[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə32/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   28   29   30   31   32   33   34   35   ...   143

66 
 
Cəbə - noyonun və Sabutay Bahadurun başçılığı  ilə otuz  min lik  monqol ordusu gürcü 
və  erməni  qoşunlarını  məhv  edərə k  q ışı  Muğanda  qışladılar,
35
  sonra  isə  Ərdəbilə  
qayıtdılar, şəhəri dağıdaraq  zəbt etdilər.  Bundan sonra monqollar Təbrizi  mühasirəyə 
aldılar.  Şəhərin əhalisi pul və parça verməklə  xilas oldu. Monqollar qabaqlarına çıxan 
şəhər və kəndlərin əhalisin i amansızcasına qırırdılar. On lar  Sərab və Bey ləqanı tutub, 
Gəncəyə doğru yollandılar. Gəncə əha lisi pu l və bahalı parçala rla  canlarını qurtardı.
36
 
Sonra  monqollar  Gü rcüstana  soxuldular.
37
  Onlar  te zliklə   Şirvana  qayıtdılar, 
Şamaxını mühasirəyə alıb dağıtdılar, əhalisini qırdılar. Bundan sonra onlar 1222-ci ildə 
Dərbənd keçid indən keçib şimala  getmə k üçün Dərbəndə yönəldilə r. 
Bu za man Dərbəndin hakimi şirvanşah Rəşid idi. O, on nəfər ad lı-sanlı adamını 
monqolların yanına göndərdi. Monqollar onlardan birini öldürüb, qalanların ın kö məyi 
ilə  kəsə yolla , dağlardan aşaraq şimala  getdilər.
38
 
Monqol  hücumundan sonra  qıpçaqlar  Azərbaycana  soxularaq  Arranın  bir  sıra 
şəhər  və  kəndlərin i  dağıtdılar.  Qıpçaqların  ardınca  h.622  (1225)-ci  ildə  Şirvan  xərac 
vermə k tələbi ilə kifayətlən məyən xarə zmşah Cə laləddinin  hücumuna məru z qa ldı. O, 
əvvəlcə,  şirvanşah  Əfridun  bin  II  Fəribürzdən  50  min   dinar  verməyi  tələb  etdi. 
Cə laləddin  Arrana qayıtdıqdan sonra Əfridun sultanın hüzuruna gedərək hədiyyə kimi 
ona 500 at verdi.
39
 
Vəzirin in 
etirazına  baxmayaraq,  Cəlaləddin  onun  öz  torpaqlarında 
hakimiyyətini təsdiq etdi və  xə racı 50  min d inardan 20  min dinara endirdi.  Belə liklə, 
şirvanşah öz müstəqilliyin i qoruyub saxlaya b ild i. 
Monqollar  Azərbaycana  ikinci  dəfə  1231-c i  ildə  hücum  edərək  8  il  ə rzində 
Şirvan  və  Arranın  şəhərlərin i  işğal  etdilər.
40
  Monqol  qırğınla rından  yaxa  qurtarmış 
feodallar, əyanlar, şəhər və kənd əhalisi dağlara çə kild i. 
XV əsrin əvvəli A zərbaycan coğrafiyaşünası Ba kuvinin verd iyi məlu mata görə, 
monqolla r dəniz sahilindəki möhkə mləndirilmiş qalanı əhalisi onla ra inadlı müqavimət 
göstərən Bakın ı u zun müddət ala b ilməmişdilər.
41
 Yaln ız bütün ölkə işğal o lunduqdan 
sonra  şəhər  təslim  olmaq   məcburiyyətində  qaldı.  Monqolla r  nəhəng  monqol 
imperiyasının tərkib inə qatılan A zərbaycan, Ermən istan və Gürcüstanı işğal etdilər.
42
 
Monqollar Azərbaycanda böyük dağıntılar törətdilər, bir sıra iri şəhərləri  məhv 
etdilər.  Onla rın bə ziləri sonralar dirçələ b ilməyib süqut etdi.  Gəncə, Bə rdə, Bey ləqan, 
Şəbəran  kimi  iri  ticarət  sənətkarlıq  mərkəzləri  bərk  dağıd ılaraq  öz  əvvəlki 
əhəmiyyətlərin i  itirdilər.  İşğalçıların  gəldiyi  böyük  yoldan   kənarda  yerləşən  Bakı, 
görünür başqa şəhərlərə nisbətən az zərə r çəkmişdi. Hə rçənd, monqollar şəhəri a larkən 
Qız qalasının yu xarı hissəsi dağıdılmışdı.
43
 
XII-XIII əsrlə rdə yadelli işğalçıla rın basqınları ilə əlaqədar şirvanşahlar Ba kı və 
Abşeronda qala divarları, bürclər,  müdafiə istehkamları tikdirirdilər. On ların üzərində 
şirvanşahların  adları onların dəbdəbəli titulları ilə çəkilird i ki, bu da Şirvanşahların  və 
onların  vassalları  o lan  iri  feodalların  müstəqilliyin i  göstərirdi.  Yəqin  ki,  Bakı  da 
Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı ilə yanaşı, onların iqamətgahı idi. 
Çingiz  xanın  nəvəsi  Hülakü  xan  1258-ci  ildə  Bağdadı  aldı,  sonuncu  xəlifəni 
qətlə  yetirərə k  Abbasilər  Xilafətinə  son  qoydu  və  Cənubi  Azərbaycanda  Hülakü lər, 


67 
 
yaxud  Elxan ilə r sülaləsinin əsasını qoydu. Elxanilər Şima li A zərbaycanı,  Ermənistanı 
və  Gürcüstanı da  işğal etdilər.  Onlar  Cucilərin hə min  vilayətlər barəsində iddia larını 
rədd etdilər ki, bu da Qızıl Orda ilə Elxanilə r dövləti arasında toqquş maya səbəb oldu.
44
 
İki  dövlət  arasında  hərbi  əməliyyatlar  yüz  ilə  yaxın  davam  etdi.  Bu  müddət  ərzində 
onların  sərhədləri  tez-tez  dəyişərək  gah  Dərbəndin,  gah  da  Bakın ın  yaxınlığından 
keçirdi. 
Göstərilən hadisələr aramsız müharibələr nəticəsində dağıdılan ö lkən in rifahına 
son dərəcə fəlakətli təsir göstərirdi. XIII əsrin sonlarında şirvanşah III A xsitan  ibn II 
Fərru xzad  ö z  iqa mətgahını  Güştəsbiyə  köçürdü.  Bu,  görünür  Də rbənd  bölgəsinin 
Bakıya  qədər  Hülakülərlə  Cucilər  arasında  hərbi  əməliyyat  meydanına  verilməsi  və 
şirvanşahların həmin yerlərdə qalmasın ın təhlükəli olması ilə bağlı idi.
45
 
Monqol  istilası  Şirvanın  müstəqilliyinə  son  qoydu.  Öz  torpaqlarında 
monqolların vassalı kimi hakimiyyət sürən Şirvanşahlar öz adlarından pul kəsdirməyə 
davam  etsələr  də,  artıq  təmtəraq lı  t itullarını  göstərmir,  öncə  monqol  xaqanının  adını 
çəkdilər.
46
 Şirvanşahlar Elxani hökmda rla rının bütün yürüşlərində öz qoşunu ilə iştirak 
edir və süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirird ilə r. 
Mənbələrdə xəbər verilir ki, şirvanşah II A xsitan ibn II Fəribürz təqribən h.653 
(1256)-cü ildə Azə rbaycan, Gürcüstan, Xorasan və b. vilayətlərin feodal hakimləri  ilə  
birlikdə  "layiq li  hədiyyələrlə"  İs maililə rə  qarşı  yürüşə  çıxmış  Hüla kü  xanın  yolüstü 
qərərgahına gəlmişdi.
47
 
Elxan ilər dövründə Bakı monqol hökmdarlarının  qışlaq yeri idi. H.697 (1297)-ci 
ildə  e lxan  A rqunun  oğlu  Qa zan  xan  qışla maq  məqsədilə  Bakıya  gəlmişdi.
48
  Fransız 
rahibi Odorik de Pordenon (1274-1331) ya zır: "Xan yayı burada (Sultaniyyədə) keçirir, 
qışda isə Bakuk (" Bacuc") adlanan başqa ş əhərə gedir".
49
 
Elxan ilər  Də rbəndin  tənəzzülə  uğra ması  ilə  ə laqədar  əhəmiyyəti  artan  Bakıya 
böyük diqqət yetirirdilər.  Elxanilərlə  Cucilər arasındakı hərbi əməliyyatlarla əlaqədar 
Elxan ilər  Cucilərin  əlində  olan  Dərbənd  limanından  istifadə  edə  bilmird ilə r.  La kin 
onlar  Də rbəndin  ya xın lığ ında  onların  mənafeyin i  tə min  edən  rahat  və  təhlükəsiz 
limanların ın olmasında maraq lı id ilər. 
Böyük iqtisadi əhəmiyyətə malik o lan Bakı belə gözəl təbii liman  idi.  Bununla 
əlaqədar, Dərbənd tənəzzü lə uğradığı halda, Bakın ın əhəmiyyəti artır.
50
 İrandan və Orta 
Asiyadan gələn gəmilə r Ba kı liman ına üstünlük verməyə başladılar.
51
 
Monqol  dövlətinin  tənəzzü lə  uğrayaraq  dağılmağa  və  bir  sıra  xırda  feodal 
torpaqlarının yaran mağa başladığ ı XIV əsrin əvvəllərində Şirvanşahlar hakimiyyətin in 
mövcudluğu  Bakıda  təsərrüfat  həyatının  və  tikinti  işlərinin   dirçəlişində  böyük  rol 
oynadı.  Bu  vaxt  Şirvanşahlar  Şəbəran  və  Dərbənd  şəhərlərinə  də  sahib  idilər. 
Rəşidəddin  oğluna  məktubunda  şirvanşahı  "Şəbəran,  Şama xı  və  Də rbəndin  mə liki" 
adlandırır.
52
  XIV  əsrin  40-cı  illərində  Bakıda  Hülakü lər  -  sultan  Süley man  və 
Ənuşirəvan adından sikkə kəsilən zərb xana var idi.
53 
Bakı ərazisində həmin sikkələrin 
bütöv dəfinələri tapılmışdır. 
Monqol  dövlətinin  dağıldığ ı  dövrdə  Azərbaycanın  şimal  vilayətlərinin  bir 
müddət yadelli işğalçıların əsarətindən azad olan şəhərləri siyasi qüvvə əldə etdilər. Bu 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə