[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə12/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

33 
 
sentriollar aralanır, axromatin iy əmələ gəlir, nüvə membranı 
itir,  ata  və  ana  xromozomlar  mayalanmış  yumurta 
hüceyrəsinin  ilkin  mitotik  bölünməsinin  ana  ulduzunu 
yaradır. 
 
Ziqotanın bölünməsi 
Bundan 
sonra 
ziqotanın 
bölünməsi 
baş 
verir. 
Polispermiya  zamanı  yumurta  hüceyrəsinə  bir  necə 
spermatozoid  daxil  olsa  da,  onun  nüvəsi  ilə  yalnız  biri 
birləşir. Mayalanmamış yumurta hüceyrəsi və mayalanmada 
iştirak etməyən spermatazoidlər yumurtalıq  yollarında və  ya 
balalıqda leykositlər tərəfindən udulur. Beləliklə, mayalanma 
zamanı  aşağıdakı  proseslər  həyata  keçir.  Birinci  yumurta 
hüceyrəsinin mayalandıqdan sonra fəallaşması və bölünməyə 
başlanması, 
ikinci 
ata 
və 
ana 
xromasomların 
rekombinasiyası,  bunların  nəticəsində  yeni  yaranan  canlı 
dəyişilmiş mühitə uyğunlaşır və yaşayır. 
Bir  hüceyrəli  ziqotanın  sonrakı  inkişafı  mitoz  bölünmə 
ilə  gedir.  Nəticədə  çoxhüceyrəli  orqanizm  əmələ  gəlir. 
Bölünmə  ziqotanın  ardıcıl  bölünməsilə  gedən  embrional 
inkişafın  ilkin  mərhələsi  olub,  çoxhüceyrəli  rüşeymin,  yəni 
blastulanın  əmələ  gəlməsilə  başa  çatır.  Ziqotanın  bölünməsi 
somatik 
hüceyrələrin 
bölünməsindən 
aşağıdakı 
xüsusiyyətlərinə görə fərqlənir: 
bölünmə  nəticəsində  əmələ  gələn  hüceyrələr  bir-birindən 
aralanmır; bölünmə sürətlə gedir; bölünmələr arasında fasilə 
olmur.  Bölünmə  nəticəsində  əmələ  gələn  hüceyrələr  ana 
hüceyrədən  xeyli  kiçik  olub,  bölünmə  davam  etdikdə  daha 
da  xırdalanır.  Nəticədə  ilkin  çoxhüceyrəli  orqanizm  öz 
ölçülərinə  görə  ziqotanın  ölcülərini  keçmir.  Bölünmə 
nəticəsində əmələ gələn hüceyrələr blastomerlər adlanır. 
Müxtəlif  zooloji  inkişaf  pillələrində  olan  heyvanlar 
ziqotanın  bölünməsinə  görə  fərqlənir.  Bu  fərq  yumurta 
hüceyrələrdə olan yumurta sarısının miqdarından və yayılma 
formasından irəli gəlir.  


34 
 
Mayalanmış  yumurta  hüceyrəsində  yumurta  sarısı  onun 
bir qütbünə  yıgılır,  digər  qütbə  isə  nüvə  azca  fəal  ooplazma 
toplanır.  Birinci  qütb  vegetativ,  ikinci  qütb  animal  qütb 
adlanır.  Animal  üst,  vegetativ  qütb  isə  aşağı  olur.  Bölünmə 
xüsusi  şırımlarla  gedir.  Belə  şırımlar  meridianal,  ekvatorial 
və  tangensial  olur.  Neştərcənin  inkişafı  zamanı  mayalanmış 
yumurtada  yumurta  sasırsı  yumurtanın  aşağı  tərəfinə 
çökərək, vegetativ qütbü əmələ gətirir. Kortikal qat yumurta 
sarısından  azad  olaraq,  sarımtıl  ovraq  adlanır.  Əks  tərəfdə 
yumurta  sarısını  bozumtul  dorzal  ovraq  əhatə  edir.  Birinci 
meridianal  şırım  hər  2  qütbdən  keçərək,  ziqotanı  iki 
blastomerə  bölür.  Bu  şırım  sarımtıl  və  bozumtul  ovraqların 
tən  ortasından  keçir.  İkinci  şırım  merodianal  istiqamətdə 
keçərək  birinci  şırımın  müstəvisinə  perependikulyar  olur  və 
4  blastomer  əmələ  gətirir.  3-cü  şırım  ekvatorial  istiqamətdə 
keçərək  8  blastomer  əmələ  gətirir.  Bunların  4-ü  yumurta 
sarısına  yaxın  olub  iridir,  vegetativ  qütbü  əmələ  gətirir. 
Qalan 4-ü kiçik olub, animal qütbü əmələ gətirir. 
Sonra  2  meridianal  şırım  keçir  və  16  blastomer  əmələ 
gəlir.  Sonra  2  ekvatorial  şırım  keçir,  32  blastomer  əmələ 
gəlir. Blastomerlər artdıqca tədricən bir-birini kənara itələyir, 
yan  səthlərilə  təmasda  olur,  mərkəzdə  əvvəl  kiçik  boşluq  – 
blastosel  əmələ  gəlir.  Tədricən  boşluq  böyüyür.  7-ci 
bölünmədən  sonra  128  blastomer  əməl  gəlir.  Bəzi 
ədəbiyyatlarda  buna  morula  mərhələsi  də  deyilir.  Əmələ 
gələn  blastomerlər  bir  qat  şəklində  kənara  toplanır.  Əmələ 
gələn  təbəqə  blostoderma  adlanır,  rüşeym  blastula  adlanır. 
Şəkil 7. 
Buna müvafiq olaraq holoblastik və meroblastik bölünmə 
olur. Holoblastik (Yunanca holos bütöv, tam, blastos - maya) 
bölünmə  zamanı  ziqotanı  təşkil  edən  bütün  canlı  kütlə, 
meroblastik bölünmədə isə (meros - hissə) bu kütlənin yalnız 
yumurta  sarısı  olmayan  hissəsi  iştirak  edir.  Tam  bölünmə 
tam bərabər və qeyri bərabər olur.   Tam  bərabər  bölünmə 
oliqolesital,  izolesital  yumurta  hüceyrələrdə  (neştərcə  və 


35 
 
askariddə) olur. Tam bərabər bölünmə zamanı həndəsi silsilə 
üzrə blastomerlər artır. Buna holoblastik sinxron bölünmə də 
deyilir.  Sonra  bölünmə  sinxronluğu  itirir.  Vegetativ  qütbdə 
hüceyrələrin  bölünmə  sürəti  zəifləyir.  Blastomerlərin  sayı 
100-ə çatdıqca bir qatda yerləşərək blastoderma əməl gətirir. 
Əmələ  gələn  bir  qatlı  rüşeym  blastula,  divarları  isə 
blastoderma adlanır. Blastula içi maye ilə dolu şarı xatırladır. 
Şarın  divarlarını  blastomerlər  təşkil  edir.  Blastodermada 
dam,  dib  və  kənar  zona  yerləşir.  Mərkəzi  boşluq  blastosel 
adlanır (şəkil 7).  
Tam  qeyri-bərabər  bölünmə.  Belə  bölünmə  mezo  və 
telolesimal  yumurta  hüceyrələrdə  olur.Buna  amfibilərin 
ziqotası  aiddir.  İlkin  bölünmə  biri-  digərinin  arxasınca  iki 
şırımla başlanır. Şırımlar bir-biri ilə düz bucaq əmələ gətirir. 
Bu  şırımlar  tezliklə  animal  qütbü  dörd  blastomerə  bölür. 
Vegetativ  qütbdə  bölünmə  yavaşıyır  və  əmələ  gələn 
blastomerlər iri olur. Üçüncü şırım animal qütbə yaxın olub, 
boylama  yerləşir.  Boylama  şırımlar  meridianal  şırımlarla 
əvəz  olunur.  Bölünmə  ziqota  səthinə  paralel  müstəvi  üzrə 
gedir.  Nəticədə  bölünmə  asinxron  və  tangensial  gedir  və 
çoxqatlı  blastula  əmələ  gəlir.  Blastulanın  damı  xırda 
blastomerlərdən mikromerlərdən dibi isə iri makromerlərdən 
təşkil  olunur.  Sarı  maddə  makromerlərdə  toplanır.  Blastosel 
həcmən  kiçik  olur  və  animal  qütbə  tərəf  sıxılır.  Bu  yolla 
əmələ gələn blastula seloblastula adlanır. 
Hissəvi,  yəni  meroblastik  bölünmə  balıq,  reptilii  və 
quşların  yumurta  hüceyrələrində  olur.  Bölünmə  animal 
qütbdən  iki  meridianal  şırımla  başlanır,  yumurta  sarısının 
toplandığı vegetativ qütbə şırımlar çatmır. Sonra boylama və 
tangensial  şırımlar  başlanır,  blastomerlər  yumurta  sarısı 
üstündə  bir  qat  yaradır.  Bu  qat  rüşeym  diski  adlanır, 
bölünmə isə diskodial bölünmə adlanır. Hissəvi bölünmənin 
bir  növü  də  səthi  bölünmədir.  Diskodial  bölünmə  kəskin 
telolesital, 
səthi 
bölünmə 
isə 
sentrolesital 
yumurta 
hüceyrələrində  olur.  Səthi  bölünmə  zamanı  nüvə  bölünür, 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə