[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə25/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   21   22   23   24   25   26   27   28   ...   143

52 
 
yarısında,  ərəb  mənbələrində  qeyd  edild iyi  kimi,  gəmiçiliy in  mövcud  olduğunu 
göstərir. 
Bakıda Abbasi xəlifələrin in kəsdird iyi q ızıl, gü müş və mis pullar işlən mişdir.
49
 
VIII  əsrdə  mis  sikkələ rin  geniş  yayılması  və  kəsilməsi  şəhərlərdə  xırda  pul 
ticarətinin  inkişaf  etdiyini  göstərir.  Arranda  gözəl  şirli  kera mika  qabları  hazırlan ıb 
Bakıya  aparılır,  Bakı,  Gəncə,  Beyləqan,  Qəbələ,  Şəbəran  kimi  şəhərlərlə  ticarət 
əlaqələri saxlayırd ı. 
Ərəb  müəllifinin  məlu matına görə, rus tacirləri  Xəzər dənizinin cənub və qərb 
sahillərindəki ö lkə lərlə  tica rət aparırdıla r. On lar slavyan çayı Tanaislə (Donla ) üzüaşağı 
üzərək  gəmilərin i  sürüyüb  Volqaya  keçir  və  xəzərlərin  paytaxtı  Həmlicə  enirdilər. 
Burada  onlardan  1/10  həcmdə   gömrük  haqqı  turulurdu.  Bundan  sonra  ruslar  öz 
gəmilə rində  Xə zər dənizinə ü zürdülər.
50
 Rus tacirləri, əsasən, qiy mətli  xə zlərdən (su 
samuru, qaraqonur tülkü), qılınc və əsirlərdən ibarət  malları  ilə  Xəzər sahillərinə yan 
alır
51
,  ehtimal  ki,  Abşerona  və  Bakıya  da  gəlird ilər.  Ərəb  mənbələri  A rran  və 
Azərbaycan şəhərlərin in Uzaq Şərq  ölkələ ri ilə  t icarət ə laqələ rinə  dair məlu mat  verirlər. 
Arran  və  Azərbaycan  tacirləri  Trapezundda  toplaşaraq buradan ticarət  üçün  Bizansa 
gedirdilə r.
52
  Bizans  zə rxa rası,  bahalı  ipək  parçala r,  kətan  və  pa l-pa ltar  Trapezund 
vasitəsilə isla m ölkə lərinə aparılırdı.
53
 Trapezund və Kiç ik Asiyadan gələn karvan yolu 
Araz  dü zənliyindən  keçərək  Azərbaycana  və  İrana  gedirdi.
54
  Ticarət  ba xımından 
mühü m  şəhərlər  olan   Bakı,  Şamaxı,  Dərbənd,  Gəncə,  Bərdə  magistral  beynəlxalq 
ticarət yolla rının üstündə idilər. Baş yol Muğandan keçərək Kü rün sağ sahili ilə Tiflisə 
və oradan Qara dənizə və Bizansa gedirdi. 
Əl-İstəxri  A zərbaycandan  Qara  dənizdəki  Trapezund  limanına  toplaşaraq, 
buradan Ru m (Bizans - S.A.) ölkələ rinə yollanan tacirlərin
55
 ticarət ə laqələrindən bəhs 
edərkən  göstərirdi  ki,  "Zərxaran ın,  ipə k  parçala rın,  Ru m  kətanın ın,  mahudunun  və 
paltarının ço xu  islam torpaqlarına Tərəbəzundədən keçirilib gətirilirdi".
56
 
Xəzə r dənizinin sahili ilə Ba kı və Dərbənd liman larından keçərə k Xəzə r və türk 
torpaqları ilə şimala gedən yolun da böyük ticarət əhəmiyyəti var id i. Başqa bir mühüm 
yol  Bərdədən  Ərdəbilə  və  İrana,  habelə  Bə rdədən  Dvinə,  oradan  da  Suriya  və 
Mesopotamiyaya gedirdi.
57
 
X  əsrin  sonlarında  bir  sıra  ərəb  mənbələ rində  Bakı  art ıq  Xə zər  dənizində 
beynəlxa lq  tran zit  tica rətində  mühü m  əhə miyyət  kəsb  edən  liman  kimi  qeyd  edilir. 
Köhnə Bakı təpənin üstündə yerləşib Azərbaycanın başqa şəhərləri kimi qala divarları 
ilə  əhatə  olun muşdu.  Onun  ərazisində,  Şirvanşahlar  sarayında  aparılan  arxeolo ji 
qazıntılar  nəticəsində  qədim  Bakının   zahiri  görkə mi  aydın  şəkildə   görünür.  Burada 
Divan xananın  həyətində  və  sarayın  girəcəyində  qala  d ivarların ın  qalıqları  üzə 
çıxarılmışdır. Həmin ərazidə erkən orta əsrlərdə əhalisi mü xtəlif sənətlərlə məşğul olan 
və başqa şəhərlərlə tica rət aparılan Ba kı ş əhərinin mövcud olması haqqında mənbələrin 
mə lu matla rın ı  təsdiq  edən  materiallar  ə ldə  edilmişdir.  Saray ın  cənub-şərq  fasadı 
yaxınlığında aparılan arxeoloji işlər zaman ı böyük dərinlikdə yaşayış evlərinin bünövrə 
və divar qalıqla rı, ço xlu təndir, ta xıl, su və zibil quyuları, xey li şirli sa xsı qab qırıqları, 
sikkə lər və d igər maddi mədəniyyət və mə işət qalıqları meydana çıxarılmışdır. Hə min 


53 
 
tapıntılar göstərir ki, saray tikilənə, yəni XIV-XV əsrlərə qədər bu sahədə bir neçə əsr 
ərzində  orta  əsr  şəhərinin  əhalisi  sıx  o lan  məhəllələrindən  biri  mövcud  olmuşdur. 
Tapılmış şirli ke ra mikaya əsasən bu orta əsr şəhərinin ən e rkən  təbəqəsi era mızın VIII 
əsrinə  aid   edilir.  Lakin   mədəni  təbəqənin  böyük  dərinliyə  (6  metr)  malik  olması 
göstərilən  tarixi  daha  bir  neçə  əsr  geri  çəkməyə  imkan  verir.  Şəhərin  ən  qədim 
təbəqəsinin  tarixinin  müəyyənləşdirilməsində  kera mika  qırıqla rı  böyük  əhə-miyyətə 
ma likd ir. 1986-c ı ildə İçə rişəhərdə, Ba kı yüksəkliyin in cənub-qərb ətəklərində orta əsr 
şəhərinin  ticarət  dükanları,  karvansaraları,  hamamları,  məscidləri  yerləşən  baş 
küçəsinin  yaxınlığında  aparılmışdır.  Ümu mi  həcmi  144  m
2
  o lan  qazıntı  sahəsi 
cənub-qərbdən XI əsrdə tikilmiş  Sın ıqqala ad ı  ilə tanınan Məhə mməd   ibn Əbu  Bə kr 
məscidinə b itişir; bu sahə ikitəbəqəli abidədir: üst təbəqə XIV-XVII, a lt təbəqə IX-XIII 
əsrlərə  aiddir.  A lt  mədəni  təbəqənin  materialları  böyük  maraq  doğurur.  Qazıntın ın 
cənub hissəsində bünövrəsi təbii qayanın üstündə qoyulmuş düzbucaqlı fo rma lı böyük 
otağın şimal və qərb divarlarının qalıqları qalmışdır.  Divarlar pis yonulmuş daşlardan 
hörülmüşdür. Qazıntının bu təbəqəsində qayada oyulmuş beş quyu aşkar olunmuşdur. 
Alt  mədəni  təbəqədə  yaxın lıqlarında  böyük  təsərrüfat  küp ləri  basdırılmış  mü xtəlif 
dia metrli ço xlu təndir üzə  çıxarılmışdır. Alt təbəqədən tapılan əşyalar ad i və şirli saxsı 
qablardan  ibarətdir.  Bu  təbəqədə  qayanın  səviyyəsində  formasına  və  gilin  tərkib inə 
görə  orta  əsr  keramikasından  fərqlənən  və  daha  erkən  dövrə  aid  olan  əl  üsulu  ilə 
qayırılma bir neçə ad i saxsı qab qırığ ı tapılmışdır. F.İbrah imov fo rma və rəng uyarlığ ına 
görə Nüydü və Şamaxıda tapılmış qablarla o xşarlığına əsaslanaraq bu qabları e.ə. IV-I 
əsrlərə və eramızın I əsrinə aid ed ir.
58
 
1971-c i  ildə  Ba kı  yüksəkliyinin  cənub-qərb  yamacında  İçərişəhərdə  aparılan 
arxeolo ji qazıntı zamanı qaya üzərində tikilmiş bina qalıqları aşkar edilmişdir. Qayada 
mə işət  qablarını  əvə z  edən  çoxlu  kasavarı  "çu xurlar,  həvəngdəstələr,  çənlər 
oyulmuşdur. Qobustandakı kasavarı oyuqlara o xşayan bu oyuqlar Bakı ş əhərin in erkən 
dövr tarixinə aiddir.
59
 Şirvanşahlar sarayı əra zisinin şərq tərəfində qayada sal daşlarla 
örtülmüş  və  üstündə  binalar  tikilmiş  mü xtəlif  çu xu rlar  qazılmışdır.  Qobustandakı 
bənzər kasavarı oyuqlar Şirvanşahlar sarayının bünövrəsi altındakı qayada və İçərişəhər 
ərazisində,  Bakı  təpəsinin  şərq  ətəyində  (Məmmədyarov  və  Hərbi
60
  küçələ rin in 
kəsişdiyi  yerdə)  və  köhnə  Ba kı  qalasının  bir  sıra  d igər  məntəqələrində  də  aşkar 
edilmişdir. Bütün bunlar onun ərazisinin ço x qədim (VIII əsrdən xeyli əvvəllər) yaşayış 
yeri olduğunu göstərir. 
İçərişəhərin  şimal tərəfində üç sahədə qazıntı işləri aparılmışdır. Bakı şəhərinin 
sənətkarla r  məhəlləsi  şima l  divarları  rayonunda  olmuşdur.  Onun  nişanələrinə 
İçərişəhərin   mü xtəlif sahələrində uçulub-dağılmış emalatxanalar, şlak tullantıları,  kül 
topaları,  yandırılmış  g il  şəklində  təsadüf  edilir.  1985-ci  ilin  payızında  indiki 
İstiqlaliyyət küçəsində rabitə xətti çəkilərkən dulusçu məhəlləsi aşkar olun muşdur. Bu 
sahədə,  qala  divarların ın  şimal-qərb  hissəsindən  70-80  m  ara lı,  kü lli  miqdarda  saxsı 
qablar,  istehsalat tullantıları, habelə dulus kürəsinin  qalıqları tapılmışdır. Du lusçuluq 
sənətinin inkişafına təkan verən başlıca şərtlərdən biri yerli  xa mma lın olmasıdır.  Ba kı 
üçün səciyyəvi olan boş sarı keramika Bakı şəhərinin həndəvərində və Abşeronda olan 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə