[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə23/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   19   20   21   22   23   24   25   26   ...   143

48 
 
ki,  ərəblə rin  va xt ında  o  qədər  çox  neft  çıxarılmışdır  ki,  xə lifə lər  Xilafət in  şimal 
sərhədini  köçərilərin  basqınlarından  qoruyan qarnizonu  onun gəliri  hesabına saxlaya 
bilmişlər. 
Bakı  nefti  ölkənin  hüdudlarından  uzaqlarda  da  məlu m  id i.  Daha  sonrakı 
mənbələ rdə (X əsr)  Ba kı nefti və Ba kı şəhərinin özü haqqında ətraflı  mə lu mat verilir. 
Məsələn,  ərəb  coğrafiyaşünası  əl-İstə xri  930-cu  ildə  Bakıda  ağ  və  tünd  boz  neft 
çıxarıldığ ını  yazmışdır.
18
  "Bu  ölkələ rin  sahillə rin i  Təbəristan  dənizi
19
  yuyur.  Bab 
əl-Əbvabın  şəhərləri  həmin  dənizin  ətrafındadır  və  bu  dənizdəki  Bakı  və  Muğan 
şəhərlərində  ağ  və  tünd  boz  neft  mənbələri,  on ların  arasında  isə  dəniz  körfəzi  var; 
burada  "sərmahla r"
20
  tutur  və  bütün  ölkələrə  ixrac  ed irlər...".
21
  Gö ründüyü  kimi,  bu 
dövrdə  Abşeronda  müxtəlif  növ  neft  çıxarılırd ı  ki,  onların  arasında  ağ  neft  daha 
qiymət li sayılırd ı. Abşerondan başqa, köhnə  Bakı qalasının  lap ya xın lığ ında, dənizin 
sahilində də neft  quyuları var id i. Bunu Bay ıl rayonundakı bu xta torpaqla do ldurularkən 
aşkar  olun muş  qədim  quyu  nişanələri  də  təsdiq  edir.  Əl-İstəxri  daha  sonra  Xəzər 
dənizinin sahilində balıqçılığ ın inkişaf etdiyin i xəbər verir. Bir sıra ba lıq  növləri başqa 
ölkələrə  də  aparılırdı.  Xəzər  dənizin in  qərb  sahillərində  balıqçılığ ın  inkişafı  barədə 
antik və erkən orta əsr müəllifləri də məlu mat vermişlər.
22
 Əl-İstəxrin in məlu mat ları ilə  
yanaşı, 942-ci  ildə Bakıda olmuş ərəb səyyahı Əbu Düləf də şəhəri aşağıdakı şəkildə 
təsvir et mişdir. "Mən Böyük Təbəristan dənizinin sahili ilə Şirvan vilayətlərindən olan 
Bakuyə  deyilən  yerə  gəlib  çatanacan  ağacların  a ltı  ilə  səksən  fərsəng  yol  getdim. 
Burada  neft  mənbəyi  gördüm.  Onun  gündəlik  ica rə  haqqı  (qəbələsi)  min  d irhə md ir. 
Yanında gecə-gündüz fasiləsiz olaraq zanbaq kimi ağ neft axan başqa bir mənbə də var. 
Onun da icarə haqqı e lə birincinin ki kimi idi".
23
 
Əbu  Düləfin   bu  məlu matı  ço x  qiy mətlid ir,  belə  ki,  hər  birindən  gündə  1000 
dirhə m olmaqla tə kcə iki quyunun gəliri haqqında təsəvvür yaradır.
24
 
Bu  məbləğ hə min dövrdə böyük  miqdarda neft hasil o lunduğunu və ərəblərin 
vaxtında  neft  istehsalında  icarədarlıq  sistemin in  mövcudluğunu  göstərir.  Gətirilən 
parçada  xatırlanan  icarə  haqqına  gəldikdə  isə,  görünür  burada  söhbət  icarədarlara 
verilən dövlətə mə xsus neft quyularından gedir və hər quyudan götürülən 1000 dirhə m 
məb ləğində gəlir isə dövlətin icarədardan a ldığ ı icarə  pulu idi. Neft quyularının bu cür 
istismar  üsulundan  sonralar,  monqollar  və  digər  istilaçılar  dövründə  də  istifadə 
edilmişdir. 
Neftdən  məhdud  şəkildə  istifadə  o lunması  böyük  gəlir  gətirə   bilmə zdi.  Əbu 
Düləfın gəlirin məbləğ inə dair gətird iyi rəqəm, yu xarıda deyildiy i kimi, o vaxtlar neftin 
hərbi te xn ikada geniş tətbiq edilməsi  ilə  izah  olunur.  Xə zərlərlə və  Bizansla vuruşan 
müsəlman orduları haqqında hekayətlərdə daim neftdən istifadə edən dəstələr, bir növ, 
artille riya hissələri idi. Ne ft hasilatından alınan böyük gəliri məhz onun hərbi te xnikada 
belə geniş tətbiqi ilə izah et mək mü m-kündür.
25
 
Bakıda  ağ  neft  çıxarılması  barədə  əl-Məsudi  də  məlu mat  verir.  O,  həmçin in 
yerdən püskürən od mənbələrini də xat ırlayır.
26
 
"Bu  dənizdə  Ba kı  deyilən  yer  var,  Bab-əl-Əbvabın  qonşuluğundakı  Şirvan 


49 
 
şahlığının neft mənbələri buradadır. Bakıda ağ neft çıxarılır. Burada vulkanlar (atma) , 
yəni,  yerdən  püskürən  od  mənbələri  də  vardır".
27
  Məlum  o lduğu  kimi,  ağ  neft  Ba kı 
yaxınlığındakı Suraxanı kəndində çıxarılırdı. Mətndə adı çəkilən "atma" sözü, ehtimal 
ki, Su raxanı kəndindəki məbədin daxilində çıxan yanar qazlara işarədir.
28
 
Əl-Məsudi başqa bir əsərində də "ağ neft və d igər neft növlərin in o lduğu" Bakı 
haqqında  məlu mat  verir.  O  yazır:  " Buradan  savayı  dünyanın  heç bir  yerində  ağ  neft 
istehsal olunmur, hərçənd, düzünü təkcə allah bilir. O, Şərvanın sahilindədir. Neftverən 
vilayətdə  (əl-nəffətə)  od  püskürən  vulkan  (atma)  var;  o  daim  püskürür  və  uzun  alov 
dilləri ç ıxa rır..."
29
 
Sonra Məsudi həmin sahilin ya xınlığında bir neçə ada olduğunu və onlarda da 
gecə  vaxt ı  uzaq  məsafədən  görünən  alov  dilləri  qalxd ığ ını  xəbər  verir:  "Hə min 
adalardan biri sahildən üç günlük yolda yerləşir. Burada  nəhəng vulkan (at ma ) var. O, 
ilin  müəyyən dövrlərində fışıltı salır və uca dağ boyda nəhəng alov dilləri göyə ucalaraq 
dənizin böyük bir hiss əsini işıqlandırır. Bu mən zərə  qurudan yüzlə rlə  fə rsəng uzaqdan 
görünür".
30
  Burada  yerin  təkindən  fışqıran  yanar  neft  fontanı,  ya xud  pa lçıq  vulkanı 
püskürməsi təsvir edilir. Bu rnəlu matlar göründüyü kimi, səhihdir, belə ki, Xəzər dənizi 
adalarında və Abşeronda yanar neft fontanları və palçıq  vulkan larının püskürməsi bu 
gün də müşahidə edilir. 
982-983-cü illə rdə yazmış naməlu m  fars coğrafiyaşünasının əlyazmasında belə 
bir  mə lu mat var ki, "Ba kı dəniz sahilində və bir dağın yanında yerdir (ş əhərcikd ir) və 
Deylə məndə  işlədilən  neftin  ha mısı  oradan  gətirilir".
31
  Deyləmənə  Xə zə r  dənizin in 
bütün cənub və cənub-şərq sahili vilayətləri daxil ed ilird i. 
Be ləliklə,  mətndən  görünür  ki,  Bakı  nefti  İrana  da  aparılır  və  burada  geniş 
istifadə olunurdu. Göründüyü kimi, X əsrin sonlarına doğru Bakı Ya xın Şərqdə mühüm 
əhəmiyyətə  malik  işıq landırma  və  dərman  vasitəsi,  məişətdə  yanacaq,  müharibədə 
qorxunc   silah   olan  q iy mətli  məhsulu  -  nefti  Şərqə  ixrac   edilən  mühü m  şəhər  kimi 
tanınırdı. 
 
 
 
b) Sənə tkarlıq və ticarət 
 
985-c i  ildə yazmış ərəb coğrafiyaşünası əl-Müqəddəsi deyir ki, Arran ər-Rih ib 
iqliminin (vilayətinin - S.A.) üçdə birini təşkil edib, Xə zər dənizi ilə Ara z çay ı arasında 
yarımadaya bənzəyir, əl-Məlik (Kür - S.A.) çayı isə onu ikiyə bölür. O vaxtlar Arran ın 
paytaxtı ərəb can işininin  iqamətgahı olan Bərdə idi. Müqəddəsi üçüncü əmirliy in böyük 
şəhərləri  sırasında  "Tiflis,  Qala,  Xunan,  Şəmkur,  Cən zə,  Bərd ic,  Şəmaxiyyə,  Şirvan, 
                                                                 
 
Türkcə "atmaq" felindən olan bu söz türk dilinin Bakı və Abşeronda yayıldığını sübut 
edir. 
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə