[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə15/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   11   12   13   14   15   16   17   18   ...   76

43 
 
 
Epiteli toxumalari 
Epiteli  toxuması  örtük,  sekretor,  sorulma,  ifrazat  və 
xarici  qıcıqları  qəbul  etmək  funksiyaları  yerinə  yetirir.  Bu 
toxuma  orqanizmin  xarici  mühitlə  əlaqəsini  yaradır.  Bu 
toxumanın yaranmasında rüşeymin ekto, ento və mezoderma 
qatları  iştirak  edir.  Deməli  epiteli  toxuması  mənşəinə  görə 
ektodermal, entodermal və mezodermal olur. 
Dəri  və  onun  törəmələrinin  epitelisi  ektodermal,  mədə-
bağırsağın  epitelisi  entodermal,  sidik  ayıran  orqanların  və 
seroz örtüklərin epitelisi mezodermal mənşəilidir. 
Epiteli  toxuması  aşağıdakı  xüsusiyyətlərinə  görə  digər 
toxumalardan fərqlənir. 
1. Epiteli toxuması epiteliositlərdən təşkil olunmuşdur və 
hüceyrə ara maddəsi olmur. 
2.  Bu  toxumanın  hüceyrələri  bir-birilə  desmosom, 
qapanma zolaqları və interdigitasiya yolu ilə birləşir. 
3. Hüceyrələr laylar əmələ gətirir. 
4. Hüceyrələrin ilkin layı kambial hüceyrələr olub, bazal 
zar üstündə yerləşir. 
5.  Epiteli  layları  sinir  lifləri  və  qurtaracaqları  ilə  tam 
təmin olunmuşdur, amma qan damarlarına malik deyil. 
6.  Epiteli  toxuması  yüksək  regenrasiya  qabiliyyətinə 
malikdir. 
7. Epiteli toxuması hüceyrələrində qütbülük olur.  
Yerləşmə  yerindən  və  yerinə  yetirdiyi  funksiyasından 
asılı olaraq, bu toxuma örtük və vəz epitelisinə ayrılır. Örtük 
epiteli  hüceyrlərin  formasından  və  yaratdığı  hüceyrə 
qatlarının miqdarından asılı olaraq, bir qatlı və çoxqatlı olur. 
Bir qatlı epiteli quruluşuna, yerləşmə  yerinə və funksiyasına 
görə  fərqlənir.  Bir  qatlı  epiteli  bir  sıralı  və  çox  sıralı  olur. 
İkinciyə yalançı bir qatlı epiteli də deyilir. 
 Bir  qatlı  bir  sıralı  epiteli  hüceyrələrin  formasına  görə 
yastı,  kubvari  və  prizmatik  olur.  Bir  sıralı  epitelinin  bütün 
hüceyrələri  bazal  zarda  yerləşir,  nüvələrin  hamısı  bazal 


44 
 
zardan  eyni  məsafədə  olur,  forması  yastı,  kubvari  və 
prizmatik olub, apikal qütbü xarici mühitlə sərhədlənir.  
Yalançı  çoxqatlı  epitelin  bütün  hüceyrələri  bazal  zara 
təmas  edir,  amma  bunların  bəziləri  apikal  qütbü  ilə  epiteli 
qatının  üstünə  çatır  və  nüvələri  bazal  zardan  müxtəlif 
hündürlükdə olur. 
Çoxqatlı  epiteli  çoxqatlı  yastı,  çoxqatlı  buynuzlaşan  və 
keçid 
epitelə 
ayrılır. 
Çoxqatlı 
epitelə 
üst 
qatının 
hüceyrələrinin formasından asılı olaraq ad verilir.  
Funksional  cəhətdən  epiteli  toxuması  dəri,  bağırsaq 
(trofiki), kiprikli və sekretor olur. 
 
Bir qatlı yastı epiteli  
Bir  qatlı  yastı  epiteli  daxili  orqanların  seroz  qişalarının 
üstünü  örtür,  böyrək  kanalçıqlarının  bəzilərini  və  vəzlərin 
kiçik  mənfəzli  çıxarıcı  axarlarını  əmələ  gətirir.  Seroz 
qişaların  üstünü  örtən  yastı  eriteliyə  mezoteli  deyilir.  BU 
epiteli  peritonun,  perikardın,  plevranın  və  boşluqlu 
orqanların  üstünü  örtür.  Bu  hüceyrələr  qarın,  plevra 
boşluqlarına  az  miqdarda maye  xaric  edir və  maye  çox  olsa 
onun geri sorulmasını təmin edir. Bu maye həmin orqanların 
hərəkətini  və  yerdəyişməsini  asanlaşdırır.  Seroz  qişaların 
zədələnməsi həmin hüceyrələrin fəaliyyətini artırır. Nəticədə 
qarın,  plevra  və  perikard  boşluqlarına  toplanmış  maye  artır. 
Böyrək  kanalcıqlarının  epitelisi  sidiyin  əmələ  gəlməsində 
iştirak  edir,  vəzlərin  çıxarıcı  axarlarının  epitelisi  isə  örtük 
funksiyasını  ifadə  edir.  Bu  növ  epitelin  bütün  hüceyrələri 
bazal  zarda  nazik  qat  yaradır,  hüceyrələrin  hündürlüyü 
enindən  azdır,  bir  və  ya  iki  nüvəli  olur.  İntensiv  gedən 
iltihablar  zamanı  mezoteli  zədələndikdə  çox  nüvəli 
hüceyrələr, yəni amitoz baş verir. 
 
Bir qatlı kubvari epiteli  
Bir 
qatlı 
kubvari 
epiteli 
hüceyrələri 
böyrək 
kanalcıqlarında,  qalxanabənzər  vəzin  follikullarında  və 


45 
 
vəzlərin  çıxarıcı  axarlarında  yerləşir.  Bu  növ  epitelin 
hüceyrələrində  hüceyrənin  eni  və  uzunu  eynidir,  nüvə 
yuvarlaq  olub,  mərkəzində  yerləşir.  Kubvari  epitelin 
bəzilərinin  apikal  qütbündə  fırçalı  haşiyə  olur.  Həmin  fırça 
plazmalemmanın  əmələ  gətirdiyi  mikroxovlardır.  Bu 
quruluşda  hüceyrələr  böyrək  kanalcıqlarının  daxili  səthini 
örtərək,  son  sidiyin  formalaşmasında  iştirak  edir  (şəkil  9). 
Belə  quruluş  qalxanabənzər  vəz  follikullarında  və  vəzin 
çıxarıcı axarlarında yerləşən epiteli hüceyrələrində olmur.   
 
Bir qatlı prizmatik epiteli  
Bir  qatlı  prizmatik  epiteli  mədənin,  bağırsaqların, 
balalığın,  yumurta  borularının  daxili  səthini,  qaraciyərin  və 
mədəaltı  vəzin  çıxarıcı  axarlarının  daxili  səthini  örtür.  Bu 
hüceyrələrin hündürlüyü enindən çoxdur.  
Bu  hüceyrələr  bir-birinə  dermosom,  qapayıcı  zona  və 
barmaq  basıqları  hesabına  birləşir.  Hüceyrələrin  nüvələri 
bazal  qütbə  yaxın  olub,  hamısı  eyni  səviyyədə  olur. 
Bağırsağın  haşiyəli  və  mədənin  vəz  epiteli  sadə  prizmatik 
epitelidir.  Haşiyəli  epiteli  bağırsağın  selikli  qişasının  üstünü 
örtərək qida maddələri sorur. 
Bu  epitelin  hüceyrələrinin  apikal  qütbündə  mikroxovlar 
olur.  Hüceyrələrin  hamısı  bazal  zarda  yerləşir.  Nüvə  bazal 
qütbdə  yerəlşir.  Sitoplazmada  Holci  kompleksi,  ribosomlar, 
mitoxondrilər  və  lizosomlar  olur.  Bağırsaq  epitelisi 
mikroxovlu  epitelidir.  Hər  bir  hüceyrənin  apikal  qütbündə 
1000-ə  yaxın  mikroxov  olur  və  bunlar  bağırsağın  qida 
maddələri mənimsəmə səthini 30 dəfə artırır. 
 Bu  hüçeyrələrin  arasında  selik  hasil  edən  qədəhvari 
hüceyrələr  olur.  Selik  hüceyrələri  mexaniki  və  kimyəvi 
təsirlərdən mühafizə edir. 
 
Bir qatlı, çox sıralı slindriki epiteli 
Bir  qatlı,  çox  sıralı  slindriki  yaxud  yalançı  çox  qatlı 
kiprikli  epiteli  burun  boşluğu,  qırtlaq,  traxeya,  bronxlar, 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə