[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə25/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

73 
 
və buna müvafiq olaraq ağ və qonur piy toxumaları olur. Ağ 
piy  toxuması  hüceyrələri  120  mkm  böyüklüyündədir.  Nüvə 
hüceyrənin  kənarında  yerləşərək  ona  qaşlı  üzük  formasını 
verir.  Ağ  piy  toxuması  dəri  altında,  böyrəklərin  ətrafında, 
müsariqədə,  qoyunların  quyruğunda,  skelet  əzələlərinin 
endomizi  və  perimiziyində  yerləşir.  Ağ  piy  toxuması 
müxtəlif  ölcü  və  formada  piy  paycıqları  əmələ  gətirir.  Piy 
paycıqları  arasında  xırda  qan  damarları  və  sinir  lifləri  olur. 
Lipositlərin  arasında  fibrositlər  və  toxuma  bazofilləri 
yerləşir. 
Heyvanın növündən, cinsindən, cinsiyyətindən,  yaşından 
və  köklüyündən  asılı  olaraq,  orqqanizmdə  ağ  piy 
toxumasının  ümumi  miqdarı  canlı  kütlənin  ümumi 
miqdarının 1-30% qədər olur. Vəhşi heyvanlarda dəri altı piy 
toxuması  onları  mexaniki  zədələrdən  istiliyi  itirməkdən 
saxlayır.  Səhrada  yaşayan  heyvanlarda  piy  toxuması  su 
mənbəyidir.  Aclıq  zamanı  bədənin  ehtiyat  piyi  sərf  olunur. 
Kəskin  arıqlamalarda  da  göz  orbitinin  və  epikardın  piy 
toxuması sərf olunmur.  
Boz  piy  toxuması  gəmiricilərdə,  qış  yuxusuna  gedən 
heyvanlarda  və  yeni  doğulmuşların  kürəkləri  arasında, 
boynun arxasında, divararalığında və aorta boyunca yerləşir. 
Bu  toxumanın  hüceyrələri  xırda  olub,  sıx  yerləşir,  vəz 
toxumasını  xatırladır.  Hüceyrədə  nüvə,  mərkəzdə  yerləşir, 
sitoplazmada  xırda-xırda  piy  dənələri  olur.  Mitoxondrilərin 
sitoxrumu  piy  toxumasına  qonur  rəng  verir.  Boz  piy 
toxuması  hüceyrələrində  intensiv  oksidləşmə  prosesləri 
gedir.  Bu  zaman  ayrılan  enerji  ATF  sintezinə  yox,  istiliyin 
əmələ gəlməsinə sərf olunur. 
Piqment  hüceyrələri.  Ibtidai  heyvanların  dərisinin 
birləşdirici 
toxumasında 
piqmentositlər 
çox 
olur. 
Məməlilərdə  göz  almasının  sklerasında,  tor  və  damarlı 
qişalarında piqment hüceyrələri yığıntı əmələ gətirir.  
 Piqmentositlər çıxıntılı hüceyrələr olub, sitoplazmasında 
çoxlu  tünd  qəhvəyi,  yaxud  qara  rəngdə  melanin  piqmenti 


74 
 
dənələri olur. 
Boş  birləşdirici  toxumada  hüceyrə  ara  maddəsi 
nizamsız  yerləşmiş  ,  elastiki,  kollogen  liflərdən  və  amorf 
maddədən  təşkil olunmuşdur.  Hüceyrə  ara maddəsində  hissi 
sinir  qurtaracaqları  olur.  Kollogen  liflər  toxumaya  mexaniki 
davamlılıq verir və fibrillərdən təşkil olunmuşdur. Fibrillərin 
arasında 
glikoproteidlər, 
glükozoaminoglikanlar 
və 
proteogliganlar  yerləşir.  Fibrillər  nazik  mikrofibrillərdən 
təşkil olunmuşdur. 
Elastik  liflər  zərif homogen  liflər  olub, tor əmələ  gətirir. 
Hüceyrələrlə  liflər  arasındakı  boşluqlar  gelə  bənzər  kütlə 
olan əsas maddə ilə dolu olur. 
Bu maddə konsistensiyasını dəyişir. Bu maddə glükozoa-
minoglikanlardan,  proteoglikanlardan,  glikoproteidlərdən, 
sudan və qeyri-üzvi duzlardan ibarətdir. 
Hüceyrə ara maddədə mərkəzi sinir sisteminə toxumanın 
vəziyyəti 
haqqında 
siqnallar 
yollayan 
hissi 
sinir 
qurtaracaqları olur. 
Kollogen  liflər  toxumaya  mexaniki  möhkəmlik  verir. 
Bunlar  boş  birləşdirici  toxumada  lentvari  olub,  müxtəlif 
istiqamətlərdə  yerləşir.  Bu  liflərin  1mm
2
  en  kəsiyi  6kq 
ağırlığa  davam  gətirir,  az  gərilir,  qırılmaya  çox  davamlıdır. 
Qaynadıldıqda  yapışqanvari  maddəyə  çevrildiyi  üçün  kollo-
gen  liflər  adlanır.  Hər  bir  lif  diametri  100  nm  olan  və  ara 
maddədə  parallel  olaraq  yerləşən  fibrillərdən  təşkil 
olunmuşdur. 
Fibrillər 
ara 
maddənin 
tərkibində 
qlikoproteidlər,  qlikozaminoqllikanlar  və  proteoqlikanlar 
olur.  Hər  bir  fibril  eni  1,5  nm,  uzunluğu  280-300nm  olan 
tropokollogen 
zülal 
molekullarından 
təşkil 
olunmuş 
mikrofibrillərdən  təşkil  olunmuşdur.  Hər  bir  tropokollogen 
molekulu üç polipeptid zəncirdən ibarət spiralı xatırlayır. Bu 
zəncirlər biri digərilə hidrogenlə əlaqələnir. Tropokollogenin 
tərkibində  30%  glisin,  oksilizin  və  oksiprolin  olur. 
Aminturşularının  tərkibində,  seplərin  üçlü  spiralda  birləşmə 
formasından  asılı  olaraq,  dörd  kollogen  lif  tipi  olur.  Birinci 


75 
 
tip 
dərinin 
birləşdirici 
toxumasında, 
vətərlərdə 
və 
sümüklərdə  olmaqla  geniş  yayılmışdır.  İkinci  tip  kollogen 
liflər hialin və lifli qığırdaqlarda olur. Rüşeym dərisində, qan 
damarlarının divarında və bağlarda H
1
 tip, bazal zarda isə IV 
tip  kollogen  liflər  olur.  Kollogen  liflər  cavan  və  yetişmiş 
olur.  İltihablarda  yeni  əmələ  gələn  liflərdə  çoxlu  miqdarda 
fibrillərdə sementləşdirici polisaxarid maddə olur. Bu maddə 
kəsikləri  gümüş  duzları  ilə  işlədikdə  gümüşü  bərpa  edir. 
Buna  görə  də  həmin  liflər  arqirofil  liflər  adlanır.  Yetişmiş 
kollogen liflərdə bu maddə azaldığı üçün arqirofilliyi itirir.  
Elastiki  liflərin  boş  birləşdirici  toxumada  qalınlığı  0,2 
mkm, bağlarda isə 15 mkm-r. Birləşdirici toxumada bu liflər 
birinci  sapvari  olub,  tor  əmələ  gətirir,  dəstə  kimi  birləşmir, 
mexaniki  davamlılığı  azdır,  turşuların,  qələvilərin  hidrolize-
dici  fermentlərin  (esteraza  istisna  olmaqla)  təsirinə  və 
qaynadılmaya davamlıdır.  
Elastiki  liflərin  electron  mikroskopiki  quruluşuna  bax-
anda  orta  hissəsi  şəffaf,  amorf  elastin  zülalından,  kənar 
hissələrin isə qlikoproteid təbiətli, diametri 10nm olan boru-
cuqvari  mikro  fibrillərdən  təşkil  olduğu  görünür.  Elastiki 
liflərin  materialı  fibroblastların  hasil  etdiyi  proelastindir. 
Fermentlərin  təsirilə  proelastin  molekulları  tropoelastin 
molekullarına çevrilir. Desmozin  və  izodemozinin köməyilə 
tropoellastin molekulları birləşib elastini əmələ gətirir.  
Elastiki  liflər  ən  çox  gərilən  və  sonra  əvvəlki  vəziyyətə 
qayıdan  birləşdirici  toxumalarda  (ənsə-atlas  bağında  və 
qarnın ağ fassiyasında) olur. 
Əsas maddə. Boş birləşdirici toxumada hüceyrələr, liflər 
və  mikrosirkulyator  yataq arasında müəyyən quruluşa malik 
olmayan  əsas  maddə  yerləşir.  Birləşdirici  toxumanın 
müxtəlif  sahələrində  əsas  maddənin  miqdarı  fərqlidir.  Ən 
çox  bu  toxuma  birləşdiricvi  toxumanın  epitelialtı  qatında 
olur.  
Əsas maddə  geləoxşar kütlə olub,  toxumanın funksional 
vəziyyətindən  asılı  olaraq,  konsistensiyasını  dəyişir.  Bu 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə