soydaşlarımız saysız-he-
sabsız qəhrəmanlıq nümunələri
göstərmişlər. Ona görə də şərəfli
döyüş yolu keçən Azərbaycan
övladlarının qəhrəmanlıq və şücaəti
heç vaxt yaddaşlardan silinmir,
gənc nəsil üçün əsl vətənpərvərlik
nümunəsidir.
Adıçəkilən müharibə haqqında
hazırlanmış ensiklopediya materi-
allarında göstərilir ki, Azərbaycan
xalqı faşizmə qarşı müharibədə
döyüş meydanları ilə yanaşı, arxa
cəbhədə də əsl şücaət və əzmkarlıq
göstərmişdir. Belə ki, Qələbənin
qazanılmasında Bakı nefti əvəzsiz
rol oynamışdır. 1941-1945-ci illər
müharibəsi zamanı Sovet İttifaqının
sərf etdiyi neftin 70 faizindən çoxu,
benzinin 80 faizi, motor yağlarının
isə 90 faizi Azərbaycanda istehsal
olunmuşdu.
Böyük Qələbənin qazanılmasın-
da Azərbaycan qadınının da kifayət
qədər rolu olmuşdur. Çünki həmin
illərdə iqtisadiyyatı başdan-başa
müharibə dövrünün tələblərinə
uyğun qurulmuş respublikamızda
orduya səfərbər edilmiş işçilərin
əvəzinə qadınlar və yeniyetmələr
cəlb olunmuşdular. Müharibənin ilk
ilində neft sənayesində işləməyə 11
min qadın gəlmişdi. Gənclərdən ix-
tisaslı kadrlar hazırlanması üzrə bö-
yük işlər görülürdü. Müəssisələrdə
və kolxozlarda işləyənlərin
təxminən 70 faizi qadınlar idi.
Çox təəssüf ki, Azərbaycan
öz dövlət müstəqillini bərpa
edəndən sonra ölkəmizə
rəhbərlik edən siyasət naşıları
9 May – Qələbə Gününün ölkə
miqyasında qeyd olunmasını
qadağan etmişdilər. Məhz ulu
öndər Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışından sonra
İkinci dünya müharibəsi iştirak-
çılarının mənəvi haqları özlərinə
qaytarılmışdır və 1994-cü ildən
başlayaraq Azərbaycanda Qələbə
Günü qeyd olunur. Ölkəmizdə
müharibə veteranlarına qayğının
və onların sosial müdafiəsinin
gücləndirilməsi dövlət siyasətinin
əsas istiqamətlərindən biridir.
Sevindirici haldır ki,
Azərbaycanın daha da
qüdrətləndirilməsi üçün Heydər
Əliyev siyasətinin bütün
incəliklərindən məharətlə və
yaradıcılıqla istifadə edən Pre-
zident İlham Əliyev də İkinci
dünya müharibəsinin ağır və çətin
sınaqlarından keçmiş veteranların
qayğılarına həssaslıqla yanaşır. Bu
həssaslıq barədə yuxarıda söz açdıq.
Əlavə edilməli məqam isə ondan
ibarətdir ki, 1941-1945-ci illər Bö-
yük Vətən müharibəsi əlillərinin və
onlara bərabər tutulan şəxslərin xü-
susi avtonəqliyyatla təmin edilməsi
barədə Prezident İlham Əliyevin
imzaladığı müvafiq sərəncamlar
Azərbaycanın dövlət siyasətinin
insan amilinə söykənməsi və huma-
nist mahiyyət kəsb etməsinin bariz
nümunəsidir.
Bəli, müharibə illərində bütün
azərbaycanlılar faşizm üzərində
Qələbənin yaxınlaşdırılmasına öz
töhfələrini verirdilər. Hamı bilirdi
ki, Hitler Almaniyasının planlarında
Azərbaycanı da işğal etmək var idi.
Fürer hətta Bakının sənaye və hərbi
əhəmiyyətli obyektlərinin dəqiq
xəritəsini hazırlamaq barədə tapşırıq
da vermişdi. Tarixi mənbələrdə
göstərilir ki, Qafqaza hücum planın-
da Bakının tutulmasının dəqiq vaxtı
belə göstərilmişdi.
Dəfələrlə qeyd etdiyimiz
kimi, həmin əsrin son onilliyində
daha bir faşist, Hitlerdən də betər
qaniçənlik etmiş Serj Sarkisyan da
Azərbaycanın Xocalı əhalisini qır-
mış, şəhəri xarabazara çevirmişdir.
Amma yaxşı ki, tarix təkrar olunur.
Məhz o təkrar nəticəsində biz 1945-
ci il mayın 9-dakı Qələbənin sevin-
cini Sarkisyanın burnunu sındıraraq
Xankəndiyə, Şuşaya Azərbaycan
bayrağını sancanda da yaşaya-
cağıq... Ötən ilin aprel döyüşləri
göstərdi ki, həmin gün uzaqda deyil.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
9 May – Faşizm üzərində Qələbə Günüdür
Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya
və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün
Azərbaycan xalqı bilməlidir ki, İkinci dünya müharibəsinin
veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara
qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini
həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər
bir Azərbaycan vətəndaşının borcudur.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycan xalqı faşizmə qarşı
müharibədə əsl fədakarlıq göstərmişdir
İkinci dünya müharibəsi iştirakçıları etibarlı
sosial müdafiə sistemi ilə əhatə olunublar
1941-1945-ci illərdə İkinci dünya müharibəsində
alman faşizmi üzərində Qələbənin əldə olunmasında yaxından
iştirak edərək, müstəsna xidmətləri ilə seçilən Azərbaycan bu
gün, eyni zamanda, bu müharibənin iştirakçılarının etibarlı
sosial müdafiəsinin təmin olunması istiqamətində fəal dövlət
siyasətinə malikdir.
Ölkəmiz dövlət müstəqilliyini
bərpa etdikdən sonra ilk vaxtlar-
da bu təbəqədən olan insanlara
biganə münasibət özünü göstərsə
də, ümummilli lider Heydər
Əliyevin 1993-cü ildə xalqımızın
iradəsi ilə yenidən respublikaya
qayıdışından sonra bu ədalətsiz
yanaşmaya son qoyulub. İkinci
dünya müharibəsi iştirakçılarını
cəmiyyətimizin ən hörmətli insan-
ları kimi dəyərləndirən ulu öndər
9 May – Qələbə Gününün yenidən
dövlət bayramları sırasına daxil
edilməsini, həmin müharibənin
iştirakçılarının sosial müdafiəsi
sahəsində mühüm addımların
atılmasını təmin edib.
2003-cü ildən etibarən
Azərbaycan Prezidenti tərəfindən
bu siyasət uğurla davam etdirilir.
Dövlət başçısının müvafiq fərmanı
ilə 2008-ci il sentyabrın 1-dən
müharibə əlillərinə, o cümlədən
İkinci dünya müharibəsi əlillərinə
Azərbaycan Respublikası Prezi-
dentinin aylıq təqaüdünün təyin
olunaraq ödənilməsinə başlanı-
lıb. Ötən dövrdə bu təqaüdlərin
məbləği orta hesabla 2 dəfədən
çox artırılaraq, I qrup əlillər üçün
165 manata, II qrup əlillər üçün
143 manata, III qrup əlillər üçün
110 manata çatdırılıb. Müharibə
iştirakçılarından hazırda 431
nəfəri müharibə əlili kimi, 332
nəfəri isə müharibə iştirakçısı
kimi Prezident təqaüdü alır.
Həmçinin dünya müharibəsi
iştirakçıları, həmin dövrdə
Leninqrad şəhərinin mühasirəsi
zamanı şəhərin müəssisələrində,
idarə və təşkilatlarında işləmiş və
“Leninqradın müdafiəsinə görə”
medalı, “Leninqrad mühasirəsində
yaşayan” döş nişanı ilə təltif edil-
miş şəxslərə də aylıq 110 manat
məbləğində olmaqla Azərbaycan
Prezidentinin təqaüdləri verilir.
Bu sosial təminat növü ilə
bərabər, İkinci dünya müharibəsi
əlilləri və iştirakçıları əmək
pensiyaları ilə təmin olunur-
lar və onların yaşa görə əmək
pensiyalarının baza hissəsinin
üzərinə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada əlavələr də
hesablanıb. Ötən dövrdə digər
müharibə əlilləri ilə yanaşı, 102
nəfər İkinci dünya müharibəsi
əlilinin mənzillə, bu təbəqədən
olan 1117 nəfərin minik av-
tomobili ilə təminatı həyata
keçirilib. Həmin vətəndaşların
dövlət hesabına bərpa-müalicə
xidməti, sanator-kurort put-
yovkaları və s. ilə təminatı
sahəsində də məqsədyönlü işlər
görülür. Eyni zamanda, sosial
xidmətlərə ehtiyac duyan 32 nəfər
dünya müharibəsi iştirakçısına
müraciətlərinə uyğun olaraq,
sosial işçilər tərəfindən evlərində
sosial xidmətlər göstərilir.
Hər il 9 May – Qələbə Günü
ərəfəsində Prezident İlham
Əliyev tərəfindən İkinci dünya
müharibəsi iştirakçılarına, həlak
olmuş və ya sonradan vəfat etmiş
döyüşçülərin dul arvadlarına,
arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif
edilmiş şəxslərə birdəfəlik maddi
yardımların verilməsi barədə
sərəncamların imzalanması da
həmin insanlara yüksək diqqət
və qayğıdan xəbər verir. Bu il də
qeyd olunan şəxslərə birdəfəlik
yardım verilməsi barədə dövlət
başçısı tərəfindən 24 aprel 2017-
ci il tarixli sərəncam imzalanıb
və bu məqsədlə Azərbaycan
Respublikası Prezidentinin ehti-
yat fondundan 7,2 milyon manat
vəsait ayrılıb.
Sərəncamın icrası olaraq,
ümumilikdə, 13 312 nəfər şəxs
ƏƏSMN tərəfindən birdəfəlik
maddi yardımlarla təmin olunub.
Onlardan 1941-1945-ci illər
müharibəsi iştirakçıları olan
763 nəfərin hər birinə 1000
manat məbləğində, qalan 12 549
nəfərin isə hər birinə 500 manat
məbləğində birdəfəlik maddi
yardım ödənilib. Ümumilikdə,
Azərbaycan MDB-yə üzv ölkələr
arasında hər il Qələbə günü
ərəfəsində dünya müharibəsi iş-
tirakçılarına ən yüksək məbləğdə
birdəfəlik maddi yardımın verildi-
yi ölkədir.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
9 may 2017-ci il, çərşənbə axşamı
12