[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə18/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

52 
 
yaradır; hüceyrə ara maddə güclü inkşaf etmişdir və hüceyrə 
elementləri  çoxdur;  hüceyrə  ara  maddə  sərt,  maye  və  ya 
xamırvari olur. Birləşdiriçi toxumanın hər bir növündə maya 
və  tam  yetkinləşmiş  hüceyrələr  olur.  Maya  hüceyrələri 
xüsusi  rol  oynayır.  Bunlar  az  differensasiya  etmələrinə 
baxmayaraq,  zəif  metabolik  və  mitoz  fəallığa  malikdir. 
Quruluş  cəhətdən  bu  hüceyrələr  kiçik  və  orta  limfositlərə 
bənzəyir.  Gələcəkdə  bu  hüceyrələr  yüksək  differensasiya 
etmiş  müxtəlif  formalı  hüceyrələr  üçün  ehtiyat  kambial 
hüceyrələr rolunu oynayır; Yüksək adaptasiya və regenrasiya 
fəallığına  malikdir.  Birləşdirici  toxumanın  bütün  növləri 
rüşeymin  inkişafının  erkən  dövründə  meydana  çıxan 
mezenximadan  əmələ  gəlir;  Bu  toxumalar  trofik,  mühafizə, 
mexaniki və istinad funksiyaları yerinə yetirir. 
 
Mezenxima 
Mezenxima  embrional  çıxıntılı  hüceyrələrin  bir-birilə 
torvari  birləşməsi  olub,  torun  gözcüklərində  xamırvari 
hüceyrə ara maddəsi olur.  
Embriogenez  dövründə  bütün  toxumalardan  əvvəl 
mezenxima  rüşeym  xarici  orqanların  tərkibində  olur.  İlkin 
qan  adaçıqlarının  yumurta  sarısı  kisəsi  divarında  əmələ 
gəlməsi  bunu  təsdiq  edir.  Rüşeym  bədənində  mezenxima 
mezodermin 
dermatom, 
sklerotom 
və 
splanxnotom 
hissəsindəki  hüceyrələrdən  əmələ  gəlir.  Baş  nahiyəsində 
mezenxima 
ektodermanın 
qanqlioz 
lövhəsindən 

neyromezenximadan  köçən  hüceyrələrdən  əmələ  gəlir. 
Mezenxima hüceyrələri sürətlə mitoz yolla çoxalır (şəkil 12). 
Mezenximositlər  iy  və  ya  ulduz  formasında  olur. 
Bunların  sərbəst  hərəkətli  formaları  da  olur.  Bunlarda 
endoplazmatik 
tor 
yaxşı 
nəzərə 
çarpır 
və 
çoxlu 
mitoxondrilərə  malikdir.  Mezenximdən  qan  və  limfa,  əsil 
birləşdirici  toxuma,  qığırdaq,  sümük  və  saya  əzələ 
moxumaları differensasiya edir. 
 


53 
 
Qan və limfa 
 Damar daxili qan mütəhərrik qan sistemi olub, hüceyrə 
ara maddə-plazma və formalı elementlərdən təşkil 
olunmuşdur. 
Histogenetik, quruluş və funksional cəhətdən damar qanı 
ümumi  qan  sisteminin  bir  hissəsi  olub,  qan  yaradan,  qanı 
parçalayan  orqanlarla  boş  birləşdirici  toxuma,  başqa  orqan 
və  toxumalarla  sıx  əlaqədardır.  Leykositlərin  çoxu  hərəkət 
edən  qanda  bir  neçə  gün  yaşayır.  Bu  leykositlər  damar 
daxilində fəaliyyət göstərmir. Bu leykositlər damardan çıxıb, 
orqan və toxumalara keçəndə fəallaşan hüceyrələridir.  
Eritrositlər  və  qan  lövhəcikləri  öz  funksiyalarını 
bilavasitə damar daxilində yerinə yetirir. Kapilyarlarda qanın 
plazması  ilə  toxuma  ara  maye  arasında  intensiv  mübadilə 
olur və qan elementlərinin migrasiyası gedir. 
Qan  damarlarda  sirkulyasiya  etdikcə  tənəffüs,  trofik, 
mühafizə,  tənzimedici,  ifrazat  və  sairə  funksiyaları  yerinə 
yetirir. 
Qanın 
quruluşunu 
və 
formalı 
elementlərin 
xüsusiyyətlərini  bilmədən  onun  yerinə  yetirdiyi  funksiyaları 
öyrənmək  olmaz.  Qanın  mütəhərrikliyinə  və  dəyişkənliyinə 
baxmayaraq  onun  bütün  ğöstəriciləri  hər  an  orqanizmin 
funksional  vəziyyətinə  müvafiqdir.  Buna  ğörədə  qanın 
müayinəsi xüsusi əhəmiyyətə malikdir. 
Qanın  plazması.  Plazma  qanın  90-92%-ni  təşkil  edir. 
Qalan  8-10% quru  maddə,  quru maddənin  9%-ni üzvü, 1%-
ni isə mineral maddədər təşkil edir. Qanın üzvü maddələrinə 
zülallar  (albuminlər,  müxlətif  qlobulin  fraksiyaları  və 
fibrinogen)  aiddir.  Qanın  onkotik  təzyiqi  onun  zülalları  ilə 
əlaqədardır.  Onkotik  təzyiq  qanın  plazmasının  tərkib 
hissələrilə  toxuma  mayesi  arasında  gedən  transkapilyar 
mübadiləsində əhəmiyyətli rol oynayır.  
İmmun  zülallardan  Y  qlobulin  fraksiyaları  yəni  immun 
qlobulinləri  çoxluq  təşkil  edir.  Albuminlər  sərbəst  yağ, 
turşularının,  bilurubinin  və  s.  maddələrin  nəql  olunmasında, 


54 
 
fibrinogen isə qanın laxtalanmasında iştirak edir. 
 
Qanın formalı elementləri 
Qanın  formalı  elementlərinə  eritrositlər,  leykositlər  və 
trombositlər aiddir. 
 
Eritrositlər 
Eritrositlər  (erithros  –  qırmızı)  yüksək  ixtisaslaşmış 
hüceyrələr  olub,  qanın  əsas  funksiyası  olan  oksigenin  və 
CO
2
-nin  orqanizmdə  nəql  olunmasını  yerinə  yetirməyə 
uyğunlaşmışdır. 1 ml qanda 5-10 mln eritrosit olur. Miqdarı 
heyvanın 
növündən, 
yaşından, 
cinsindən, 
fizioloji 
vəziyyətindən asılıdır.  
İri buynuzlu heyvanlarda 1 ml qanda 5-7,5 mln, atda 6-9 
mln,  qoyunda  7-12  mln  ,  keçidə  12-18  mln,  donuzda  6-7,5 
mln,  itdə  5,2-8,4  mln,  dovşanda  4.5-7,5  mln,  toyuqda  3-4 
mln,  hinduşkalarda  2,5-3,5  mln-dur.  Eritrosit  5-7  mkm 
diametrində  olub,  iki  tərəfi  basıq  diskə  oxşayır.  Diskvari 
forma  eritrositin  səthini  1,64  dəfə  şarvari  formaya  nisbətən 
artırır (şəkil 13). 
Dəvə,  quş,  reptili,  amfibi  və  balıqlarda  eritrositlər  oval 
formadadır.  Nüvə  kondensasiya  olunmuş,  xromatinlə 
zəngindir  (şəkil  13).  Bunların  eritrositləri  məməlilərin 
eritrositlərinə  nisbətən  iri  olur.  Eritrositlərin  miqdarı  ilə 
böyüklyü  arasında  nisbət  tərs  mütənasibdir.  Bir  növ 
heyvanlarda  eritrositlər  eyni  böyüklükdə  olur.  Müxtəlif 
böyüklükdə  və  formada  eritrositlərin  görünməsi  pataloji  hal 
sayılır.  Eritrositlər  orqanizmdə  100-130  gün  yaşayır,  sonra 
dalaqda,  qırmızı  sümük  iliyində  və  qaraciyərdə  makrofaqlar 
tərəfindən faqositoza uğradılır. 
Eritrositlər 6 nm qalınlığında plazmolemma ilə örtülüdür. 
Plazmolemmanın  tərkibi  44%  lipid,  47%  zülal  və  7% 
karbohidratlardan təşkil olunmuşdur.  
Plazmalemma qazları, Na
+
 ionları, anionları və qlükozanı 
yaxşı  keçirir.  Sitoplazmanın  tərkibində  34%  hemoqlobin 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə