[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə21/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   17   18   19   20   21   22   23   24   ...   143

44 
 
dənizinə çıxmağa ra zılıq aldılar.
49
 Bundan sonra rusların gəmiləri dənizə səpələndi və 
onların  dəstələri  Gilana,  Dey ləmə  və  Təbəristan  vilayətinə  üz  tutdu.  Onlar  Cürcan 
sahilindəki Abaskuna həmlə etdilər və Azə rbaycana yaxınlaşdılar. Məsudinin sözlərinə 
görə,  ruslar  Xəzər  dənizinin  sahilindəki  zəngin  vilayət  və  şəhərləri  viran  və  qarət 
etdilər. Ruslar gilanlıla rla , deyilə mlilə rlə  və İbn Əbu əs-Sac ın sərkə rdələrindən biri ilə  
vuruşa-vuruşa tezliklə Şirvan şahlığındakı  Ba kı adı  ilə  tanınan neftverən sahilə  gəlib 
çatdılar.  "Ruslar  qan  tökür,  qadın lar  və  uşaqlara  istədiklərin i  edir  və  var-dövləti 
çalıb-çap ırdılar.  Onların  göndərdikləri  dəstələr  qarətçilik  edir  və  yandırırd ı". 
Qayıdanbaş ruslar neftverən yerdən cəmisi bir neçə  mil  məsafədə olan adaya çıxdılar. 
Gö rünür, bu, qədim tikililərin, quyuların və s. izləri nəzərə çarpan  Böyük Zirə adası 
olmuşdur. Ehtimal ki, Xəzər dənizində donanması olmayan şirvanşah Əli İbn Heys əm 
qoşununu silahlandırıb barkalarda və balaca ticarət gəmilərində Bakının yaxın lığ ındakı 
adalara göndərdi. Ruslar şirvanşahın qoşununa hücum etdi, Məsudinin sözlərinə görə, 
minlə rlə müsəlman öldürüldü və dənizdə boğuldu.
50
 Dənizdən edilən bu hücum başının 
üstü qəfildən alın mış Bakı və Abşeron əhalisi üçün gözlən ilməz o lmuşdu. Şirvanşahın 
dəniz hücu munu dəf et məyə donanması və silah ı yo x id i.  Ona görə də A zərbaycanın 
cənubunun,  Arranın,  Beyləqanın,  Bə rdə  vilayətin in  və  b.  şəhərlərin,  onlarla  birlikdə 
Deylə min,  Gilanın,  Təbəristanın  əhalisi  evlərini  və  torpaqların ı  qoyub  ölkənin 
içərilərinə  qaçırdılar.  Məsudinin  məlu matına  görə,  ruslar  bu  dənizdə  bir  neçə  ay 
qaldılar.  Rusların Abşeron yaxın lığ ındakı adaları tutması və onların ticarət gəmilərinə 
hücum təhlükəsi ilə əlaqədar gəmiçilik dayandı.
51
 
Abşeronda bol qənimət əldə edən ruslar Xəzər vilayətinə,  Vo lqanın  mənsəbinə 
və Şimali Qafqaza  qayıtdılar. Məsudiyə görə, ruslar Xə zər torpaqlarında müs əlman ların 
hücumuna məru z qaldılar. Onların ço xu (30.000-ə yaxın) q ırıldı və yaln ız az bir hissəsi 
vətənlərinə qayıda bildi.
52
 Məsudinin bu  məlu mat ından belə nəticəyə gəlmə k o lar ki, 
rusların  basqını  dövründə  Xəzər  dənizinin  qərb  sahillərinin  əhalisi  sıx  olmuşdur.  Bu 
sahillər  Ba kı  şəhəri  ilə  birlikdə  Abşeronun da  daxil  olduğu  feodal  Şirvan  dövlətinin 
ərazisi id i.
53 
Həmin  mə lu matdan, hə mçin in, bu dövrdə Şirvanın hakimin in şirvanşah Əli 
ibn əl-Heysəm olduğu aydınlaşır; bunu başqa müəlliflərin mə lu matları da təsdiq edir.
54
 
Məsudinin verdiyi xəbərə  görə keç mişdə düşmənlər hə min ə ra zilərə  heç va xt dənizdən 
hücum  etməmişdilər.  Lakin  Təbərinin  əsərində  də  rusların  hələ  VII  əsrdəki 
hücumundan  danışılır.
55
  Ço x  ehtima l  ki,  Məsudinin  bəhs  etdiyi  hücum  ilk  hücum 
deyildi və ruslar ya xşı bələd  olduqları yolla  gəlmişdilə r. Xə zə r dənizinin  sahillərini və 
Şirvan vilayətini talan  edən xəzərlərin  də gəmiləri yo x idi. Göründüyü kimi, bəhs edilən 
hücum  ərəb  mənbələrində  rusların  Abşerona  ilk  məlu m  hücumu  o lmuşdur.  Sonralar 
Bakı və Abşerona dəfələrlə hücumlar edilmişdir. 
X əsrin orta larında Şirvanın  iqt isadi və siyasi cəhətdən güclən məsi ilə ə laqədar 
Şirvanşahların  öz  torpaqların ı  genişləndirmək  cəhdləri  artdı  ki,  bu  da  qonşuları  ilə 
toqquşmalara səbəb oldu. Şirvanşahlar "kafirlərə" və daha ço x  Dağıstandakı  Sərir və 
Şəndana qarşı  müharibələr aparır və bu dövrdə Dərbəndə və onun qazilərinə hər cür 
yardım göstərir, şəhərin  əhalisinə neftin  və du zun gəlirindən pul paylay ırd ı. Şirvanşah 
Heysəm  ibn  Məhəmməd  Şirvanın  b ir  neçə  kəndin in  məhsulunu  da  bu  məqsəd  üçün 


45 
 
ayırmışdı.
56
 
Lay zan  iqta  şəklində  Əbu  Tahir  Yəzidin  oğluna  -  Təbərsəran  hakimi  olan 
Məhəmməd ibn Yə zidə  verilmişdi. Mənbələrin məlu mat ına görə  IX-X əsrlərdə Şirvan 
və  Dağıstanın  siyasi  münasibətləri  mü rəkkəb  və  gərgin  olmuşdur.  Dağıstanın  bəzi 
bölgələri  Şirvanşahların  ayrı-ayrı  nü mayəndələrin in  hakimiyyət  uğrunda sülalədaxili 
mübarizələrinə  cəlb  edilirdilər.  Şirvanşahların  işğalçılıq  siyasəti  X  əsrin  sonunda da 
davam edirdi.  Şirvanşahın oğlu Məhəmməd  ibn Əh məd  h.371  (981/2)-ci  ildə Qəbələ 
şəhərini onun hakiminin əlindən ald ı. Bir ildən sonra o, Bərdə şəhərini də ələ keçirdi.
57
 
Bərdənin  h.372  (982)-ci  ildə   zəbt edilməsi Şəddadilə rin  nəza rəti alt ında olan  zonaya 
girmə k  de mə k  idi.
58
  Şirvanın   qədim  şəhərlə rindən  olan  Şəbəran  da  Şirvanla   əl-Bab 
(Dərbənd)  a rasında  nifaqa  s əbəb  olub,  ə l-Bab  hakimlə rin in  basqın  və  dağın-tılarına 
mə ruz qalırdı. 
H.378 (988)-ci ildə Dərbəndin hakimi Mey mun qovuldu və şəhər Şirvanşahlara 
verild i. Şəhər əldən-ələ  keçirdi.  Nəhayət, şirvanşah Dərbənd qalasını yenidən tikdirib, 
daha doğrusu, bərpa etdirib möh kəmləndirdi və burada öz adamlarından ibarət qarnizon 
qoydu. Bundan sonra o, paytaxtına qayıtdı və h.381-ci ilin Ra mazan ayında (991-ci ilin 
noyabr  ayında)  orada  öldü.
59
  Ondan sonra  Şirvanın  ha kimi  onun  qardaşı  Yəzid  ibn 
Əh məd oldu. 
 
 
 
 
2. ABġERONUN VƏ BAKININ ĠQTĠSADĠ HƏYATI  
 
a) Neft və duz istehsalı 
 
Mənbələrdə  Abşeron  və  Bakın ın  erkən  feodalizm  dövründəki  iqtisadi  və 
təsərrüfat  həyatına  dair  mə lu matla r  olduqca  kasaddır.  Ba kı  təpəsində,  Şirvanşahlar 
sarayı ərazisində aparılan arxeolo ji işlər nəticəsində hələlik bəzi az əhəmiyyətli material 
əldə edilmişdir. Bu material şəhərin və Abşeronun həmin dövrdəki təsərrüfat və iqtisadi 
həyatının geniş mənzə rəsini təsəvvür etməyə  imkan vermir.  Ona görə də şəhər, onun 
əhalisi və Abşeronun təbii sərvətləri haqqındakı cü zi məlu matlarla kifayətlən mək lazım 
gəlir. 
Orta  əsr  əsərlərində  -  onların  arasında  VII  əsr  alban  salnaməsi

tədqiq  olunan 
dövrə aid mühü m mənbədir - müəlliflər Albaniyadan danışarkən onun təbii sərvətlərini 
qeyd edirlər. "Albaniya tarixi"ndə deyilir ki, onun ərazisində Kür çay ının sahilləri boyu 
bolluca mü xtəlif kənd təsərrüfatı məhsulları istehsal olunur. 
"Uca  Böyük  və  Kiçik  Qafqaz  dağla rın ın  qoynunda  yerləşən  Alban  ölkəsi  öz 
saysız-hesabsız  təbii  sərvətləriylə  həddindən  artıq  gözəl  və  heyranedici  b ir 
mə mlə kətdir. Böyük Kür çayı sakit-sakit bu ölkənin düz ortasından a xır və iri və xırda 
balıq gətirib, suların ı Xəzər dənizinə tökür.  Çayın sahilləri boyu münbit çöllərdə  külli 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə