[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə28/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   24   25   26   27   28   29   30   31   ...   143

58 
 
qayırılmış  qablardan,  tabaqlardan,  taslardan,  dolçalardan,  əhəngdaşından  (şirli 
kera mika  -  S.A.)  və  qızıldan  düzəldilmiş  satıllardan,  bununla  yanaşı  nəfis  şüşə 
qablardan,  rəngli  büllu rdan  və  əla  cəvahiratdan  istifadə  edirdilər".
3
  Bakı  qalası 
(İçərişəhər)  ərazisində  aparılan  qazıntılar  zamanı  şirvanşahların,  feodalların,  habelə 
dövlətli şəhərlilərin istifadə etdikləri VIII-X əsrlərə aid ço xlu miqdarda gözəl şirli saxsı 
qab, şüşə məmulat q ırıqların ın tapılması ərəb mənbələrin in məlu matların ı təsdiq edir. 
Məzyədilə r Xilafətin vassalı olan ilk  müsəlman Şirvanşahlar sülaləsi idi.  Onlar 
Bərdədə oturan ərəb canişininə - ə mirə tabe id ilər. Əmirlə r ərəb lərin qoyduqları yerli 
hakimlərin  fəaliyyətinə,  şəhər  və  kənd  əhalisinin  ü zərinə  qoyulan  vergilərin  (cizyə, 
xərac  ve  s.)  yığ ılmasına  nəzarət   et məli  idilə r.
4
  Əmir  ö z  bölgəsindəki  qoşunun 
ko mandanı, in zibati aparatın başçısı idi. Ərəb lərin hökmranlığı dövründə Bakının  neft 
quyuları və duz  mədənləri vəqf  kimi  Dərbənd qazilərinə verilmişdi. Şirvanşahlar neft 
quyularından  və  duz  mədənlərindən  vergiləri  (rüsum  ən-nəffətə  və-1-məllaha)
 
toplamaq və yığılan vəsaiti Dərbənd qazilərinə göndərmək üçün  xüsusi vergi yığanlar 
təyin  edirdilə r.  Vəq f  təsisatı  çoxdan  mövcud  idi.  Şirvanşah  Heysəm  ibn  Məhəmməd 
Şirvanın bir neçə kəndinin məhsulunu da həmin məqsəd üçün ayırmışdı.
5
 
X  əsrdə  Şirvan  şəhərlərində  -  Ba kıda,  Şa ma xıda,  Də rbənddə  ölkənin  siyasi 
həyatına müda xilə et məyə başlayan rəislərin - se x təşkilatla rın ın, ya xud tacir silklə rin in 
başçıların ın  hakimiyyəti  gücləndi.  Haşimilər  sülaləsinin   hakimiyyət  sürdüyü 
Dərbənddə iğtişaşlar baş verdikdə rəislər şəhər əhalisi ilə birlikdə tez-tez ö z hakimlərini 
qovaraq  şirvanşahı  şəhərə  hakim  o lmağa  dəvət  edirdilər.
6
  Şirvanşahlar  sülaləsin in 
nüfuzu əl-Bab ın yerli zadəganları arasından çıxmış  Haşimilər sülaləsinin nüfu zundan 
qat-qat  üstün  idi.  Şirvanşahlar  Dərbəndə  sahib  olmaq  uğrunda  bu  şəhərin  hakimləri, 
habelə,  öz  əra zilərini  genişləndirmə k  məqsədilə  qonşuları  ilə  te z-te z  müharibə 
aparırdılar.  H.382  (992)-ci  ildə  Qəbələ  rustağında  şirvanlılarla  şəkərlilər  arasında 
şiddətli vuruşma baş verdi. Döyüşdə şirvanşahın vəziri Müsəddid ibn Həbəşi öldürü ldü, 
onunla  birlikdə  Şirvan  qoşununun  adlı-sanlı  400  süvari  əsgəri  də   həlak  oldu.
7
 
Şirvanşahlar süvari döyüşçülərdən və daimi ordudan (əsgər) ibarət yerli qoşun (cünd) 
saxlay ırd ılar.  Onlar  hərb i  quruculuqda  muzdlu  döyüşçülərdən  də  geniş  istifadə 
edirdilər.  Be lə  ki,  h.455  (1063)-ci  ildə  Arran   hakimi  Əbüləsfər  Şirvanın  payta xtını 
mühasirəyə  alarkən  "Ləkz  və  diduvan  (Dağ ıstandakı  dido  tayfası)  zadəgan 
gənclərindən"  50  süvari  ö ldürülmüşdü.  Şirvanşah  qoşununun  t ərkib ində  qarnizon 
xid mət i  göstərən  qeyri-niza mi  dəstələr  (növbətiyyə)  də  var  idi.  On lar  hər  ay 
dəyişdirilirdilər.
8
 Şirvanşahların silahlı mühafizəç iləri (qula mları), nökərləri (xadim) və 
qulları vard ı. Onlar müstəqil hökmdar kimi öz adlarından xütbə o xudurdular.
9
 
Şirvanşahlar  sarayında  vəzirlər  böyük  nüfuza  və  hakimiyyətə  malik  idilər. 
Şirvanşahlar  onlarla  hesablaşırdılar.  Belə  ki,  vəzir  İbn  Əl-Məraq i  hakimiyyəti  ələ 
keçirməyə cəhd göstərərək, şirvanşah Məhəmməd ibn Yəzidi və onun qardaşı Əh mədi 
qətlə yetirmişdi.
10
 
Bizim əlimizdə  VIII-X əsrlərdə Ba kının sosial təbəqələri və şəhər idarəçiliyinə 
dair  mənbələrin  məlu mat ı  yo xdur.  Lakin  "Tarix  əl-Bab"ın  Şirvanın  başqa  şəhərləri 
haqqında  verdiyi  məlu matlar  bu  məsələni  Bakı  ilə  əlaqədar  da  müəyyən  dərəcədə 


59 
 
aydınlaşdırmağa imkan verir. 
Şəhərləri  əmirlər,  hakimlər  idarə  edird ilər.  Qoşunun başında  isfahsalar,  sahib 
əl-cəyş  dururdu.  Bələdiyyə  rəisləri  -  darğalar  və  amillər  də  inzibati  işlərlə  məşğul 
olurdular.  Şəhərin  hakim  təbəqəsi  zadəganlar  id i;  rəislər  feodal  şəhərinin  həyatında 
mühü m rol oynayan sənətkarlıq sexlərin in və tacir silklərinin başçılarından ibarət idi. 
Maliyyə məsələləri ilə  Divan ə l-Xərac  məşğul o lurdu. A millə r verg i yığanlar idi. 
Bakıda  neft  və  duz  mədənlərini  idarə  edən  nazir  var  idi.  Şəhərlərdə,  rəislər  kimi 
şirvanşahlara heç də həmişə tabe olmayan ruhanilər, qazılar, müsəlman hüquqşünasları 
- fəq ihlər və Quran
11
 oxuyanlar da yaşayırdı". 
Şəhərlərin ən yo xsul əhalisi qullar və "qara camaat" (övbaş) idi.  Onlar ş əhərin 
feodal hakim təbəqələrinə qarşı qiya mla r qald ırırd ıla r. 
Hələ  Sasanilər  za manı  Sasanilər  Dövlətin in  mühüm strateji əhə miyyətli əyaləti 
olan Şirvan ərəb hökmranlığı dövründə ərəblərin böyük diqqət göstərdikləri ən iri siyasi 
quruma  çevrild i.  Şirvanşahlar  Şirvanın  paytaxtı  Şamaxıda  yaşayırdılar.  Ehtimal  ki, 
mə rkə zi  Bakı olan Abşeron Şirvan vilayətinin tərkibində əlah iddə inzibati vahid olub, 
şirvanşahın  təyin  etdiyi  hakim  tərəfindən  idarə  edilirdi.  X  əsrin  sonlarında  Şirvanın 
başlıca şəhərləri Şamaxı, Dərbənd, Bakı və Şəbəran id i. 
Şirvanşahlar bütün tarix boyu müstəqillik uğrunda  mübarizə aparmış, ayrı-ayrı 
vaxtlarda  müstəqil  hakimiyyət  sürmüşlər.  Lakin   Şirvan  bu  və  ya  d igər  işğalçın ın 
hakimiyyəti a ltına düşdükdə Şirvanşahlar vassal asılılığ ında olub süzerenlə rinə  xərac  
verird ilə r.  Ərəblərin  Arranda  hökmranlığı  za manı  Məslə mə  Əbdülmə lik  (VIII  əsr) 
Şirvanın üzərinə 20 min batman buğda və 50 min dirhəm pul vergisi qoy muşdu.
12
 
X əsrin ortala rında Şirvanşah Salari Mərzuban ibn Məhəmməd  ibn Müsafirə 1 
000 000 dirhə m xərac ödəyirdi.
13
 Ərəb müəlliflərinin məlu mat ına görə, verg i kimi qul, 
pul, təsərrüfat ləvazimat ı, qatır, yük heyvanları və  bəzə k şeyləri a lmırdı.
14
 Mənbələrdə 
Bakı əhalisindən alınan verg inin məbləği göstərilməsə də, neft, duz, buğda, zəfəran və 
boyaqotu  ilə  zəngin  olan  şəhər  və  Abşeron  kəndlərinin  əhalisindən  xeyli  vergi 
toplandığını ehtimal etmək o lar. Şəhər sənətkarları işğalçılara və şirvanşahın xəzinəsinə 
böyük  miqdarda  vergi  verməklə  ərəb lərin  və  yerli  feodalların  ikiqat  zülmünə  məruz 
qalırd ılar. 
Xilafətdə xərac  və  cizyədən əlavə, şəhər əhalisindən alınan bir sıra  digər vergilər 
də  mövcud  idi:  xü ms  zə katdan,  yəni,  bütün  ə mlakdan,  sənətkarlıq   mə mu latından, 
hasilatdan,  qul  halına  salın mış  əsirlə rdən,  arvad  və  uşaqlardan  və  bütün  daşınar 
əmlakdan alınırd ı. Zəkat, yaxud sədəqə mal-heyvandan bu hesabla yığılırd ı: dəvədən 
-4-9 başdan bir quzu, ya xud iki keçi, 10-14 başdan 2 quzu, 15-19 başdan 3 qoyun və s.; 
inək və ca mışdan - 30-39 başdan 1 baş, 40-50 başdan 2 baş və s.; qoyundan - 40-120 
başdan 1 quzu, yaxud 2 keçi, 121-199 başdan 2 quzu, 200-399 başdan 3 qoyun və s. 
200  d irhə m  və  20  misqal  qızıl  və  gü müşdən  artıq  məbləğdən,  ya xud  onun 
dəyərindən  qırxda  biri  alınırdı.  Qeyri-müsəlman  tacirlər  ma lla rın ın  dəyəri  200 
dirhə mdən  art ıq  olmadıqda  ildə   bir  dəfə   onun  üçdə  biri  dəyərində  zimmi  vergisi 
verird ilə r.  Başqa  ölkə lərdən  gələn   tacirlərdən  malla rın ın  dəyəri  200  dirhə mi 
keçmədikdə onun onda biri məb ləğində vergi alınırd ı.
15
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə