[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə19/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   15   16   17   18   19   20   21   22   ...   143

40 
 
yerinə ikinc i dəfə olaraq "Ərminiyə
23
 və Azərbaycanın" valisi təyin etdi. Cərrah tezliklə  
şimala yeni hücu ma başladı.
24
 
VIII  əsr  müə llifi  Gevondun  verdiyi  xəbərə  görə ,  xə lifə  Hişam  (724-743) 
dövründə  xəzərlər  (yəni,  türklər)  xaqanın  oğlunun  ko mandanlığı  altında  300  min lik 
ordu  çıxara raq  ərəblə rə  qarşı  ə ks  –  hücuma  keçd ilə r.  Tü rklər  hun  və  Cor  keçid i  ilə  
Maskut  torpaqlarından  keçərək  Paytakaran  ölkəsinə  basqın  etdilər.  Onlar  Ara z 
çayından  adlayaraq  İrana  keçdilər,  Ərdəbili,  Təbrizi,  Atşi-Baquan  adlanan  vilayəti, 
Spatar-Pero zu və Hü rmü zd-Pero zu dağıtdılar.
25
 
Gevondun  göstərdiyi  marşrut  olduqca  dəqiqdir.  Türklər  Şimali  Qafqazdan 
keçərək Xəzər dənizi sahilləri boyunca və Dağıstanla irəliləyirdilər. Onlar Dərbənd və 
Dəryal  keçidlə rindən  keçərə k  indiki  Quba  rayonu  ərazisindən  Albaniyaya  basqınlar 
edirdilər.  Türklə rin  saysız-hesabsız  ordusu  Albaniyanın  və  Cənubi  Azərbaycanın  bir 
sıra qala və şəhərlərini dağıdır və talan edirdi. 
Gevondun  mətnində  ―Atşi-Baquan"  vilayətinin  adının  çəkilməsi  burada  Bakı, 
yəni  Abşeron  vilayətindən  söhbət  getdiyinə  şübhə  yeri  qoymur.  Ərəb  müə lliflə ri 
Bə lazuri  (Ö.892),  Yəqubi, Təbəri (X əsr) və b. ərəblərin de mə k olar  ki, 250 il ərzində 
dəfələrlə  Albaniyaya  so xulmuş  türklərə   qarşı  yürüşlərin i  o lduqca  müfəssəl  təsvir 
etmişlər. Ərəb  müəllifləri  Gevondun bəhs etdiyi yürüşü 725/26, yaxud  730-cu  ilə aid 
edir,  hə m  də  türk  ordusunun  başında  xaqanın,  ya  da  onun  oğlunun  adını  ç əkirlər, 
Təbəridə  onun  adı  Barxebey,  X  əsr  müəllifi  İbn  Asəmdə  isə  Barsbəy
26
  kimi  çəkilir. 
Gö rünür, bunların ikisi də eyni adamdır, bəy sonluğu isə həmin  şəxsin əyan titulundan 
xəbər verir. 
XII  əsr  Suriya  tarixç isi  Suriyalı  Mixail  ərəb lərin  türklə rə  qarşı  müharibələ ri 
haqqında  maraqlı  məlu matlar  verərək  ərəb  sərkərdəsi  Məsləmə  ibn  Əbdülməlikin 
yürüşündən danışır.  Ehtimal  ki, söhbət türklərin  Gevondun təsvir etdiyi yu xarıda adı 
çəkilən basqınından gedir. " 1039-cu ildə (eramızın  728-ci ili) Məsləmə böyük qoşunla 
yenidən türklə rin  ölkəsinə soxu ldu. Vu ruşma  qırx gün davam etdi, təyayelər (ərəb lər - 
S.A.) türklə ri  məğlub edə bilməyəcəklərin i görüb ə mla kını ataraq qaçdılar.  Bu za man 
türklər oraları tərk etməyə başladılar.  1042-ci  ildə  (eramızın 731-ci  ili) türklər təyaye 
tor-paqlarına  g irdilər.  Onlar  Azə rbaycan  torpaqlarında  çoxlu  ş əhər  və  kənd  ələ  
keçirdilər. Türklərin başqa təyaye şəhərlərin i tutmasına  imkan verilmədi.  Onlar  işğal 
etdiklə ri şəhərlərdə kök saldıla r".
27
 
Suriya tarixçisin in bu  məlu matında A zərbaycanın şəhər və kəndlərin in türklər 
tərəfindən kütləvi surətdə məskunlaşdığı göstərilir. Mənbələr şahidlik edir ki, I Xosrov 
Ənuşirəvan (531-578) savirlər ü zərində qələbə çaldıqdan sonra ailəsi ilə birlikdə üç min 
qoşun başçısını və Şimali Qafqazın 4 türk tayfasından olan 50 min türk əsirini Arranda 
və Azərbaycanda yerləşdirmişdi. İbn Misqəveyhin sözlərinə görə, türk əsirlərin cərgəsi 
on fərsəngə (60-70 km) qədər uzanırdı.
28
 Başqa mənbələ rə görə, əsirlə rin  sayı 10000-ə  
çatırdı.
29 
Savirlə rin b ir q ismi  könüllü surətdə Arrana keçərək  Bələncər,  Gəncə,  Qa za x 
bölgələrində  və  Arran,  Şirvan  və  Azərbaycanın  digər  yerlərində  məskunlaşdılar.  I 
Xosrov  Ənuşirəvan  Bizansla  müharibədə  istifadə  etmək  məqsədilə  onların  Sasani 
dövlətinə köç mələ rinə  ica zə vermişdi.  Onla r torpaq payı  almış, Arran və Azə rbaycan 


41 
 
mə rzbanlarına tabe edilmişdilər. 
Bizans tarixçisi Menandrın  məlu matına görə, savirlər  575-ci  ildə  Kür və Araz 
çayları  arasındakı  torpaqlara  və  Kür  çay ının  şimal-qərb  sahillərinə  köçürüldülər.
30
 
Savirlərin adı A zərbaycan toponimikasında Qala Suvar, Bilə Suvar yer adlarında əksini 
tapmışdır;  buradakı  " Bilə"  ko mponenti  şəhər,  yer  deməkd ir.  VI  əsrin  ortalarında 
Dağıstanda Albaniya ilə sərhəd yaxınlığında savirlərin sayı yüz minə yaxın idi.
31
 Hə min 
vaxt lar və ondan əvvəl olan Dərbənd keçidindən Albaniyaya tez-tez basqınlar edirdilər. 
VI əsrin ortala-rınadək Qa fqazda ən güclü və ço xsaylı  xa lq olan savirlə r  Dərbənddən 
savir yaşayış yerlərinin mərkəzi olan Qəbələyədək bütün Şimali A lbaniyanı (Şirvan və 
Arran) zəbt edərək 100 ildən çox burada qaldılar.
32
 Ehtima l ki, savirlərin ço xu avtoxton 
əhali  ilə  qaynayıb-qarışaraq  oturaq  həyat tərzinə  keçmişlər.  Bu  ünsiyyət  Arranda və 
Şirvanda türk d ilinin  yayılmasına kö mək göstərmişdir. Sonralar, h. 117 (735/6)-ci ildə 
ərəb  sərkərdəsi,  Şirvan  və  Arran   valisi  Mərvan  ibn  Məhəmməd  xəzərlərin  ölkəsinə 
soxulmuş və 40 min türk əsiri tutaraq Samu r və Şəbəran çay ları arasındakı düzənlikdə 
yerləşdirmişdi.
33
 
Be ləliklə,  era mızın  VI  əsrində  və  sonralar  türklə rin  Arran,  Şirvan  və 
Azərbaycana intensiv surətdə miq rasiyası baş vermişdir. 
Abşeronun  toponimikasında  türk  ünsürlərinin  mövcudluğu  (Sabunçu,  Qobu, 
Türkan,  Gü zdək  və  i.a.)  mü xtəlif  türk  tayfaların ın  Qafqaz  A lbaniyası  bölgəsinə,  o 
cümlədən Abşerona gəlməsinə dair narrativ və lapidar mənbələrin məlu matlarını təsdiq 
edir və e rkən o rta əsrlər dövründən, eramızın ilk əsrlərindən ölkədə türkləş mə (hunlar) 
Prosesinin  getdiyini  və  daha sonralar,  VI-VIII  əsrlə rdə  bunun  intensiv şəkil  ald ığını 
göstərir. Arxeolo ji məlu matlar isə qədim türk tayfalarının Abşeronda və Azərbaycanda 
eramızdan xey li əvvəl yaşadığına dəlalət ed ir. 
Gətirilən  fakt lar  ərəb lərin  VIII  əsrin  birinci  çərəyində  Azə rbaycanda  və 
Dağıstanda tam və qəti şəkildə  möhkəmlən mədiyin i və sonralar da aramsız o laraq bu 
ölkələrə  basqın  edən  türklərlə  müharibələr  apard ığın ı  göstərir.  Görünür,  ərəblər 
Azərbaycanda  yalnız  VIII  əsrin  ikinci  yarıs ında,  türk  xaqanlığının  süqutundan  sonra 
möhkəmlən mişlər. 
VIII-X əsrlə rdə Ba kıda baş vermiş siyasi hadis ələr haqqında mə lu matımız ço x 
pərakəndədir.  Ərəb  müəllifləri  Bakının  adını  çə kmədən  Şirvanın  ş əhər  və  digər 
yerlərində əhalinin ağ ır vergilər, zü lm və istismarla  bağlı ərəb  ağalığ ı əleyhinə üsyanları 
haqqında məlu mat verirlər.
34
 Bu və ya digər əya lət xə lifəyə itaətsizlik göstərərək, istila  
dövründə  ərəb  valiləri  ilə  bağlan mış  müqavilələri  po zaraq  üsyan  qaldırdıqda  onlar 
amansızcasına yatırılırd ı.
35
 Hələ Sasanilər dövründə Sasani dövlətinin əlahiddə, strateji 
cəhətdən mühüm əyalət i olan Şirvan ərəb hökmranlığı dövründə ərəblərin böyük diqqət 
yetirdiyi  ən  iri  siyasi  quruma   çevrild i.  Eht ima l  ki,  Abşeron,  mə rkə zi  Ba kı  olmaqla, 
Şirvan vilayətin in tərkibinə daxil o lan əlah iddə inzibati vahid o lmuşdur. 
Azərbaycan Ərəb  xilafət i tərə findən istila  olunarkən Bakı, Şa ma xı, Dərbənd və 
b. şəhərlərin daxil o lduğu Şirvan vilayətinin hakimləri Şirvanşahlar id i. Ərəb müəllifləri 
onlar  haqqında  IX  əsrin  əvvəllərindən  məlu mat  vermişlər.  İbn  Xordadbeh  (IX  əsr) 
Sasani imperiyasının şah I Ərdəşir (224-240) tərəfindən şah titulu bəxş edilmiş bir sıra 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə