[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə27/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   23   24   25   26   27   28   29   30   ...   143

56 
 
inşaat materialının bir h issəsi yerində qalmışdır ki, bu da şəhərin qala hissəsi ərazisin in 
səviyyəsinin  qalxmasına  s əbəb  olmuşdur.  Dövrü müzədək  qaya  ü zərində  ü mu mi 
qalınlığı bəzi yerlərdə 3-4, bəzi yerlərdə isə 5-6 və daha ço x metrə çatan torpaq örtüyü 
əmələ  gəlmişdir.  Bütün  bunlar  orta  əsr  şəhərinin  ən  qədim  təbəqəsinin  tarixin in 
müəyyənləşdirilməsin i xeyli çətin ləşdirir. Arxeo loji məmu latlar şəhərin ən azı eramızın 
birinci əsrinin  əvvəllərində art ıq mövcud olduğunu təsdiq etməyə imkan  verir. Ev lərin 
bir-b irinə  ço x  ya xın  yerləşməsi  şəhərin  mü xtə lif  sənətlərdə  çalışan  əhalisinin  sıx 
olduğunu göstərir. İçə rişəhər əra zisində aşkar edilmiş  mədəniyyət qalıqla rı erkən orta 
əsr  feodal  şəhərinin   həyat  və  məişətindən  xəbər  verir.  Əhali  məişətdə  şəhərin 
yaxınlığında  və  Abşeronda  çıxarılan  neftdən  istifadə  edird ilər.  Ço xlu  miqdarda 
çıraqların o lması neftdən işıq landırma vasitəsi kimi istifadə edildiyin i göstərir. Şəhərin 
onunla vahid nahiyə təşkil edən həndəvərində bağ və bostanlar var idi. Qazıntı za manı 
təndirlərdə  çörə k  yap maq  üçün  yandırılan  ü zü m  meyn ələrin in  qırıntıları  tapılmışdır. 
Şəhər əhalisi yeməkdə A zərbaycanın başqa bölgələrindən gətirilən düyüdən, üzü mdən 
(çəltik qabıq ları və üzü m to xu mları aşkar o lunmuşdur), ceyran, qoyun, mal, quş-ördək, 
yaxud  qaz,  balıq  -  çə ki,  nərə  balıq ları  ətindən  istifadə  edirdi.  Nərə  balığın ın  yaxşı 
qalmış tikanları göstərir  ki, əhali hələ  müsəlman deyilmiş, çünki,  məlu m olduğu kimi 
müsəlman lar bu balığı yemirlər. 
Böyük  dərinlikdə  tapılmış  kristallaşmış  gəc,  gips  parçaları  və  ovuntuları 
binaların  gəclə  bəzəd ild iyin i  göstərir.  Altı  metrədək  dərin likdən  tapılmış  camlar  və 
digər sa xsı qablar  VIII-IX əsrlərə a id edilən ən qədim  rəngli şirli  kera mika  mə mu latı 
tipini göstərir. A ltı metrədək dərinlikdən tapılmış camlar və digər saxsı qablar VIII-IX 
əsrlərə  aid  edilən  ən  qədim  rəngli  şirli  keramika  məmu latı  tipin i  göstərir.  On lardan 
bəzisinin  anqobu və qırmızı kə rpic  rəngli g il və manqan oksidi ilə  rənglən miş mina ilə  
çəkilmiş şiraltı naxışları vardır.  İçəridən şəffaf şirin altında bilavasitə saxsı q ırığında 
tünd bənövşəyi rəngli  zolaq şəklində naxışlar vurulmuşdur. Naxış lar, adətən, iri o lur, 
geniş  zolaqlı  halqalar,  ovallar,  bəzən  ulduzlar  təsvir  edilird i.  Bu  əşyaların  ayaqları 
"dabanlıdır". 
Sarayın  əra zisində,  2,4  m  dərinlikdə,  qu m  təbəqəsində  tapılmış  bir-birin in 
yanındakı üç tökmə  metal, ehtimal ki, tunc əşya çox  maraqlıdır.  Onlardan biri dayaz, 
ağzıgen,  ayaqlı  camd ır  (hündürlüyü  8  8  sm).  Üz  s əthi  tillən mişdir.  Qalan  iki  əşya 
çıraqdır:  birinin  hündürlüyü  12,9  sm,  d igərin inki  isə  10,7  sm-dir.  "On ların  tapıldığı 
şərait  (hər  üçü  xalis  qumun  üstündə  yan-yana  qoyulmuşdur)  həmin  əşyaların 
gizlədildiy ini  göstərir".
68
  Onlar  formaca   qədim  əşyalara  o xşayır,  ehtima l  ki, 
Zərdüştiliyə mə xsus oda sitayiş əşyaları olmuşla r. 
Hə min  ərazidə  0,4  met rdən  1  metrədək  dərinlikdə  qırmızımt ıl  rəngli  xey li 
yanmış gil, h is, ço xlu kö mür və kül dəmir və  mis təbəqə kəsikləri və çubuqları aşkar 
edilmişdir.  Görünür,  burada,  ehtimal  ki,  metal  emalı  ilə  əlaqədar  oddan  çox  istifadə 
olunmuşdur.
69
 
Şirvanşahlar  sarayı  ərazisində,  əhəngdaşı  lay ları  arasında  qayada  qazılmış 
otuzdan  çox  quyu  aşkara  çıxarılmış dır.  Onlardan  14-ü  saray  binasının  birinci 
mə rtəbəsində,  qalanı  isə  Divan xana  ərazisində  və  saray  binasına  bitişik 


57 
 
meydançalardadır.  Həmin  quyuların  quru  olduğu  və  sulu  laylara  gedib  çatmadığı 
müəyyənləşdirilmişdir. On ların dərinliyi  mü xtəlif o lub, 3  metrdən  15  metrə qədərdir. 
Ağızlarının  diametri  0,7  metrdən  1,3  metrədəkdir.  Görünür,  həmin  quyular  saray 
tikilənədək qazılmışdır, belə  ki, onların bə zilə ri saray divarlarının  küncündə, bəzilə ri 
isə qapı astanasındadır.
70
 Bu quyular təpənin sarayın tikilməsindən bir neçə əsr əvvəl 
yaşamış  qədim  əhalisindən  xəbər  verir.  Onlardan  taxıl  və  su saxlamaq  məqsədilə  və 
zibilxana  kimi  istifadə  edilmişdir.  Ehtima l  ki,  bə zilə ri  kütləvi  dəfn  yeri  olmuşdur. 
Divan xananın həyətində də ondan əvvəllər tikilmiş yaşayış evlərin in izləri qalmışdır. 
Onun həyətinin sahəsini əhatə edən balıqqulağına bənzəyən əhəngdaşının, demə k olar 
ki, bütün üst təbəqəsində qədim bünövrələrin n işanələri gö zə çarp ır.
71
 
Yu xarıda gətirilən qazıntı materia lları göstərir ki, təpənin üstü VIII əsrdən xey li 
əvvəl məskunlaş mış və qədim yaşayış yeri olmuş, eramızın I əsrinin əvvəlində isə onun 
ərazisində əhalisi sıx olan antik şəhərin  məhəllələrindən biri yerləş mişdir.  Erkən orta 
əsr şəhərinin ərazisi ço x böyük bir sahəni tutaraq dənizin sahilinə qədər u zanırd ı. Bunu 
antik dövrə aid edilən az miqdarda adi saxsı qablar və VIII-X əsrlərə məxsus çoxlu şirli 
kera mika mə mu latı sübut edir. Bütün bunlar təpənin zirvəsində, Şirvanşahlar sarayının 
ərazisində,  təpənin  ətəyində  və  Neftçilər  prospektində  tikilmiş  evin  bünövrə  yerində 
tapılmışdır.
72
 
Bakıda  şəhərin  erkən   dövrünə  (VIII  əsrədək)  aid  yerüstü  memarlıq  abidələri 
qalmamışdır.  Lakin  Şirvanşahlar sarayı ərazisində aparılan qazıntılar  zamanı  VIII və 
ondan daha əvvəlki əsrlərə a id edilən divar hissələri, t ikili, təndir və quyuları olan həyət 
qalıqları  aşkar  ed ilmişdir.  Burada  daha  sonrakı  IX-X  və  saray  komp leksin in 
tikilməsindən qabaqkı  XIV əsrin  sonu-XV əsrin əvvəlinə qədərki bina ların, d ivar və 
bünövrələrin qalıq ları qalmışdır. Yəqin ki, təpənin zirvəsində içqala olmuşdur. Belə ki, 
sarayın binasının altında onun inşasından qabaq mövcud olmuş hansısa böyük bir tikili 
bünövrəsinin izləri nəzərə çarp ır. Bakı şəhərinin erkən dövrü haqqında cüzi məlu matlar 
belədir. 
 
 
 
3. ġƏHƏRĠN ĠDARƏ OLUNMASI, SOSĠAL MÜNASĠBƏTLƏR 
VƏ MƏDƏNĠYYƏT 
 
X əsrin b irinci yarısı ərəb  mənbələ rində  VIII-X əsrlərdə  Bakı şəhərində sosial 
münasibətlərə və şəhər quruluşuna dair heç bir  məlu mat verilmir.  Həmin  mənbələrdə 
böyük  gəlir  götürən  iri  feodallar  tərəfindən  idarə  olunan  Azərbaycan  vilayətlərin in 
zənginliyindən  danışılır.
1
  İbn  Havqəl  şirvanşahı  və  iri  mülklərə   sahib  olan  hə min 
feodalları  vilayətlərin  hökmdarı  (malik)  ad landırır.  Onların  böyük  sürüləri, 
ma likanə ləri, gözə l qa lala rı, atları və ço xlu nökərləri var id i. Feodallar ş əhər, vilayət və 
nahiyələrə, onlara  böyük qazanc gətirən məhsuldar torpaqlara sahiblik hüququna malik 
idilər.
2
  İbn  Havqəl  daha  sonra  məlu mat   verir  ki,  bu  feodalla rın   gözə l  xid mətçiləri, 
müğənni-cariyələri,  kişi  və  arvad  aşbazları  vardır.  On lar  "...qızıldan  və  gümüşdən 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə