” mövzusunda magistr dissertasiyasi ixtisasın şifri və adı 060401 “Dünya İqtisadiyyatı”



Yüklə 0,67 Mb.
səhifə7/8
tarix04.02.2018
ölçüsü0,67 Mb.
#23646
1   2   3   4   5   6   7   8

2.3 Qlobal mali

III Fəsil Azərbaycanın beynəlxalq maliyyə institutları ilə

əməkdaşlığının inkişaf perespektivləri.
3.1 Azərbaycanın valyuta siyasəti və BVF ilə əməkdaşlığının genişləndirilməsi

istiqamətləri.

Azərbaycan “Rubl Regionu”ndan çıxaraq milli valyutanın tədavülünə dair qəbul edilən qanunun ardından, 1992-ci il noyabr ayında müstəqil Azərbaycan Respublikasının milli valyutası olan “Manat”ı tədavülə çıxartmışdır. Azərbaycanın milli valyutası, ilk mərhələdə Rusiyanın valyutası Rubl ilə birlikdə istifadə olunurdu. Hökumətin sərbəst bazar iqtisadiyyatına keçiləcəyini və özəlləşdirməni manat ilə aparacağını bildirməsi ilə yanaşı ümumi həcminin bazarda az olması səbəbiylə ilk dövrdə dəyərini qoruyan manat, idxalın böyük bir hissəsinin rubl ilə aparılma məcburiyyətinin olması və idxal edilən məhsulların ölkələrində, xüsusilə də Rusiyada qiymətlərin liberallaşmaya paralel olaraq yüksəlməsi nəticəsində, 1993-cü ilin ortalarından etibarən rubl qarşısında dəyər itirməyə başladı. Bununla yanaşı 1993-1994–cü illərdə bank sektorunda baş verən iflaslar və manatın dəyərini itirəcəyi qorxusu, başda dollara olmaq üzrə xarici valyutaya istiqamətlənməyə, yəni valyuta əvəzetməsinə səbəb olmuşdur. Hər iki valyutanın mübadilə üçün istifadə olunması, ödəmələr sistemində, xarici ticarət tədiyyə balansında bəzi problemlərə səbəb olarkən, ölkədə baş verən iqtisadi böhranın dərinləşməsində də rol oynamışdır.

Nəhayət, 1994-cü ildən etibarən manat ölkədə yeganə pul vahidi olaraq fəaliyyət göstərməyə başlayır. 1994-cü ildə “Valyuta Tənzimlənməsi Haqqında”qanunun qəbul edilməsi və 1995-ci ildə anti-inflyasyonist pul və kredit siyasətinin tətbiq edilməyə başlaması nəticəsində tətbiq edilməyə başlaması nəticəsində 1996-cı ilin may ayından manat dəyər və etibar qazanmağa başladı. Manat ilk illərdə inflyasiya, siyasi və iqtisadi stabilliyin olmaması kimi səbəblərlə ABŞ dolları qarşısında sürətlə dəyər itirsə də, 1995-ci ildən sonra ölkədə həyata keçirilən iqtisadi tədbirlər və sərt pul siyasəti nəticəsində milli valyutada çox böyük dalğalanmalar olmamışdır.

Qonşu ölkələr daha yüksək inflyasiya rəqəmlərinə sahib olduqlarından, manat bu ölkələrin valyutaları qarşısında dəyər qazanmışdır.

Milli Bankın siyasətləri və bunu dəstəkləyən neft müqavilələri nəticəsində 1997-1998-ci illərdə xarici investisiya daxil olmalarında artışlar səbəbiylə manat ABŞ dolları qarşısında dəyər qazanmışdır. Həddən artıq istifadə olunan milli valyutamız ilə yanaşı 1998-ci ildə baş verən Rusiya böhranının da təsiriylə ixrac gəlirlərində önəmli miqdarda azalmalar baş vermişdir. Ancaq, 1999-cu ildən etibarən efektif valyuta bazarında manatın dəyəri aşağı salınmış və Azərbaycanın ticari rəqabət şansı artırılmağa çalışılmışdır. 1999-cu ilin ikinci yarısında, 1995-ci ildən etibarən tətbiq olunmağa başlanan valyuta siyasətlərində yumuşama ilə birlikdə yenidən milli valyuta yüksəlməyə başlamışdır56. 1999-cu ilin ortalarından etibarən milli valyutanın tənzimlənməsi məqsədli bazar mexanizmasına, yəni dalğalı məzənnə rejiminə keçilmiş, milli valyuta ABŞ dolları qarşısında 7% nisbətində devalüasiya edilərək ixrac məhsullarına rəqbət üstünlüyü qazandırılmağa cəhd edilmişdir.

Qısacası, 1999-cu ildəki maliyyə stabilliyi, sərt pul siyasəti və devalvasiya ilə manat güc qazanmış və stabillik əldə etmişdir. Manatın devalvasiya səbəbiylə ixrac məhsulları xaricdə ucuz, daxildə isə baha qiymətə istehlak olunmağa başlamışdır. Bundan əlavə idxal xam maddəni əsas alan ixrac məhsullarının xərcləri artmış, digər ifadəylə idxal baha olduğu üçün ixrac yolu ilə əldə edilən valyuta gəlirləri, pul vahidi manata qarşı dəyər qazanan ölkələrə geri getməyə başlamışdır.

2000-2003–cü illər arasında yumşaq bir devalvasiyaya məruz qalan manatın 2004-cü ildə bir az dəyər qazandığını müşahidə edirik. Manatın dəyər qazanmasının səbəbləri isə belə açıqlanır: 2004-cü ildə tədavüldəki pul kütləsi 31% artarkən ölkəyə böyük həcmdə valyuta daxil olmaları valyuta məzənnələrinə təsir edir. Neft və təbii qaz istehsalının artması və ÜDM-dəki artışla birlikdə ölkəyə valyuta daxil olmaları daha da artacaqdır. Bunlar isə manatın dəyər qazanmasına səbəb olacaqdır.

Azərbaycanın milli valyutası olan manatın dəyəri günlük olaraq Bakı BanklararasıValyuta Birjasında müəyyənləşir. Real və nominal valyuta məzənnələri arasında ciddi fərqlər var. Valyuta məntəqələri və banklar Milli Bankın müəyyənləşdirdiyi məzənnə üzərindən ən çox (+/-) 5 manat fərqlə alım və ya satım edə bilməkdədir.

Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2010-cü ildə təxminən altı milyard dollar olmuşdur. Bu miqdar ölkənin təqribən 5 aylıq mal və xidmət idxalı qədərdir. Valyuta ehtiyatlarının artışı daha çox AMB-nın valyuta bazarında həyata keçirdiyi alışlardan qaynaqlanmışdır. Umumiyyətlə Neft Fondu və diğər rezervlər daxil edilərsə ölkənin valyuta ehtiyatı iyirmi milyard dollara çatmaqdadır.

Valyuta ehtiyatları 2004-cü il sonu etibariylə isə, bir əvvəlki ilə görə 15.82% artaraq 876.86 milyon dollar oldu. 2004-cü ildə BVF kreditlərinin əsas və faiz ödəmələri üçün Milli Bank ehtiyatlarından 62.6 milyon dollar xərclənmişdir. Beləcə nisbi artış 182 milyon dollardan çox olmuşdur. Valyuta ehtiyatlarındakı artış əsas etibariylə ölkə daxili valyuta baza-ından alışlara istinad etməkdədir. 2004-cü ildə Milli Bankın valyuta bazarına müdaxiləsi, ölkəyə ölkə xaricindən valyuta axması səbəbiylə milli valyutada baş verə biləcək devalvasiyanın qarşısı alınmışdır.

Eyni zamanda 2006-cı ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda denominasiya həyata keçirilmiş, pulun nominal dəyəri 5 000 dəfə azaldılaraq “Yeni Azərbaycan Manatı” tədavülə çıxarılmış və bu proses 2007-ci ilin yanvar ayının 1-ə qədər davam etdirilmişdir. Yeni Azərbaycan Manatının həm fiziki göstəriciləri olaraq, həm də dəyər olaraq Avroya yaxın olması müəyyən mənada ölkədə dollar hegomonluğuna zərbə vuracaqdır. Çünki ölkədəki pul əməliyyatlarının əhəmiyyətli bir hissəsi dollar ilə reallaşması, Azərbaycan manatının tədavül bazarını məhdudlaşdırırdı.

Respublikanın valyuta ehtiyatları milli valyutanın alıcılıq qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı sosial inkişafı ilə bağlı ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə yetirmək məqsədilə yaradılan mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta sərvətləridir. Bu ehtiyyatlar respublika büdcəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondundan ibarətdir. Onların formalaşması qaydası Respublika Prezindenti tərəfindən müəyyən edilir. Sabitləşdirmə fondu manatın məzənnəsinin sabitləşdirilməsini təmin etmək məqsədilə ilə yaradılır və ondan istifadə olunması barədə sərəncamı ARMB verir.

Azərbaycanın valyuta ehtiyatlarının kifayət miqdarda olması əhəmiyyətlidir. 2015-ci ilin ilk aylarına ölkənin valyuta ehtiyatları 50 milyard ABŞ dolları həcmindədir. Ancaq, milli sərvətlərlə sadəcə dövlətin deyil, onun vətəndaşlarının da mülkiyyəti daxildir. Müasir dünyamızda dövlətin varlığı xəzinədəki pulun məbləğindən daha çox, onun vətəndaşlarının rifah səviyyəsinin yüksək olması ilə ölçülür. Bu cəhətdən isə, Azərbaycanda bəzi problemlərin mövcudluğu gözə çarpır. Xalqın gəlir səviyyəsi aşağı, sosial təbəqələşmə kəskin, ortatəbəqə yox deyiləcək qədər zəifdir. Bu məsələnin həllində, həm neft fondunda yığılan gəlirlərdən, həm də xarici kreditlərdən daha yaxşı istifadə edilməsi lazım gəlir.

Azərbaycan Respublikasının milli iqtisadiyyatının getdikcə dünya iqtisadi sisteminə inteqrasiyasının dərinləşməsi Azərbaycan Mərkəzi Bankının (AMB) struktur bölmələrinin xarici texniki yardıma olan ehtiyaclarının daha dərindən öyrənilməsini, vaxtında və keyfiyyətli texniki yardımların əlaqələndirilməsini və gücləndirilməsini zəruri etmişdir. AMB-nin fəaliyyətinin bütün istiqamətlərində işin beynəlxalq standartlara uyğunlaşdırılmasının əsas hədəf olması beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsini, beynəlxalq imicin yüksəldilməsini daha da aktuallaşdırmış və bu istiqamətdə müvafiq işlər aparılmaqdadır. Bu işlər AMB-nin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etməyə, aparılan islahatlar və modernləşmə tədbirlərində bank işində zəngin təcrübəyə malik olan xarici mərkəzi bankların təcrübəsindən faydalanmağa, habelə AMB-nin beynəlxalq arenada layiqincə təmsil edilməsinə zəmin yaratmışdır.

AMB-nin strateji hədəfləri sırasında ölkənin maliyyə-bank sistemini beynəlxalq standartlara uyğun olaraq inkişaf etdirmək və xarici dövlətlərin maliyyə-bank sisteminə inteqrasiya əsas istiqamətlərdən biridir. Eyni zamanda AMB-nin beynəlxalq maliyyə institutları ilə əlaqələrinin intensivləşdirilməsi xüsusilə də BVF ilə və maliyyə sektorunun inkişafı ilə əlaqədar yeni layihələrin cəlb olunması istiqamətində işin genişləndirilməsi qarşıda duran əsas vəzifələrdən birinə çevrilmişdir.

Cədvəl 1.3.1

BVF-nin Azərbaycanda həyata keçirdiyi proqramlar:1


Mexanizmlərin

adı


Valyuta

Məbləğ

Faiz

Tarix

Güzəştli müddət (il)

STF Kredit


SDR

58,5 mln.

1,9–3,5


1995

4,5


Stand By

SDR

58,5 mln.

3 – 4,5

1995

5,1


EFF Kredit

SDR

58,5 mln.

1,9–3,5

1996

4,5


SSFF Kredit

SDR

56,3 mln.

1,9–3,5

1999

3


PRGF+ESAF KK Kredit

SDR

80,5+93,6 mln.

0,5

2001

5

BVF-nin Azərbaycanla əməkdaşlıq əlaqələri də SİP kontestində qurulmuşdur. Qeyd etmək lazımdır ki, əməkdaşlıq əlaqələrinin ilkin qiymətləndirilməsi dövründə BVF-nin Azərbaycanda həyata keçirdiyi proqramların iqtisadi səmərəsi böyük olmuşdur. Belə ki, 1992–1994-cü illərdə ölkənin üzləşdiyi dərin iqtisadi böhrandan çıxmaq məqsədilə BVF-nin maliyyə dəstəyi ilə aparılmış struktur islahatları proqramı daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyin təmin edilməsinə imkan vermişdir. 1995-ci ildən başlayaraq struktur islahatları çərçivəsində aparılmış sərt fiskal və monetar siyasət nəticəsində dövlət büdcəsinin kəsirinin inflyasiya mənbələri hesabına maliyyələşdirilməsinə son qoyulmuş, bu sahədə xarici maliyyə mənbələrinə üstünlük verilmiş və bununla da inflyasiya 1996-cı ildən özünün hiperinflyasiya səviyyəsindən - 6%-dən də aşağı düşmüş, manatın ABŞ dollarına olan məzənnəsi sabitləşmiş və real iqtisadi artıma nail olunmuşdur.

BVF ilə Azərbaycan Hökuməti arasında Maddələr Sazişinin IV Maddəsinə uyğun olaraq indiyədək Azərbaycan hökumətinə iqtisadi proqramların həyata keçirilməsinin dəstəklənməsinə təqdim edilmiş maliyyə yardımları ilə yanaşı BVF texniki yardım, institusional və monetar idarəetmə üzrə potensialın artırılması üzrə Azərbaycanda bir sıra sahələrdə, o cümlədən dövlət xərclərinin idarə olunması, vergi-gömrük siyasəti və idarə olunması, mərkəzi bankçılıq, bank nəzarəti, pul siyasəti və statistika sahələrində texniki yardımlar da göstərmişdir. Azərbaycanda makroiqtisadi təhlillər və siyasət, maliyyə proqramlaşdırılması, fiskal siyasət və idarəçilik, mərkəzi bank mühasibatlığı və bank nəzarəti sahələrində BVF tərəfindən təmin edilmiş təlimlərdən bəhrələnmişdir.
3.2. Dünya Bankının Azərbaycanda tətbiq etdiyi inkişaf strategiyası
2003-cü ilin fevral ayında Dünya Bankı tərəfindən Azərbaycan üzrə 2003-2005-ci illər üçün “Ölkəyə yardım Strategiyası” təsdiq olunmuşdur. Bu strategiya üzrə nəzərdə tutulan layihələr çərçivəsində artıq 65 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmış və təsdiq olunmuşdur. Bundan başqa strategiyada nəzərdə tutlan layihələrdən biri də “Yoxsulluğun azaldılmasına yardım kreditidir. Bu layihə Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirləri müəyyənləşdirmək və struktur islahatları davam etdirmək məqsədilə ayırılır. Kreditin məbləği 60 milyon ABŞ dolları təşkil edir və 3 il ərzində hər il 20 milyon ABŞ dolları olmaqla ayrılacaq.

Dünya Bankı 2003-2005 maliyyə ilindəki fəaliyyətini əsasən yoxsullugun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramının dəstəklənməsinə yönəltmişdir. Bankın fəaliyyəti bu proqramın bütün 6 mərhələsini əhatə edir. Bu fəaliyyət 4 strateji məqsədlə ifadə olunur və əsasən BİA-nın investisiyaları hesabına təşkil olunmuşdur. Bankın Azərbaycan Respublikası üçün 4 əsas inkişaf strategiyasi bunlardır:

 Neft gəlirlərindən səmərəli istifadə etməklə makroiqtisadi stabillik yaratmaq, Holland Sindromunun yarada biləcəyi mümkün təhlükədən qorunmaq;

 İş yerlərinin yaradılması, qeyri neft sahəsinin inkişafı, biznes mühitinin təkmilləşdirilməsi, kənd təsərrüfatının stimullaşdırılması;

 Xidmət sahələrinin inkişafına nail olmaq, ifrastrukturanın inkişafına yardım göstərmək;

 Neft və qaz potensialının realizə olunmasına yardım.



1) Neft axınının idarə olunması

Bu strategiya Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramına əlverişli şərait yaratmaq, xüsusən ilk iki mərhələ­sinə dəstəl verməkdir. SAC və İBTA adlanan texniki yardım proq­ramları bu işdə əsas vəsitələrdir və mühüm istiqamətləri aşa­ğıdakılardır:

a) neft sektorunda şəffaflığa nail olmaq üçün ali audit institutunun yaradılması və onun fəaliyyətinin təşkili

b) biznes mühitinin yaxşılaşdırılması

c) daha şəffaf büdcə siyasəti

2) İş yerlərinin yaradılması və qeyrı neft sektorunun davamlı inkişafı

Bu strategiya YAİİDP –nin ikinci mərhələsinə uyğun gəlir. Əsas məqsədi kiçik və orta sahibkarlığın və fermerlərin inkişafı üçün dövlətə və investorlara yardım etməkdir. Əsas 4 istiqamət aşağıdakı­lardır:

a)daha əlverişli ixrac tarifləri müəyyən etməklə ticarət mühitinin yaxşılaşdırılması

b)Azərbaycanın ÜTT –na qəbulunun sürətləndirilməsi, regional və Avropa birliyi ölkələrinin bazarına nüfuz

c)Lisenziyalaşdırma və biznes qeydiyyatı proseduralarının, əmək bazarı siyasətinin, vergi qanunvericiliyinin, ictimai sektorun idarəsi­nin təkmilləşdirilməsi

d)spesifik sənaye strategiyasını inkişaf etdirməklə təhcizat mexaniz­mini yaxşılaşdırmaq və müəssisə daxili əməkdaşlığın güclən­dirilməsi

Bundan başqa Beynəlxalq İnkişaf Assosiyasiyası (BİA) qeyri-neft sektorunun inkişafı üçün bir sıra tədbirlər planı hazırlayıb:

a)bank sektorunda rəqabət mühitinin inkişafı, qeyri-bank maliyyə sektorunda birgə müəssisələrin yaradılması

b)özəl bankların maliyyələşdirilməsi üçün kredit xəttlərinin yaradılması

c)biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayelərin ölkəyə axınının stimullaşdırılması və buna mane olan amillərlə mübarizə

d)Kənd təsərrüfatı məhsulları istehsalına yardım

Maliyyə sektorunun inkişafı

YAİİDP maliyyə sektorunun inkişafını da nəzərdə tutur, hansı ki BİA və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən dəstək­lənir. Azərbaycan Respublikası Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq edir. BMK-nın fəaliyyəti əsasən özəl sektorda cəmləşmişdir və ayırdığı kreditlərin ümumi dəyəri 136,3 mln. ABŞ dolları təşkil edir. Bundan başqa BMK Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəklişini maliyyələş­dir­mək məqsədilə 300 milyon ABŞ dolları həcmində kredit ayırmışdır. BMK eyni zamanda Mаkromaliyyələşdirmə Bankının 23,75%-lik payla səhmdarıdır.

Hal-hazırda Azərbaycanın bank sektorunda aparıcı yer Azərbaycan Beynəlxalq Bankına məxsusdur. O bazarın 60-70%-nə sahibdir. Qalan kiçik banklar isə çox az paya malikdir. Bakı xaric digər regionlar bank xidmətləri çox məhduddur. Buna görə də bu proqramın əsas priorиtet məsələləri bunlardır:

a) kiçik və orta sahibkarlığın xüsusən regionlarda maliyyə vı kredit xidmətlərindən istifadəsini üçün şərait yaratmaq və bu prosesi asanlaşdırmaq

b) bank sektorunda rəqabət mühitinin yaxşılaşdırılması və yerli bankların regional vı beynəlxalq banklarla əlaqəsini genişləndirmək.

Bütün bunlar Beynəlxalq İnkişaf Assosiyasının Maliyyə Sektoruna Texniki Yardım proqramı əsasında həyata keçiriləcək.



Azad Ticarətə yardım

Bu işdə BİA yalnız kredit mexanizmlərindən başqa qeyri-kredit mexanizmlərindən də istifadə edir. Əsas məqsəd region ölkələri arasında ticarət əlaqələrini gücləndirməkdir. Azərbaycanın Qafqazda əlverişli mövqeyı ona tranzit ölkə kimi çıxış etmək imkanı verir Hazırkı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti region ölkələri arasında enerji infrastrukturunda əməkdaşlığını təkan verən amillərdəm biridir.



Ətraf mühitin mühafizəsi

Azərbaycanın Qafqaz ekosistemində çox mühüm rolu olduğundan BİA bu regiona özünün ətraf mühitin mühafizəsi strategiyası çərçivəsində çox böyük diqqət ayırmışdır. Bu sahədə Azərbaycan höküməti də bir sıra tədbirlər görmüşdür, 1998 ci ildə Ətraf mühitin mühafizəsi planı hazırlanmış, Biomüxtəlifliyin qorunması strategiyası hazırlanmış, 2001 ci ildə Ekologiya Nazirliyi yaradılmışdır.

Əsas diqqət ayrılana sahələr Xəzər dənizində canlı aləmin muhafizəsi, Abşeronda neftlə çirklənmş torpaqların təmizlənməsi, meşələrin qırılmasının qarşısının alınması, suvarılan ərazilərdə drenaj və irriqasiya sistemlərinin bərpası. Bu kimi problemlərin həlli üçün BİA –nin strategiyası aşağıdakıları əhatə edir:

a)Makro səviyyədə enerji islahatlarına yardım etmək, həmçinin regionlarda enerji təminatını gücləndirmək. Bu öz növbəsində meşələrin qırılmasının qarşısını əhəmiyyətli dərəcədə almış olacaq.

b)Ekologiya və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin işinin təkmilləşdirmək və ona konsultativ yardımlar etmək.

c)Ərazidən keçən neft kəmərləri üçün ekoloji standartlar müəyyən etmək və sızmalarının qarşısını almaq

d)drenaj və irriqasiya sistemlərinin bərpası və yenidən qurulması. Bu öz növbəsində torpagın şoranlaşmasının qarşısını alacaq və qrunt sularından xilas edəcək.

e)Xəzər dənizinin və Kür çayı hövzəsinin biomüxtəlifliyinin qorunması



3) İnfrastrukturun və Sosial xidmətlərin yaxşılaşdırılması

Bu strateji məqsəd YAİİDP nın axırıncı 4 mərhələsini uyğundur. Enerji təminatını təkmilləşdirmık üçün bir sira islahatlar nəzərdə tutulur:



  1. dövlət tərəfindən büdcə təşkilatlarına enerji istifadəsi üçün verilən subsidiyaların azaldılması

  2. enerji enerji tariflərini artırmaq

  3. Azəriqaz və Azərenerji ASC- nin tam olaraq özəlləşdirilməsi

  4. ARDNŞ – də struktur dəyişiklikləri həyata keçirmək

Nəqliyyat sistemi

Bu strategiya daxilində nəqliyyat sektorundakı islahatlar aşağıda­kıları əhatə edir:



  1. Nəqliyyat Departamenti və Nəqliyyat Nazirliyində struktur də­yişiklikləri həyata keçirmək və onların fəaliyyətini modernləş­dirmək

  2. İpək Yolunun bərpası

  3. ödənişli magistral yolların tikilişi, respublika daxili yollarin yaxşılaşdırılması. Nəqliyyat sisteminin inkişafı Azərbaycanının regionda olan mövqeyini və ticarət əlaqələrini gücləndirəcək, həmçinin regionların inkişafına yardım edəcək

Sosial Müdafiə

BİA sosial mudafiə sahısindı bir sıra islahatlar nəzərdə tutur. Bunlar əsasən penisya təminatını yaxşılaşdırmaqdır. Bu sahədə olan son islahatlarda BİA iştirak etmişdir. Bundan başqa əsas prioritet məsələrindın biri işsiz əhalinin qeydiyyata alınması və onlara müavinərlərin verilməsidir.



4) Neft və qaz potensialının realizə olunmasına yardım

Məlumdur ki, YAİİDP həyata keçirilmısində neft və qaz gəlirlərinin böyük rolu vardır və yuxarıdakı 3 strategiyanının uğurlu tətbiqi sonuncudan asılıdır. Bu strategiya daxilində Şah-Dəniz yatağının kəşfi və istismarı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankınin yardımı ilə həyata keçirilir. Hasil olunan neftin böyük hissəsi Türkiyəyə ixrac olunur.

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) AGG I fazasının və BTC boru kəmərinin çəkilişi üçün 250 million dollar ayırmışdır.Bu işlər həmçinin BVF ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.BMT nin rolu bunlardır:


  1. beynəlxalq investorların qarşılaşa biləcəkləri siyasi riskin azaldılması

  2. Neft Fondunun daha səmərəli və şəffaf idarə olunmasına yardım

Azərbaycanda qazın istehsalı aşağı düşür və əgər bu sahədə böyük investisiyalar olmasa onda bu istehsal yaxın illərdə də aşağı düşməkdədə davam edəcəkdir. Sovetlər dövründə Azərbaycan qaza olan tələbatını Türkmənistan və İran qazı hesabına ödəyirdi. Amma SSRİ dağıldıqdan sonra bu dövlətlərqazın qiymətini qaldırdılar və nəticədə Azərbaycanın 1994-cü ildə Türkmənistana 81 mln.dollar borcu oldu. Dünya Bankı çıxış yolunu idxalın belə kəskin sürətdə azaldılmasında görmür. Daxili istehsalı artırmaq məqsədilə Neft Daşlarında yeni kompressorlar qoymaq və boru kəmərlərinin təzələnməsi üçün 160 mln. ABŞ dolları lazımdır. Bu hər il qazın istehlakını 1,4 mlrd. kub metr artırmağa imkan verəcəkdir. Əgər onillik müddətdə amortizasiya ayırmalarını və 10% kapital resurs­larına qoyulan vergini nəzərə alsaq, onda hər min kub metr qazın qiyməti 18,50 dollara gəlib çıxır.

Azəriqaz 1996-cı ildə zərərin 27 mln. dollar olacağını proqnozlaşdırıb ki, bu da hər min kub metr qazsa əmələ gələn 4,40 dollarlıq itkisinin yaranması ilə əlaqələndirilir.Əhaliyə verilən qazın qiymətini qaldırarkən nəzərə almaq lazımdır ki, əhalinin həyat şəraiti keçmiş SSRİ respublikaları ilə müqyisədə ən aşağı səviyyələrdən birini tutur.

Bu sahədə siyasətin hazırlanması ilə Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Nazirlər Kabineti, Prezident Aparatı, ARDNŞ, Azəriqaz, Azərenerji, Yanacaq və Energetika Nazirliyi məşğul olurlar. Çıxış yollarından biri kimi sayğacların qoyulmasını göstərmək olar. Bu qaz itkisini azaltmağa və istehlakçılarda stimul yaratmağa imkan verə bilər.

3.3.Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf

üzrə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi
Yoxsulluq hazırda bəşəriyətin üzləşdiyi əsas problemlərdən biri hesab edilir. Dünya bankının məlumatlarına görə XXI əsrin başlanğıcında dünya əhalisinin 2,8 mlrd. nəfərinin gündəlik gəliri 2 ABŞ dollarından, 1,2 mlrd. nəfərinin isə gündəlik gəliri 1 ABŞ dollarından aşağı səviyyədə olmuşdur. Doğulan hər 100 uşaqdan 6-sı bir yaşına, 8-i isə 5 yaşına çatanadək tələf olmuşdur. Məktəb yaşına çatmış hər 100 uşaqdan 23-nün təhsil almaq imkanı olmamışdır. Inkişaf etməkdə olan ölkələrdə yaşayan 4,4 mlrd. insanın 3/5-ü normal sanitariya şəraitinə, 1/4- i normal mənzil şəraitinə, 1/3-i normal içməli su təchizatına, 1/5-i isə normal qidalanma imkanlarına malik olmamışdır.

Məsələyə Azərbaycan kontekstində baxsaq, görərik ki, ölkəmizdə yoxsulluğun kökü yaxın keçmişlə sıx bağlıdır. Hələ sovet hakimiyyəti illərində baxmayaraq ki, bizim istehsal olunan milli gəlirimiz istehlak olunan milli gəlirdən xeyli artıq idi, əhalinin maddi rifahının səviyyəsinə görə Azərbaycan 15 müttəfiq respublikalar arasında 10-cu yer tuturdu. Belə ki, 1990-cı ildə Azərbaycanda orta əmək haqqı ittifaq üzrə orta göstəricisidən 1,5 dəfə, baltikyanı respublikalarla müqayisədə isə 2 dəfə aşağı idi. Nəzərə alsaq ki, əhalinin pul gəlirinin strukturunda əmək haqqının payı 70 faizdən çox idi, onda 1990-cı ilin rəsmi sratistikasına görə respublika əhalisinin 35 faizdən çoxunun gəlirinin yaşayış minimumdan az olmuşdur. Beləliklə SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda yoxsulluğun start səviyyəsi son dərəcə yüksək idi.

Azərbaycanın müstəqilliyinin ilk illərində son dərəcə qeyri-sabit ictimai-siyasi vəziyyət bir tərəfdən, naşı, səviyyəsiz xalq cəbhəsi nümayəndələrinin hakimiyyətə gəlməsi digər tərəfdən, çoxsaylı problemlərin həlli ilə məşgul olmağa imkan vermirdi. Nəticədə 1991-1994-cü illərdə əhalinin onsuzda ağır olan həyat səviyyəsi 3,6 dəfə aşağı düşdü.

Möhtərəm Prezident Heydər Əliyevin hakimiyyətə qayıtması ilə 1994-cü ilin sonunda Azərbaycanda ictimai-siyasi vəziyyəti müəyyən dərəcədə sabitləşdirmək mümkün oldu ki, bu da genişmiqyaslı iqtisadi islahatlar aparılmasını nəzərdə tutan düşünülmüş və məqsədyönlü iqtisadi siyasətin işlənib hazırlanmasına və həyata keçirilməsinə başlamağa imkan verdi.

Dünya Bankının ekspertləri 1995-ci ildə Azərbaycanın yaşayış şərait sorğusunu keçirmişlər və həmin il üçün ölkədə yoxsulluğun səviyyəsi ölkə üzrə 61,5 faiz müəyyən edilmişdir. 1995-ci ildən başlayaraq makroiqtisadi sabitliyin təmin olunmasına, struktur islahatlarına və iqtisadiyyatın artımının bərpasına və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilmiş siyasətin həyata keçirilməsi nəticəsində yeddi il ərzində respublikada böyük müsbət dəyişikliklər baş verdi və aşağıdakılar mümkün olmuşdur.


  • ÜDM-ə nisbətdə büdcə kəsirini 1994-cü ildəki 10 faizdən 1-2 faizə endirmək və bu kəsirin Milli Bankın kreditləri hesabına bağlanmasına son qoymaq;

  • sosial ehtiyaclarına dövlət xərclərini 50 faizdən yuxarı qaldırmaq;

  • Milli Bankın kredit dərəcələrini 1994-cü ildəki 250 faizdən 10 faizə endirmək;

  • ölkənin 4-5 aylıq idxala bərabər olan və valyuta bazarında səmərəli şəkildə manevr etməyə imkan verən sanballı qızıl-vayyuta ehtiyatı yaratmaq;

  • dönərli valyutalara nisbətdə ölkənin milli valyutasının- manatın məzənnəsini sabitləşdirmək;

  • dövlətsizləşdirmək prosesinə başlamaq və 2003-cü il yanvarın 1-nə pul və çek hərracları vasitəsilə 40 mindən çox kiçik və orta və mindən artıq iri müəssisəni özəlləşdirmək;

  • alqı-satqı hüququ verilməklə kənd sakinlərinə pulsuz olaraq 1,3 milyon hektardan çox kənd təsərrüfatına yaralı sahələr paylamaqla torpaq islahatı keçirmək. Bunun nəticəsində artıq indiyədək kənd yerlərində 40 mindən çox fərdi fermer təsərrüfatı və təsərrüfatçılığın 5 minə qədər digər bazar formaları (kooperativlər, kiçik müəssisələr və s.) yaradılmışdır;

  • dövlət idaəetmə sistemində bir sıra ciddi struktur islahatlar aparmaq, 30-a yaxın nazirlik, dövlət komitə və konserni ləğv etmək, onlarca səhmdar cəmiyyəti yaratmaq, ölkədə peşəkar dövlət qulluğunun əsasını qoymaq;

  • Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün ilkin böyük hazırlıq işləri aparmaq.

Nəticədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin göstəricisinə görə 2003-cü ilin axırına ölkədə yoxsulluğun səviyyəsi 49 faizə qədər azalmışdır. Azərbaycanda yoxsulluğun müəyyən edilməsi Dövlət Statistika Komitəsi müntəzəm şəkildə həyata keçirilən ev təsərrüfatlarının tədqiqatından (ETT) əldə edilmiş məlumatlara əsaslanır. 2001-ci ildən etibarən aparılan ETT təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş 8000-8500 ev təsərrüfatlarını əhatə edən illik sorğulara əsaslanır. Illik sorğunun nəticələri hər rüb rotasiya üsulu ilə müəyyənləşdirilir. Belə ki, hər rüb 2000 ev təsərrüfatında sorğular aparılır və hər rübün sonunda həmin ev təsərrüfatları növbəti 2000 ev təsərrüfatı ilə əvəz olunur. Sorğu kitabçaları vasitəsilə ev təsərrüfatlarının gəlir və xərcləri, eləcə də onların torpağa malik olmaq və ondan istifadə etmək imkanları, yaşayış şəraiti, uzunmüddətli mallarının mövcudluğu, təhsil və məşğulluq vəziyyəti ilə bağlı məlumatlar əldə edilir.

Fərdin maddi rifahı, adətən, ev təsərrüfatının adambaşına gəlirləri və ya istehlak xərcləri vasitəsilə müəyyənləşdirilir. Azərbaycanda ev təsərrüfatında adambaşına istehlak xərcləri göstəricisindən istifadə olunur. Buraya nəğd formada xərclərlə yanaşı, fərdi təsərrüfatdan əldə edilən məhsulların istehlak dəyəri, habelə alınan hədiyyələrin dəyəri daxil olunsa da, işgüzar fəaliyyətlə bağlı xərclər daxil edilmir.

Ölkədə yoxsulluq meyllərinin monitorinqi üçün “mütləq”, “nisbi” və “iftar” kimi üç yoxsulluq həddindən istifadə olunur. Yoxsulluğa dair rəsmi statistik göstəricilər məhz mütləq yoxsulluq həddinə əsaslanır. Mütləq yaşayış həddi minimum istehlak səbətinin dəyərinə əaslanır. Bir çox ölkələrdə minimum istehlak səbətinin dəyərini müəyyənləşdirmək üçün minimum ərzaq səbətinin dəyəri hesablanır və bundan sonra ümumi istehlak səbətində onun payı müəyyənləşdirilir. Bu zaman, yalnız ərzaq səbətinə daxil olan məhsulların dəyəri fərdi qaydada hesablanır. Azərbaycanda da bu təcrübədən istifadə edilir. Belə ki, ETT məlumatına əsasən ev təsərrüfatlarında ərzaq xərcləri ümumi istehlak xərclərinin təqribən 70 faizini təşkil etdiyindən, minimum istehlak səbəti müəyyən edilərkən minimum ərzaq dəyəri onun 70 faizi kimi götürülmüşdür. Digər 30 faiz isə, qeyri- ərzaq mallarına və xidmətlərə çəkilən xərclər üçün əlavə edilmişdir.

Ölkədə orta yaşayış səviyyəsinə nisbətən yoxsul əhalini müəyyən etmək üçün nisbi yoxsulluq həddindən istifadə olunur. Nisbi yoxsulluq həddində olanlar ölkə üzrə median istehlak xərclərinin 70% -dən azına malikdirlər. Qeyd edilən median göstəricisi hər il ETT məlumatları əsasında hesablanır.

2003-cü ildən başlayaraq, əhalinin ən yoxsul təbəqəsini müəyyənləşdirmək üçün minimum ərzaq səbətinin dəyərinə əsaslanan ifrat yoxsulluq həddindən də istifadə olunur. Əslində, o, mütləq yoxsulluq həddinin daha məhdud minimum istehlak səbətinə əsaslanan digər formasıdır. Mütləq yoxsulluq həddində olduğu kimi, əhalinin ən yoxsul təbbəqəsini müəyyən etmək üçün də minimum istehlak səbətinin dəyəri müəyyən olunur,, lakın buraya qeyri- ərzaq malları və xidmətlər üzrə xərclər əlavə edilmir. Bu onunla izah edilir ki, ifrat yoxsulluq səviyyəsində yaşayan əhali özünün yalnız minimum ərzaq tələbatını ödəyə bilir.

2004-2008-ci illər ərzində ümumi proqramlar çərçivəsində həyata keçirilmiş iqtidasi siyasətin başlıca istiqamətləri gəlir əldə etmək imkanlarının artırılması üçün əlverişli mühitin yaradılmasından, makroiqtisadi sabitliyin qorunub saxlanılmasından və infrastrukturun yaxşılaşdırılmasından ibarət olmuşdur. Son illərdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, sahibkarlığın inkişafi geniş vüsət almış, xüsusilə regionlarda geniş iş yerlərinin yaradılması genişləndirilmişdir. Bütün bunlar əhalinin gəlir əldəetmə imkanlarının artmasına və onun rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına təsirini göstərmişlər.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə