[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə23/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

67 
 
meqakariosit. İnkişaf edən meqakariositlərin sitoplazmasında 
mikrofilamentlər, mikroborucuqlar və spesifik dənələr əmələ 
gəlir.  Meqakariositlər  hissələrə  parçalanır,  qan  lövhəcikləri 
əmələ  gəlir.  Bunlarda  qırmızı  sümük  ilyinin  sinusoid 
kapillyarlarına  daxil  olur.  Qan  lövhəciyi  ayrılandan  sonra 
meqakariositin nüvəsi ətrafında  yeni sitoplazma əmələ gəlir. 
Beləliklə, qırmızı sümük iliyində hər bir meqakariositdən bir 
neçə nəsl qan lövhəciyi yaranır.  
 
Boş birləşdirici toxuma 
Bu  toxuma  orqanizmdə  geniş  yayılmışdır,  qan,  limfa 
damarlarının  gedişi  doyunca  yerləşir,  daxili  orqanlarda 
atmalar  əmələ  gətirir,  dəridə  və  boşluqlu  orqanların  selikli 
qişasında olur. 
Boş  birləşdirici  toxuma  müxtəlif  hüceyrələrdən  və 
hüceyrə  ara  maddəsindən  ibarətdir.  Hüceyrə  ara  maddə 
amorf  maddədən,  elastiki  və  kollogen  liflərdən  təşkil 
olunmuşdur.  Bu  elementlər  arasındakı  miqdarı  nisbət 
orqanın  xüsusiyyətlərindən  asılıdır.  Boş  birləşdirici  toxuma 
trofik,  mühafizə  və  plastik  funksiyaları  ifadə  edir.  Bu 
toxumaların hüceyrələri müxtəlifdir və aşağıdakılardır: 
 Adventisiya  hüceyrələri.  Bu  hüceyrələr  uzunsov, 
ulduzvari  formada  olur.  Hüceyrələrin  nüvəsi  ovalvari, 
xromatinlə  zəngin,  sitoplazma  bazofil,  organelləri  azdır, 
kapilyarların  xarici  səthində  yerləşir,  az  differensasiya 
olunmuşdur, 
mitotik 
bölünərək, 
fibroblastlara, 
miofibroblastlara və lipositlərə çevrilə bilir. 
 Fibroblastlar  –  fibro  -  lif,  blastos  -  maya  deməkdir. 
Bütün  növ  birləşdirici  toxumaların  daimi  və  çox  yayılmış 
tərkib  hissəsidir.  Bu  hüceyrələr  lifləri  və  amorf  maddəni 
əmələ  gətirən  yüksək  molekullu  maddələr  sintez  edir.  Bu 
növ  hüceyrələr  embrional  dövrdə  mezenximositlərdən, 
postembrional  dövrdə  isə  adventisiya  hüceyrələrindən 
inkişaf  edir,  cavan  formaları  ovalvaridir və mitotik  bölünür. 
Yetişmə 
səviyyəsindən, 
quruluşundan 
və 
funksional 


68 
 
fəallığından  asılı  olaraq,  fibroblastların  üç  növü:  az 
differensisiya olunmuş, yetişmiş və fibrositlər mövcuddur. 
Az differensasiya olunmuş fibroblastlar dartılmış iyvari 
formada  olub,  az  miqdarda  qısa  çıxıntılara  malikdir.  Bu 
hüceyrələrin  nüvəsi  ovalvaridir,  nüvəciklər  aydın  bilinir, 
zülalı  az  sintez  edir,  əsasən  glükozoaminoglikaganlar  sintez 
edir. 
Yetişmiş  fibroblastlar  çıxıntılı  iri  hüceyrələr  olub, 
diametri 50 mkm- dır, nüvələri iri, 1-2 iri nüvəciyə malikdir. 
Hüceyrələrin  periferik  hissəsi  zəif  boyanır,  sitoplazmada 
dənəli  endoplazmatik  şəbəkə  və  Holci  kompleksi  olur.  Bu 
hüceyrələr  eyni  vaxtda  prokollogen,  proelastin,  ferment 
zülalları  və  glükozoaminoglikoganlar  sintez  edir.  Bu 
hüceyrələr  hərəkətlidir,  bunların  hərəkət  fəallığı  iltihabı 
proseslərdə  birləşdirici  toxumadan,  kapsula  əmələ  gəldikdə 
güclənir. Hüceyrə sitoplazmasının kənarında tərkibində aktin 
olan 
mikrofilamentlər 
yerləşir. 
Bu 
mikrofilamentlər 
yığılanda hüceyrədə çıxıntılar yaranır və bunların köməyi ilə 
hüceyrə inkişaf edir.  
Yaranın ağzının bağlamasını təmin təmin edən qranulya-
sion  toxumada  çoxlu  miqdarda  yığılma  qabiliyyətinə  malik 
saplarda zəngin miofibroblastlar toplanır.  
Fibrositlər  güçlü  dartılmış  formada  hüceyrələr  olub, 
zülal sintezetmə qabiliyyəti zəifdir, çoxalmır. 
 Histositlər (makrofaqlar) mononuklear faqosit sisteminə 
aid,  migrasiya  qabiliyyətinə  malik,  sərbəst  hüceyrələr 
qrupudur.  Histositlər  tək-tək  yaxud  qruplar  şəklində 
yerləşərək,  müxtəlif  forma  və  böyüklüyə  (10-50  mkm) 
malikdir. 
Bu 
hüceyrələr 
müxtəlif 
fermentləri 
(turş 
hidrolazaları, esterzaları) sintez edir. Bu fermentlərin köməyi 
ilə  hüceyrə  tərəfindən  udulmuş  müxtəlif  maddələr  həzm 
olunur.  Bu  sistemə  orqanizmin  bir  çox  toxuma  və 
orqanlarında olan fəal endositozla məşğul olan hüceyrələr də 
aiddir.  Bunların  mücdə  hüceyrələri  periferik  qanda  olan 
monositlərdir. Monositlər damardan çıxandan sonra orqan və 


69 
 
toxumaların,  spesifik  makrofaqlarına  çevrilir.  Sirkulyasiya 
edən 
qanda 
monositlər 
yetişməmiş 
hüceyrələrdir. 
Makrofaqlar  lokalizaziya  yerindən  asılı  olaraq,  birini-
digərindən  fərqləndirən  müxtəlif  quruluşa  və  xassələrə 
malikdir.  Amma  bunlara  baxmayaraq,  bu  hüceyrələrin 
ümumi quruluş əlamətləri mövcuddur. Bu hüceyrələr yığılan 
mikrofilamentlərin  hesabına  yabanı  çisimcikləri  tutub 
saxlayan  müxtəlif  vasitələr  yaradırlar.  Bu  hüceyrələrin  əsas 
əlamətlərindən biri çoxlu lizosomlara və  faqosomlara  malik 
olmasıdır.  Həmin  hüceyrələr  lizosom  fermentlərinin  iştirakı 
ilə faqositoza uğramış materialı parçalayıb, həzm edir.  
Makrofaqlar  çoxfunksiyalı  hüceyrələr  olub,  bir  çox 
immunoloji  reaksiyalarda  xüsusi  əhəmiyyətə  malikdir. 
Makrofagın 
plazmolemmasında 
iki 
növ: 
F
2
 
immunoglobulinlərə  və  komponentələrin  C
3
  komponenti 
üçün spesifik reseptor olur. 
Makrofaq  sistemi:  Bu  sistemə  bir  çox  orqan  və  tox-
umalarda  olan  mikrobları,  virusları,  ölmüş  hüceyrələri, 
parçalanmış  hüceyrə  məhsullarını  və  s.  intensiv  endositoz 
etmək  qabiliyyətinə  malik  hüceyrələr  aiddir.  Bütün  makro-
faqlar  yerləşmə  yerindən  asılı  olmayaraq,  qırmızı  sümük 
iliyinin  gövdə  hüceyrələrindən  əmələ  gəlir.  Periferik  qanın 
monositləri 
makrofaqların 
bilabasitə 
mücdələridir. 
Monositlər  damardan  çıxandan  sonar  düşdüyü  mikromühitə 
uyğunlaşaraq, orqan və toxuma makrofaqlarına çevrilir.  
Beləliklə,  dövr  edən  qandakı  monositlər  gələcəkdə 
yetişkən  olacaq  makrofaqların  hərəkətli  formaları  olub, 
qırmızı  sümük  iliyindən  orqan  və  toxumalara  doğru  hərəkət 
edir.  
Yerləşmə  yerindən  asılı  olaraq  (qaraciyər,  ağciyər,  qarın 
boşluğu 
və 
s.) 
makrofaqların 
quruluşunda 
və 
xüsusiyyətlərində  fərqlər olur. Amma bunların bəzi  quruluş, 
ultrastruktur  və  sito  kimyəvi  əlamətləri  eynidir.  Bu 
hüceyrələr yığıcı mikroflamentlərin hesabına xovlar, yabançı 
ayaqlar  və  s.  əmələ  gətirərək  yabançı  cisimləri  əhatə  edir. 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə