[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə22/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   18   19   20   21   22   23   24   25   ...   143

46 
 
miqdarda  taxıl  və  ü zü m,  neft  və  duz  (seyrəltmə  mən imdir-S.A),  ipək  və  pamb ıq  və 
çoxlu zeytun ağacları var. Onun dağlarında qızıl, gü müş v ə oxra çıxarılır..."
2
 
Şübhə  etməmək  olar  ki,  alban  müəllifi  Musa  Kalankatlı  həmin  mətndə 
Abşeronda neft və duz istehsalından danışmışdır, belə ki, IX-X əsr ərəb müəlliflərin in 
daha  sonrakı  əsərlərində  və  "Dərbəndnamə"də
3
  VIII  və  sonrakı  əsrlə rdə  Ba kı  və 
Abşeronda neft və duz istehsalından bəhs edilir.
4
 Gö rünür, neft istehsalı daha əvvəllər, 
Sasanilər dövründə də mövcud olmuşdur. Hə m də, neft o qədər çox ç ıxa rılmışdır ki, bu, 
Bakıdan ço x-ço x u zaqlarda da məlu m olmuşdur. 
Ərəblər Şirvanı və A zərbaycanı işğal etdiyi vaxtlar Abşeronun neft quyuları və 
duz mədənləri xeyli gə lir gətirirdi. 
Ərəb  tarixçisi  Bəlazurinin   (Ö.892)  məlu matına  görə,  Xəlifə  Mənsurun 
hakimiyyəti dövründə VIII əsrin ikinci yarısında Arran və Şirvanın hakimi  Yə zid  ibn 
Usayd  öz  vergi  yığanlarını  Şirvana,  "...Şirvanda  neft  və  duz  istehsalçılarının  yanına 
göndərirdi  və  onlardan  vergi  yığdırırdı.  Sonralar  is ə  o,  bunu  xüsusi  vergiyığanlara 
tapşırdı".
5
  Ehtima l  ki, burada  Ba kı neftinə və  duzuna  işarə edilir.  Yə zid in bu tədbiri 
Dərbənd  qarnizonunun  saxlan masına  çəkilən  xə rclə rlə  bağlı  idi.  Xə lifə lər  Xilafət in 
şimal  sərhəddini  qoruyan  Dərbənd  keçidini  köçəri  şimal  tayfalarının  dövlətin 
təhlükəsizliy inə  təhlükə  törədən  ara msız  basqınlarından  müdafiə  et mək  üçün 
Dərbənddə  ərəb  qarnizonunun  saxlanılmas ına  xeyli  vəsait  sərf  edirdilər.  Onlar  bu 
vəsaiti  Ba kının  ne ft  quyuların ın  və  du z  mədənlərinin  gə lirindən  götürürdülər. 
Gö ründüyü  kimi  ərəblər  bu  qaydanı  burada  etibar  etdikləri  mü xtəlif  xalq ların 
nümayəndələrindən  -  şirvanlılar  da  onların  arasında  idi  -  ibarət  böyük  qarnizon 
saxlayan  Sasanilə rdən  ə xz  et mişdilə r.  Yaqutun  verdiyi  xəbərə  görə,  Sasanilər  də 
Dərbənd  istehka mla rın ın  qorun ması  üçün  v əsaiti  Bakıdan  a lırdılar.
6
  Bu   mə lu mat 
Bakın ın  Sasanilər  dövründə  mövcud  olması  fikrini  təsbit  edir.  İçərişəhərdəki 
Şirvanşahlar  sarayı  ərazisində  aparılan  arxeoloji  qazıntılar  zamanı  əldə  edilən  bəzi 
mə lu matla r  neftdən  Bakının  ş əhər  təsərrüfatında  istifadə  olunmasına  dair  mü lahizə  
yürütməyə imkan verir. 
Neftdən ço x şeydə istifadə olunurdu. O, təsərrüfatda, mə işətdə, evlərin da mın ın 
örtülməsində,  çıraqlarda  və  i.a.  işlədilirdi.  Neft  o   qədər  ço x  çıxarılırdı  ki,  ərəb lərin 
vaxtında  onu  nəinki  ölkənin  mü xtəlif  yerlərinə,  hətta  onun  hüdudlarından  ço x-ço x 
uzaqlara  da aparırdıla r. Qəbələdə  aşkar ed ilmiş a rxeo loji  materia llar göstərir  ki,  VIII 
əsrdə  bəzi  evlərin   damı  qalın  q ır  qatı  ilə  örtülmüşdür.
7
  Qəbələ   bölgəsində  neft 
çıxarılmırdı, onun gətirilə b iləcəy i yeganə yer isə Bakı şəhəri və Abşeronun neft verən 
yerləri və kəndləri idi. 
Bu  va xt  xeyli  miqdarda  neft  Dərbəndə  gətirilir  və  burada  hərbi  ə mə liyyatlar 
za man ı istifadə olunurdu. Ərəb sərkə rdələri  Dərbəndi zəbt edərkən orada neft ehtiyatı 
üçün anbarlar tikd irmişdilər. 
"Dərbəndnamə"də  xatırlan ır  ki,  "Ərmin iyə  və  Azərbaycan"  valisi  Məslə mə 
Əbdülməlik h.l 15 (733)-ci ildə 20 min lik ordu ilə Dərbəndi ald ı və Narınqalada özünün 
sökdürdüyü köhnə bir imarətin yerində cəbbəxana, su, sursat və neft anbarları tikd ird i.
8
 
Məlu mdur  ki,  neft   həm  qədim  za manla rda,  hə m  də  orta  əsrlərdə  ço x  qorxu lu  silah 


47 
 
olmuşdur. Antik müəlliflər  xəbər verirlər  ki, yunanlar, farslar, ərəb lər,  müharibə vaxtı 
yanar  neftdən  istifadə  edərək,  düşmənə  içərisində  yanan  kükürd  və  neft  olan  qablar 
atmışlar.
9
  Ərəb  mənbələ rində  deyilir  ki,  ərəb  və  fars  qoşunların ın  tərkibində  xüsusi 
yanar  neftatan  dəstələr  olmuşdur.  "Dərbəndnamə"də  xəbər  verilir  ki,  xə lifə lər  neft 
quyularını  və  duz  mədənlərini  Şirvan  hakimlərinin   əlindən  alaraq,  onları  vəqf  kimi 
Dərbənd  qazilərinə  bağışlayırd ılar.  Bu  məqsədlə  xə lifələ r  xüsusi  mə mu rlar  təyin 
edərək,  hə min  mədənlə rdən  gələn  gəliri  yığ ıb,  keçid ləri  qoruyan  əsgərlər  arasında 
bölmək üçün Dərbəndə göndərilməsini onlara tapşırmışdılar.
10
 
777-c i ildə xə lifə  əl-Mehdi (775-785) Dərbəndin ətra fından illik xərac ı y ığıb onu 
qalanın  müdafiəçiləri  və  şəhər  əhalisi  arasında  bölməyi  əmr  etmişdi.
11
  873-cü  ildə 
Şirvan hakimi xəlifə əl-Mütəmidin  (870-892) vəqf kimi Dərbənd əhalisinə verdiyi hər 
şeyi onların əlindən ald ı.
12
 
"Dərbəndnamə"də deyilir ki, h.270 (883/84)-ci ildə xə lifə (Mötə mid- S.A) n e f t  
q u y u  l a r ı n ı n  v  ə  d  u z  m ə d ə n l ə r i n  i n   y a r ı s ı n  ı (seyrəltmə mənimd ir - S.A.) 
şirvanlılardan  alaraq  vəqf  şəklində  Dərbənd  əhalisinə  bağışladı.  O,  Bakıda  dəniz 
sahilində anbar qazılmasın ı ə mr etdi. Yer qazılarkən üzərində neft və duz mədənlə rin in 
Dərbəndin vəqfi olduğu yazılmış böyük bir daş tapıldı.  Xəlifə bundan xəbər tutduqda 
fərman verdi. Orada deyilirdi ki, kim hə min neft və duz mədənlə rin i Də rbənd əhalisinin 
əlindən alsa, Allah ın və peyğəmbərin düşməni olacaqdır; h.272 (885)-ci ildə o, b ü t ü n    
n e f t   v ə   d u z   m ə  d ə n l ə r i n i n (seyrəlt mə  mənimd ir-  S.A.) 
şirvanlılardan 
alın ıb  Dərbənd  əhalisinə  bağışlan masını  əmr  etdi  və  bundan  sonra  Məhəmməd  ibn 
Əmmarı  həmin  mədənlərin  rəisi  təyin  etdi  ki,  onların  gəlirin i  keçidləri  qoruyan 
əsgərlərə paylamaq üçün Dərbəndə göndərsin.
13
 
IX əsrdə Şirvanın  hakimi şirvanşah Məhəmməd  ibn  Yə zid o ldu.  O,  inanılmış 
şəxs kimi, hasilatı qəbul edib, qəbz vermək üçün neft və duz  mədənləri üzərində rəis 
təyin etdi. Məhə mməd  ibn  Yə zid neft və  duz haqqında yeni fərman ya zaraq, onların 
məda xilini  Dərbənd  əsgərlərinə  bağışladı  (vəqf  verdi).  Şirvanşah,  bütün  əmirlə r  və 
canişinlər Dərbənd hakiminə möhürlə təsdiqlən miş qəbz verdilə r, itaət göstərməyənləri 
lənətləyən  fərman  ya zdılar.  Rəislə r  ona  görə  təyin  edilird ilər  ki,  Dərbənd  əhalisin in 
gəliri israf o lun masın, şirvanşah özü isə "bir dənəciyə, bir dinara da ta mah salmasın".
14
 
Gö ründüyü kimi, Şirvanşahlar Dərbəndin  müdafiəsinə böyük əhəmiyyət verir, 
-hətta  gəlirləri  yığıb  Dərbənd  hakiminə  vermə k  üçün  xüsusi  ş əxslər  -  rəislə r  təyin 
edirdilər. La kin Dərbənd hakimlərinin hə min pulla rı mən imsədiyi halla r da olurdu.
15
 
Mərkə zi hakimiyyət zəifləd ikdə və  Xilafət tənəzzü lə uğradıqda yerli hakimlər - 
istər  Şirvanşahlar,  istərsə  də  Dərbənd  hakimləri  -  neft in  və  duzun  gəlirini  ö zlərinə 
götürürdülər.
16
  H.290  (902)-c ı  ildə,  xə lifə   Müktafi  (902-908)  za manında  Bişütur 
"Dərbəndin  hakimi  təyin  o lundu.  O,  Də rbənd  əhalisinə  pul  verilməsini  dayandırdı 
və  neftin,  duzun  və  kəndlərin  digər  məhsullarının  bütün  gəlirin i  mənimsədi.  Hə r  bir 
vəsaitdən  məhru m o lan əsgərlər t icarət və   mu zdurluqla   məşğul olmağa başladılar və 
tezliklə  Də rbənddə iğtişaşlar və pozğunluq meydana gəldi".
17
 
VII  əsr  alban  salnaməsinə,  Bə la zurinin  VIII  əsrə,  "Dərbəndnamə"nin  VIII-IX 
əsrlərə aid yu xarıda gətirilən materiallarına isnad edərək belə bir nəticəyə gəlmək olar 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə