[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə13/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   9   10   11   12   13   14   15   16   ...   143

28 
 
Bakın ın 
yaranına 
tarixi 
məsələsinin 
aydınlaşdırılmasında 
Abşeron 
yarımadasının  qədim  zamanlardakı  həyat  şəraiti  və  məskunlaşmasının  əhəmiyyəti 
böyükdür. 
Arxeoloji  tədqiqatlar  və  qa zıntılar  Abşeron  yarımadasının  ya xın lığ ındakı 
ərazilərin  -  Qobustanın  çox  qədim  zamanlardan  -  Daş  Dövründən  qədim  insan 
tərəfindən məskunlaşdığını göstərmişdir. Abşeronda Tunc və Dəmir dövrlə rinə mə xsus 
inkişaf  etmiş  həyat  tərzinə  malik  yaşayış  yerləri  olmuşdur.  Bakın ın  tarixin in 
qədimliyin in  aydınlaşdırılmasında  köhnə  Ba kı  qalasında  -  İçərişəhərdə  və  onun 
hüdudlarından  kənarda  aşkar  edilmiş  arxeolo ji  materialların  mühüm  əhəmiyyəti  var. 
Q.Aslanovun  Bayılda  aşkara  çıxardığ ı  Tunc  dövrünə  aid  qaya  rəsmləri,  İçərişəhər 
ərazisində  tapılmış  tunc  balıq  fiquru,  Bakı  yüksəkliyin in  zirvəsində  Şirvanşahlar 
sarayındakı qayada Qobustandakı  kasavarı oyuqlara bənzər oyuqlar və  içərisinə saxsı 
qablar qoyulmuş qəbirlər olan  islamaqədərki ço xtəbəqəli qəbiristanlıq Bakı ərazisində 
Tunc  və  antik  dövrlərdə  yaşayış  məskəninin  mövcud  olduğunu  göstərir.  Arxeolo ji 
qazıntılar  zamanı  Şirvanşahlar sarayının yuxarı həyətində boğazının forması e.ə.  IV-I 
əsrlərə  aid  edilən  Yaloylutəpə  küpələrinin  boğazına  o xşayan  küpənin,  Sınıqqala 
məscidi  əra zisində  antik  dövrə  -  e .ə.  IV-I  əsrlər  və  era mızın  I  əsrinə  aid  Şa ma xı  və 
Nüydü  saxsı  qablarına  o xşayan  əl  ilə  hazırlan mış  saxsı  qab  qırıqların ın,  bo z  gildən 
hazırlan mış  Tunc  dövrünə  aid   qadın  heykəlciy inin,  dəmir  o x  ucluğunun,  saxsı  qab 
qırıqlarının, formaca antik amforalara bənzəyən antik dövrə aid böyük küpənin, habelə, 
İçərişəhərdə antik dövrün böyük şəhər binaların ın sütun bazarlarına o xşayan iki alt lığ ın 
tapılması  köhnə Bakı qalasını antik dövr şəhəri hesab etməyə və onun yaşını iki  min 
ildən ço x müəyyənləşdirməyə imkan verir. 
Qız  qalasının   şimal  ətəyində  aparılan   qazıntılar  (F.İbrahimova  görə)  zamanı 
Bakı şəhərinin erkən dövrünə aid köhnə binanın yarımxaraba otaqları aşkar ed ilmişdir. 
Bakı  Dərbənd  keçid indən  keçən  köçəri  şimal  tayfaların ın  tez-tez  baş  verən 
basqınları  ilə  əlaqədar  qala  divarları  da  xəndəklə  əhatə  edilən  qədim  yaşayış 
məskənlə rində meydana gələn Azə rbaycan şəhərləri t ipinə mənsub olmuşdur.
79
 
Bakı  qədim  zamanlardan  əhalini  buraya  cəlb   edən  neft  və  duz  kimi  iqtisadi 
bazaya  malik id i.  Əvvəllər  məişət ehtiyaclarına sərf olunan neft sonralar ixrac  malına 
çevrild i. 
Müxtəlif  Şərq  ölkələrinə  aparılan  neft  və  duz  hasilatı  və  zəfəran  becərilməsi 
Bakın ın şəhər kimi böyüməsin in  mühüm stimu lu id i.  Neft  istehsalı neft təsərrüfatı  ilə 
bağlı bir sıra sənətlərin, o cü mlədən nefti  ixrac etmək üçün gildən və suiti dərisindən 
qablar hazırlanmasın ı tələb ed irdi. Bu  zəmində kiçik b ir yaşayış məskəni böyüyüb adı 
orta  əsrlərdə  neftlə  və  odla  əlaqələndirilən  Bakı  şəhərinə  çevrilə  b ilə rdi.  Musa 
Kalan katlının (VII əsr) "Albaniya tarixi" əsərində Kür çayı hövzəsində neft və duz hasil 
edildiy i göstərilir. IX-XI əsrlər ərəb və fars tarixçi və coğrafiyaşünaslarının (Bəlazuri, 
İstəxri,  Əbu  Dü ləf  və  b.)  əsərlərində  Bakın ın  erkən  dövr  tarixinə  aid   məlu matlar 
qalmışdır.  Onlar  Bakının   adını  neft  və  qaz  fontanları,  neftlə  hopdurulmuş  Abşeron 
torpağında bol olan isti mineral çeşmələr və palçıq vulkanları ilə bağlı çəkmişlər. Yazılı 
mənbələ rdən  başqa,  əlimizdə  hə m  a rxeo logiya,  hə m  də   numizmat ikaya  a id  maddi 


29 
 
mədəniyyət  abidələ rinə  mə xsus  mə lu matla r  vardır.  Köhnə  qaladakı  təpədə, 
Şirvanşahlar sarayı ərazisində aparılan arxeolo ji qazıntılar  zamanı  VIII əsrə aid ço xlu 
saxsı qab q ırıqları və həmin dövrə aid  əhalisi sıx o lan orta əsr şəhər məhəlləsindəki tikili 
və evlərin qa lıq ları aşkar edilmişdir.
80
 İlk numiz-matika tapıntısı köhnə qala ə razisində 
aşkar  edilmiş  eramızın  VIII  əsrinə  aid  Abbasi sikkəsid ir.
81
  IX  və  sonrakı  əsrlərə  a id 
sikkə lər də tapılmışdır. Ən mühü m tapıntı Bakı bölg əsində aşkar edilmiş V-VII əsrlərə  
aid üç Sasani sikkələri dəfinəsidir.
82
 
Bu dəfinələrin yeri dəqiq mə lu m o lmasa da, Ba kı bölgəsində hər birində 80-dən 
çox gü müş Sasani sikkəsi olan üç böyük dəfinənin tapılması onun ərazisindəki qızğ ın 
ticarət münasibətlərindən xəbər ve rir. 
Şübhəsiz,  Bakı  artıq   I  əsrdə,  sonralar  ərəb   mənbələrinin  qeyd  etdikləri  kiçik 
liman şəhəri olmuşdur. Onun təşəkkülü isə daha erkən dövrə aiddir. Şəhər, ehtimal ki, 
uzaq keçmişlərdə  meydana gəlmiş kiçik yaşayış yerində inkişaf etmişdir.
83
 Belə liklə, 
ehtima l et mə k ola r ki, Ba kının antik ş əhər kimi yaşı iki min ildən çoxdur. Bakının daha 
erkən yaran ma tarixini dəqiqləşdirmə k üçün, göstərdiyimiz kimi, bu ərazidə arxeolo ji 
tədqiqatlar davam etdirilmə lidir. 
 
*** 
 
Bakı adın ın mənşəyini aydın laşdırmaq üçün bu bölgənin qədim etnik qatlarını və 
qədim  əhalisinin   dilini  aşkara   çıxarmaq  zərurid ir.  Mənbələr  göstərir  ki,  e.ə .  b irinci 
minilliyin sonu və eramızın ilk əsrlə rində, Abşeron yarımadası da daxil olmaqla, Xə zər 
dənizinin  qərb  sahillə rində  ö z  hökmda rlıq ları  o lan  skiflə r  -  massagetlər  (maskutlar) 
yaşamışlar.  Həmin  hökmdarlığ ın  başında  Parfiya  Arşakilərindən  olan  hakimlər 
durmuşlar. Məşqətə, indiki Maştağa kəndinin adı massagetlərlə bağlıdır. 
Massagetlərin  dəfn  adətləri  onların  Mə zdəkiliyə  və  Zərdüştiliyə  mənsub 
olduqların ı  göstərir.  Şirvan  və  Muğan  düzlərinin,  eləcə  də  irandilli  tatların  yaşadığı 
Abşeronun toponimik  və  etnoqrafik  məlu matları  bu  din i  ayinlərin  həmin  bölgələrdə 
geniş yayıldığını göstərir. 
Abşeron toponimikasının tədqiqi göstərmişdir  ki, onun kəndlərinin adı, əsasən, 
bizdən  ço x  uzaq  za manla rda  yarımadada  məskunlaşmış  və  bir  sıra  yaşayış 
məntəqələrinin   adlarında  iz  qoy muş  tayfa  və  xa lqla rın   adları  və  dilləri  ilə  bağlıd ır. 
Hə min  kənd  adlarının  bəzilə ri  bugünədək  qalmaqdadır.  Abşeron  ərazisi  qədim 
zaman larda buranın toponimikasında ö z  izlərini qoymuş  maskutlar,  mardlar,  kürd lər, 
türklər  və  b.  tayfalarla  məskunlaş mışdı.  Mardların  yaşadığı  yeri  bild irən  Mərdəkan, 
türklərin   məskənin i  b ild irən   Türkan,  kürdlərin   yaşayış  yerini  bildirən  Kürdəxanı 
etnonimlə ri  açıq-aydın  istər  mardla rın,  istərsə  də  türklərin  və  kürd lərin  yarımadanın 
özgə tayfalara  mənsub əhalisi olduğunu və həmin tayfaların Abşeron ərazisində etnik 
azlıq  təşkil  etdiyin i  göstərir.  Abşeron  toponimikasında  İran  qatı  o lduqca  güclüdür. 
Ehtimal  ki, irandilli əhali bu bölgəyə artıq e.ə. I minilliy in birinci yarısında gəlmişdir. 
Məlu mdur kı, skif tayfa ları A zərbaycan ərazisindən gəlib keç miş və onlann bir h issəsi, 
şəksiz, göstərilən bölgədə  məskunlaşmışdır.  Bunu arxeolo ji  materiallar da sübut edir. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə