[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə24/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

70 
 
Əsas ultrastruktur əlamətlərdən biri də sitoplazmada lizosom 
və faqosomların olmasıdır.  
Makrofaqların  əsas  vəzifələri  mühafizə  edici  iltihabı 
reaksiyaların  həyata  keçirməsidir.  Makrofaqlar  bakteriyalar 
tərəfindən  hasil  edilən  maddələrə  doğru  iltihab  ocağına 
hərəkət  edir  və  xroniki  gedişli  iltihabın  əsas  hüceyrələrinə 
çevrilir.  İltihab  ocağında  davamlı  və  zəhərli  maddələr  ol-
duqda makrofaqlar  çox nüvəli hüceyrələrə çevrilərək qranu-
lemma yaradır.  
 Makrofaqlar  bir  çox  immünobioloji  reaksiyalarda 
antigenlərin  təyin  edilməsində,  T  və  V  limfositlərinin 
hüceyrələrlə  qarşılıqlı  əlaqəsində  və  effektor  funksiyaların 
yerinə yetirilməsində mühüm rol oynayır.  
Makrofaqların  plazmolemmasında  denaturasiya  olunmuş 
zülalları  yaxud  indiferent  hissəcikləri  (polistriol,  toz  və  s.) 
faqasitoza  uğradan  qeyri  spesifik  reseptorlar  da  olur. 
Makrofaqlar  pinositoz  yolu  ilə  həll  olan  antigenləri  udmaq 
və  təyin  etmək  qabiliyyətinə  malikdir.  Əksər  faqositlər 
udulmuş  antigenləri  tamamilə  parçalayır,  daxili  mühitə 
keçmiş  antigenlərin  tam  parçalanması  qaraciyər,  dalaq  və 
limfa  düyünlərinin  beyin  maddəsinin  makrofaqları  üçün 
xarakterdir.  Limfa  düyünlərində  makrfofaqların  çıxıntılı 
hüceyrələri  mövcuddur.  Bunların  çıxıntılarının  üstündə 
immunogen  antigenlərin  müəyyən  hissəsi  qalır.  Limfa 
düyünlərində  belə  makrofaqlar  V  və  T  limfositləri  ilə 
qarşılıqlı  əlaqəyə  girərək  hümoral  və  hüceyrə  umunitetinin 
inkişafında iştirak edir.  
Makrofaqların  effektor  funksiyasını  nəinki  antigenlərin 
zərərsizləşməsində  özünü  göstərir,  eyni  zamanda  T  və  V 
limfositlərinin  çoxalmasını  diferensiyasını  və  fəallaşmasını 
tənzim  edən  müəyyən  amillər  hasil  edir.  Bəzi  hallarda 
makrofaqlar  sitotoksik  reaksiyalar  üçün  də  effektor 
hüceyrələrdir.  Qeyd  etmək  lazımdır  ki,  hüceyrə  daxili 
mikrobların  və  şiş  hüceyrələrinin  məhv  edilməsində  bu 
mexanizm xüsusilə əhəmiyyət kəsb edir.  


71 
 
Mononuklyar  faqositlər  mieloid  və  limfoid  qan 
yaranmasının  fəal  iştirakçılarıdır.  Qırmızı  sümük  iliyində 
yaranmaqda  olan  eritrositlərin  ətrafında  makrofaqlar  qrup 
şəklində yığılır. Bu makrofaqlar eritrosit cərgəli hüceyrələrə 
dəmiri  çatdırır,  normositlərin  nüvəsini  udur,  zədələnmiş  və 
qocalmış eritrositləri faqositoza uğradır. Makrofaqların digər 
qismi  isə  meqakariositlərdən  qan  lövhəcikləri  ayrılandan 
sonra qalan hissələri faqositoza uğradır. Dalaq makrofaqların 
iştirakı 
ilə 
intensiv 
eritrofaqositoz, 
qocalmış 
qan 
lövhəcillərinin 
udulması, 
digər 
limfoid 
orqanların 
makrofaqları  isə  plazmasik  və  limfositlərin  faqositoz 
olunması funksiyasını yerinə yetirir.  
Toxuma bazofilləri. (labrositlər, tosqun hüceyrələr). 
Bu  hüceyrələr  əksər  onurğalılıarda  və  bütün  məmlilərdə 
olur.  Ancaq  bu  hüceyrələrin  miqdarı  müxtəlif  növ 
heyvanlarda və onların orqanlarının birləşdirici toxumasında 
fərqlənir.  Bəzi  heyvanlarda  toxuma  bazofilləri  ilə  qan 
bazofillərinin  miqdarında  tərs  mütənasiblik  olur.  Bu,  həmin 
hüceyrələrin bioloji oxşarlığını sübut edir. Hind donuzlarının 
qanında bazofillər az, toxumalarda isə çox olur.  
Bu hüceyrə ən çox epitelialtı, balalıq, tənəffüs  yolları və 
həzm  traktının  boş  birləşdirici  toxumalarında,  xırda  qan 
damarlarının  birləşdirici  toxuma  qatlarında,  qaraciyərdə, 
böyrəklərdə,  endokrin  vəzlərdə,  süd  vəzisində  və  başqa 
orqanlarda  olur.  Bu  hüceyrələr  oval,  şarvari  olub,  ölçüləri 
10-25  mkm-ə  çatır.  Hüceyrənin  nüvəsi  onun  mərkəzində 
yerləşir  və  çoxlu  xromatin  kəltənlərə  malikdir.  Bu 
hüceyrələrin  bazofil  dənələrində  histamin,  herapin serotonin 
və dofamin adlanan maddələr olur. 
 Labrositlər  xırda  qan  damarlarının  gedişi  boyunca 
yerləşərək,  antigenin  qana  daxil  olmasına  birinci  reaksiya 
verir.  Bunların  plazmolemasında  F  sinfinə  aid  çoxlu 
immunoqlobinlər  olur.  Antigen  antillə  birləşəndə  toxuma 
bazofilləri yerli və ümumi reaksiyalara səbəb olan maddələr 
hasil edir. Allergik və anaflaktik reaksiyaların inkişafında da 


72 
 
toxuma  bazofilləri  iştirak  edir.  Histamin  damar  divarının 
keçiriciliyini  artırır,  eozinofillərin  miqrasiyasını  gücləndirir. 
Heparin isə qanın laxtalanmasına mane olur. 
Toxuma  bazofillərinin  deqranulyasiyası  müxtəlif  fiziki 
amillərin təsirindən olur (travma, kəskin temperatur).  
Plazmositlər.  Bu  hüceyrələr  humoral  tipli  immunoloji 
reaksiyaların  effektor  hüceyrələri  olub,  müxtəlif  antitelləri 
sintez  edir.  Bu  növ  hücerələr  ən  çox  dalaqda,  limfa 
düyünlərində,  həzm  kanalının,  tənəffüs  üzvlərinin  selikli 
qişasının  birləşdirici  toxuma  qatında  və  müxtəlif  vəzlərin 
intersitsial toxumasında olur. Mənşəyinə görə plazmositlər V 
limfositlərin antigeni ilə tənzim olunan hüceyrələrin axırıncı 
mərhələsidir.  Bu  hüceyrələr  T  xelperlərin  və  makrofaqların 
iştirakı ilə sürətlə çoxalır və yetkin plazmositlərə çevrilir.  
Stimulyasiya  olunmuş  limfositlərdən  plazmositlərin 
inkişafı plazmoblast və proplazmosit mərəhələlərindən keçir. 
Plazmoblastlar  diametri  30  mkm  olan,  nüvəsi    mərkəzdə 
yerləşən  hüceyrələrdir.  Bu  hüceyrələrdə  əksərən  mitoz 
bölünmə  müşahidə  edilir.  Proplazmositlər  kiçik  ölçülüdür, 
sitoplazma  bazofilliyə  malikdir.  Bu  növ  hüceyrələr 
immunglobulinlər hasil edir. 
Yetişmiş  plazmositlər  xırda  (8-10  mkm)  ovalvari 
hüceyrələrdir.  Nüvədə  təkərin  milləri  kimi  yerləşmiş  iri 
xromatin  kəltənləri  olur.  Nüvə  kənarı  zona  şəffaf  olub, 
antitellər sintez edir. V limfositlərin plazmositlərə çevrilməsi 
bir sutka çəkir, antitel hasil etmə fəallığı bir neçə gün davam 
edir.  Yetişmiş  plazmositlər  qoçalır,  məhv  olur  və 
makrofaglar tərəfindən udulur. Şəkil 15 
 Piy  toxuması.  Piy  toxumasının  hüceyrələri  lipositlər 
adlanır.  Bu  hüceyrələrin  sitoplazmasında  ehtiyat  lipidlər 
sintez  olunur.  Lipositlər  əksərən  qrup  şəklində  xırda  qan 
damarlarının  gedişi  boyunca  və  boş  birləşdirici  toxumada 
geniş yayılmışdır. Bu hüceyrələr adventisiya hüceyrələrindən 
əmələ  gəlir.  Quruluşundan,  funksiyalarından,  boyalara 
münasibətindən  asılı  olaraq,  lipositlərin  iki  növü  məlumdur 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə