[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə22/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

64 
 
gövdə  hüceyrələri  adlanır,  bunların  özlərini  saxlamaq 
xüsusiyyətləri məhduddur və agar mühitində koloniya əmələ 
gətirdikləri  üçün  koloniya  əmələ  gətirən  vahid  adlanır 
(KOL). Eritrositar, monositar, megakariositar və qranulisitar 
hemopoez cərgələrinin mücdə hüceyrələrinin mövcud olması 
təsdiq  edilmişdir.  III sinif –  unipotent  mücdə hüceyrələrinin 
yaranması  spesifik,  bioloji  fəal  maddələrin  poetinlərin  təsiri 
ilə olur.  
Hal-hazırda  III  sinif poetinə  həssas hüceyrələrdən  dənəli 
və monositopoez mücdə hüceyrələr (K və Q), qranulosito və 
eritrositopoez  (KƏE  – ÇE) meqakariosito və  eritrositopoezə 
(KOE  -  MÇSE)  differensasiyaya  olunan  hüceyrələr  yaranır. 
Bu  hüceyrələrdən  yalnız  bir  istiqamətdə  differensasiya 
olunan  mücdə  hüceyrələri  əmələ  gəlir.  Nəticədə  eritrositlər, 
qranulositlər, 
monositlər, 
eozinofillər, 
bazofillər 
və 
meqakariositlərin  mücdə  hüceyrələri  yaranır.  Qeyd  olunan 
gövdə  yarımgövdə  və  unipotent  hüceyrələr  limfositlərə 
bənzəyir.  Qan  hüceyrələrinin  dördüncü  sinfi  “blast” 
tipindədir  (eritroblastlar,  mieloblastlar,  limfoblastlar  və 
sairə).  Bu  hüceyrələr  iridir  (20  mkm  və  çox),  nüvədə 
nukleolalar,  zərif  torvari  xromatin  olur  və  sitoplazma  zəif 
bazofil olur. 
Beşinci  və  altıncı  siniflər  yetişmiş  hüceyrələrə  məxsus 
morfoloji quruluşa malikdir.  
Eritrositopoez.  Eritrositlərin  inkişafı  aşağıdakı  sxem 
üzrə qırmızı sümük iliyində gedir. Gövdə hüceyrələr – yarım 
gövdə  hüceyrələrə-  unipotent  hüceyrələrə  –  eritroblastlara  – 
pronormositlərə  –  bazofil  normasitlərə  –  polixromatofil 
normasitlərə  –  normasitlərə  –  retikulositlərə  –  eritrositlərə 
çevrilir.  Eritroblast  mərhələsinə  kimi  hüceyrədə  xarakter 
morfoloji  əlamətlər olmur, limfositlərə  oxşayır. Adi  şəraitdə 
eritrositopoezin  müjdəsi  olan  eritropoetinə  həssas  unipotent 
hüceyrə  koloniya  yaradan  burstlardan  əmələ  gəlir.  Burstlar 
bir  neçə  min  eritroid  hüceyrədən  ibarət  olub,  burst  yaradan 
vahid  adlanır.  Orqanizmin  eritrositlərə  tələbatı,  artanda 


65 
 
eritrositopoez həmin mərhələləri keçmədən bir başa gedir. 
Eritrositlərin  son  mərhələsi  eritroblastlardan  başlayaraq, 
hüceyrə  üçün  xas  morfoloji  quruluşun  qazanılması  ilə 
müşayiət  olunur.  Bu  zaman  hüceyrənin  ölçüləri  azalır, 
hüceyrə  bərkiyir,  nüvə  itir  və  sitoplazmanın  rəngi  dəyişilir. 
Eritroblastların  ölçüləri  15-25  mkm,  nüvədə  1-3  nüvəcik 
olur.  Eritroblastlardan  əmələ  gələn  pronormositlərin  ölçüsü 
12-18 mkm olub, intensiv bölünür.  
Pronormositlərin  intensiv  bölünməsi  nəticəsində  10-12 
mkm  ölçüdə  bazofil  normasitlər  əmələ  gəlir.  Bazofil 
normasitlər  bölündükdə  daha  xırda,  həm  əsası,  həm  də  turş 
boyalarla boyanan polixromatofil normasitlər yaranır. Bunlar 
axırıncı  dəfə  bölünərək,  oksifil  normasitlərə  çevrilir. 
Bunların  nüvəsi  tədricən  kiçilir,  pinkoza  uğratır,  ayrılır. 
Normasitlərdən  ayrılmış  nüvə  sümük  iliyinin  maqrofaqları 
tərəfindən  faqositoz  olunur.  Əmələ  gəlmiş  cavan  eritrositlər 
– retikulusitlər qan damarına daxil olur  – Eritrositar cərgəli 
hüceyrələrin xarakter morfoloji xüsusiyyətlər qazanması 5-6 
mitoz bölünmə ilə başa çatır.  
Normal  qanyaranma  zamanı  da  eritroblastların  10% 
inkişafını  başa  çatdırmır,  qalanı  makrofaqlar  tərəfindən 
parçalanır.  
Eritropoezi  tənzim  edən  ən  güclü  amil  toxuma  və 
orqanlara  çatan  oksigendir.  Natamam  oksigen  təchizatı 
zamanı  eritropoetin  hasili  artır.  Eritropoetin  gelikoproteid 
mənşəli  hormon  olub,  böyrəklərdə  sintez  olunur  və  sümük 
iliyində  eritrositlərin  gövdə  hüceyrələrinin  proliferasiyasını 
sürətləndirir.  
Qranulositopoez 
Qırmızı  sümük  iliyinin  gövdə  hüceyrələrindən  dənəli 
leykositlərin  inkişafı  zamanı  əvvəl  yarım  gövdə  hüceyrələr, 
bunlardan  unipotent  mücdə  hüceyrələr  yaranır.  Axırıncı 
hüceyrələr  mieloblast,  promielosit  mielosit,  metamielosit  və 
çubuq  nüvəli  qranulosit  mərhələləri  keçir.  Bundan  sonra 
yetişmiş seqment nüvəli qranulositlərin üç növü, neyrofillər, 


66 
 
eozinofillər və bazofillər əmələ gəlir.  
Mieloblast 
–  İlk  morfoloji  cəhətdən  fərqlənən 
qranulositar  cərgəyə  aid  hüceyrədir.  Mieloblast  20-25  mkn 
böyüklüyündə 
promilositlərə 
bölünür. 
Promitoisitlər 
bölünəndə  kiçik  ölçülü  mielositlərə  bölünür.  Mielositlər 
mitotik  bölünməyə  qadirdir,  yetkinləşir  metamielositlərə, 
çubuq  nüvəli  və  seqment  nüvəli  hüceyrələrə  çevrilir.  Bu 
hüceyrələrin  ölçüləri  azalır  oval  nüvəli  mielositlər,  paxla 
nüvəli,  çubuq  nüvəli  sonra  isə  seqment  nüvəli  hüceyrələrə 
çevrilir.  Seqment  nüvəli  qranulositlər  qırmızı  sümük 
iliyindən  qana  daxil  olur.  8-10  saat  qanda  qaldıqdan  sonra 
toxumalara  keçir,  spesifik  funkisiyanı  yerinə  yetirdikdən 
sonra  ölür.  Eozinofillərin  toxuma  həyat  fazası  10  sutka 
davam edir. Bazofillər isə daha tez məhv olur.  
Monositlərin inkişafı. Monositar cərgəyə aid hüceyrələr 
sümük  iliyində  gövdə  hüceyrələrdən  əmələ  gəlir.  Gövdə 
hüceyrələrdən  yarım  gövdə  hüceyrələr  əmələ  gəlir,  bu 
hüceyrələr 
unipotent 
müjdə 
hüceyrələrə 
sonra 
isə 
monoblastlara 
çevrilir. 
Monoblastlar 
promonositlərə 
bunlarda  monositlərə  çevrilir.  Monositlər  əvvəl  qana  keçir 
toxumalara daxil olur və makrofaqlara çevrilir.  
Limfositlərin 
inkişafı. 
Limfositlər 
qan 
yaradan 
orqanların gövdə hüceyrələrindən yaranır. Bunlardan T və V 
limfositlərinin  yaranması  müxtəlif  orqanların  iştirakı  ilə 
gedir. Qırmızı sümük iliyində T və V limfositlərin başlanğıc 
limfoid  hüceyrələri  əmələ  gəlir.  Mərkəzi  limfoid  orqanlarda 
limfositopoez  sümük  iliyindəki  müjdə  hüceyrələrindən 
asılıdır.  Periferik  qan  yaradan  orqanlarda  limfositopoez 
antigendən asılı prosesdir.  
Qan  lövhəciklərinin  inkişafı.  Qan  lövhəcikləri  qırmızı 
sümük  iliyində  əmələ  gəlir  və  bu  proses  meqakariositlərin 
inkişafı  ilə  əlaqədardır.  Meqakariositopoez  aşağıdakı 
mərhələlərdə gedir: 
Gövdə  hüceyrələr  –  yarım  gövdə  hüceyrələr  –  unipotent 
müjdə  hüceyrələr  –  meqakarioblast  –  promeqakariosit  – 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə