[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə17/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

49 
 
Buynuz  qat  ölü  epiteli  hüceyrələrinin  əmələ  gətirdiyi 
buynuz  pulcuqlarından  təşkil  olunmuşdur.  Bu  qat  şəffaf 
qatdan əmələ gəlir, keratin fibrillərindən və amorf maddədən 
təşkil  olunmaqla  üstü  bir  qatlı  zarla  örtülüdür.  Səthdə 
fibrillər 
sıx 
yerləşir. 
buynuz 
pulcuqlar 
bir-birilə 
buynuzlaşmış 
desmosomlarla 
birləşir. 
Üst 
qatın 
keratinositləri  sıx,  cansız  keratin  maddəsinə  çevrilir.  Bu, 
aşağı  qatları  güclü  mexaniki  təsirlərdən  və  qurumadan 
mühafizə  edir  və  toxuma  mayesinin  hüceyrə  yarıqlarından 
xaric olmağına mane olur.  
Buynuz  qat  ilkin  mühafizə  səddi  olub,  mikrobları  daxilə 
keçməyə 
qoymur. 
Bəzən 
çoxqatlı 
epiteli 
müxtəlif 
səbəblərdən çox qalınlaşır və bazal hüceyrələri qida ilə təmin 
edən birləşdirici toxumada məməciklərin yaranmasına imkan 
vermir,  hansı  ki,  bu  məməciklər  hüceyrələrin  bazal  zarla  və 
boş birləşdirici toxuma ilə təmas səthini artırır.  
 
Keçid epiteli 
Keçid  epiteli  mezodermal  mənşəlidir,  böyrək  ləyəninin, 
sidik  kisəsinin  və  sidik  axarlarının  daxili  səthini  örtür. 
Həmin orqanların funksiyasından asılı olaraq, epiteli qatının 
qalınlığı dəyişilir. 
Keçid  epiteli  bazal,  ara  və  üst  qatlardan  ibarətdir. 
Orqanın  sidiklə  dolu  və  ya  boş  olmasından  asılı  olaraq,  üst 
qatın  hüceyrələri,  yastı  və  ya  hündür  olur.  Ona  görə  də  bu 
epiteli keçid epiteli adlanır. 
Bazal  qatın  hüceyrələri  bazal  zarla  əlaqədardır.  Kiçik 
kubvari  və  iri  armudvari  formaları  olur.  Kubvari 
hüceyrələrin nüvəsi yumru, sitoplazması bazofil olub, epiteli 
qatında  ən  aşağı  sıranı  əmələ  gətirir.  Xırda  hüceyrələr 
yüksək  mitotik  fəallığa  malik  kambial  hüceyrələrdir.  İkinci 
növ  hüceyrələr  özünün  dar  ucu  ilə  bazal  zara  söykənir, 
kubvari  hüceyrələrin  üzərində  yerləşir.  Sitoplazması  zəif 
bazofildir. Orqan sidiklə dolu olarsa iri armudvari hüceyrələr 
bir-birinə söykənib ara qat əmələ gətirir. 


50 
 
Üst  qatın  hüceyrələri  yastı,  çoxnüvəli  və  nüvəsi 
poliploiddir. 
Üst 
qatın 
hüceyrələri 
seliklənir, 
selik 
hüceyrələri  sidiyin  zərərli  təsirindən  müdafiə  edir.  Bu 
xüsusiyyət ot yeyənlərdə yaxşı inkişaf etmişdir. 
 
 Sekretor epiteli 
Sekretləri  hasil  edən  epiteli  vəz  epiteli,  yaxud  sekretor 
glandlulositlər  adlanır.  Sekretor  hüceyrələr  vəzləri  əmələ 
gətirir Vəzlər endokrin, ekzokzin və qarışıq tipli olur. 
Endokrin  vəzlərin  çıxarıcı  axarı  olmur,  hasil  etdikləri 
maddələr  bilavasitə  qana  sorulur,  qanla  mərkəzi  sinir 
sisteminə 
axır, 
orqanizmin 
ayrı-ayrı 
orqanlarının 
funksiyasını neyrohumoral yolla tənzim edir. 
Ekzokrin  vəzlərin  axarları  olur.  Axarlar  sekret  əmələ 
gətirmir,  hasil  etdikləri  sekret  orqanizm  səthinə,  yaxud 
müəyyən orqanların boşluqlarına açılır. 
Ekzokrin  vəzlər  bir  və  çox  hüceyrəli  olur.  Bir  hüceyrəli 
vəzlərə selik hasil edən qədəhə bənzər hüceyrələr aiddir.  
Ekzokrin  çoxhüceyrəli  vəzlər  birqatlı  və  çoxqatlı  olur. 
Çoxqatlı  epitelidən  yaranan  (tər,  piy,  süd,  tüpürcək)  vəzlər 
çoxqatlı,  birqatlı  epitelidən  yaranan  vəzilər  isə  (  mədə,  dil, 
balalıq, mədəaltı) bir qatlı vəzlərdir. 
Ekzokrin  vəzlər  şaxələnməsindən  asılı  olaraq,  sadə  və 
mürəkkəb  olur.  Sadə  vəzlərdə  çıxarıcı  axarlar  şaxələnmir, 
mürəkkəblərədə  isə  şaxələnir.  Sadə  vəzlərin  uç  şöbələri 
şaxələnir  və  şaxələnmir,  amma  mürəkkəblərdə  şaxələnir. 
Bununla  əlaqədar  olaraq  şaxələnən  və  şaxələnməyən  vəzlər 
olur. Uç şöbəsinin formasından asılı olaraq, ekzokrin vəzlər, 
alveolyar, borulu və borulu- alveolyar olur. 
Sekret  əmələ  gətirmə  qabiliyyətinə  görə  vəzlər  holokrin, 
apokrin  və  merokrin  olur.  Holokzin  tipli  vəzə  piy  vəzisi, 
apokrin tipli vəzə süd və tər vəzisi, merokrin tipli vəzə mədə 
dibi,  tər,  mədəaltı,  tüpürcək  və  endokrin  vəzlər  aiddir. 
Birinci  tip  sekresiyada  hüceyrə  tam  dağılır,  ikinci  tipdə 
hüceyrənin  apikal  hissəsi  dağılır.  Merokrin  tipli  sekresiya 


51 
 
zamanı hüceyrə tamlığını saxlayır. 
 
Epiteli toxumasının regenrasiyası 
Örtük  epiteli  tez-tez  zədələnir,  ona  görə  də  yüksək 
regenrasiyaya  malikdir.  Regenrasiya  əsasən  mitoz  bəzən 
amitoz  yolla  gedir.  Epiteli  toxumasının  hüceyrələri  tez 
sıradan çıxır, məhv olur. Onların bərpası fizioloji regenrasiya 
adlanır. 
Patoloji  proseslər  nəticəsində  məhv  olmuş  epiteli 
hüceyrələrinin bərpası reperativ regenrasiya adlanır. Birqatlı 
epitelidə  ya  bütün  hüceyrələr,  yaxud  müəyyən  zonada 
yerləşən hüceyrələr regenrasiya qabiliyyətinə malikdir. 
Çoxqatlı epitelidə kambial hüceyrələr intensiv çoxalaraq, 
üst qatların ölmüş hüceyrələrini bərpa edir. 
Vəz  epitelisinin  bərpası  onların  sekret  əmələ  gətirmək 
qabiliyyətinə əsaslanır. 
Holokrin vəzlərdə regenrasiya bazal zarda yerləşən maya 
hüceyrələrin  hesabına  olur.  Merokrin  və  apokrin  vəzlərdə 
əsasən hüceyrə daxili regenrasiya gedir. 
 
Birləşdirici toxumalar 
Birləşdirici, daxili mühit və ya istinad-trofik toxuma eyni 
məhfumdur.  Daxili  mühit  toxumaları  çox  hüceyrəli 
orqanizmin  ilkin  inkişafı  mərhələlərində  epitel  toxuması  ilə 
eyni vaxtda inkişaf edir. Bu toxuma bilavasitə daxili mühitin 
əsasını  təşkil  edir  və  xarici  mühitlə  bilavasitə  əlaqədar 
olmur.  
Bu 
toxuma 
epitel 
toxumasından 
aşağıdakı 
xüsusiyyətlərinə  görə  fərqlənir.  Xarici  mühitlə  bilavasitə 
rabitəsi, əlaqəsi olmur. 
Hüceyrələrdə  polyarlıq  yoxdur;  hüceyrələrin  bütün  səthi 
daxili  mühitin  içərisindədir  və  hüceyrənin  hər  yerində 
mübadilə  prosesi  eyni  xarakter  daşıyır;  orqanların  həm 
daxilində, həm də aralarında yerləşərək onları vahid sistemdə 
birləşdirir və mübadilə prosesinin getməsi üçün ümumi şərait 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə