[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə29/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   25   26   27   28   29   30   31   32   ...   143

60 
 
Abşeronda neft  quyularına  və  duz  mədənlərinə  vergi  qoyulmuşdu.  VIII  əsrdə 
Bakıda neft və duz istehsalçılarından vergi yığan  xüsusi adamlar təyin olun muşdur.
16
 
Abşeronun neft verən torpaqları, neft quyuları və şor gölləri, habelə əkin yerləri həm 
dövlətin,  həm  də  ayrı-ayrı  feodalların  mü lkiyyəti  idi  və  adətən,  vergi  verən  əhalini 
amansızcasına istismar edən bu və ya digər feodala iltizama, yaxud icarəyə verilird i.
17
 
Bakı əhalisi şəhərin idarə olun masını əllərində saxlayan feodal zadəganlarından, 
neft verən torpaqların və əkin sahələrinin, şor göllə rin və bağların sahiblərindən, habelə 
böyük sərmayə toplamış iri tacirlərdən və ruhanilərdən ibarət id i. 
Şəhər əhalisinin  əsas kütləsini sənətkarlar və tacirlər təşkil ed ird i. Bu rada daş 
üzərində oyma, qravür ustaları, rəssamlar, zərgərlər,  memarlar,  bənnalar,  dulusçular,  
misgərlər,    də mirçilər,gə miqayıranlar,  qayıqçılar  və  mü xtə lif  istehsal  sahələrində 
çalışan sənətkarlar, habelə iri və xırda alverçilər, dükançılar, şəhər yo xsulları və qullar 
yaşayırdı. 
Məhkəmə  işləri  ilə  şəriət  hakimlə ri  -  qa zılar  məşğul  olurdu.  Onla r  vəqf 
məsələ lərini,  a millə rin   hərəkətlə rindən  narazı  qalanla rın  işlə rin i  araşdırırdılar. 
Vergilərin toplan ması ilə bilavasitə ə mirə tabe olan xüsusi mə murlar - a millər
18
 məşğul 
olurdu. 
Vilayətlər  yenə  də  əmirin  başçılıq  etdiyi  Divan  tərəfindən  idarə  olunurdu. 
Xilafət lə əya lətlər və ucqarlar arasında rab itə sa xla maq üçün poçt - ba rid  yaradılmışdı.
19
 
Ərəb hərbi qarn izonları (rabatlar) əsas şəhər və məntəqələrdə, o cü mlədən Abşeronda 
yerləşdirilmişdi. 
İbn Havqəl xəbər verir ki, A zərbaycan şəhərlərin in əhalisi arasında Azərbaycan 
(Arran) və fars dillərindən başqa ərəb dili də yayılmışdı. Lakin o qeyd edir ki, bu dildə 
danışanların  sayı  az  id i.  Xalis  ərəb  dilində  tacirlər  və  mülk  sahibləri  danışırdı.
20
 
Gö rünür,  ərəb  müəllifləri  Azərbaycan,  yaxud  Arran  dili  dedikdə  türk  d ilini  nəzərdə 
tuturdular.  Yu xarıda  göstərdiyimiz  kimi,  Arran ın  türkləş məsi  artıq  eramızın  ilk 
əsrlərindən başlamış və türk tayfalarının  Dərbənd keçid i vasitəsilə şimaldan  intensiv 
axın ı ilə əlaqədar VI əsrdə güclənmişdi. 
Ölkə  ərəblər  tərəfindən  istila  edildikdən  sonra  islam  d ini  Bakı  və  Abşeron 
kəndlərinin  əhalisi  arasında  yayılmağa,  zə rdüştiliy i  və  qədim  astral  etiqadla rı 
sıxışdırmağa başladı. Abşeronda bu günə qədər çox qədim din i ayin lərin qalıqları kimi 
müqəddəs ağaclara (Mərdəkan və Əmircan kəndlərində Pir Çinar) və daşa (Bu zovnada 
Əli ayağı) sitayiş mövcuddur. Ağaclara sitayişi VII əsr alban tarixçisi Musa Kalankatlı 
da qeyd etmişdir.
21
 
Abşeron  əhalisi  islam  dinin i  qəbul  etdikdən  sonra  VIII-X  əsrlərdə  müsəlman 
ənənələrini və ərəb-müsəlman dini ad larını qəbul edən qədim pirlərin (Bu zovnada Əli 
ayağı, Pirallah ı adasında Pirallahı və s.) müsəlmanlaşdırılması başlandı. 
 
 
 
 
 


61 
 
 
III Fəsil 
 
BAKI ġĠRVANġAHLARIN HAKĠMĠYYƏTĠ DÖVRÜNDƏ 
(XI-XVI ƏSRLƏR) 
 
1. SĠYASĠ TARĠX 
 
X əsrin sonunda və XI əsrdə Abbasilər Xilafətin in tənəzzü lü ilə ə laqədar bir sıra 
vilayətlərin  və  ölkələ rin  hakimlə ri,  o  cümlədən  Şirvanşahlar  müstəqil  hakimiyyət 
sürməyə başladılar və onların hakimiyyəti get-gedə irsi şəkil alır. 
Şirvanşahlar IV Yəzid in hakimiyyəti dövründə — h.381-418 (991 -1027)-ci illər 
- sülalənin iranlaşdırılması baş verdi. Bu, Mə zyədilə rin ənənəvi ərəb adlarının (Xa lid, 
Yəzid) dəyişdirilərə k,  Ənuşirəvan, Mənuçöhr, Qubad və s. kimi Sasani İran adları  ilə  
əvəz olun masında əksini tapdı. 
Hə m prof. Y.A.Pa xo mov, hə m də V.F.Minorski bu dəyişikliy i şirvanşahların öz 
şəcərələrini  Sasani şahlarına bağlayan hansısa yerli hakimlər  (Dey ləm və ehtimal ki, 
Şabran) nəsli  ilə nikah əlaqələri ilə  izah edirlər.
1
 Daha sonrakı  müə lliflə r  Rəşidəddin, 
Qaffa ri və b. şirvanşahların və qədim İran əsilzadə mənşəyini göstərmişlə r.

Eht ima l ki, 
ərəblər Şirvanı və A zərbaycanı istila etdikdən sonra ərəblərin  hakimiyyətdə saxladıqları 
şirvanşahlar  Xilafətə  xərac  verən  və  onun  xəzərlər  üzərinə  yürüşlərində  iştirak  edən 
vassal  hüququnda  Şirvanın  idarə  o lun masını  davam  etdirmişlər.  Lakin  ərəblər 
Azərbaycanda  və  Cənubi  Qafqazda  ö z  hakimiyyətlərin i  möhkə mləndird ikdən  sonra 
yerli hakimlərin, o cü mlədən Şirvanşahların hakimiyyətini ləğv etdilər. Şirvanın ə rəb 
hakimi Mə zyədi Heysəm ibn Xa lid xə lifə Mütəvəkkil ö ldürüldükdən (h.247 (861)-ci il) 
sonra Xilafətdə baş verən qarışıqlıqdan istifadə edərək ö z müstəqilliyin i e lan etdi. Ərəb 
hakimləri tərə findən təqib olunan Şirvanş ahlar mə rkə zdən uzaq ucqar yerlərə çə kilə rək 
gizlən miş  və  onların  nəsilləri  b ir  neçə  əsr  ərzində  gözə  çarp madan  davam  et mişdir. 
Ehtimal  ki,  bu  nəslin  qadın  nü mayəndələrin i  Mə zyədilə r  ərəb  sülaləsinə  mənsub 
şirvanşahlarla  nikahı  tarixdə  Kəsranilər  adı  ilə  tanınan  sonrakı  Şirvanşahların 
iranlılaşmasın ın stimulu olmuşdur.  
Arrandakı  Şəddadilərdən  və  Dərbənddəki  Haşimilərdən  xeyli  yüksək  nüfuza 
malik olan  bu sülalənin hakimiyyəti onun ayrı-ayrı nümayəndələri - qardaş və oğullar, 
əmi və əmioğlan ları arasında düşmənçiliklə əlamətdardır. 
H.416 (1025)-cı ildə şirvanşahın oğlu Ənuşirəvan ibn  Yə zid atasının ə leyhinə 
qiyam qald ırdı, lakin  yaxalanıb həbsxanaya salındı və burada aclıqdan və susuzluqdan 
öldü.
3
 
H.425  (1034)-ci  ildə  şirvanşah  Mənuçöhr  yeddiillik  hökmranlıqdan  sonra  öz 
evində hakimiyyəti ələ   keçirən qardaşı  Əbu Mənsur ibn   Yə zid tərə findən  xaincəsinə 
öldürüldü.
4
 
Dərbəndə  sahib  olmaq  uğrunda  aramsız  mübarizə  Mənuçöhr  ibn  Yə zid in 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə