[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə11/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   7   8   9   10   11   12   13   14   ...   76

30 
 
gedir.  Bu  dövrdə  4  mərhələ:  leptoten,  ziqoten,  paxiten  və 
diploten mərhələləri mövcuddur.  
Leptoten 
mərhələsində 
nüvəcik 
aydın 
bilinir, 
xromosomlarda  spiralizasiya  gedir,  homoloji  xrososomlar 
konyugasiya olunmur.  
Ziqoten  mərhələsində  homoloji  xromosomlar  yaxınlaşır, 
konyugasiya  olunur,  genlərini  mübadilə  edir  və  xromozom 
cütünü əmələ gətirir.  
Paxiten  mərhələsində  homoloji  xromosom  cütü  güclü 
spiralizasiya olunur, qısalır və qalınlaşır.  
Diploten  mərhələsində  hüceyrədə  dörd  xromatid  əmələ 
gəlir, 
sonra 
bunlar 
tədricən 
bir-birindən 
aralanır, 
xromosomlara  çevrilir.  Yetişmə  mərhələsində  hər  bir 
spermatosoid  2  dəfə  bölünür  nəticədə  haploid  sayda 
xromosoma  malik  4  ədəd  spermatazoid  əmələ  gəlir.  Belə 
bölünmə  meyuz  və  ya  reduksion  bölünmə  adlanır. 
Formalaşma  mərhələsində  hüceyrə  xarakter  morfoloji 
xüsusiyyətlər  qazanır,  Holci  kompleksi  nüvəyə  yaxınlaşır, 
akroblast  əmələ  gətirir.  Bu  isə  böyüyərək,  spermatozoidin 
nüvəsini  və  başcığını  örtür.  Akroblastda  xırda  dənəciklər 
şəklində  akrosoma  formalaşır,  bu  isə  mayalanmada  iştirak 
edən hialorunidaza fermenti hasil edir. Nüvənin əks tərəfində 
sentrosoma  yerləşir,  sentrosoma  proksimal  və  distal 
setriollara ayrılır. Bunlar spermatozoidin boyuncuğunu təşkil 
edir.  Distal  sentriola  ön  və  arxa  hissələrə  ayrılır.  Distal 
sentriolanın  ön  hissəsindən  mikroborucuqlardan  ibarət  ox 
sapı  başlanır,  distal  sentriolanın  arxa  hissəsi  üzükvari 
formadadır  bu  isə  quyruğun  ox  sapının  üstündə  sürüşür, 
quyruğun  başlanğıc  və  əsas  şöbələri  arasında  sərhəd  təşkil 
edir. Həmin şöbədə mitoxondrilər və qlikogen yerləşir. 
Ovogenez-  yumurta  hüceyrəsinin  inkşafı  mürəkkəb  və 
uzun  prosesdir,  embriogenez  dövründən  başlanır.  Cinsi 
yetişkənliyə  çatanda  qurtarır.  Ovogenezin  3  mərhələsi: 
çoxalma,  böyümə  və  yetişmə  olur.  Çoxalma  mərhələsi  bətn 
daxili inkişaf dövründə başlanır. Doğulandan 3 ay sonra başa 


31 
 
çatır.  Əmələ  gələn  hüceyrələr  ovogonilər  adlanır,  diploid 
sayda  xromosoma  malik  olur,  intensiv  mitotik  bölünür, 
bunlların bəziləri bölünməkdən qalır, follikulyar hüceyrələrlə 
əhatə olunur. Bunlardan qida alır, böyümə mərhələsinə keçir 
və  ilkin  oositlər  adlanır.  Nüvədə  birincili  spermatosiddə 
olduğu kimi oxşar dəyişiklər gedir, leptoten, ziqoten, paxiten 
və  diploten  mərhələri  keçir.  Bundan  sonra  rüşeymin  ilkin 
inkişaf mərhələsi üçün lazım olan yumurta sarısının intensiv 
sintezi başlanır, yenidən xromozomların despiralizasiyası baş 
verir. Bu proses 2 mərhələdə: kiçik böyümə (privitelogenez) 
və  böyük  böyümə  (vitelogenez)  gedir.  Birinci  mərhələdə 
organellər  nüvə  ətrafına  toplanır,  ribosomlar  və  dənəli 
endoplazmatik  şəbəkə  inkişaf  edir.  Sitoplazmanın  zülal 
sintez etmə qabiliyyəti fəallaşır.  İkinci qişa 1 qat follikulyar 
hüceyrələrdən  ibarət  olur,  bu  mərhələ  dişinin  cinsi 
yetişkənliyinə qədər davam edir.  
İkinci  mərhələdə  ilkin  oositin  sitoplazmasında  intensiv 
olaraq  yumurta  sarısı  toplanır.  Follikulyar  hüceyrələr 
intensiv  bölünür,  qidanı  oogonilərə  çox  çatdırır  və  ikincili 
qısa  çoxqatlı  olur.  Orqanellər  hüceyrənin  kənarına  sıxılır 
embriogenezin  başlanğıcında  mühüm  rol  oynayan  kortikal 
qat formalaşır. 
Yetişmə 
mərhələsi 
bir-birinin 
ardınca 
gedən 

bölünmədən  ibarətdir.  Bu  proses  adətən  yumurtalıq 
borusunda  gedir,  nəticədə  diploid  hüceyrə  haploid  sayda 
xromosoma  malik  olur.  Birinci  bölünmədə  1  ədəd  oosit  və 
bir  ədəd  qütbü  cisimciyi  əmələ  gəlir.  2ci  bölünmədə  bir 
yetişmiş  oosit  və bir qütbü cisimciyi  əmələ  gəlir.  Bu  zaman 
bir  qütbü  cisimciyi  bölünərək  ikinci  çisimcik  əmələ  gətirir. 
Nəticədə  yetişmə  mərhələsində  bir  oositdən  1  yetişmiş 
yumurta hüceyrəsi və 3 qütbü cisimciyi əmələ gəlir. 
Mayalanma 
Spermatazoid  və  yumurta  hüceyrəsinin  birləşməsi 
nəticəsində  yeni  bir  hüceyrəli  orqanizm  –  ziqotanın  əməl 
gəlməsi 
mayalanma 
adlanır. 
Yetişmiş 
yumurta 


32 
 
hüceyrəsindən  ziqota  DNK  kütləsinin  2  dəfə  çox  olmasına, 
diploid  sayda  xromozoma  malik  olmasına  və  maddələr 
mübadiləsinin yüksəlməsinə görə fərqlənir.  
Əksər heyvanlarda mayalanma yumurta borusunda gedir. 
Spermanın  cinsiyyət  yollarında  irəli  hərəkətini  xemotaksis 
(kimyəvi  qıçıqlara  tərəf  hərəkət)  reotaksis  (mayenin  əksinə 
hərəkət),  balalığın  perestaltikası  və  yumurta  borusunun 
daxili  səthini  örtən  epiteli  hüceyrələrinin  kipriklərinin 
hərəkəti  təmin  edir.  Spermatazoid  yumurta  hüceyrəsinə 
yaxınlaşanda  akrosoma  hüceyrənin  2-ci  qişasını  parcalayan 
ferment  hasil  edir  və  sprematozoidin  oositlə  təmas  yerində 
mayalanma  qabarı  əmələ  gəlir.  Oositə  spermatozoidin 
başcığı, sentrosoma və quyruğun başlanğıc hissəsi daxil olur. 
Məməlilərdə  mayalanmada  yalnız  bir  spermatazoid  iştirak 
edir.  Bu  monospermiya  adlanır.  Qeyd  olunduğu  kimi 
yumurta  hüceyrəsində  ancaq  x  xromosom  olur.  XX 
xromosomları  birləşəndə  dişi,  XY  –  xromosomaları 
birləşəndə  erkək  fərd  əmələ  gəlir.  Quşlarda,  reptililərdə  və 
quyruqlu amfibilərdə bir necə spermatazoid oositə daxil olur, 
bu isə polispermiya adlanır. Quşlarda spermatazoidlər ancaq 
z  xromosomları  yumurta  hüceyrələri  isə  Z  və  W 
xromosomları daşıyır. 
Spermatazoid  yumurta  hüceyrəsinə  daxil  olandan  sonra 
digər  spermatazoidlərin  daxil  olmasına  maneçilik  törədən 
mayalanma  qişası  əmələ  gəlir,  yumurta  hüceyrəsi  digər 
spermatazoidləri  yapışdıran  aglütininlər  hasil  edir.  Həmin 
spermatazoidlər  follikulyar  hüceyrələr  tərəfindən  udulur. 
Yumurta  hüceyrəsinə  daxil  olan  spermatazoidin  başcığı 
yuvarlaq  nüvə  forması  alır  və  erkək  pronukleus  adlanır.  Bu 
isə  yumurta  hüceyrəsinin  pronukleusu  ilə  birləşir.  Hər  iki 
pronükleus  haploiddir  bunların  birləşməsi  nəticəsində 
rüşeymin  diploid  nüvəsi  alınır.  Bu  proses  sinkarion  adlanır. 
Bu zaman hüceyrədə metabolik proseslər güclənir. 
Yumurta  hüceyrəsində  sentriola  olmur.  Spermatozoidin 
sentriolası  ona  daxil  olur.  Spermatazoidin  boyuncuğundakı 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə