[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə19/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

55 
 
olur.  Hemoqlobinin  tərkibində  iki  valentli  Fe  olur.  Ağciyər 
kapilyarlarında 
Fe 
atomları 
oksigenlə 
birləşib, 
oksihemoqlobin  əmələ  gətirir.  Oksihemoqlobin  davamsız 
birləşmədir. Kapilyarlarda və toxumalarda oksigenin qatılığı 
azalanda  oksihemoqlobin  O
2
  –  nə  və  dəmirə  ayrılır. 
Hemoqlobin  CO
2-
lə  birləşib  karboksiehomoqlobin  əmələ 
gətirir  və  qana  tünd  albalı  rəngi  verir.  Belə  qan  venoz  qan 
adlanır. Ağciyər kapilyarlarında karboksihemoqlobin CO

və 
hemoqlobinə parçalanır. Hemoqlobin ağciyər kapilyarlarında 
yenidən oksigenlə birləşib, oksihemoqlobin əmələ gətirir. Bu 
zaman  qan  al  qırmızı  rəng  alır  və  arteriyal  qan  adlanır. 
Eritrositlər onların üstünə çökmüş aminturşuları,  fermentləri 
və s. maddələri nəql edir. 
Eritrositlərin  cavan  formaları  retikulositlər  adlanır. 
Bunlar  dənəvər  –  torvari  quruluşa  malikdir.  Retikulusitlərin 
miqdarının  çoxalması  eritropoezin  güçləndiyini  göstərən 
əlamətdir.  Ölmüş  eritrositlər  dalaqda,  qaraciyərdə,  qırmızı 
sümük  iliyində  makrofaqlar  tərəfindən  faqositoza  uğradılır. 
Dəmir  hemoqlobinin  hemindən  ayrılır,  qanın  plazması  ilə 
qırmızı  sümük  iliyinə  keçir.  Hem  molekulunun  qalan 
hissəsindən  öd,  sidik  və  kal  piqmentləri  əmələ  gəlir.  Artıq 
dəmir  dalaq  və  qaraciyər  maqrofaqlarında  toplanır.  Belə 
proses hemosideroz adlanır.  
Qanı  əhatə  edən  mühitdə  duzların  qatılığı  dəyişəndə 
eritrositlər şişkinləşir,  yuvarlaqlaşır, membrana hemoqlobini 
saxlamır  hemoqlobin  onu  əhatə  edən  duzlu  mühitə  keçir.Bu 
hadisə hemoliz adlanır.  
Hemoliz hipotonik məhlulların, ilan zəhərinin, toksinlərin 
və  s.  amillərin  təsirindən  əmələ  gəlir.  Qan  qrupu  uyğun 
gəlməyəndə qan köçürüləndə də hemoliz baş verir. 
Eritrositlərin 
xüsusi 
çəkisi 
qanın 
plazması 
və 
leykositlərin 
xüsusi 
çəkisindən 
çoxdur. 
Qabaqcadan 
laxtalanma  əleyhinə  maddələrlə  işlənmiş  qanda  eritrositlər 
çökür.  Eritrositlərin  çökmə  reaksiyası  müxtəlif  növ 
heyvanlarda  fərqlidir.  Atda  yüksək,  qaramalda  isə  nisbətən 


56 
 
aşağıdır.  Patoloji  proseslər zamanı  bu  göstərici  dəyişilir.  Bu 
göstəricinin təyin edilməsi diaqnostiki əhəmiyyətə malikdir. 
 
Leykositlər 
Leykositlərin  miqdarı  eritrositlərə  nisbətən  600  dəfə 
azdır.  Leykositlərin  miqdarının  artması  leykositoz,  azalması 
isə  leykoneniya  adlanır.  Leykositlər  damardan  miqrasiya 
edir.  Leykositlər  hərəkətlidir.  Leykositlər  plazmalemmaya, 
psevdopodilərə 
və 
nüvəyə 
malikdir. 
İri  buynuzlu 
heyvanlarda 1 ml qanda 4,5-12 min, atda 7-12 min, qoyunda 
6-14 min, donuzda 8-16 min, itdə 8.5- 10,5 min, toyuqda 20-
40 min leykosit olur. Leykopsitlər morfoloji xüsusiyyətlərinə 
və yerinə yetirdiyi funksiyaya görə müxtəlifdir. Bunlar orqa-
nizmi  yabanı  təsirlərdən  mühafizə  etmək  üçün  fagositoz 
funksiyanı  yerinə  yetirirlər,  eyni  zamanda  zədələnmiş 
toxumaların  bərpasında  və  immunitetin  formalaşmasında 
iştirak edirlər.  
Leykositlər dənəli və dənəsiz olur. 
Dənəli leykositlərə neytrofillər, eozinofillər və bazofillər, 
dənəsiz  leykositlərə  limfosit  və  monositlər  aiddir.  Müxtəlif 
növ  leykositlərin  %-lə  nisbəti  leykositar  formula  adlanır. 
Neytrofillərdə  dənələr  turş və əsası  boyalarla,  eozinofillərdə 
dənələr turş boyalarla, baofillərdə isə dənələr əsası boyalarla 
boyanır. 
Neytrofillər  hərəkətli  olub,  yüksək  faqositar  fəallığa 
malikdir. İ.İ.Meçnicov bunları mikrofaglar adlandırmışdır və 
xemotaksis qabiliyyətinə malikdir. Neytrofillər bir neçə saat 
müddətində  damardakı  qanda  hərəkət  edir.  Xemotaksis 
törədən  endogen  və  ekzogen  mənşəli  amillərin  təsirindən 
neytrofillər  qan  kapilyarlarından  miqrasiya  edir,  iltihab 
ocağına  yığılır.  Belə  amillərə  bakteriyaların,  virusların, 
leykositləri 
hasil 
etdiyi 
məhsullar 
və 
toxumaların 
parçalanması məhsulları aiddir.  
Neytrofillərin  miqdarı  leykositlərin  ümumi  miqdarının 
25-70% təşkil edir. Ölcüsü 8-16 mkm-dir. Atda,  maralda və 


57 
 
itdə  neytrofillər  65-75%  olur.  İrinli  iltihablarda  neyrofillez 
baş verir.  
Neytrofillərin  ölçüsü  8-15  mkm-dir,  nüvəsi  çöp,  nal, 
kolbasa,  S-ə  bənzər  təsbehəbənzər  və  s.  formalarda  olur. 
Çoxseqmentli,  cavan  nüvə  qoyunların  neyrofillərində  olur. 
Yetişkən  neyrofillərdə  2-3  bəzən  artıq  segment  olur.  Bunlar 
isə  segment  nüvəli  neytrofillər  adlanır.  Neytrofil  nüvəsinin 
daxili səthində bəzən əlavə xromatin  yığıntısı olur. Bu nüvə 
sateliti ablanır. Nüvə sateliti damcı, təbil çubuğu və ya tennis 
raketi  formasında  olur.  Neytrofillər  aleksin,  opsonin  və  s. 
bakterisid maddələr ifraz edir. 
Heyvanların qanında müəyyən miqdarda tam yetişməmiş 
çubuq,  paxla,  və  s.  nüvəli  neytrofillər  olur.  Bu  üç  növ 
neytrofilin  nisbəti  diaqnostiki  əhəmiyyətə  malikdir.  Patoloji 
proseslər zamanı seqment nüvəli neytrofillərin miqdarı digər 
iki növə nisbətən çoxalır. 
Neytrofillərin  sitoplazmasında  az  miqdarda  ümumi 
əhəmiyyətli  organellər  və  glikogen  əlavələri  olur. 
Sitoplazmanın  periferik  hissəsində  neytrofillərin  hərəkətini 
təmin  edən  mikrofilamentlər  olur.  Bunların  sitoplazmasında 
faqositoz  prosesində  iştirak  edən  fermentləri  saxlayan 
azurofil  və  spesifik  dənələrin  olması  xarakterikdir.  Bu 
fermenlərin iştirakı ilə neytrofillər bakteriyaları, onlardakı və 
ilhihab ocağındakı bütün makromolekulları həzm edir.  
Eozinofillər  -  heyvanlarda  bütün  damar  qanındakı 
leykositlərin  2-12%  ni  təkil  edir.  Eozinofillər  ən  çox 
qazların,  dəvələrin  və  qoyunların  qanında  olur.  Bunların 
diametri  12-18  mkm-r.  Nüvə  iki  seqmentdən  təşkil 
olunmuşdur. 
Qoyunlarda 
nüvə 
3-5 
seqmentlidir. 
Sitoplazmada  qırmızı  boyanmış  dənələr  olur.  Həmin 
dənələrin tərkibində turş fosfataza, peroksidaza, histaminaza 
və s. olur. Tək dırnaqlılarda dənələrin ölçüləri böyükdür. 
Neytrofillərdə olduğu kimi xemotaksis qabiliyyəti var, az 
hərəkətlidir və zəif faqositar qabiliyyətinə malikdir. Parazitar 
xəstəliklər zamanı eozinofillərin miqdarı artır. 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə