[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə16/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

46 
 
toxumluq  kanalcıqları  və  yumurtalıq  borularının  selikli 
qişasının  daxili  səthini  örtür.  Tənəffüs  yolları  selikli 
qişasının kiprikli epiteli entodermadan, çoxalma orqanlarının 
epitelisi isə mezodermadan əmələ gəlmişdir. Bu növ epitelin 
bütün  hüceyrələrinin  hamısı  bazal  zarda  yerləşir,  qurluşuna, 
formasına  və  funksiyasına  görə  fərqlənir.  Tənəffüs  yolları 
selikli  qişasının  epitelisində,  selik  hasil  edən  qədəhvari  və 
sütünvari maya hüceyrələr də olur. Ancaq kiprikli hüceyrələr 
selikli qişanın səthinə çatır. 
Maya  hüceyrələrin  eni  və  uzunluğu  müxtəlifdir,  nüvə 
ovalvari  olub,  hüceyrə  mərkəzində  yerləşir,  bu  hüceyrələrin 
bəziləri  alçaq  olub,  geniş  bazal  və  dartılmış  apikal  qütbə 
malikdir  və  titrəyici  kiprikləri  olmur.  Slindriki  kiprikli 
epitelin  hüceyrələrinin  nüvələri  bazal  zardan  müxtəlif 
hündürlükdə  olur,  buna  görə  də  yalançı  çoxqatlı  epiteli 
adlanır.  
Kiprikli  epiteli  hüceyrələri 
yüksək  differensasiya 
olunduğu  üçün  mitoz  bölünmür.  Hər  bir  hüceyrənin  apikal 
qütbündə  300  kiprik  olur.  Hər  bir  kiprikdə  bir  çüt  mərkəzi, 
doqquz  cüt  periferik  mikroborucuq  olur.  Kipriyin  əsasında 
kənar  mikroborucuqlar  itir,  mərkəzi  mikriborucuq  isə  bazal 
cisimcik əmələ gətirir və bütün epiteliositlərdə bir səviyyədə 
olur. Kipriklər daima hərəkətdə olur, tənəffüs yollarına hava 
ilə keçmiş toz hissəçiklərini, artıq seliyi xaric edir. Cinsiyyət 
yollarında kipriklər yumurta hüceyrəsini hərəkət etdirir. 
 
Çoxqatlı yastı epiteli 
Çoxqatlı  yastı  epiteli  gözün  buynuz  qişasını,  ağız 
boşluğu,  qida  borusu,  cinsiyyət  yolu,  düz  bağırsağın  kaudal 
hissəsinin selikli qişanın  üstünü  örtür,  ektodermadan  inkişaf 
edir.  Quruluş  və  formasına  görə  fərqlənən  epiteli 
hüceyrələrinin  qatlarından  təşkil  olunmuşdur.  Bu  növ 
epitelin bazal, qalxanvari və yastı hüceyrə qatları olur. Bazal 
qatda  bazal  zarla  yarım  desmersomlarla  birləşən,  intensiv 
çoxalan,  nüvələri  ovalvari  olub  bazal  zara  yaxın  yerləşən 


47 
 
hündür  slindriki  hüceyrələr  olur  və  bu  hüceyrələr  yuxarı 
qatların  tələf  olmuş,  hüceyrələrini  əvəz  edir.  Buna  görə  də 
buna  törədici  qat  deyilir.  Digər  qatların  hüceyrələri  bazal 
zarla təmas etmir (şəkil 10). 
Qalxanvari  qatın  hüceyrələrinin  hündürlüyü  azalır, 
əvvəl  çoxbucaqlı  formada,  sonra  isə  yastı  formada  olur. 
Nüvə əvvəl yumru, sonra isə yastı olur. Bu qatın hüceyrələri 
bir-birilə 
sitoplazma 
körpücüklərilə 
birləşir. 
Bunun 
nəticəsində  hüceyrələrin  arasında  içərisində  həll  olmuş  qida 
maddələri  saxlayan  toxuma  ara  mayenin  hərəkəti  üçün 
yarıqlar  yaranır.  Hüceyrələrin  sitoplazmasında  keratin 
zülalından  əmələ  gəlmiş  tonofilamentlərdən  (nazik  saplar) 
təşkil olunmuş tonofibrillər olur. Tonofibrillər desmosomlara 
bəndlənərək,  istinad  funksiyanı  yerinə  yetirir.  Bu  qatın 
hüceyrələrinin mitotik fəallığı zəifdir. 
Üst qat mitotik fəallığı itirmiş yastı hüceyrələrdən təşkil 
olunmuşdur.  Hüceyrənin  nüvəsi  şəffaflaşır,  orqanellər 
reduksiya  olunur,  hüceyrə  lövhəvari  forma  alır,  ölür  və 
vaxtaşırı qopub tökülür.  
 
Çoxqatlı buynuzlaşan epiteli 
Çoxqatlı  buynuzlaşan  epiteli  dəri  və  dəri  törəmələrinin 
üstünü örtür, ektodermadan əmələ gəlmişdir (şəkil 11). 
Tüküz  dəridə  kambial,  qalxanvari,  dənəli,  şəffaf  və 
buynuz  qatları  yaxşı  inkişaf  etmişdir.  Tüklü  dəridə  kambial 
və buynuz qatlar yaxşı inkişaf etmişdir. 
Kambial  qat  mitotik  bölünmə  qabiliyyətini  saxlamış 
hüceyrəlrdən  ibarətdir.  Bu  qatda  bazal  və  qalxanvari  qatlar 
olur.  Bazal  qatın  hüceyrələri  bazal  zarda  yerləşir  və 
keratinositlər  adlanır.  Bu  qatda  pigment  hüceyrəlri  olan 
melanositlər  və  piqmentsiz  granulusitlər  –  dendrositlər 
(langerhans 
hüceyrələri) 
olur. 
Keratinositlər 
hündür 
slindirvari,  bir  nüvəli,  intensiv  çoxalan,  nüvəsi  DNK, 
sitoplazması  RNK  ilə  zəngin  olan,  lifli  zülalları, 
polisaxaridləri  və  lipidləri  sintez  edən  hüceyrələrdir. 


48 
 
Bunların  sitoplazmasında  tonofibrillər  və  piqment  dənələri 
olur.  Keratinositlər  əsasən  sıx  mühafizəedici  zülal  olan 
keratini sintez edir. 
Melanositlər  çıxıntılı  hüceyrələr  olub,  cismi  bazal  zarda 
yerləşir.  Çıxıntıları  isə  yuxarı  qatlara  çatır.  Melanositlər  hər 
10  keratinositdən  bir  olur.  Bu  hüceyrələr  dəri  piqmenti olan 
melanini  əmələ  gətirir.  Melanin  piqmenti  orqanizmi 
ultrabənöşəyi  şüaların  zərərli  təsirindən  qoruyur.  Bunların 
nüvəsi  iri  olub,  sitoplazmanın  çox  hissəsini  tutur  və 
xromatinlə 
zəngindir. 
Sitoplazma 
keratinositlərin 
sitoplazmasına  nisbətən  açıq rəngdə olur,  çoxlu ribosomlara 
malikdir,  dənəli  endoplazmatik  tor  və  Holci  aparatı  inkişaf 
etmişdir. 
Dendrositlərin  2-5  çıxıntısı  olur.  Sitoplazmada  tennis 
raketinə  oxşar  dənələr  olur.  Bu  hüceyrələr  keratinositlərin 
proliferasiyasına  nəzarət  edir.  Bəzi  müəlliflərə  görə  həmin 
hüceyrəlr dərinin makrofaglarıdır. 
Qalxanvari  qatın  hüceyrələrinin  bazal  zarla  əlaqəsi 
olmur,  formaca  çox  bucaqlıdır.  Səthə  yaxınlaşdıqca 
yastılaşır.  Bu  hüceyrələr  bir-birilə  sitoplazmatik  qılcıqlarla 
birləşir.  Nəticədə  hüceyrə  ara  körpücüklərin  və  yarıqların 
yaranmasına  səbəb  olur.  Bu  yarıqlarda  qida  maddələri  və 
mübadilə məhsulları saxlayan toxuma mayesi olur. Bu qatın 
hüceyrələrində  diametri  7-10  nm  olan  tonofibrillər  yaxşı 
inkişaf  etmişdir.  Bunlar  dəstələr  şəklində  yerləşərək, 
desmosomlarda  qurtarır,  istinad    və  mühafizə  funksiyasını 
yerinə yetirir. 
Dənəli  qat  2-4  cərgə  yastı  hüceyrələrdən  təşkil 
olunmuşdur.  Bu  hüceyrələrin  nüvəsi  bazofil  boyanır, 
sitoplazmada keratohiolin dənələri olur, nüvə ovalvari və  ya 
dartılmış  olur,  keratohialin  maddəsi  toplandığı  üçün 
orqanellərin  miqdarı  azalır.  Dənəli  qatın  hüceyrələri,  şəffaf 
qatın hüceyrələrinə çevrilir. 
 Şəffaf  qat  nüvəsiz,  orqanelsiz  homogen  kütlə olub,  işığı 
yaxşı əks etdirir və turş boyalarla yaxşı boyanır. 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə