[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə30/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   26   27   28   29   30   31   32   33   ...   143

62 
 
dövründə  h.420  (1029)-ci  ildə  də  davam  edird i.  Bu  vaxt  Dərbənd  Şirvanşahların 
torpaqlarına daxil id i. Dərbənd hakimləri müstəqillik əldə etmək uğrunda şirvanşahlarla 
tez-te z ara müharibə lərində iştira k edirdilər və va xtaşırı buna nail o la bilirdilə r. 
H.421  (1030)-c i  ildə  "əl-Bab ın  əhalisi  şirvanşahın  torpaqlarına  basqın  edərək 
onun ərazisindəki bir ço x yaşayış yerlərini dağıtdıla r".
5
 
Şirvanın  varlı  şəhərləri  -  Şamaxı,  xüsusilə  Bakı  yadelli  işğalçıların  diqqətini 
özünə  cəlb  ed ird i.  On lar  dəfələrlə  bu  şəhərlərə  basqın  edərək:  çalıb-çap ır,  əhalisini 
qırırdılar. Mənbələr göstərir  ki, h.421  (1030)-ci  ildə rus dəstəsi otuz səkkiz gəmi  ilə 
Şirvana  hücum  etdi.  Şirvanşah  I  Mənuçöhr  ibn  Yəzid   (hakimiyyət  illəri  h.418-425 
(1027/8-1033/4)-c i  illər)  onla rı  Ba kı  (Bakuyə)  ya xınlığında  qarşılad ı.  Ruslarla  
vuruşmada xeyli şirvanlı, o cü mlədən zadəganlardan Əh məd ibn Xasskin  həlak oldu. 
Sonra ruslar Kür çayınadək qalxd ılar. Mənuçöhr rusların hərəkətin i dayandırmaq üçün 
Arazın  qabağını  bəndlə  kəsdi,  lakin  onlar  müsəlman ların  bir  ço xunu  suda  batırdılar. 
Bununla  belə,  rusların  Ara zla   irəlilə məsinin  qarşısı  alındı.
6
  Sonra lar  Cənzə  (Gəncə) 
hakimi  Şəddadi  Musa  ibn  Fəzl  rus  dəstəsindən  mu zdlu  kimi  öz  qardaşının  əleyhinə 
istifadə etdi.  O, ruslarla sahilə  ç ıxmağı təklif etdi, on lara ço xlu  pul ve rib   əhalisi ona 
qarşı üsyan qaldırmış Beyləqanın ü zərinə göndərdi. Musa ibn Fəzl rusların kö məyi ilə 
Beyləqanı  ə lə  keç ird i,  qardaşı  Əskəriyyəni  tutub  öldürdü.  Sonra  ruslar  Arranı  tərk 
edərək Ru ma getdilər, oradan isə öz ölkələ rinə qayıtdılar.
7
 Mənbədə göstərilir ki, ruslar 
tezliklə   - h.421-ci  ilin   zilh iccə ayında  (19.XI-18.XII.1031-ci  il) yenidən gəld ilə r.  Bu 
dəfə  Şəddadilə r  sülaləsindən  olan  Arran   hakimi  Musa  ibn  Fə zl  ruslara  hücum  etdi, 
Bakuyə  ya xınlığında  onlarla  vuruşdu,  çoxunu  qıraraq,  sıxışdırıb  ölkədən  çıxard ı.
8
 
Gö ründüyü kimi, ruslar dəniz yolu ilə Bakıya gəlib Şirvana basqın edirdilər. 
XI əsrin 40-cı illərində Şirvanşahlar Şirvanı təhdid edən köçəri oğuz türklə rin in 
hücum təhlükəsi ilə əlaqədar şəhərlərin ətrafında qala d ivarları çəkdirməyə başladılar.
9
 
Bu vaxtlar şirvanşahlar öz qoşunları  ilə  feodal ara  müharibələri aparır, habelə  Şirvan 
şəhərlərində  baş  verən  antifeodal  hərəkatlarla  mübarizə  edirdilər.  Mənbənin  verdiyi 
mə lu mata görə, h.458-ci ilin cə madiyüləvvəl ayında (31.III-30.IV.1066-c ı il) şirvanşah 
Fəribürzün  "öz  paytaxt ı  Yə zid iyyənin  əhalisinə  qəzəbi  tutdu,  kafir  gürcüləri  onun 
üstünə  saldırdı.  Onlar  əhalin i  qarət  ed ib,  oradakı  müsəlman  ü ləmasını,  rəisləri  və 
zadəganları əsir a ldılar..."
10
 və a mansız d ivan tutdular. Şirvanşahlar oğuzla rın  bir qolu 
olan səlcuqlarla da  mübarizə  aparırd ıla r. Sə lcuqlar XI əsrin  əvvəllə rində güclü  imperiya 
yaradaraq, Ön Asiya ölkələrini  -Azərbaycanı və onun qonşularını təhdid edird ilər.  XI 
əsrin ortalarınadək səlcuqlar  İranı, A zərbaycanı və b ir sıra digər şərq ölkələrin i  işğal 
etmişdilər. 
XI  əsrin  40-cı  illərində  mənbələrdə  oğuz  türklərinin  A zərbaycana  girməsi 
təhlükəsi ilk dəfə o laraq qeyd edilir.
11
 
H.458  (1066)-c i  ildə oğuz türklə ri Şirvana hücüm etdi. On lar  kürd düş ərgəsini 
qarət edərək, ço xlu qənimət apard ıla r. Şirvanşah I Fəribürz bir Sa lar h.455 (1063)-cü il 
                                                                 
 
Ehtimal ki, Xasstəkin (V.F.Minorskinin qeydi)  
 


63 
 
türkləri Şirvandan getməyə vadar etmək üçün böyük təzminat verməli o ldu.
12
 H.459-cu 
il məhərrə m ay ının birində (22 noyabr 1066-c ı il) türklərin başçısı Qaratəkin ikinci dəfə  
Fəribürzün  onunla  ittifaq  bağla mış  ə misi  Mə mlan  b in  Yə zid  bin  Məhə mməd in 
müşayiəti ilə Şirvana hücum etdi. Qaratəkin Yəzidiyyənin (Şamaxı) qapıları qarşısında 
çadır  qura-raq  şəhəri  mühasirəyə  aldı.  Sonra  o,  ölkənin  dağ  və  dərələrinə  hücum 
çəkərək, onları viran qoydu,  xeyli adamı q ırd ı, sürüləri apardı, qadın və uşaqları əsir 
aldı,  Şirvanı  "boş  səhraya"  (Quran,  XX,  106)  döndərdi.  Oradan  Bakuyəyə  enən 
Qaratəkin  burada  əhalinin  xeyli  hissəsini  qırdı,  qadın  və  uşaqları,  sürüləri  qovub 
apardı.
13
 Və ziyyət qorxulu hal alanda Şirvanşah 4000-dən ço x c ins atdan ibarət ilxısını 
Məsqətə  göndərdi.  Qaratəkinin   dəstələri  Ba kıdan  Şabranadək  qabaqlarına  çıxan  hər 
şeyi  qarət  edib  dağıdırd ılar.  "Türklər  Şabranın  həndəvərində  düşərgə  salaraq  ətraf 
kəndləri  qarətə  çıxd ılar.  On lar  müs əlman ları  və  onların  müttəfiqlə rin i  yandırırdıla r". 
Onlar dağlara qalxd ılar və oradan Məsqət üzərinə hücuma keçdilər, Fəribürzün ilxısını 
qovub  apararaq  Şabrana  qayıtdılar.
14
  Qaratəkinə  2000  türk  döyüşçüsündən  ibarət 
kö mək gəld iyindən şirvanşahın vəziyyəti daha da ağırlaşdı.  Yəzidiyyənin  mühasirəsi 
davam  etsə  də,  türklərin  şirvanşahı  qaladan  çıxmağa  məcbur  et mək  cəhdlə ri  baş 
tutmadı. Şirvanşah öz adanıını sultanın hacib inin yanına  göndərdi.  Hacib  Fə ribürzün 
yanına gəldikdə şirvanşah, hər şeydən əvvəl, öz daxili düşmənini  - doğ maca əmisini 
məhv  et mək  üçün  ona  6000  dinar  verə rək  ö z  tərəfınə  çəkd i.  Ehtima l  ki,  bu  hədiyyə 
türkləri  Kürü  keçib  topladıqları  qənimətlə  geri  qayıtmağa  sövq  etmişdir.  Türklərin 
ölkəni  zəbt  etmək  təhlü kəsi  şirvanşahı  onlara  xərac  verməyə  vadar  etdi.
15
  H.459 
(1067)-cu ildə Qəzv in hakimi türk Elbasan Şirvanı türklərin basqınlarından qorumasını 
vəd etməsi  müqabilində Qa ratəkinə hər  il verməyə öhdəsinə götürdüyü 30.000 d inarı 
almaq üçün öz məmu rlarını şirvanşah Fəribürzün yanına göndərdi.
16
 
Qaratəkinin  yürüşündən sonra  türklərin  Azə rbaycana  gəlmə ləri  intensiv  şəkil 
aldı. H.459 (1067)-cu ildə qoşun başçıları Qay mas və Qaratəkin türk süvari dəstəsi ilə 
şirvanşahın  yanına  gəldilər  və  o,  əmisi  Qubadın  qızın ı  Yəzidiyyəyə  köçüb  gələn 
Qaratəkinə ərə verdi.
17
 Həmin il səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. Şirvanşah 
Fəribürz q iy mətli hədiyyələrlə onun hüzuruna gedərək öz xid mət ini təklif etdi və h.460 
(1068)-c ı il səfərində onu müşayiət etdi.
18
 
Alp  Arslan  h.460  (1068)-c ı  ildə  Gürcüstan  səfərindən  qayıtdıqdan  sonra 
Gəncədən keçib Bərdəyə gələndə ə l-Babın nü mayəndələri şəhərin bir neçə rəisini həbs 
etmiş  şirvanşahdan  ona  şikayət  etdilər.  Sultan  onların  azad  olun masını  əmr  etdi. 
Fəribürz onun ə mrini yerinə yetird i. Sonra sultan şirvanşahı həbsxanaya saldı, nəhayət, 
onu azad edərə k, hər il böyük məbləğdə xərac  verməyə  məcbur etdi.
19
 Şirvanda sonralar 
baş  verən  hadisələr  şirvanşahın  hücumları  və  Dərbəndlə  mübarizəsi  ilə  bağlıd ır. 
Mənbələrin verd iyi  mə lu matla rda hə m yerli hakimlərin, hə m də  səlcuq işğalçıla rın ın 
ikiqat zü lm və istismarı altında əzilən Şirvan və Arran şəhərlərinin ağır vəziyyətindən 
danışılır. Şirvanın və bütün ölkənin səlcuqlar tərəfindən işğalı Səlcuqilər sülaləsinin öz 
qüdrətinin zirvəsinə çatdığı Məlik şahın hakimiyyəti dövründə (1072-1092) baş verdi.
20
  
Nu mizmatik məlu mat ların təsdiq etdiyi kimi, bu dövrdə Şirvanşahlar səlcuq sultanının 
vassalına  çevrilirlər.  Şirvanşahların  kəsdird ikləri  sikkə lərdə  xə lifə  ilə  yanaşı  səlcuq 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə