[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə20/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   16   17   18   19   20   21   22   23   ...   143

42 
 
vilayət  hakimlə rin in  siyahısını  gətirir,  on ların  arasında  Şiyranşahın  (Şirvanın 
hökmdarı) da adı çəkilir. Cənubi Qafqazın bu vilayətləri Sasani imperiyasının tərkib inə 
I  Şapur  (242-272)
36 
zamanında  daxil  edilmişdi.  Sərhədləri  köçəri  türk  ordaların ın 
bas-qınlarından  qorumaq  məqsədilə  Xə zəryanı  v ilayətlə rindəki  təbəələrindən  vassal 
mü lklərin in,  yaşayış  yerlərin in  və  iri  koloniyaların  yaradılmasını  I  Xosrov 
Ənuşirəvanın adı ilə də bağlayırlar. 
Əl-Bəlazuri (IX əsr), Məsudi və digər ərəb müəllifləri xəbər verirlər ki, Xosrov 
Ənuşirəvan  şahları  seçdi,  onların  hər  birini  ayrıca  v ilayətin  şahı  təyin  etdi.  On ların 
arasında Şirvanşah adlanan Şirvan hakiminin də adı çəkilir.
37
 
I  Xosrov Ənuşirəvanın sərhəd vilayətlərin in hakimlərinə şah titulu verməsi iri 
torpaq sahibləri  o lan  bu  feodalların  xey li  dərəcədə  müstəqil  olduqlarını  göstərir.  Bu 
qüdrətli  feodallar  dəstəsi  Sasani  hökmdarı  -  şahənşahın  sarayında  keçirilən 
yığıncaqlarda (məclislərdə) iştirak edird ilər. On ları saraya gəlməyə vadar edən Xosrov 
Ənuşirəvan  bununla  onların  mərkəzi  hakimiyyətdən  asılılığını  nəzərə  çarpdırır  və 
onları  itaətdə saxlay ırd ı.
38
 Bir sıra orta əsr  müəllifləri  -  Beydəvi (XIII əsr),  Dövlətşah 
(XV əsr),  Xandəmir  (XVI əsr) və b.  -  Şirvanşahlar sülaləsinin  mənşəyini Sasanilə rlə  
bağlayırlar. 
Sasanilərin  dağ  keç idlə rin in  müdafiəsi  üçün  təyin  etdiklə ri  ilk  Şirvanşahlar 
sülaləsi haqqında başqa məlu matımız yo xdur. Ço x ehtimal ki, bu ilk şirvanşahlar yerli 
əhalidən  deyil,  Sasani  şahlarına  qohum  və  tabe  olan,  onların  öz  şimal  sərhədlərini 
qorumağı  etibar  etdikləri  adamlardan  olmuşlar.  Ərəblər  h.22  (642/3)-ci  ildə  Şirvanı 
işğal edərkən onlardan biri ilə görüşmüşdülər.
39
 
Bə lazuri,  Yəqubi  və   əl-Ku fin in  mə lu matla rına  görə,  Xilafətin   Şirvanı  işğal 
etdiyi ilk dövrlərdən IX əsrin b irinci yarısının sonunadək ərəblər Şirvanşahları xəlifəyə 
xərac verən və onun xə zə rlə rə qarşı yürüşlərində iştirak edən vassal kimi hakimiyyətdə 
saxlamışlar. Bəlazuri 797/8-ci ildə Ərminiyənin  valisi o lan Səid  ibn Səlm əl-Bəh ili ilə 
bir va xtda hakimlik et miş əş-Şə ma x ibn Şücanı Şirvanın mə liki adlandırır.
40
 Ehtima l ki, 
o, ərəblərin hakimiyyətdə saxlad ıqları, isla m din ini və ə rəb adını qəbul et miş, xə lifən in 
vassalına  çevrilmiş  və  ona  xərac  verən  şirvanşah  -  Şirvan  hakimi  olmuşdur. 
Şirvanşahlar Xilafətin in zibati bölgüsünə görə Şirvanın da daxil o lduğu Azərbaycan və 
Ərmin iyə  valisinə  tabe  idilər.  Bəlazu ri  xəbər  verir  ki,  yerli  feodallar  ö z  mü lklərində 
yaşayır və hər b iri ö z vilayətini qoruyurdu.
41
 
IX  əsrin  ikinc i  yarısında  Abbasilər  Xila fətinin  zə iflə məsi  və  dağılmağa 
başlaması, habelə onun daxilində mərkəzdənqaçma qüv-vələrin in güclən məsi ilə bağlı 
olaraq,  A zərbaycan  ərazisində  bir  sıra  müstəqil  feodal  dövlətlə ri  meydana  gəldi. 
Onların ən mühü mü Şirvan idi. Bu dövlətin başında Məzyədilər sülaləsindən şirvanşah 
titulu  daşıyan  hakimlə r  dururdular.  Məzyədilər  Xila fətin  vassalı  və  ərəb  valisinə  - 
Bərdədə oturan əmirə tabe olan ilk müs əlman Şirvanşahlar sülaləsi id i.
42
 
Mənbələr  xəbər verir  ki,  xə lifə  ərəb  mənşəli Mə zyədi  Şirvanşahlar sülaləsinin 
banisi,  şeybani  tayfasından  olan  Yəzid   ibn  Məzyədi  Ərminiyə,  A zərbaycan,  Arran, 
Şirvan və Bab əl-Əbvabın valisi təyin etdi. O, h.172 (788)-ci ildə xəlifə Harun ər-Rəşid 
tərəfindən  valilikdən  çıxa rılmış,  lakin  h.183  (799)-cü  ildə  yenidən  bu vəzifəyə  təyin 


43 
 
olunmuş  və  ö mrünün  sonunadək  h.  185  (801)-ci  ilədək  hökmranlıq  etmiş,  Bərdədə 
ölmüş və orada da dəfn olunmuşdur. Mənbədə onun ölümünün təfsilatı belə nəql edilir. 
"Söyləyirlər  ki, bir qonaqlıqda ona b ir gözəl qız bağışlayırlar, o,  məclisi tərk edərək 
qızla intim əlaqəyə girir və onun ağuşunda ölür. Bu, Bərdədə olmuşdur..."
43
 
Sonrakı  hakimlər  -  onun  oğulları  və  bu  sülalənin  digər  nü mayəndələri 
müstəqilliyə cəhd göstərərək Xilafət əleyhinə üsyanlar qaldıran qonşuları gürcülər və 
şəkililərlə feodal  müharibələri aparmışlar.  Onlar torpaqlarına basqın edən xəzərlər və 
alanlarla  da  vuruşmuşlar.  h.237  (851)-c i  ildə  xə lifə  Mütəvəkkil  Bab  əl-Əbvab 
(Dərbənd)  şəhərini  ondan  asılı  o lan  torpaqlarla  birlikd ə  iqta  kimi  Məhə mməd  ibn 
Xalidə bağışladı. Buna görə də sonra gələn şirvanşahlar Dərbəndə özlərinin iqta mülkü 
kimi  ba xmış  və  bu  torpaqlara  sahiblik  iddiası  edərək  Dərbənd  Haşimilər  sülaləsin in 
yerli hakimləri ilə daim müharibələr aparmışlar. 
Xilafət in  mə rkəzi hakimiyyətinin  zə iflədiy i b ir  məqa mda, h.247  (861)-ci  ildə, 
xəlifə   Mütəvəkkil  öldürüldükdən  sonra  Heys əm  ibn  Xalid  qədim  İran  "şirvanşah" 
titulunu
44
  qəbul  edərək  müstəqil  hökmda r  kimi  hakimiyyət  sürməyə  başladı.  Hə min 
vaxtdan etibarən Məzyədi Şirvanşahlar sülaləsinin nümayəndələri ö z iqta torpaqlarında 
irsi  vassallara  çevrild ilər.  Dərbənd  və  Dağıstanın  bir  hissəsi  vaxtaşırı  Şirvanşahların 
torpaqlarına  daxil  edilird i.  Məzyədi  Şirvanşahlar  sülaləsinin  Lay zan  qolunun 
güclənməsi  Lay zanın  Şirvanı  işğal  etməsi  ilə  nəticələndi.  "Tarix  əl-Bab"ın  verdiyi 
mə lu mata  görə,  h.305  (917)-c i  ildə  atasının  ə misi  oğlu  -  şirvanşah  Əli  ibn  Heys əmi 
öldürən Layzan hakimi Lay zanşah Əbu Tahir Yəzid  ibn Məhəmməd Şirvanı işğal etdi 
və h.306  (918)-cı ildə Şirvan torpağında Yə zidiyyə şəhərini saldırdı.
45
 Burada söhbət 
həmin  va xtdan  xeyli  əvvəl  mövcud  olmuş  Şa ma xı  ş əhərinin  ətra fında  istehkamlar 
tikilməsindən  gedir.  Əbu  Tahir  Yə zidin  e kspansiya  siyas əti  Layzanın  güclən məsi  və 
şirvanşah Əli ibn  Heysəmin  Şəndanla və Bakı yaxın lığında ruslarla  mübarizədə hərbi 
uğursuzluqları ilə bağlı idi. 
Şirvana  türklərdən  başqa,  ruslar  da  dəfələrlə  basqın  edirdilər.  Mənbələrdə 
rusların  artıq  VII  əsrin  birinci  yarısında  Xəzər  dənizin in  cənub-qərb sahillərini  talan 
etdiklə rinə,  Şirvanşahların  və  Dərbənd  hakimlərinin  bu  basqınlara  qarşı  mübarizə  
apardıqlarına dair məlu matlar vardır.
46
 
Xəzə r  dənizinin   əhalisi  sıx  o lan  cənub-qərb  sahilləri  ta  qədimdən  yadelli 
işğalçıların  diqqətini  cəlb  edirdi.  Öz  gəmilərində  ticarət  məqsədilə  Xəzər  sahillərinə 
üzüb gələn rus tacirləri bu diyara yaxşı bələd  id ilər, türklər və xəzərlər kimi Azərbaycan 
vilayətlərinin  zənginliyi  barədə  mə lu matla rı  yayırdılar.
47
  Ruslar  təqribən  914-cü  ildə 
Bakı  sahillərinə  basqın  etdilər.  "...Qarətçi  rus  dəstələri  nabələd  deyildilər  və  ta 
qədimdən Şə rqi Avropa ölkələ ri,  Qafqa z və İranla q ızğın  ma l  mübadiləsi apard ıqları, 
yaxşı tanıd ıqları yolla gəlirdilər".
48
 
Məsudi rusların bu yürüşünü çox  mü fəssəl təsvir etmişdir.  O gös tərir ki, h.300 
(912-913)-cü ildən sonra rusların  hərəsində yüz ada m olan 500-ə  qədər gə misi Don çayı 
ilə yu xa rı qa lxa raq Xə zər boyuna qədər gəldi.  Rus gəmiləri  xə zərlərin körfəzin ağzını 
qoruyan  gözətçi  postuna  çatdıqda  qənimətin  yarısını  vəd  etməklə  Xəzər  xaqanından 
onun ölkəsindən keçərək Volqaya, sonra isə üzü aşağı ü züb çayın mənsəbinə və Xəzər 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə