[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə24/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   20   21   22   23   24   25   26   27   ...   143

50 
 
Bakı, Şəbəran, Bab-əl-Əbvab, Ab xaz, Qəbələ, Şəkki, Mələzkerd və Təb lənin"
32
 adlarını 
çəkir.  Bakı  haqqında  o  belə  deyir:  " Bakı  dənizin  kənarında  şəhərdir.  İqlimin  yeganə 
limanıdır..."
33
 Həmin vaxt  Bakı Şirvanın  mühüm iqt isadi mə rkə zlərindən biri  idi və X 
əsrin  sonunda o,  bir  sıra  ö lkələrlə  ticarət  aparmaq  üçün  rahat  liman ı  olan  iri  ş əhərə 
çevrilmişdi. 
Əgər ərəb lərin Arranı və A zərbaycanı işğal etdikləri ilk əsrlərdə ölkə dağılmış 
və tənəzzü lə uğra mışdısa, IX və X əsrlərdə o, art ıq iqtisadi inkişaf dövrünə daxil o ldu. 
İbn  Havqəl,  bir  sıra  digər  ərəb  tarixçiləri  və  coğrafıyaşünasları  əsərlərində  Arran  və 
Azərbaycanın  şəhər  və  yerlərinin  tə rəqqisini  qeyd  edir,  əhalisinin  rifahından 
danışırlar.
34
 Bu dövrdə Arran və Azərbaycan şəhərlərinin təkcə bir-biri ilə deyil, b ir sıra  
digər Şə rq ölkələ ri ilə də t icarət əlaqə ləri canlan ır. 
Əl-İstəxrinin   məlu matına görə  müsəlman ö lkələrin in tacirləri  Xəzər dənizi  ilə 
xə zərlərin torpaqlarına, Arran,  Cil (Gilan  - S.A.), Təbəristan və Cürcanın (Gürganın - 
S.A.) vilayətlə rinə ü zürdülər.
35
 
İstəxri daha sonra Bərdəni,  Bab əl-Əbvabı,  Tiflisi Arran ın ən böyük şəhərləri 
adlandırır.
36
  Görünür, böyük tica rət yollarından kənarda qa lan, gə miç ilik  zə if  inkişaf 
etdiyindən  hələ  mühüm  dəniz  liman ı  olmayan  Bakı  VIII  əsr-IX  əsrin  əvvəllərində 
ölkənin iri ticarət mərkəzləri sırasına daxil deyild i. 
Digər  ərəb  müə llifi  əl-Məsudi  X  əsrin  sonlarında  Xə zər  dənizində  tica rətdən 
ətraflı  bəhs  etmişdir.  O  xəbər  verir  ki,  ticarət  gəmiləri  daim  Cil  (Gilan),  Deyləm 
vilayətləri və İtil şəhəri arasında ü zürlər. " Gə milər Xəzə rin cənub sahillə rində Ba kuha 
qədər adını çəkd iyimiz yerlə rdə də üzürlər..."
37
 
Ərəb coğrafiyaşünası İbn  Havqəl  İstəxrin in  məlu matların ı təkrarlay ır.  Bundan 
əlavə o, Arranda və Xəzər dənizi adalarında boyaqotu yığıldığın ı və dəniz vasitəsilə 
Cürcana, oradan isə karvan yolu ilə hind torpaqlarına aparıld ığın ı qeyd edir.
38
 Beləliklə, 
uzaq ölkələrlə də ticarət aparılırdı. 
Xarici və da xili ticarət in, e ləcə də, pu l tədavülünün inkişafı  ilə  əlaqədar şəhər 
həyatında böyük dirçəliş nəzə rə ça rpır. Xə lifə  Əbdülmə likin  (685-705) islahatla rından 
sonra  Arran  və  Azərbaycanın  şəhərlərində  Sasani  pul  vahidlərin i  sıxışdırıb  aradan 
çıxaran ərəb sikkələri işlən məyə başlayır. 
Artıq  VIII  əsrdən  etibarən  və  sonralar  A rran  şəhərlərinin   özündə  ərəb 
sikkə xanaları meydana gəlir. Ticarət ə məliyyatları uzaq şima la qədər yayılır. Rusiyanın 
şimalında,  Alman iyada,  İsveçdə,  Norveçdə,  Baltikyanı  ö lkələrdə  A rran  şəhərlərində 
kəsilmiş  sikkə   xə zinələ rin in  tapılması  Şa ma xı,  Dərbənd,  Bərdə  və  d igər  Arran 
şəhərlərinin həmin ölkələrlə qızğ ın ticarət apardığ ını göstərir.
39
 IX-X əsrlə rdə Ba kıda 
da sikkə kəsildiyi istisna edilmir. 
Feodal  münasibətlərinin  inkişafı,  əmək  bö lgüsü,  sənətkarlığın  və  ticarətin 
yüksəlişi ilə əlaqədar X əsrdə Arran və A zərbaycanın şəhərlərində əmtəə istehsalı artır. 
Bu  dövrdə  Bərdə,  Bakı,  Bab  əl-Əbvab,  Gəncə,  Beyləqan,  Şamaxı,  Şəbəran,  Şəmkir, 
Naxçıvan, Ərdəbil, Marağa, Təbriz kimi şəhərlər iri ticarət mərkəzlərinə çevrilirlər. Bu 
şəhərlərin sənətkarları qızğ ın ticarət gedən bazarlar üçün  mallar  istehsal edirdilər.  Bir 
qismi Arran şəhərlərində hazırlanan gözəl, nazik şüşə qablara, şirli  keramikaya,  ipək 


51 
 
parçalara,  xalçalara,  gü müş  və  qızıl  məmu latlarına  feodal  əyanları  arasında  böyük 
tələbat  var  idi.
40 
Arran  şəhərləri  b ir  ço x  malların   istehsalı  və  satışı  sahəsində 
ixt isaslaşırdı ki, bu da onlarda ço xlu s ənətkarların cə mləşdiyini göstərird i. 
Beynəlxa lq  ticarət  yolları  üstündə  duran  Şirvan  ş əhərləri  Ba kı,  Şa ma xı  və 
Dərbənd Xilafət i bir sıra Şərq və Qərb ölkələ ri ilə bağlayaraq, özləri də bu ticarətdə fəal 
iştirak edird ilər. 
Beynəlxa lq  t icarət  yollarının   qovşağında  yerləşən,  Bərdə,  Na xç ıvan  kimi 
şəhərlər bütün Yaxın Şərq in ən böyük ticarət və sənətkarlıq mərkəzlərinə çevrilərək öz 
əhəmiyyətlərin i  demək  olar  ki,  X  əsrin  b irinci  yarısının  sonunadək  saxlamışdılar.
41
 
Bərdə  X  əsrin  sonlarında  tənəzzülə  uğradıqdan  sonra  ipək  parça  istehsalı  ilə   şöhrət 
qazanan Gəncə sürətlə böyüməyə başladı.
42
 
Xəzə rlər ölkəsindən, Rusdan, İrandan,  Bizansdan və uzaq Şərq  ölkələ rindən - 
Hindistandan,  Çindən,  İraqdan  və  Su riyadan  Dərbəndə,  Şamaxıya  və  Bakıya  gələn 
tacirlə r, başlıca o laraq,  mis,  mu m,  xəz, silah, bahalı ipə k parça, ədviyyə, ç ini qablar, 
qiymət li daşlar və s. ibarət ma llarının əvəzində karvanla rla ne ft, duz, ba lıq, mal-heyvan 
(qatır,  at),  zəfəran,  koşenil  (q ırmızı  boyaq),  boyaqotu  və  b.  mallar  alıb  aparırdılar. 
Sənətkarla rın  istehsal etdiyi ma lla r, başlıca  olaraq  xa mna, ip ək və yun parçala r, xa lça  və 
xalça məmu latı, örtüklər, qaytan da ixrac o lunurdu.
43
 
Bakı  ərazisində  tapılmış  mü xtəlif  sikkələr  də  bu  ticarət  əlaqələrindən  xəbər 
verir. Bakı ilə d igər bö lgələr arasında ticarət əlaqələri hələ Sasanilər dövründən mövcud 
olmuşdur.  Bunu  onun  ərazisindən  tapılmış  Sasani  sikkələri  dəfinələri  də  təsdiq  edir. 
Bakın ın  şəhər  rayonlarının  b irindən  qiy mətli  metallar  bölməsinə  83  gümüş  Sasani 
sikkəsindən  ibarət  dəfinə  təhvil  verilmişdir.  Onlardan  ən  erkəni  I  Xosrovun 
hakimiyyətinin  12-c i,  ya xud  e ra mızın  542-ci  ilinə,  ən  sonuncusu  is ə  III  Ərdəşirin 
hakimiyyətinin 2-c i, ya xud era mızın 629-cu ilinə aidd ir.
44
 
Bir  qədər  sonra  Ba kının   başqa  bir  şəhər  rayonundan  86  ədəd  gümüş  Sasani 
sikkəsindən  ibarət   yeni  dəfinə   da xil  olmuşdur.  Onla rdan  ən  erkəni  I  Qubadın 
hakimiyyətinin  4-cü,  yəni  b.e.  490-c ı  ilinə  a iddir.  Sonuncu  sikkə  isə  II  Xosrovun 
adından 638/9-cu ildə kəsilmişdir.
45
 
Bu  sikkə lər  hə min  dövrdə  Bakı  şəhərinin  mövcud  olduğunu,  eləcə  də,  onun 
başqa  ölkələrlə  ticarət  əlaqələrinin  in kişaf  etdiyini  göstərir.  Keçmiş  Bakı 
quberniyasının  ərazisində  və  Azərbaycanın  digər  rayonlarında  da  bir  neçə  Sasani 
sikkə ləri dəfinəsi tapılmışdır.
46
 
Bakı  qalasında  (İçərişəhərdə)  bürcün  yaxınlığında  (Bakı  Soveti  və  keçmiş 
universitet binalarının arasında) tapılmış Abbasi sikkəsi VIII əsrə aid  ilk ərəb sikkəsid ir. 
Hə min sikkə h.II əsrə (era mızın VIII əsri) a iddir.
47
 
IX  əsrə  a id  nu mizmatik  tapıntılar  arasında  Ba kı  əra zisində,  liman  körpüsü 
yaxınlığında  dənizdən  torpaq  çıxarılarkən  təqribən  7-8  metr  dərin likdə  tapılmış  bir 
sikkən i qeyd etmək ola r. Suyun altından kəsildiy i yer göstərilməyən h.207 (822-823)-ci 
ilə  aid qızıl əğləbi dinarı ç ıxa rılmışdır: I - aşağıda məsrur; II - yu xarıda qalab; aşağıda I 
Ziyadətüllahın adı - h.201-223 (817-838)-cü illə r.
48
 
Dəniz  qırağ ında  su  altından  əğləbi  sikkəsinin   tapılması  IX  əsrin   birinci 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə