[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə10/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

27 
 
hüceyrələrinə  nisbətən  çox  həssasdır.  Müxtəlif  şüalar  və 
kimyəvi  maddələr  cinsiyyət  hüceyrələrinin  fəaliyyətini 
zəifləşdirir, yaxud tamamilə məhv edir.  
Spermatozoidin qurluşu 
Sprematozoid bütün onurğalılarda qamçılı hüceyrədir, bir 
dəfə  xaric  olunan  spermada  milyardlarla  spermatozoid  olur. 
Hərəkətli  hüceyrədir,  erkəklərin  toxumluqlarında  əmələ 
gəlir.  İnsanda  hüceyrənin  uzunluğu  70  mkm,  hərəkət  sürəti 
30-50  mkm  /saniyədir.  Başçıq,  doyuncuq  və  quyruq 
şöbələrindən 
təşkil 
olunmuşdur. 
Başçıqda 
sıx 
nukleoproteidlərlə  zəngin  irsiyyət  materialı  daşıyan  nüvə 
yerləşir.  Spermatozoidlərin  yarısı  x,  yarısı  y  xromosomu 
daşıyır. x dişi xüsusiyyətə, y isə erkək xüsusiyyətə malikdir. 
Cinsiyyət 
xromosomları 
aytosomlardan 
ölcülərinə, 
quruluşuna və heteroxromatinin çox olmasıyla fərqlənir.  
Başçığın ön hissəsində Holci kompleksinin törəməsi olan 
akrosoma  yerləşir. Akrosomada hialorynidaza fermenti olur. 
Bu  ferment  mayalanma  zamanı  xaric  olaraq,  yumurta 
hüceyrəsinin 
ikincili 
qişasının 
bəndləndiyi 
mukupolizaxaridləri  dağıdır.  Bu  qişanın  tamlığı  pozulandan 
sonra  spermatozoid  yumurta  hüceyrəsinə  daxil  olaraq  onu 
mayalaya  bilir.  Başcığın  üstünü  daxilində  fibrillər  olan 
plazmolemma örtür. 
Boyuncuqda  proksimal  və  distal  sentriollar  olur. 
Proksimal  sentriola  mayalanmada  iştirak  edir.  Distal 
sentriolanın  ön  və  arxa  hissələri  olur.  Öndəki  hissənin  ox 
sapı  başçığın  hərəkət  orqanına  aiddir.  İkinci  hissə  üzükvari 
olub,  quyruq  şöbəsinin  baş  və  başlanğıc  şöbələrinin 
sərhəddində  yerləşir.  Quyruq  şöbə  başlangıc,  baş  və  son 
şöbələrə  ayrılır.  Quyruq  şöbənin  ortasında  ox  sapı  yerləşir. 
Bu  tubulin  zülalından  əmələ  gəlmiş  mikroborucuqlardan 
ibarətdir.  Başlangıcda  ox  sapı  ətrafında  sitoplazmada 
mitoxondrilər spiralvari yerləşir (bax şəkil 5). 
Baş  hissədə  nazik  sitoplazma  qatı,  orqanoidlər  və 
əlavələr  yerləşir, üstü plazmalemma ilə örtülüdür. Son şöbə 


28 
 
ox  sapı  və  plazmolemmadan  ibarətdir.  Spermanın  hərəkəti 
xemotaksis  və  reotaksis  yolu  ilə  olur.  Dərin  dondurma 
spermanın  yaşama  müddətini  artırır.  Spermatozoidlər 
cinsiyyət  yolunda  24-36  saat  yaşama  qabiliyyətini  saxlayır. 
Mayalanmaq qabiliyyətini toxumluq artımının son şöbəsində 
qazanır.  Mənfi  elektriklə  yükləndiyi  üçün  spermatozoidlər 
bir-birini  itələyir,  2-3  valentli  metalların  və  turşuların 
təsirindən spermatozoidlər eyni elektrik yükü itirir, bir-birinə 
yapışır,  mayalamaq  qabiliyyətini  isə  itirir.  Xinin,  alkoqol, 
nikotin və narkotik maddələr spermanı məhv edir. 
 
Yumurta hüceyrəsinin quruluşu 
 Daimetri  100mkm-dən  bir  neçə  mm-ə  kimidir.  Sayca 
spermatozoidlərdən  çox  azdır,  hərəkətsizdir,  nüvəsi  olur, 
ooplazmada ehtiyat qida maddəsi olur, nüvədə x xromosomu 
olur.  Ooplazmada  endoplazmatik  şəbəkə,  Holci  kompleksi, 
mitoxondrilər, ribosomlar və yumurta sarısı olur. Hüceyrənin 
bazal  və  apikal  qütbləri  olur.  Ooplazmanın  kənar  qatı 
kortikal qat adlanır, yumurta sarısından məhrum olub, çoxlu 
mitoxondrilərə 
malikdir. 
Embrional 
inkşafın 
ilkin 
mərhələsində  rüşeyimə  qida  maddələri  çatdırmaqla  onun 
inkşafında  yumurta  sarısı  mühüm  rol  oynayır.  Yumurta 
hüceyrəsində 1-ci, 2-ci, 3-cü qişa olur. Birinci qişa daimidir 
və  oolemma  adlanır,  ikinci  qişa  folikulyar  hüceyrələrin 
məhsuludur.  Bu  qişa  trofik,  mühafizə  funksiyalarını  yerinə 
yetirir,  çoxlu  spermatozodin  yümurta  hüceyrəsisinə  daxil 
olmasına  imkan  vermir.  Üçüncü  qişa  yumurta  borusu 
hüceyrələrinin  məhsuludur.  Bu  qişa  mühafizə,  trofik 
funksiyaları  yerinə  yetirir,  sürünənlərdə  və  quşlarda  həmin 
qişa yaxşı inkişaf etmişdir (bax şəkil 6).  
Yumurta  hüceyrələri  yumurta  sarısının  miqdarından  aslı 
olaraq  oliqolesital (yumurta  sarısı  az  miqdarda),  mezolesital 
(yumurta  sarısı  orta  miqdarda)  və  polilesital  (yumurta  sarısı 
çox miqdarda) olur. Yumurta hüceyrəsinin yumurta sarısının 
yerləşmə  yerindən  və  yayılmasından  asılı  olaraq  izolesital 


29 
 
yaxud  homolesetal,  (bərabər  yayılmış)  telolesital  (yumurta 
sarısı  bir  qütbdə)  və  sentrolesital  (yumurta  sarısı  mərkəzdə) 
olur.  Oligolesital  və  izolesital  yumurta  hüceyrələri 
neştərcədə  və  südəmərlərdə  olur.  Mezolesital  və  telolesital 
yumurta  hüceyrələri  amfibilərdə,  bəzi  balıqlarda,  polilesital 
və  telolesital  yumurta  hüceyrələri  isə  əksər  balıqlarda, 
quşlarda və yumurta qoyan məməlilərdə olur. 
Beləliklə, 
yumurta 
hüceyrəsi 
yerinə 
yetirdiyi 
funksiyalarla 
əlaqədar 
olaraq 
bir 
sıra 
morfoloji 
xüsusiyyətlərə:  ehtiyat  qida  maddəsinin  olması,  xüsusi 
qişaların olması, qütbülük və genetik bircinsliliyə malikdir. 
  
Cinsiyyət hüceyrələrinin inkişafı 
İlkin  cinsiyyət  hüceyrələri  hametoblastlar  adlanır.  Bu 
hüceyrələr  rüşeymin  döl  qişasında  qan  damarları  yanında 
yerləşir.  Bu  hüceyrələr  mitoz  yolla  intensiv  çoxalaraq  qanla 
cinsiyyət  vəzilərinin  mayalarına  daxil  olur,  burda  onları 
follikulyar  hüceyrələr  əhatə  edir  və  qidalandırır.  Sonra 
heyvanın 
cinsiyyətinin 
inkişafı 
ilə 
əlaqədar  olaraq 
spermatozoidlərə  və  yumurta  hüceyrəsinə  xas  xüsusiyyətlər 
qazanır. 
Spermatogenez: - spermatozoidlərin çoxalmasna deyilir. 
Bu  proses  4  mərhələdə:  çoxalma,  böyümə,  yetişmə  və 
formalaşma 
gedir. 
İlkin  dövrdə  həmin  hüceyrələr 
spermatogonilər  adlanır.  Bu  hüceyrələr  diploid  sayda 
xromosoma  malikdir  və  xromatinlə  zəngindir.  Həmin 
hüceyrələr  intensiv  bölünür,  bu  hüceyrələrin  bəziləri 
bölünməni  dayandırır,  ölcüləri  artır,  böyümə  fazasına  keçir, 
digər  hissəsi  bölünməni  davam  etdirir  və  maya  hüceyrələr 
adlanır. 
Çoxalma 
mərhələsində 
bir 
spermatogoni 
hüceyrəsindən  2  dəfə  bölünməklə  4  ədəd  hüceyrə  əmələ 
gəlir.  
Böyümə  mərhələsində  hüceyrələr  ilkin  spermatositlər 
adlanır  və  diploid  sayda  xromozoma  malik  olur.  Hüceyrə 
böyüyür,  nüvədə  irsiyyət  materialının  yenidən  paylanması 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə