[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə20/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

58 
 
Eorinofillər  antihistamin  hasil  edərək,  iltihabı  prosesləri 
məhdudlaşdırır.  Fasillöz  və  exinokokkoz  zamanı  qaramalın 
qanında eozinofillərin miqdarı 20%-ə kimi artır. Eozinofillər 
parazit  əleyhinə  immunitetin  yaranmasında  iştirak  edən  ef-
fektor hüceyrələrdir.  
Bazofillərin  miqdarı  0,5-2%  -dir.  Ev  quşlarının  qanında 
isə  3-4%  olur.  Diametri  10-12  mkm-dir.  Nüvə  bəzən 
seqmentli,  əksərən  əyri,  çöpvari  olur.  Allergik  tipli 
immunoloji  reaksiyalarda  iştirak  edir.  Bunların  dənələrində 
heparin və histamin olur(şəkil 14). 
Bakterial  zəhərlənmələrdə,  yad  zülalların,  rentgen 
şüalarının  və  s.  təsirindən  bazofillərin  miqdarı  artır. 
Adrenalinin,  tiroksinin  təsirindən  və  avitaminozlar  zamanı 
isə bazofillərin miqdarı azalır.  
Bazolifillərin  səthində  E  immunoglobylinlərlə  birləşən 
xüsusi reseptorlar olur. Antigenlərin birləşməsi antigen anti-
tel  kompleksinin  yaranması  bazofillərin  degranulyasiyasını 
əmələ  gətirir.  Nəticədə  onlardan  histamin  və  heparin  kimi 
farmakoloji  fəal  maddələr  ayrılır.  Bu  maddələrin  sürətlə 
ayrılması  orqanizmin  həssaslığının  yüksəlməsinin  əsasında 
da  olur.  Bazofillər  gecikən  tipli  hiperhəssaslığın  müxtəlif 
formalarında  əmələ  gələn  hüceyrə  infiltratinin  çox  hissəsini 
təşkil  edir.  Beləliklə,  bazofillər  allerkik  tipli  immunoloji 
reaksiyalarda iştirak edir.  
 
Agranylositlər 
Dənəsiz  leykositlər  sitoplazmada  dənələrin  olmaması  və 
nüvənin seqmentləşməməsi ilə digər leykositlərdən fərqlənir. 
Dənəsiz 
leykositlər 
morfoloji, 
fizioloji, 
bioloji 
xüsusiyyətlərinə  görə  fərqlənən  limfositlərə  və  monositlərə 
bölünür. 
Monositlər.  Heyvanların  1  ml  qanında  1-8%  olur. 
Diametri  18-20  mkm  çatır.  Monositlərin  sitoplazması 
limfositlərin  sitoplazmasına  nisbətən  çoxdur,  bazofilliyi  isə 
zəifdir.  Monositlərin  nüvəsi  çox  vaxt  paxlaya  bənzəyir, 


59 
 
bəzən  nalşəklində,  paycıqlı  və  girintili-çıxıntılı  olur. 
Monositlər  amöbvari  hərəkət  qabiliyyətinə  malikdir  və 
faqositoz  prosesini  yerinə  yetirir,  makrofaqlar  adlanır. 
Monositlər xroniki iltihabı proseslərdə fibroblastik prosesləri 
tənzim edir və çox nüvəli hüceyrələr əmələ gətirir.  
Limfositlər  leykositlərin  20-30  %  -ni  təşkil  edir. 
Limfositlərin əksəri periferik qanda bir neçə  gün yaşayır, az 
qismi  3-6  aya  qədər  yaşayır.  Limfositlər  kiçik  (4,5-7 
mikron), orta (7-10 mk) və böyük limfositlərə (10 mikrondan 
artıq)  ayrılır.  Periferik  qanda  ançaq  kiçik  və  orta  limfositlər 
olur.  Böyük  limfositlər  isə  qan  yaradan  orqanlarda  və  döş 
limfa axacağında olur (şəkil 14). 
Yoluxucu 
xəstəliklər 
və 
zəhərlənmələr 
zamanı 
limfositlərin miqdarı artır. 
Kiçik  limfositlərin  bir  qismi  az  differensasiyaya 
olunaraq, 
makrofaglara, 
fibroblastlara, 
plazmatik 
hüceyrələrə,  saya  əzələ  hüceyrələrinə  çevrilir.  Buna  görə  də 
onlar  birləşdirici  toxumanın  və  qanın  sütun  hüceyrələri 
adlanır. 
Limfositlər  mühafizə  vəzifəsi  icra  edir,  magrofaglara 
çevrilərək,  faqositoz  işi  görür,  plazmatik  hüceyrələrə 
çevrilməklə  əks  çisimciklər  yaradır.  Limfositlər  trofik 
fəaliyyətdə iştirak edir, dezoksiribonukleoproteidləri daşıyır. 
Limfositlər  T  və  V  limfositlərə  ayrılır.  T  -  limfositlər 
qırmızı  sümük  iliyi  hüceyrələrində  və  timus  paycıqlarının 
qabıq hissəsində inkişaf edir. 
V  -  limfositlər  sümük  iliyinin  mieolid  toxumasından 
inkişaf edir. T limfositlər kiçik olub, uzun müddət yaşayır. V 
limfositlər  isə  qısa  müddət  yaşayır.  T  limfositlər  müəyyən 
antigenlərin  təsirilə  fəallaşır,  çoxalır,  differensasiya  olunur, 
hüceyrə  və  humoral  immunitetin  effektor  hüceyrələrinə 
çevrilir. T limfositlər T - killər (sitototosiki) limfositlərə, T - 
(xelperlərə)  köməkçi  və  T  supressorlara  (təyziq  edici) 
limfositlərə ayrılır. V limfositlər immunoqlobinlərin sintezini 
gücləndirən plazmoblastlar və yetişmiş plazmositlərdir. 


60 
 
Qan lövhəcikləri  
Qan 
lövhəcikləri 
qırmızı 
sümük 
iliyinin 
megakariositlərindən  ayrılan  sitoplazmatik  fraqmenlərdir,  1 
ml  qanda  250000-350000  olur.  Quşların  trombositləri 
nüvəlidir.  İnsan  və  digər məməlilərdə,  trombositlərin nüvəsi 
olmur. Trombositlər girdə, oval və ya iy şəkilli olub, ölcüləri 
2-3 mikrona bərabərdir. Qan lövhəcikləri damar daxilində 9-
10  sutka  yaşayır.  Sonra  dalağın  makrofagları  tərəfindən 
fagositoza uğradılır.  
Qan lövhəciklərinin cavan, yetişmiş qoca, degenerativ və 
nəhəng  formaları  mövcuddur.  Qan  lövhəcikləri  güclü 
aglütinasiya  edici  qabiliyyətə  malikdir.  Qanın  laxtalanması 
üçün, ilkin sərt qan damarının intima qatının zədələnməsidir. 
Zədə  yerinə  toxunan  trombositlər  dağılır,  onlardan 
trombokinaza fermenti xaric olur. Bu fermentin təsirilə qanın 
plazmasında  qeyri-fəal  olan  protromobin  fəallaşıb  trombinə 
çevrilir.  Fəal  trombin  Ca  ionlarının  təsirilə  plazmada  olan 
fibrinogen  zülalı  fibrin  telləri  formasında  damarın  zədə 
yerinə  çökdürür.  Fibrin  telləri  bir-birilə  kəsişib  tor  əmələ 
gətirir.  Torun  gözcüklərinə  qanın  formalı  elemenləri 
çökərək, qan laxtasını əmələ gətirir. 
 
Limfa 
 Limfa mezenxim toxumaların bir növü olub, plazmadan 
və  dənəsiz  leykositlərdən  təşkil  olunmuşdur.  Limfada  az 
miqdarda 
dənəli 
leykositlər 
və 
eritrositlər 
olur. 
Limfoplazmada  fibronogen  olur.  Limfa  düyününə  çatana 
kimi  limfa  kapilyarlarında  və  damarlarında  olan  limfa 
periferik, ara (limfa düyündən çıxan damarlardakı limfa) döş 
və  sağ  limfa  axarlarındakı  hüceyrə  elementləri  ilə  zəngin 
limfa isə mərkəzi limfa adlanır.  
 
Qanyaranma 
Embrional  qanyaranma  orqanizmin  embrional  inkişafı 
dövründə qanyaranmanın məskunlaşması ardıcıl növbələşmə 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə